Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-5/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 001821/18, 001897/18, 002377/19 saylı kredit müqavilələri üzrə 11569,15 manat məbləğində əsas borcun, 9142,57 manat məbləğində faiz borcunun, 12220,42 manat məbləğində cərimənin, cəmi 32932,14 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinın satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixli 001821/18 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 36% olmaqla 6430 (altı min dörd yüz otuz) manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 36 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə (ödəniş cədvəli) nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi xx.xx.2018-ci il tarixli 001821/18/G saylı girov müqaviləsinə əsasən girov müqaviləsinə 1 saylı əlavədə göstərilən qızıl zinət əşyaları girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Amma cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq gecikmələrlə ödəmiş, xx.xx.2020-ci il tarixindən isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli 001821/18 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakılardan ibarətdir. 3327.06 manat əsas borc; 3188.27 manat faiz borcu; 3768.36 manat cərimə borcu; 10283.69 manat cəmi borc. İddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixli 001898/18 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindan cavabdehə illik faiz dəracəsi 35% olmaqla 5210 (beş min iki yüz on) manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 36 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi xx.xx.2018-ci il tarixli 001898/18/G saylı girov müqaviləsinə əsasən girov müqaviləsinə 1 saylı əlavədə göstərilən qızıl zinət əşyaları girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəklidə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Amma cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq gecikmələrlə ödəmiş, xx.xx.2020-ci il tarixindən başlayaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli 001898/18 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakılardan ibarətdir: 3123.98 manat əsas borc; 2839.12 manat faiz borcu; 4617.46 manat cərimə borcu; 10580.56 manat cəmi borc. İddiaçı və cavabdeh arasında xx.xx.2019-cu il tarixli 002377/19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 34% olmaqla 4300 (dörd min üç yüz) manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 30 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli 002377/19/G saylı girov müqaviləsinə əsasən girov müqaviləsinə 1 saylı əlavədə göstərilən qızıl zinət əşyaları girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Amma cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, ödənişləri gecikdirmiş, xx.xx.2020-ci il tarixindən isə kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli 002377/19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakılardan ibarətdir: 2412.53 manat əsas borc; 1035.15 manat faiz borcu; 303.15 manat cərimə borcu; 3750.83 manat cəmi borc. İddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixli 001897/18 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 35% olmaqla 4195 (dörd min yüz doxsan beş) manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 36 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddıaçıya ödənilməli idi. Kreditin təminatı kimi xx.xx.2018-ci il tarixli 001897/18/G saylı girov müqaviləsinə əsasən girov müqaviləsinə 1 saylı əlavədə göstərilən qızıl zinət əşyaları girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutmuş məbləği ayırmışdır. Amma cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, ödənişləri gecikdirmiş, xx.xx.2020-ci il tarixindən isə kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixli 001897/18 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakılardan ibarətdir: 2705.58 manat əsas borc; 2080.03 manat faiz borcu; 3531.45 manat cərimə borcu; 8317.06 manat cəmi borc. Cavabdehin iddiaçıya 001821/18. 001898/18, 001897/18 və 002377/19 saylı kredit müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakılardan ibarətdir: 11569.15 manat əsas borc; 9142.57 manat faiz borcu; 12220.42 manat cərimə borcu; 32932.14 manat cəmi borc. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini tam icra etməmiş, hazırda borcundan müəyyən məbləğdə ödənişlər etmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2021-ci il tarixində dövlət poçtu vasitəsi ilə bildiriş göndərilmişdir. İddiaçının nümayəndəsi X7 ərizə ilə müraciət edərək cavabdehdən 11569.15 AZN məbləğində əsas kredit borcunun, 9142.57 AZN məbləğində faiz borcunun, 1220.42 AZN məbləğində cərimə, 30 AZN məbləğində dövlət rüsumunun və 150 AZN məbləğində ekspertiza xərcinin iddiaçının xeyrinə tutulmasını, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsini, satışdan əldə olunmuş vəsaitin iddiaçının kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 ərizə ilə müraciət edərək cavabdehin hazırda iddiaçıya xx.xx.2018-ci il tarixli 4195 manat məbləğində verilmiş kreditə görə 98,58 manat əsas, 1318,93 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 5210 manat məbləğində verilmiş kreditə görə 2823,98 manat əsas, 3034,32 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 6430 manat məbləğində verilmiş kreditə görə 2677,06 manat əsas, 3271,17 manat faiz borcu, ümumilikdə 3 kredit müqaviləsi üzrə 5591,62 manat əsas borcu, 7624,42 manat faiz borcu olmaqla, cəmi 13216,04 manat kredit borcunun tutulmasını, tutmanın girov müqaviləsi üzrə təqdim edilmiş qızıl-zinət əşyalarına yönəldilməsi, girov əşyalarının hərrac vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun silinməsi, satışdan əldə olunmuş kredit borcunun ödənilməsinə çatmadıqda çatışmayan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin bir hissəsi icra edildiyindən girov müqavilələrinə əsən girov predmeti olan qızıl-zinət əşyaları ona qaytarılmış və hazırda yalnız X5 MMC-nin mütəxəsislərinə qiymətləndirmə üçün təqdim edilmiş qızıl-zinət əşyaları Finex Kredit BOKT MMC-nin saxlancındadır. Onu da qeyd edir ki, tərəflər arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsinə əsasən borc tam şəkildə ödənilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 001821/18 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 6430 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 03 avqust 2021-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "Kredit verən"lə Cavabdeh arasında 03 avqust 2018-ci il tarixli 001821/18/G nömrəli girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 16 oktyabr 2018-ci il tarixli 001897/18 nömrəli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 001897/18 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 4195 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 16 oktyabr 2021-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "Kredit verən"lə Cavabdeh arasında 16 oktyabr 2018-ci il tarixli 001897/18/G nömrəli girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 001898/18 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 5210 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 16 oktyabr 2021-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "Kredit verən"lə Cavabdeh arasında 16 oktyabr 2018-ci il tarixli 001898/18/G nömrəli girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002377/19 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 30 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 4300 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 29 fevral 2022-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "Kredit verən"lə Cavabdeh arasında 29 avqust 2019-cu il tarixli 002377/19 G nömrəli girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. Kredit Müqavilələrin 5.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə 1 (bir) gündən 90 (doxsan) günədək gecikdirilmiş kreditə görə, “Kreditalan" hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 (bir) faizi miqdarında cərimə ödəyir. 03 avqust 2018-ci il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 001821/18/G nömrəli girov müqaviləsindən görünür ki, 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 10 adda tərəflərin razılığı ilə qiyməti 9186 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. 16 oktyabr 2018-ci il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 001897/18 /G nömrəli girov müqaviləsindən görünür ki, 16 oktyabr 2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 12 adda tərəflərin razılığı ilə qiyməti 5993 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. 16 oktyabr 2018-ci il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 001898/18 /G nömrəli girov müqaviləsindən görünür ki, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 8 adda tərəflərin razılığı ilə qiyməti 7443 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. 29 avqust 2019-cu il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002377/19/G nömrəli girov müqaviləsindən görünür ki, 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 9 adda tərəflərin razılığı ilə qiyməti 6143 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. X6 3.2-ci bəndinə əsasən girov ilə təmin olunmuş öhdəliyin icra müddəti Kredit müqaviləsi ilə müəyyən edilir. X6 4.2.2-ci maddəsinə əsasən borclu kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə “girov saxlayan" kredit borcunu, faizləri, zərəri, məhkəmə və ümumi tələbin 5%-dən aşağı olmamaq şərti ilə nümayəndə xərclərini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. X6 5.1.2-ci bəndinə əsasən əsas öhdəliyin və ya onun bir hissəsinin icra olunmaması və kredit müqaviləsi üzrə hər hansı bir ödəniş müddətinin iki dəfədən çox pozulması halında tələb birbaşa Girov predmetinə yönəldilir. X6 5.2-ci bəndinə əsasən “borclu” Kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə "girov saxlayan" kredit borcunun, faizlərin, cərimənin və zərərin ödənilməsi tələbini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Tərəflər arasında razılaşdırılmış 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli qiymətləndirmə aktından görünür ki, 585 əyyar 1 əşyanın çəkisi 23,3 qram olan 1 ədəd qolbağın yekun dəyəri 1100 manat, 585 əyyar 1 əşyanın çəkisi 12 qram olan 1 ədəd qolbağın yekun dəyəri 567 manat, 585 əyyar 4 əşyanın çəkisi 63,8 qram olan 4 ədəd boyunbağın yekun dəyəri 3013 manat, 585 əyyar 2 əşyanın çəkisi 9,6 qram olan 2 ədəd sırğanın yekun dəyəri 453 manat, 585 əyyar 1 əşyanın çəkisi 3,8 qram olan 1 ədəd kulonun yekun dəyəri 179 manat, 585 əyyar 1 əşyanın çəkisi 12,00 qram olan 1 ədəd kolyenin yekun dəyəri 567 manat, 585 əyyar 4 əşyanın çəkisi 16,50 qram olan 4 ədəd sırğanın yekun dəyəri 779 manat, 585 əyyar 1 əşyanın çəkisi 13,00 qram olan 1 ədəd kolyenin yekun dəyəri 614 manat, 750 əyyar 2 əşyanın çəkisi 8,20 qram olan 2 ədəd üzüyün yekun dəyəri 496 manat, 585 əyyar 1 əşyanın çəkisi 30 qram olan 1 ədəd boyunbağının yekun dəyəri 1417 manat, cəmi 9186 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. Tərəflər arasında razılaşdırılmış 16 oktyabr 2018-ci il tarixli 001897/18 nömrəli qiymətləndirmə aktından görünür ki, 750 əyyar 5 əşyanın çəkisi 29,8 qram olan 5 ədəd əşyadan ibarət dəstin yekun dəyəri 1854 manat, 585 əyyar 2 əşyanın çəkisi 4,0 qram olan 2 ədəd sırğanın yekun dəyəri 194 manat, 750 əyyar 1 əşyanın çəkisi 11,0 qram olan 1 ədəd üzüyün yekun dəyəri 684 manat, 585 əyyar 1 əşyanın çəkisi 8,8 qram olan 1 ədəd saatın yekun dəyəri 428 manat, 585 əyyar 1 əşyanın çəkisi 4,3 qram olan 1 ədəd beşliyin yekun dəyəri 314 manat, 750 əyyar 1 əşyanın çəkisi 10,00 qram olan 1 ədəd üzüyün yekun dəyəri 486 manat, 585 əyyar 1 əşyanın çəkisi 8,00 qram olan 1 ədəd boyunbağın yekun dəyəri 498 manat, 585 əyyar 1 əşyanın çəkisi 5,60 qram olan 1 ədəd qolbağın yekun dəyəri 272 manat, 750 əyyar 1 əşyanın çəkisi 5,50 qram olan 1 ədəd üzüyün yekun dəyəri 342 manat, 750 əyyar 1 əşyanın çəkisi 4,10 qram olan 1 ədəd kulonun yekun dəyəri 255 manat, 585 əyyar 1 əşyanın çəkisi 7,60 qram olan1 ədəd üzüyün yekun dəyəri 369 manat, 585 əyyar 1 əşyanın çəkisi 6,10 qram olan 1 ədəd üzüyün yekun dəyəri 296 manat, cəmi 4195 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. Tərəflər arasında razılaşdırılmış 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli qiymətləndirmə aktından görünür ki, 585 əyyar 1 əşyanın çəkisi 17,1 qram olan 1 ədəd yubleyin yekun dəyəri 831 manat, 900 əyyar 1 əşyanın çəkisi 25,8 qram olan 3 ədəd qızıl onluğun yekun dəyəri 1880 manat, 900 əyyar 4 əşyanın çəkisi 6,5 qram olan 1 ədəd imperialın yekun dəyəri 474 manat, 750 əyyar 1 əşyanın çəkisi 7,3 qram olan 1 ədəd üzüyün yekun dəyəri 454 manat, 750 əyyar 2 əşyanın çəkisi 27,7 qram olan 3 əşyadan ibarət dəstin yekun dəyəri 1723 manat, 750 əyyar 2 əşyanın çəkisi 16,70 qram olan 1ədəd qolbağın yekun dəyəri 1039 manat, 585 əyyar 1 əşyanın çəkisi 4,50 qram olan 1 ədəd üzüyün yekun dəyəri 219 manat, 750 əyyar 2 əşyanın çəkisi 13,3 qram olan 1 ədəd boyunbağın yekun dəyəri 824manat, cəmi 7443 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. Tərəflər arasında razılaşdırılmış 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli qiymətləndirmə aktından görünür ki, 585 əyyar 1 əşyanın çəkisi 14,1 qram olan 1 ədəd boyunbağın yekun dəyəri 848 manat, 585 əyyar 1 əşyanın çəkisi 12,8 qram olan 1 ədəd qolbağın yekun dəyəri 770 manat, 585 əyyar 4 əşyanın çəkisi 17,5 qram olan 4 ədəd sırğanın yekun dəyəri 1053 manat, 585 əyyar 1 əşyanın çəkisi 12,9 qram olan 1 ədəd kolyenin yekun dəyəri 722 manat, 585 əyyar 2 əşyanın çəkisi 7,3 qram olan 2 ədəd kulonun yekun dəyəri 439 manat, 585 əyyar 2 əşyanın çəkisi 10,19 qram olan 2 ədəd üzüyün yekun dəyəri 608 manat, 585 əyyar 1 əşyanın çəkisi 8,90 qram olan 1 ədəd saatın yekun dəyəri 535 manat, 750 əyyar 2 əşyanın çəkisi 10,1 qram olan 2 ədəd üzüyün yekun dəyəri 778 manat, 1 əşyanın çəkisi 6,50 qram olan 1 ədəd beşliyin yekun dəyəri 391 manat, cəmi 6143 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış 26 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinə, xx.xx.2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə, xx.xx.2019-cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış kredit borcunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun ödənilməsi tələbi ilə bağlı barəsində məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 3327,06 manat əsas borcu, 3188,77 manat faiz borcu, 3768,36 manat cərimə borcu, cəmi 10283,69 manat, xx.xx.2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə 3123,98 manat əsas borc, 2839,12 manat faiz borcu, 4617,46 manat cərimə borcu, cəmi 10580,56 manat borc, xx.xx.2019-cu il tarixə 002377/19 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 2412,53 manat əsas borcu, 1035,15 manat faiz borcu, 303,15 manat cərimə borcu olmaqla cəmi 3750,83 manat borc, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə 2705,58 manat əsas borc, 2080,03 manat faiz borcu, 3531,45 manat cərimə borcu olmaqla cəmi 8317,06 manat borcu, 001821/18, 001898/18, 001897/18 və 002377/19 nömrəli kredit müqavilələri üzrə xx.xx.2021-ci il tarixinə olan ümumi 11569,15 manat əsas borcu, 9142,57 manat faiz borcu, 12220,42 manat cərimə borcu olmaqla cəmi 32932,14 manat borcu vardır. X5 Məhdud Məsuliyyətli Cəmiyyətinin 461 nömrəli 21 fevral 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Zaqatala şəhərində yerləşən, İddiaçı BOKT ASC-nin Zaqatala filialında xx.xx.2018-ci il tarixli, 001821/18/G nömrəli; xx.xx.2018-ci il tarixli, 001898/18/G nömrəli; xx.xx.2018-ci il tarixli, 001897/18/G nömrəli və xx.xx.2019-cu il tarixli, 002377/19/G nömrəli kredit müqavilələri üzrə girovda olan, Cavabdeh məxsus qızıl-zinət əşyalarının əlamətlərinə, yəni qızılın əyarına, çəkisinə, məmulatın üstündə olan qaşların keyfiyyətinə və ölçüsünə müvafiq olaraq, nəzəri hesablama yolu ilə dəyəri, hər biri ayrı ayrılıqda qeyd edilməklə girov predmetinin orta bazar qiymətlərinə uyğun olaraq 2021-ci il tarixə olan ilkin satış qiyməti təxminən 6,722.1 (1696.86 + 3570.12 + 584.1 + 870.84) manat müəyyən edilir. xx.xx.2018-ci il tarixli, 001821/18/G nömrəli kredit müqaviləsi üzrə 585 əyyar 1 əşyanın çəkisi 25.4 qram olan 2 ədəd 585 əyyar boyunbağının 2021-ci il üçün dəyəri 1097.28 manat, 1 əşyanın çəkisi 8.2 qram olan 1 ədəd 750 əyyar üzüyün 2021-ci il üçün dəyəri 435,42 manat, 1 əşyanın çəkisi 3.8 qram olan 1 ədəd 585 əyyar kulonun 2021-ci il üçün dəyəri 164.16 manat, xx.xx.2018ci il tarixli, 001898/18/G nömrəli kredit müqaviləsi üzrə 1 əşyanın çəkisi 17.2 qram olan 3 ədəd 900 əyyar qolbağın 2021-ci il üçün dəyəri 1099,08 manat, 1 əşyanın çəkisi 7.3 qram olan 1 ədəd 750 əyyar üzüyün 2021-ci il üçün dəyəri 387,63 manat, 1 əşyanın çəkisi 27.7 qram olan 3 ədəd 750 əyyar üzüyün 2021-ci il üçün dəyəri 1196,64 manat, 1 əşyanın çəkisi 16.7 qram olan 1ədəd 585 əyyar üzüyün 2021-ci il üçün dəyəri 886,77 manat. xx.xx.2018-ci il tarixli, 001897/18/G nömrəli kredit müqaviləsi üzrə 1 əşyanın çəkisi 11 qram olan1 ədəd 750 əyyar üzüyün 2021-ci il üçün dəyəri 584.1 manat, xx.xx.2019-cu il tarixli, 002377/19/G nömrəli kredit müqaviləsi üzrə 1 əşyanın çəkisi 12 qram olan 3 ədəd 900 əyyar qolbağın 2021-ci il üçün dəyəri 637.2 manat, 1 əşyanın çəkisi 14.4 qram olan 1 ədəd 750 əyyar üzüyün 2021-ci il üçün dəyəri 233.64 manat, cəmi 4 əşyanın 2021-ci il tarixə dəyəri 870,84 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 9/5922 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, borcalan Cavabdeh tərəfindən İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətindən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borcu aşağıdakı müəyyən edilir. xx.xx.2018-ci il tarixli, 001821/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 3027,06 manat, faiz borcu üzrə 3406,89 manat, 16 oktyabr 2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 1755,58 manat, faiz borcu üzrə 1918,89 manat, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 2823,98 manat, faiz borcu üzrə 3021,32 manat, 29 avqust 2019cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 2412,53 manat, faiz borcu üzrə 1029,97 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 9/5922 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində göstərilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Qərarı 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 36 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 6430 (altı min dörd yüz otuz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 03 avqust 2018-ci il tarixli 001821/18 /G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən ümumi dəyəri 9186 manat müəyyən edilmiş 10 adda qızıl zinət əşyaları iddiaçının xeyrinə yüklü edilmişdir. Eyni tərəflər arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 35 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 4195 (dörd min bir yüz doxsan) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 16 oktyabr 2018-ci il tarixli 001897/18 /G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən ümumi dəyəri 5993 manat müəyyən edilmiş 12 adda qızıl zinət əşyaları iddiaçının xeyrinə yüklü edilmişdir. Eyni tərəflər arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 35 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 5210 (beş min iki yüz on) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 16 oktyabr 2018-ci il tarixli 001898/18 /G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən ümumi dəyəri 7443 manat müəyyən edilmiş 8 adda qızıl zinət əşyaları iddiaçının xeyrinə yüklü edilmişdir. Bununla da onların arasında girovla təmin edilmiş öhdəlik münasibətləri yaranmışdır. Eyni tərəflər arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 34 faiz olmaqla 30 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 4300 (dörd min üç yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 29 avqust 2019-cu il tarixli 002377/19/G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən ümumi dəyəri 6143 manat müəyyən edilmiş 9 adda qızıl zinət əşyaları iddiaçının xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 9/5922 nömrəli ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixli, 001821/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 3027,06 manat, faiz borcu üzrə 3406,89 manat, 16 oktyabr 2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 1755,58 manat, faiz borcu üzrə 1918,89 manat, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 2823,98 manat, faiz borcu üzrə 3021,32 manat, 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 2412,53 manat, faiz borcu üzrə 1029,97 manat borcalan Cavabdeh İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinə borcu vardır. İddiaçı iddia tələbi ilə müraciət edərək cavabdehin hazırda iddiaçıya xx.xx.2018-ci il tarixli 4195 manat məbləğində verilmiş kreditə görə 98,58 manat əsas, 1318,93 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 5210 manat məbləğində verilmiş kreditə görə 2823,98 manat əsas, 3034,32 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 6430 manat məbləğində verilmiş kreditə görə 2677,06 manat əsas, 3271,17 manat faiz borcu, ümumilikdə 3 kredit müqaviləsi üzrə 5591,62 manat əsas borcu 7624,42 manat faiz borcu olmaqla cəmi 13216,04 manat kredit borcunun olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli, 16 oktyabr 2018ci il tarixli 001898/18 nömrəli, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqavilələrinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli və xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirdiyindən, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinə əsasən 2677,06 manat əsas borc, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə əsasən 2823,98 manat əsas borc, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə əssən 98,58 manat əsas borc olmaqla, cəmi 5599.62 manat borc Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin kredit müqavilələri üzrə faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qanunvericiliyin yuxarıda qeyd edilən normaları əsasında münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməli, 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinə əsasən 3271,17 manat faiz borcu, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə əsasən 3034,32 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə əsasən 1318,93 manat faiz borcu olmaqla, cəmi 7624,42 manat faiz borcunun Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan “İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 36 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 42,2 faizdir. 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 35 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 42,2 faizdir. xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 35 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 42,2 faizdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Göründüyü kimi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsinin deməsinə görə tərəflər arasında bağlanmış 29 avqust 2019-cu il tarixli 002377/19 nömrəli kredit müqaviləsinə əsasən borc tam şəkildə ödənilmişdir. Ona görə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçı tərəfindən ərizə verilmişdir. Məhkəmə tərəfindən də həmin ərizə icraata qəbul edilmişdir. Ona görə də, verilmiş tələblər üzrə işə baxılmalıdır. Eyni zamanda o da qeyd olunmalıdır ki, iddiaçının tələb etdiyi pul məbləğləri hazırki iş üzrə alınmış ekspert rəyində göstərilən məbləğlərə nisbətən aşağı olduğundan və iddiaçı tərəf bu hissədə iddianın həcminin artırılması barədə ərizə vermədiyindən hazırda ekspert rəyinə istinad edilmədən verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizəsinin 150 manat ekspertiza xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki X5 Məhdud Məsuliyyətli Cəmiyyətinin 461 nömrəli 21 fevral 2022-ci il tarixli bildirişindən görünür ki, 150 manat məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri İddiaçı BOKT ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbinin 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqavilələri üzrə kredit borcunun tutulmasının cavabdeh tərəfindən 03 avqust 2018-ci il tarixli 001821/18/G nömrəli, 16 oktyabr 2018-ci il tarixli 001898/18/G nömrəli, xx.xx.2018ci il tarixli 001897/18/G nömrəli girov müqavilələrinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, girov saxlayan İddiaçı BOKT ASC-in tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə dair girov saxlayanla girov qoyan hesab edilən Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş razılaşma mövcud olmadığından və buna görə də girov saxlayanın, yəni İddiaçı BOKT ASC-in tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli olduğundan iddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 avqust 2018-ci il tarixli 001821/18/G nömrəli, 16 oktyabr 2018-ci il tarixli 001898/18/G nömrəli, xx.xx.2018ci il tarixli 001897/18/G nömrəli girov müqavilələri eyni tərəflər arasında bağlanmış 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqavilələrinin təminat üsulu kimi çıxış etdiyindən və cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyindən iddiaçının tələblərinin ödənilməsi məqsədi ilə tələb girov qoyulmuş və hazırda girovda qalan (X2 rəyindən və iddiaçının nümayəndəsinin izahatından görünür ki, girovda olan qızıl-zinət əşyalarının bir qismi kredit ödənildiyi üçün borclu tərəfindən imzalanaraq götürülmüşdür.) qızıl-zinət əşyalarına yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, girov əşyalarının ilkin satış qiyməti X2 21 fevral 2022-ci il tarixli 461 nömrəli rəyinə uyğun müəyyən edilməli, satışdan əldə olunan vəsait cavabdehin borcuna yönəldilməli, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinə əsasən 2677,06 manat məbləğində əsas borc, 3271,17 manat faiz borcu olmaqla cəmi 5948,23 manat məbləğində kredit borcu, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə əsasən 2823,98 manat məbləğində əsas borcun və 3034,32 manat məbləğində faiz borcu olmaqla cəmi 5858,3 manat məbləğində kredit borcu, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə əsasən 98,58 manat məbləğində əsas borc və 1318,93 manat məbləğində faiz borcu olmaqla cəmi 1417,51 manat kredit borcu, 150 manat məbləğində ekspertiza xərci və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, tutma 03 avqust 2018-ci il tarixli 001821/18/G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş Cavabdeh məxsus 1 əşyanın çəkisi 25.4 qram olan 2 ədəd 585 əyyar boyunbağıdan, 1 əşyanın çəkisi 8.2 qram olan 1 ədəd 750 əyyar üzükdən, 1 əşyanın çəkisi 3.8 qram olan 1 ədəd 585 əyyar kulondan ibarət olan qızıl-zinət əşyalarına, 16 oktyabr 2018-ci il tarixli 001898/18/G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş Cavabdeh məxsus 1 əşyanın çəkisi 17.2 qram olan 3 ədəd 900 əyyar qolbağdan, 1 əşyanın çəkisi 7.3 qram olan 1 ədəd 750 əyyar üzükdən, 1 əşyanın çəkisi 27.7 qram olan 3 ədəd 750 əyyar üzükdən, 1 əşyanın çəkisi 16.7 qram olan 1ədəd 585 əyyar üzükdən ibarət olan qızıl-zinət əşyalarına, xx.xx.2018-ci il tarixli 001897/18/G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş Cavabdeh məxsus 1 əşyanın çəkisi 11 qram olan1 ədəd 750 əyyar üzükdən ibarət olan qızıl-zinət əşyalarına yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdeh 03 avqust 2018-ci il tarixli 001821/18 nömrəli kredit müqaviləsinə əsasən 2677,06 (iki min altı yüz yetmiş yeddi manat altı qəpik) manat məbləğində əsas borc, 3271,17 (üç min iki yüz yetmiş bir manat on yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 5948,23 (beş min doqquz yüz qırx səkkiz manat iyirmi üç qəpik) manat məbləğində kredit borcu, 16 oktyabr 2018-ci il tarixli 001898/18 nömrəli kredit müqaviləsinə əsasən 2823,98 (iki min səkkiz yüz iyirmi üç manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borcun və 3034,32 (üç min otuz dörd manat otuz iki qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 5858,3 (beş min səkkiz yüz əlli səkkiz manat otuz qəpik) manat məbləğində kredit borcu, xx.xx.2018-ci il tarixli 001897/18 nömrəli kredit müqaviləsinə əsasən 98,58 (doxsan səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc və 1318,93 (bir min üç yüz on səkkiz manat doxsan üç qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 1417,51 (bir min dörd yüz on yeddi manat əlli bir qəpik) manat kredit borcu, ümumilikdə 13224,04 (on üç min iki yüz iyirmi dörd manat dörd qəpik) manat məbləğində kredit borcu, 150 (bir yüz əlli) manat ekspertiza xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin xeyrinə tutulsun. Cəmi 13224,04 (on üç min iki yüz iyirmi dörd manat dörd qəpik) manat məbləğində kredit borcu, 150 (bir yüz əlli) manat ekspertiza xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə tutma 03 avqust 2018-ci il tarixli 001821/18/G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus 1 əşyanın çəkisi 25.4 qram olan 2 ədəd 585 əyyar boyunbağıdan, 1 əşyanın çəkisi 8.2 qram olan 1 ədəd 750 əyyar üzükdən, 1 əşyanın çəkisi 3.8 qram olan 1 ədəd 585 əyyar kulondan ibarət olan qızıl-zinət əşyalarına, 16 oktyabr 2018-ci il tarixli 001898/18/G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus 1 əşyanın çəkisi 17.2 qram olan 3 ədəd 900 əyyar qolbağdan, 1 əşyanın çəkisi 7.3 qram olan 1 ədəd 750 əyyar üzükdən, 1 əşyanın çəkisi 27.7 qram olan 3 ədəd 750 əyyar üzükdən, 1 əşyanın çəkisi 16.7 qram olan 1 ədəd 585 əyyar üzükdən ibarət olan qızıl-zinət əşyalarına, xx.xx.2018-ci il tarixli 001897/18/G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus 1 əşyanın çəkisi 11 qram olan1 ədəd 750 əyyar üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın və onların satışından əldə edilmiş vəsait hesabına cavabdehin İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinə olan borcu ödənilsin. Hərracdan satılmış qızıl-zinət əşyalarının dəyəri iddiaçıya olan borcun ödənməsinə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh İddiaçı Bank Olmayan Kredit X10 Cəmiyyətinin xeyrinə tutulsun. Girov müqavilələrinə əsasən yüklü edilmiş Cavabdeh məxsus qızıl-zinət əşyalarının hərracda ilkin satış qiyməti X2 21 fevral 2022-ci il tarixli 461 nömrəli rəyinə əsasən müəyyən edilsin. Cavabdeh 145 (bir yüz qırx beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-5/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-5/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver