Məhkəmə qərarları › İş №e-2(033)-477/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-477/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-477/2023 17.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-441/2021 saylı qətnaməsinə əsasən 22 dekabr 2011-ci il tarixdə doğulmuş X3 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğinin, 50 manat ödədiyi mediasiya xərcinin və 50 manat vəkilə ödənilmiş xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə “Aynişan” və xx.xx.2018-ci il tarixdə “Zübeydə” adlı övladları doğulmuşdur. Cavabdehlə olan nikahları pozulmuş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)- 441/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 140 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşaqların hərəsinə hər ay 220 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından 22 dekabr 2011-ci il tarixdə X3 və 20 iyul 2018-ci il tarixdə X4 dogulmuşdur. Hazırda uşaqları iddiaçının himayəsində yaşayırlar. Onun iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə imkanı yoxdur. Belə ki, o, ikinci dəfə ailə qurmuşdur və hazırda arvadı hamilədir. İddiaçının tələb etdiyi alimenti ödəyərsə dolanacağı çətin vəziyyətə düşəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə olunmuş Zaqatala RİHB-ın Faldarlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 22 dekabr 2011-ci il tarixdə doğulmuş X3 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X1 valideynləri X5 və Cavabdehdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-441/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 22 dekabr 2011-ci il tarixdə anadan olmuş X3 və 20 iyul 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(033)-901/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 136 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin məbləğ hər ay Cavabdeh tutularaq X2 xeyrinə verilməsi və alimentin hazırki məbləğinin hesablanmasını əvvəli hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 16 mart 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, ilkin mediasiya prosesində Cavabdeh və İddiaçı mediasiya prosesinin davam etdirilməməsi barədə qərar qəbul etmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 nikahlarını 03 may 2023-cü il tarixdə bağlamışlar. Nikah bağlanmdıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Faldarlı kənd həkim məntəqəsi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 23 saylı arayışdan görünür ki, X6 27 həftə 3 günlük hamilədir. İş materiallarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Zaqatala rayon Vəkil Bürosuna 50 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 22 dekabr 2011-ci il tarixdə doğulmuş X3 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X4 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər uşağa görə 140 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2021-ci ildə, yəni uşaqların 9 və 2 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaqlar 12 və 5-ci yaşdadırlar və ötən müddət ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən cəmi 280 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin hər uşağa 180 manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddianın tam həcmdə təmin olunması işin hazırki vəziyyətində cavabdehin maddi durumunu əlverişsiz vəziyyətə sala bilər, belə ki, o, ikinci dəfə ailə qurmuş və hazırda arvadı hamilədir. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 22 dekabr 2011-ci il tarixdə doğulmuş X3 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-441/2021 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (360-280=80x12=960 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc və 50 (əlli) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala rayon məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-441/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 dekabr 2011-ci il tarixdə doğulmuş X3 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 140 (bir yüz qırx) manat miqdarda alimentin məbləği artırılsın. 22 dekabr 2011-ci il tarixdə doğulmuş X3 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment, 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc və 50 (əlli) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar