Məhkəmə qərarları › İş №e-2(033)-39/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-39/2023

16.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-39/2023 16.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin nümayəndəsi X1 Üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs10 Hüseyin oğlunun, Maraqlı şəxs8, Maraqlı şəxs11, Maraqlı şəxs1 Hənəli qızının və Maraqlı şəxs6 Cəmaləddin qızının iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayonunun Gözbarax Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və üçüncü şəxslər Maraqlı şəxs3,Maraqlı şəxs4, Maraqlı şəxs10 Hüseyin oğlu, Maraqlı şəxs8, Maraqlı şəxs5, Maraqlı şəxs9, Maraqlı şəxs11, Maraqlı şəxs1 Hənəli qızı, Maraqlı şəxs13, Maraqlı şəxs2, Maraqlı şəxs7, X6 və Maraqlı şəxs6 Cəmaləddin qızına qarşı "yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolunun cavabdehlərin zəbt edilmiş arx yolunun açılmasına yönəldilmiş qərəzli hərəkətlərinə son qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbinin dəlilləri: İddiaçı Zaqatala Rayonunun Gözbarax Bələdiyyəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs10 Hüseyin oğlu, Maraqlı şəxs8, Maraqlı şəxs5, Maraqlı şəxs9, Maraqlı şəxs11, Maraqlı şəxs1 Hənəli qızı, Maraqlı şəxs13, Maraqlı şəxs2, Maraqlı şəxs7, X6 və Maraqlı şəxs6 Cəmaləddin qızına qarşı "yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolunun cavabdehlərin zəbt edilmiş arx yolunun açılmasına yönəldilmiş qərəzli hərəkətlərinə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolunun cavabdehlərin hesabına açılması və cavabdehlərin zəbt edilmiş arx yolunun açılmasına yönəldilmiş qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X8, Cavabdeh3, Cavabdeh2 və Cumayev X11 bələdiyyəsinin mülkiyyətində olan yağış və s. sularının axıdılması üçün nəzərdə tutulan arxın qarşısını kəsməklə, arx sularının keçdiyi torpaq sahəsini özbaşına zəbt etmişlər. Cavabdehlər arx suyunun keçdiyi yerdə mal damı tikməklə hasarlamışlar. Bununla da, cavabdehlər həmin ərazini bataqlığa çevirməklə, kənd sakinlərinin yoldan gediş-gəlişinə maneə yaradırlar. Cavabdehlərin özbaşına hərəkətləri nəticəsində üçüncü şəxslərin yaşadıqları ərazidə yığılan gölməçə suları antisanitar vəziyyət yaradır. Kənd sakinlərinin müraciəti əsasında Gözbarax bələdiyyəsi 11 may 2022-ci il tarixində iclas keçirmişdir. İclasda zəruri tədbirlərin görülməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Dəfələrlə cavabdehlərə xəbərdarlıq edilsə də, iradlarına əhəmiyyət verilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh Möminət Həsənova onun bacısı, Cavabdeh2 isə onun arvadıdır. Azərbaycan Respublikası FHN tərəfindən ona fərdi yaşayış evi tikilmişdir. Onların yaşadıqları evin həyətindən arx keçməmiş və nəzərdə tutulmamışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onların yaşadıqları həyətdən arx yolu keçməmişdir və nəzərdə tutulmamışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2, üçüncü şəxslər Maraqlı şəxs5 Nəsurllah oğlu, X12, Maraqlı şəxs13, Maraqlı şəxs2, Maraqlı şəxs7 və X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs3 göstərmişdir ki, onun ailəsi də yağış sularından əziyyət çəkir. Dəfələrlə cavabdehlərə xəbərdarlıq edilsə də, sonuncular onların iradlarına əhəmiyyət verməmişlər. Yağış yağan vaxt qonşuların həyətlərindən keçən arx bağlandığı üçün yağış suları həyətlərinə dolur və dözülməz vəziyyət yaranır. Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolunun cavabdehlərin hesabına açılması və cavabdehlərin zəbt edilmiş arx yolunun açılmasına yönəldilmiş qərəzli hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs6 Cəmaləddin qızı göstərmişdir ki, Cavabdeh3 və onun ailəsinin yaşadığı həyətdə FHN tərəfindən ev tikilmiş və əvvəllər həmin həyətdə su arxı olmuşdur. Lakin cavabdehlər tərəfindən həmin arx yerində mal tövləsi tikilmiş və arx yolu bağlanmışdır. Bu isə yağış sularının onların yaşadıqları həyətə dolaraq torpaq sahələrinə ziyan vurması ilə nəticələnir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs10 Hüseyin oğlu, Maraqlı şəxs8, Maraqlı şəxs11 və Maraqlı şəxs1 Hənəli qızı oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İşin halları Mülki işin materiallarında olan Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin 11 may 2022-ci il tarixli 05 saylı protokolundan Çıxarışdan görünür ki, bir qrup Gözbarax kənd sakinləri tərəfindən Gözbarax bələdiyyəsinə daxil olnuş, yağış sularının axıdılması üçün nəzərdə tutulan bələdiyyə mülkiyyətinə aid Gözbarax kənd sakinləri X8, Cavabdeh3, Cavabdeh2 və qonşusu Cavabdeh4 tərəfindən zəbt olunması barədə şikayət ərizələri nəzərə alınmış və Gözbarax bələdiyyəsinin mülkiyyətinə aid yağış sularının axıdılması üçün nəzərdə tutulan arxın açılması üçün zəruri tədbirlərin görülməsi üçün Zaqatala rayon məhkəməsinə müraciət olunması qərara alınmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(033)-104/2020 saylı qətnaməsindən görünür ki, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,0178 ha hissəsindən iddiaçıların istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qərəzli hərəkətlərinə son qoyulması və cavabdehlər iddiaçılar Cavabdeh4, X16, X5 və X13 paylı mülkiyyətində olan 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,0178 ha hissəsindən çıxarılması qət edilmişdir. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli 2(107)-486/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Zaqatala rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2(033)-104/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və texniki pasportun surətindən görünür ki, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,1776 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X14 və Cavabdeh1, həmin həyətdə yerləşən fərdi yaşayış evi isə tam mülkiyyət hüquq üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,2150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/5 hissə olmaqla X18, payı 1/5 hissə olmaqla X21, payı 1/5 hissə olmaqla X10 və payı 2/5 hissə olmaqla Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 10/747 saylı ekspert rəyindən görünür ki, Zaqatala rayonu Gözbarax kəndinin yerquruluşu xəritəsinə əsasən kəndin ərazisində yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolu cavabdehlərdən Cavabdeh1 Həsən qızı tərəfindən 52 kvm hissəsi və Cavabdeh4 tərəfindən 33 kvm hissəsi naturada istifadə olunur. Arxın cavabdehlər tərəfindən istifadə olunan hissələrinin ölçüləri və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Gözbarax Bələdiyyəsinin mülkiyyətində olan yağış və sair suların axıdılması üçün nəzərdə tutulan arxın 52 kvm hissəsi Cavabdeh1 Həsən qızı və onun ailəsi tərəfindən mal tövləsi tikilərək zəbt edilmişdir. Digər Cavabdeh4 isə həmin arxın üzərində hasar tikərək onun 33 kv.m hissəsini zəbt etmiş və suyun təbii axımının qarşısını almışdır. Nəticədə yağış sularının təbii axımının qarşısı kəsilərək suyun istiqaməti üçüncü şəxslərin ziyanına dəyişdirilmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddiaçı Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolunun zəbt edilmiş 52 kv.m hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 33 kv.m hissəsi isə Cavabdeh4 hesabına açılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərin zəbt edilmiş arx yolunun açılmasına yönəldilmiş qərəzli hərəkətlərinə son qoyulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, cavabdehlər tərəfindən zəbt edilmiş arx yolunun açılmasına yönəldilmiş qərəzli hərəkətlərin nədə ehtiva olunması iddiaçılar tərəfindən məhkəmə prosesində sübut edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc iddiaçının özünə aid edilməli, 50 manat ekspertiza xərci isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Zaqatala rayonu Gözbarax Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yağış sularının axıdılması üçün nəzərdə tutulan arx yolunun zəbt edilmiş 52 kv.m hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 33 kv.m hissəsi isə Cavabdeh4 hesabına açılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçı Zaqatala rayonu Gözbarax Bələdiyyəsinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar