Məhkəmə qərarları › İş №e-2(033)-389/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-389/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-389/2022 28.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hаkim Həsənov Tural Həsən оğlunun sədrliyi ilə, İddiaçı “M X1 Kredit Təşkilatı MMC”-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı “M X1 Kredit Təşkilatı MMC” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli 0601-110534-01 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 536,7 manat əsas borc, 10.08.2021-ci il tarixədək hesablanmış 241,5 manat faiz borcu, gecikdirməyə görə 0 manat cərimə və 30,40 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 938/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli 0601-110534-01 №-li kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh 836,7 (səkkiz yüz otuz altı manat yetmiş qəpik) manat əsas borc, 236,8 (iki yüz otuz altı manat səksən qəpik) manat faiz borcu, cəmi 1073,5 (bir min yetmiş üç manat əlli qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Həmin Məcəllənin 153.2 və 153.2.2-ci maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından da görünür ki, iddiaçı “M X1 Kredit Təşkilatı MMC” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli 0601-110534-01 nömrəli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 536,7 manat əsas borc, 10.08.2021ci il tarixədək hesablanmış 241,5 manat faiz borcu, gecikdirməyə görə 0 manat cərimə və 30,40 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Halbuki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinin tələblərinə əsasən kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 4, 263 və 264-cü maddələrini rəhbər tutub, qərara aldım: İddiaçı ““M X1 Kredit Təşkilatı MMC”-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. . Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar