Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-408/2022 20.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 469,39 manat əsas və 6,40 manat faiz olmaqla, cəmi 475,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehə məxsus “X2” MMC tərəfindən emissiya olunaraq 03 avqust 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 001913 saylı mənzil sertifikatına yönəldilməsi, mənzil sertifikatının hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək cavabdeh tərəfindən borc tam olaraq ödənildiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina məhkəmə tərəfindən qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-408/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-408/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver