Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-437/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-933/2016 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş 80 (səksən) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahlarından 03 dekabr 2014-cü il tarixdə Röyal adlı oğlan övladları dünyaya gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-933/2016 iş nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixdə anadan olmuş övladları X5 3-cü sinifdə oxuyur. Bugünki gün övladının saxlanılması, yəni təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Bundan əlavə bildirmək istəyir ki, uşağının həm psixoloji, mənəvi, həm də maddi tələblərini o ödəyir. Qarşı tərəfin yüksək səviyyədə maddi imkanının olmasına baxmayaraq bununla bağlı ona heç bir yardım etmir. Nəzərə alınmalıdır ki, o bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi, övladının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu və azyaşlı övladını olduqca çox məyus edir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarını ödəməklə bağlı ona maddi cəhətdən köməklik göstərməyə borcludur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X6 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi vəziyyətində, sosial durumunda alimentin artırılması üçün yaxşılaşma, dəyişiklik olmamasını nəzərə alaraq, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh 21 dekabr 2016-cı il tarixdə ikinci dəfə rəsmi qaydada evlənmişdir. Cavabdehin ikinci nikahından 21 noyabr 2018-ci il tarixdə Mələk adlı uşağı anadan olmuşdur. Cavabdeh uşağa baxmaqdan imtina etmir. Lakin iddia ərizəsində göstərilən bir uşağa görə 220 manat aliment tələbi ilə razı deyil. Cavabdehin hər ay bir uşağa görə 220 manat aliment ödəməyə maddi imkanı çatmır. Bir baba kimi hər ay alimenti o ödəyir. Hazırda cavabdehin maddi durumunda dəyişiklik yoxdur. Hesab edir ki, alimentin artırılması üçün şəxsin sosial durumunda yaxşılaşma olmalıdır. Əksinə cavabdeh ailə başçısıdır. Himayəsində bir azyaşlı uşağı var. Bundan başqa, iddiaçı sabit pul məbləğində aliment təyin ediləndən sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətinin yaxşılaşma halı olması barədə iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Eyni zamanda bildirir ki, uşağa baxmaq, qayğı göstərmək hər iki valideynin borcudur. Qanunun tələbinə görə uşağın maddi təminatında hər iki valideyn eyni vəzifələr daşıyır. Bu baxımdan uşağın saxlanılması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması yol verilməzdir. Hesab edir ki, məhkəmə qeyd etdiyi xüusatları nəzərə almalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırki vəziyyətdə uşağın saxlanması üçün təyin edilmiş 80 manat aliment uşağın heç bir xərclərinə yetmir, uşağa baxmaqda çətinlik çəkir. Ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi X6 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmir. Qətnamə ilə müəyyən edilmiş alimenti çətinliklə özü ödəyir. Cavabdeh xx.xx.2016-cı il tarixdə ikinci dəfə rəsmi qaydada evləndiyini, onun ikinci nikahından Mələk adlı qızının anadan olduğunu, Cavabdeh hər ay aliment ödəməyə maddi imkanının çatmadığını, alimenti hər ay özünün ödədiyini bildirərək, Cavabdeh maddi vəziyyətində, sosial durumunda alimentin artırılması üçün yaxşılaşma, dəyişiklik olmamasını nəzərə alaraq, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əlavə olaraq göstərdi ki, alimentin miqdarı 100 manat artırılarsa ödəməyə maddi imkanı çatır. İşin halları AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-933/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 17 dekabr 2013-cü il tarixə Zaqatala Rayonu Mamrux kənd inzibati ərazi dairəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeydə alınmış nikah pozulmuş, cavabdehin ərizəsi qismən təmin edilmiş, tərəflərin nikahından 03 dekabr 2014-cü il tarixdə anadan olmuş X5 boşanmadan sonra anasının yəni, cavabdeh İddiaçı yanında saxlanılmış, tərəflərin nikahından 03 dekabr 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq, cavabdeh İddiaçı verilməsi, sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə daxil olduğu 05 may 2016-cı il tarixdən hesablanması, cavabdehin ərizəsinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə əlaqədar ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, iddiaçı Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 03 dekabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-933/2016 saylı 14 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi, sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə daxil olduğu 05 may 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə valideyninin köməkliyi ilə ödəməsi, yüksək gəlir yerinin olmaması, ikinci dəfə ailə qurmaqla himayəsində bir uşağının olması və maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın yaşını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 03 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 03 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(033)- 933/2016 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Cavabdeh 32 manat (180-80=100x12=1200 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 03 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(033)- 933/2016 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-437/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-437/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver