Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-453/2023 22.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X6 Cavabdeh iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun zamindən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 iyun 2023-cü il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun zamindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsi üzrə 4107.74 manat məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış 70.08 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % dərəcəsi ilə hesablanmış 0.33 manat məbləğində penya, cəmi 4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 61.79 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə borcalan X4 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borcalana 60 (altmış) ay müddətinə, illik 1 % (bir faiz) olmaqla, 4 915.07 (dörd min doqquz yüz on beş manat yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan B.M.Musayevin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin (bundan sonra “Müqavilə” adlandırılacaq) 3.4.2-ci bəndinə əsasən Borcalan Müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında və Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin verildiyi müddətin ilk 12 (on iki) aylıq dövrü Borc alana güzəşt müddəti kimi müəyyən edilmiş və bu müddət ərzində əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödənişin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Lakin, borcalan X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Borc alanın vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Tərəfimizdən mərhum borcalan B.M.Musayevin mümkün vərəsələrinin dairəsinin və ailə tərkibinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmimüraciətlər və sorğular edilmişdir. Belə ki,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Zaqatala rayon 2 saylı Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı edilmiş sorğuya cavab olaraq mərhum - X1 qalmış hər-hansı əmlaka dair vərəsəliyin qəbul edilməi ilə bağlı vərəsəlik işinin açılmadığı bildirilmiş, mərhumun ailə tərkibi haqqında arayışın əldə edilməsi üçün X3 Reyestri Xidmətinə ünvanlanmış müraciətə verilən cavab məktubunda isə vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatların ailə həyatına dair məlumat hesab olunduğundan, onların (məlumatların) əldə edilməsinə məhdudiyyət qoyulduğu və həmin məlumatların 3-cü şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada, yəni subyektin yazılı razılığı ilə təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Beləliklə, mərhum borc alan B.M.Musayevin mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi üçün görülmüş qanunamüvafiq tədbirlər heç bir nəticə verməmiş, Borc alanın vəfatından sonra isə onun Bank qarşısında müqavilə üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Tərəflər arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin müqavilə üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında əks olunmuş mövqeyə görə, “Mülki Məcəllənin477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminatverdiyi risklər dairəsinə daxildir.” Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən Qərarından birmənalı şəkildə aydın olur ki, kredit öhdəliklərinin icra edilməməsinə görə Cavabdeh kreditor qarşısında tam məsuliyyət daşıyır. Bank tərəfindən ona xx.xx.2022-ci il tarixli, ZQ-002 №-li xəbərdarlıq məktubunun və xx.xx.2022-ci il tarixli, ZQ-XO-1.2.2022-001 №-li “Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələb”in göndərilməsinə baxmayaraq zamin Cavabdeh borcalan B.M.Musayevin vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə mövcud öhdəliklərinin icrası ilə bağlı hər hansı bir addım atmamış və nəticədə Kredit müqaviləsi üzrə yerinə yetirilməmiş borc öhdəliyi yaranmışdır. Belə ki, iddia ərizəsinin verildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinə Borcalanın İddiaçı qarşısında cəmi4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat borcu olmuşdur ki, bunun da 4107.74 (dörd min bir yüz yeddi manat yetmiş dörd qəpik) manatını vaxtı keçmiş əsas borc, 70.08 (yetmiş manat səkkiz qəpik) manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkiledir. Bundan əlavəcavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kreditmüqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 0.02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə də bu məbləğ 0.33 (otuz üç qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə 30 mart 2023-cü il tarixdə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi əsassızdır, qanunlara ziddir və vəfat etmiş əsas borclu Bəxtiyar Musayevin ödəmədiyi kredit borcunun ona yüklənməsi məqsədi daşıyır. Əslində borcalan X4 ilə iddiaçı "xxxx" ASC arasında münasibətlər ərizədə göstərildiyi kimi 19 sentyabr 2019-cu il tarixli Kredit müqaviləsi ilə deyil, xx.xx.2014-cü il tarixli **********34014 saylı Kredit müqaviləsinə əsasən 48 ay (4 il) müddətinə illik 24%-lə 6300 ABŞ dolları məbləğində verilmiş kreditlə başlamışdır. Kreditin müddəti 30,05.2018-cı il tarixdə bitirdi. Lakin "xxxx" ASC xx.xx.2016-cı il tarixdə borclu Bəxtiyar Musayev kredit müqaviləsi üzrə borcunu vaxtında qaytarmadığına görə 4809,13 ABŞ dollar, adi və cərimə faizləri ilə birlikdə 5558,72 ABŞ dolları birgə qaydada cavabdehlər X5 və Cavabdeh bankın xeyrinə tutulması barədə iddia ərizəsi vermişdi. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-1903/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cəmi 5558,72 ABŞ dolları məbləğində borc ödənildiyi günə Azərbaycan məzənnəsi ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qərarı verilmişdir. Qətnamədən Apellyasıya şikayəti verilməmiş və xx.xx.2017-ci il tarixdə İcra Şöbəsində icraata başlamaq haqqında qərar verilmişdir. Bundan sonra bank ayda 550 manat maaşdan və başqa gəlirləri olan Zaqatala Peşə məktəbinin direktoru işləyən borclu Bəxtiyar müəllimdən icra şöbəsi vasitəsi ilə borcu geri ödətmək əvəzinə müəmmalı şəkildə xx.xx.2019-cu ildə yenidən onunla qalıq borc 4915,07 manat 60 ay müddətinə yenidən **********29519 nömrəli "Kredit müqaviləsi" bağlayır. "xxxx" ASC-nin Zaqatala filialının direktora 2014-cü il tarixdə Bəxtiyar müəllimlə bağladığı "Kredit müqaviləsi"ndə və yenidən qalıq borc üçün xx.xx.2019-cu il tarixdə bağladığı "Kredit müqaviləsi"ndə borclunun əmlakını, torpağı, evi, aylıq vəzifə maaşı və s. girov müqaviləsi bağlamadan onu aldadıb heç bir məlumatı olmayan sənədlərə imza atdırmışdır. Sonradan ona məlum olmuşdur ki, onunla "Zaminlik müqaviləsi" bağlamışdır. Etiraz ərizəsinə əlavə etdiyi arayışdan da göründüyü kimi onun 2014-cü ildə təlim ustası kimi işləmiş və aylıq əmək haqqı 107 manat təşkil edir. Bu məbləğ illik 1284 manat təşkil edir. Necə ola bilər ki, illik maaşı 1284 manat olan adi işçinin əmək haqqına görə borc alanın heç bir əmlakına və aylıq 550 manat əmək haqqına girov müqaviləsi bağlanmadan yüksək məbləğdə 6300 ABŞ dolları kredit verilsin. Həmin dövrdə banklara o 2000 manat üçün müraciət etmiş, əmək haqqının aşağı olmasına görə ev, torpaq və s. girov qoyduğu halda ondan 2 nəfər zamin tələb etmişdilər. Hansı səbəbdən Bəxtiyar müəllimə bank heç bir girovsuz, 2-ci zamin tələb etmədən tək onun 107 manat əmək haqqıma əsaslanıb yüksək məbləğdə kredit verir. AR. M.P.M-nin 82.3-cü maddəsinə görə "Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir". Həmin Məcəllənin 261.0.2-ci maddəsində də göstərilir ki, "Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olanda" icraata xitam verilməsinə əsasdır. Bank zamin kimi onun hüquqlarını ciddi şəkildə pozmuşdur. Belə kı, məsuliyyəti 100% onun üzərinə qoyan bank müqavilə şərtlərini ciddi şəkildə pozmuşdur. Ona "Kredit müqaviləsi" , Zaminlik müqaviləsi, ödəniş tapşırığı və digər sənədlərin əslini təqdim etməli olduğu halda bu sənədlərin heç birini ona təqdim etməmiş, tələb etdiyində verməkdən imtina etmişdir. Hər dəfə ona bildirmişdir ki, sənlik iş yoxdur. Borcludan isə borcunu vaxtında ödətmək əvəzinə bank işçiləri haqq alıb kreditin ödənməməsinə göz yummuşlar. Bəxtiyar müəllim 2006-cı ildən 2019-cu ilin aprelinədək 14 il Zaqatala Peşə məktəbinin direktoru işləmişdir, yüksək maaş almışdır, müəllimləri rüşvətlə işə qəbul etmişdir, məktəbin-dövlətin əmlakım mənimsədiyi üçün yoxlama ilə işdən çıxarılmışdır. Bundan başqa Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilir kı, 6300 ABŞ dolları kredit "Yaşayış sahəsinin təmiri üçün" təyinatlı verilmişdir. Hansı yaşayış sahəsi? Həmin yaşayış evi nəyə görə girov qoyulmamışdır. Sözügedən kreditlə yüksək təmir olunmuş evdə bu gün yaşayan vərəsələr nəyə görə ölmüş şəxsin əmlaklarını mənimsəyir, borclarım isə başqaları ödüyür? Həmin təmir olunmuş yaşayış evmi onun mülkiyyətinə verərlərsə o borc tapıb bankın borcunu ödəyər. Ona görə də bank borcunu vərəsələrdən tələb etməlidir. Kredit müqaviləsinin 3.1.1 -ci maddəsinə görə "borc alanın maliyyə vəziyyəti pisləşdikdə, kreditin qaytarılması təhlükəyə məruz qaldıqda bankın hüququ idi ki, krediti verməkdən imtina etsin və ya vaxtından əvvəl geri ödəməsini tələb etsin. Müqavilənin 3.1.2-ci bəndinə görə "Bankın kredit və ödəmə qabiliyyətinin sənədlər üzrə araşdırılması və kreditlə bağlı məsələləri yerində yoxlamaq" vəzifəsi olmuşdur ki, bank öz vəzifəsini icra etməmişdir. Əks halda onun əmək haqqının şişirdilmiş saxta arayış bank şöbəsinə verildiyi və kredinit təyinatı üzrə icra olunmadığı vaxtında aşkar olardı. Necə olur ki, borclu oğlunu 5000 manat verib işə qoyur amma kredit borcunu ödəmir. Kredit verilən 2014-cü il tarixdən vəfat etdiyi 2021-ci il tarixədək 7 ildə borc alanın sağlığında heç bir ödəniş etməyən borclunun sağlığmda bütün tədbirləri görmək lazım idi. O, 1983-cü ildən ən aşağı maaşla istehsalat təlim ustası işləmişdir (107 manat aylıq maaşla). Bir ildir 65 yaş bitdiyinə görə təqaüddədir, minimum təqaüd alır, özünə kifayət etmir, müalicəsinə pul tapmır. Ona görə də iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməsi, rədd edilməsi, borcun vərəsələrdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları Mülki işin materiallarında olan Zaqatala rayon 2 saylı Notariat ofisi tərəfindən 19 yanvar 2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, X2 miras qalmış hər hansı əmlakına dair vərəsələri tərəfindən mirasın qəbulu üçün Zaqatala rayon 2 saylı notariat ofisinə müraciət edən olmamış və vərəsəlik işi açılmamışdır. Mülki işin materiallarında olan 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsindən görünür ki, ASC “Xalq” Bank ilə cavabdeh X4 arasında borcluya 60 (altmış) ay müddətinə, illik 1 % (bir faiz) olmaqla, 4 915.07 (dörd min doqquz yüz on beş manat yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM saylı zaminlik müqaviləsindən görünür ki, X4 ilə ASC “Xalq” Bank arasında bağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi ASC “Xalq” Bank ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan sənəddən görünür ki, X4 tərəfindən götürülmüş kreditin 19 sentyabr 2024cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan ASC “Xalq” Bank tərəfindən verilmiş arayışdan görünür ki, X2 03 mart 2023-cü il tarixə 4107.74 manat məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış 70.08 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % dərəcəsi ilə hesablanmış 0.33 manat məbləğində penya, cəmi 4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 iyun 2021-ci ildə vəfat etmişdir. Mülki işin materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdehə zaminlik müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan respublikasının Ədliyyə Nazirliyi X3 Reyestri Xidmətinin 08 fevral 2023-cü il tarixli məktubundan görünür ki, X2 ailə tərkibi haqqında arayışın istənilməsinə dair müraciətə baxılmışdır. Müraciətə əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən sorğu edilən şəxsin vərəsələrinin etibarnaməsinin mövcud olmadığını müəyyən edilmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1- ci maddəsinə əsasən vətəndaş lıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar .ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı və 13.1-ci məddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş-hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Həmin Qanunun 8.3-cü bəndinə görə isə subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi’ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan, hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda həmin Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatın alınması üçün ölən şəxsin qanuni vərəsəsi şəxsiyyətini, qohumluq faktını təsdiq edən sənədi, eləcə də ölüm haqqında şəhadətnaməni təqdim etməklə yaşadığı və ya müvafiq qeydin olduğu yerin qeydiyyat orqanına, şəxsən gələ bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət etməlidir. Müvafiq məlumatların məhkəmə sorğusu vasitəsilə əldə edilməsi mümkünlüyü izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır, borclunun ölümü zaminliyin xitamına səbəb olmur və zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ASC “Xalq” Bank ilə X4 arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli **********29519 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1 % olmaqla, 4 915.07 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh Bəxtiyar Musayev kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra ona məxsus əmlak və ya vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Kredit müqaviləsi üzrə borcalan Bəxtiyar Musayevin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh arasında 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Məhkəmə hesab edir ki, 19 sentyabr 2019-cu il tarixli **********29519/ZM nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zamin -Cavabdeh iddiaçı qarşısında borcalan cavabdeh X4 ilə birgə məsuliyyət daşıdığından və onun iddiaçı qarşısında öhdəlikləri yarandığından iddiaçı cavabdeh-zaminə qarşı hazırki iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, 19 sentyabr 2019-cu il tarixli **********29519 saylı kredit müqaviləsinə əsasən 4107,74 manat əsas borc məbləği Cavabdeh alınaraq, iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh 19 sentyabr 2019-cu il tarixli **********29519 saylı kredit müqaviləsinə əsasən 70,08 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə cərimə borcunun da, cavabdehdən tam şəkildə tutulmasını qanuni hesab edir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi borclunun təqsiri üzündən baş vermişdir. Bu səbəbdən də məhkəmə Cavabdeh 19 sentyabr 2019-cu il tarixli **********29519 saylı kredit müqaviləsinə əsasən 0,33 manat cərimənin də alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC “Xalq” Bankın xeyrinə 4107.74 manat məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış 70.08 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % dərəcəsi ilə hesablanmış 0.33 manat məbləğində penya, cəmi 4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat məbləğində borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 61,79 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh 4107.74 (dörd min bir yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə illik 1% dərəcəsi ilə hesablanmış 70.08 (yetmiş manat səkkiz qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0.02 % dərəcəsi ilə hesablanmış 0.33 (otuz üç qəpik) manat məbləğində penya, cəmi 4 178.15 (dörd min bir yüz yetmiş səkkiz manat on beş qəpik) manat borc və ödənilmiş 61,79 (altmış bir manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu alınıb iddiaçı ASC “Xalq” Banka ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-453/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-453/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver