Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-476/2024 02.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı ASC-nin “Sahil” filialı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 874,46 manat, faiz borcuna görə 72,44 manat, cərimə borcuna görə 123,64 manat, cəmi 1070,54 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus girov qoyulmuş qızıl-zinət əşyaları olan sırğa – 3 ədəd, çəkisi-4.6, əyarı-585; üzük -3 ədəd, çəkisi -6, əyarı-585; qarnitur-1 ədəd, çəkisi-19, əyarı-500; cəmi: 29.6 qr yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsi üzrə cəmi 1070,54 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin “Sahil” filialı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsinə əsasən illik 27% dərəcəsi olmaqla 12 ay müddətinə 1490 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh X1 xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 874,46 manat, faiz borcuna görə 72,44 manat, cərimə borcuna görə 123,64 manat, cəmi 1070,54 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sırğa – 3 ədəd, çəkisi-4.6, əyarı-585; Üzük -3ədəd, çəkisi -6, əyarı-585; Qarnitur-1 ədəd, çəkisi-19, əyarı-500; Cəmi:29.6 qr. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SHLMB-10427 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Tələblərinin əsası kimi istinad etdikləri fakt və hallar yuxarıda göstərilmişdir. Onları təsdiq edən sübutların siyahısı isə iddia ərizəsinə əlavə olunan sənədlərin siyahıda da göstərdiyi kimi kredit və saxlanc girovu müqaviləsinin, ödəniş cədvəlinin, Kassa Məxaric orderinin surəti, borc haqqında arayışın əsli və iddia ərizəsinə əlavə olunan digər sənədlərdir. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, SHLMB- 10427 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 259,93 manat, faiz borcuna görə 17,96 manat, cərimə borcuna görə 27,64 manat, cəmi 305,53 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, Cavabdeh qızma məxsus olan girov qoyulmuş 3 ədəd, çəkisi- 4,6, əyarı-585 olan sırğa; 3 ədəd, çəkisi- 6, əyarı-585 üzük; 1 ədəd, çəkisi- 19, əyarı-500 qarnitur, cəmi 29,6 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 13 mart 2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi şərtləri üzrə Qızıl zinət əşyalarının girovu ilə kreditin götürülməsinə dair Əsas şərtlər - Razılaşmadan görünür ki, illik 27% dərəcəsi olmaqla 12 ay müddətinə ödəmək şərti ilə 1490 manat məbləğində krediti Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Girovun dəyəri 2457.94 manatdır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh oğlu 1490 manat İddiaçı ASC-dən almışdır. xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli saxlanc girovu haqqında müqavilədən görünür ki, girov qoyan Cavabdeh xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi halda girov saxlayan İddiaçı ASC girov qoyulan qızıl zinət əşyalarından təminat almaq hüququna malikdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən girovun predıııeti olaraq (bundan sonra «Əşya») bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (Siyahı) sadalanan qızıl-zinət əşyaları hesab edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 2457,94 (iki min dörd yüz əlli yeddi manat 94 qəpik) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən girov qoyan saxlanc girovu ilə təmin edilmiş öhdəliyi vaxtında və tam icra etmədikdə və ya qanunla müəyyən olunmuş digər əsaslar olduqda girov saxlayanın aşağıdakı hallarda saxlanc girovunun predmetinə dərhal tutma yönəldilməsi hüququ yaranır. Saxlanc girovun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2023cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli SHLMB-10427 saylı kredit müqaviləsinə əsasən 3 ədəd, çəkisi- 4,6, əyarı-585, bazar dəyəri 419,15 manat olan sırğa, 3 ədəd, çəkisi- 6, əyarı-585, bazar dəyəri 546,72 manat olan üzük, 1 ədəd, çəkisi- 19, əyarı-500, bazar dəyəri 546,72 manat olan qarnitur, cəmi 29,6 qram çəkidə qızıl-zinət əşyaları Cavabdeh tərəfindən İddiaçı ASC-yə kassaya təhvil vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli razılıq ərizəsindən görünür ki, xx.xx.2023 tarixli, SHLMB-10427 saylı kredit müqaviləsi şəxsi ehtiyac üçün 1490 (bir min dörd yüz doxsan manat 00 qəpik) AZN, 12 (on iki) ay müddətinə, illik 27 (iyirmi yeddi) % ödənilməsi şərtilə ilə götürdüyü kreditin təminatı olaraq xx.xx.2023 tarixli, SHLMB-10427 saylı Təhvil-təslim Aktına əsasən İddiaçıASC-nin "Sahil" filialına saxlanc girova verdiyi qızıl- zinət əşyalarını, kredit və girov müqaviləsinin, habelə onların ayrılmaz hissəsi olan əlavələrlə müəyyən olunmuş öhdəliklərini lazımınca yerinə yetirməsə, Rabitəbank ASC-nin "Sahil" filialına girovsaxlayan onun Banka gəlmədiyi halda belə, borcumu ödəmək məqsədi ilə zərfdə saxlanan qızıl-zinət əşyalarını zərfi açaraq götürüb məhkəmədən kənar qaydada satmaq səlahiyyəti vardır. Tərəfimdən kredit müqaviləsinə əsasən qrafikə uyğun ödənişlərdə gecikmələr olarsa yaxud kredit müqaviləsinin müddəti bitərsə banka (filiala) gəlmədiyi halda girov qoyduğum qızıl-zinət əşyalarının bank (filial) tərəfindən yenidən bank daxili qiymətləndirmə apararaq bankdaxili satılmasına etirazı yoxdur. 27 mart 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Cavabdeh xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə əsas məbləğ üzrə 259,93 manat, faiz üzrə 17,96 manat borc, cərimə üzrə 27,64 manat olmaqla, cəmi 305,53 manat məbləğində kredit borcu vardır. 19 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tam şəkildə 3 iş günü müddətində banka ödənilməsi təklif etmişdir. Əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 12 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1490 manat məbləğdə kredit vermişdir, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh kredit limiti açılaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsinə əsasən 259,93 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kredit xətti 12 ay müddətinə, illik 27 faizədək olmaq şərti ilə verilir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsinə əsasən 72,44 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hazırkı iddia tələbinin 27,64 manat məbləğində cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onun qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 27,64 manat cərimə qismən, 5 manat həddində təmin edilməlidir. Məhkəmə 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2024-ci il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasının cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixli SHLMB-10427 nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, girov saxlayan iddiaçı «Rabitə Bank” ASC-in tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə dair girov saxlayanla girov qoyan hesab edilən Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş razılaşma mövcud olmadığından və buna görə də girov saxlayanın, yəni iddiaçı «Rabitə Bank” ASC-in tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli olduğundan iddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə müraciət etməkdə haqlıdır. Məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh tərəfindən girov qoyulmuş 3 adda əmlakın cəmi bazar dəyəri 2457,94 manatdır, cavabdehin isə iddiaçı qarşısında icra edilməyən əsas öhdəliyi 259.93 manat, faiz borcu üzrə 17,96 manat və məhkəmə tərəfindən təmin olunmuş cərimə borcu üzrə 5 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin girov hissəsində tam təmin edilərək cavabdehin iddiaçı qarşısında 282,89 manat həcmində olan öhdəliyinin aşkar surətdə mütənasib olmayan həcmdə, yəni 2457,94 manat dəyərində olan girov qoyulmuş bütün əşyalara yönəldilməsi cavabdehin hüquqlarının pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli SHLMB-10427 nömrəli girov müqaviləsi eyni tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli SHLMB-10427 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etdiyindən və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər qismən icra edilmədiyindən iddiaçının tələblərinin ödənilməsi məqsədi ilə tələb girov qoyulmuş bütün əmlaka yox, təmin olunmuş iddia tələbi həcminə mütənasib dəyərdə olan 3 ədəd, çəkisi- 4,6 qram, əyarı-585, bazar dəyəri 419,15 manat olan sırğalara yönəldilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 259,93 manat məbləğində əsas məbləğ üzrə borc, 17,96 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 282,89 manat borc və 31 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma xx.xx.2024-ci il tarixli SHLMB-10427 nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş Cavabdeh məxsus qızıl-zinət əşyası 3 ədəd, çəkisi- 4,6 qram, əyarı-585, bazar dəyəri 419,15 manat olan sırğaya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 259,93 (iki yüz əlli doqquz manat doxsan üç qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 17,96 (on yeddi manat doxsan altı qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 5 (beş) manat cərimə borcu, cəmi 282,89 (iki yüz səksən iki manat səksən doqquz qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cəmi 282,89 (iki yüz səksən iki manat səksən doqquz qəpik) manat kredit borcu və 31 (otuz bir) manat dövlət rüsumunun ödənilməsi üzrə tutma xx.xx.2024-ci il tarixli SHLMB-10427 nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov olaraq qoyulmuş Cavabdeh məxsus qızıl-zinət əşyası 3 ədəd, çəkisi- 4,6 qram, əyarı-585, bazar dəyəri 419,15 manat olan sırğalara yönəldilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-476/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-476/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver