Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-414/2023 27.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı oğlunun Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı oğlu Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 636 manat avtomobilə dəymiş maddi zərərin və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iş üzrə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələblərini onunla əsaslandırmışdır ki, 07 dekabr 2022-ci il tarixdə Cavabdeh sürücülük hüququ olmadan, özünə məxsus olmayan avtomobili etibarnamə olmadan idarə edərək "Saipa 132 SE" markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən iddiaçıya məxsus "VAZ 2107" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ona ciddi xəsarət yetirməklə avtomobilə də 636 manat maddi zərər vurmuşdur. Material Zaqatala Rayon Polis şöbəsində araşdırılaraq cavabdehin təqsiri üzündən avtoqəza baş verməsi sübuta yetmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün haqqında olan material Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 3(033)-368/2022 saylı qərarı ilə İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda məhkəmənin həmin 3(033)-368/2022 saylı qərarında göstərilmişdir ki, "zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər". "Avtomobillərə Texniki Xidmət Sexi"nin 15 dekabr 2022-ci il tarixli aktında göstərilmişdir ki, İddiaçı oğlunun "VAZ 2107" markalı 62 - BO - 540 dövlət qeydiyyatlı nişanlı avtomobilinə 636 ( altı yüz otuzaltı) manat maddi zərər dəymişdir. Məhkəmə qərarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh izahatında görünür ki, "zərərçəkmiş şəxs Əmraha dəymiş zərərin ödənilməsi ilə bağlı razılığa gəlmiş və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Barəsində cərimə tənbeh növünün tətbiq edilməsini xahiş edir". Əvvəllər belə vədləri ilə onu və hətta məhkəməni də aldatmışdır. Cəzası yüngülləşəndən sonra isə hazırda vurduğu zərəri ödəməkdən imtina etmişdir. O ikinci Qarabağ müharibəsi iştirakçısıdır. Özünü həmin avtomobillə güclə dolandırır. Lakin cavabdehin təqsiri üzündən qəzalı avtomobilini təmir edə bilmir. Bununla da cavabdeh onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymaqla 30 manat əlavə xərcə salmışdır ki, ödədiyi 30 manat dövlət rüsumunun və avtomobilə dəymiş 636 manat məbləğində maddi zərərin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı oğlu məhkəməyə xx.xx.2023-cü il tarixli AZ0100/********** saylı teleqramla müraciət edərək, Cavabdeh oğuna qarşı 636 manat məbləğində iddia tələbinin həcmini azaldaraq 500 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı oğlu məhkəməyə xx.xx.2023-cü il tarixli AZ0100/********** saylı teleqramla müraciət edərək, Cavabdeh oğuna qarşı 636 manat məbləğində iddia tələbinin həcmini azaldaraq 500 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, iddia tələbini qismən qəbul etdiyini, İddiaçı oğluna 636 manat yox, 500 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı oğluna və Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(033)- 368/2022 nömrəli qərarından görünür ki, 07 dekabr 2022-ci il tarixdə saat 09:15 radələrində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Saipa 132 SE” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Yuxarı Tala kənd ərazisində “Pərzivan” adlı yerdə hərəkətdə olarkən “VAZ 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə İddiaçı oğlunun sağlamlığına zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət və avtomobilinə maddi zərər yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi müəyyən edilmiş və məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq cavabdehi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə etmişdir. İşdə olan BD 198929 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2107” minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı oğlunun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan “Avtomobillərə Texniki Xidmət Sex”nin 15 dekabr 2022-ci il tarixli aktında göstərilmişdir ki, İddiaçı oğlunun “VAZ 21070” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilinə 636 manat maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 13 iyun 2023-cü il tarixli, 8/1702 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 iyun 2023-cü il tarixli 8/1702 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan suallar üzrə yol- nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İş materiallarına əlavə edilmiş İddiaçı oğlu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli AZ0100/********** saylı “iddia tələbinin həcminin azaldılması” barədə teleqramdan görünür ki, İddiaçı oğlu Cavabdeh oğuna qarşı 636 manat məbləğində iddia tələbinin həcmini azaldaraq 500 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin müraciətlərini nəzərə alıb, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, cavabdeh tərəf 12 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizəyə əsasən iddianı qəbul edir. Məhkəmə iddia etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə iddia təmin edilməli, İddiaçı oğlunun mülkiyyətində olan “VAZ 21070” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 500 (beş yüaz) manat məbləğində maddi ziyan və hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu iş üzrə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilsə də ekspertiza tədqiqatı aparılmadığından 50 (əlli) manat ekspertiza xərci tərəflərdən tutulmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat avtomobilə dəymiş maddi zərərin əvəzi və 30 (otuz) manat dövlət rüsumu cəmi, 530 (beş yüz otuz) manat alınaraq İddiaçı oğluna ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-414/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-414/2023
27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver