Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-527/2024 29.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə işə 29 may 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh birgə nikahından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X1 üçün sabit, 235 manat məbləğində alimentin və mediasiya üçün ödənilmiş 60 (altmış) manat xərcin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh qarşı övladlarının saxlanılması üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Rayon Məhkəməsinə müraciət edir. Qeyd edir ki, cavabdehlə faktiki ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övladına heç bir mənəvi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifəsinin məsuliyyətini dərk etmir. Zaqatala Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2(033)-1277/2021 saylı qətnaməsi ilə uşağın saxlanması üçün minimum 160 manat alimentin məbləği təyin edilmişdir. Bildirir ki, az yaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü X12 indiyə kimi onun maddi və mənəvi dəstəyi ilə böyüyür və artıq oğlu böyüdükcə onun maddi ehtiyacları və gündəlik tələbatı günügündən artır. Onun məvacibi və cavabdehin verdiyi aliment övladının maddi və mənəvi ehtiyaclarını ödəməkdə kifayət etmir. Bu günə kimi uşağının səhhəti, sağlamlığı, sosial və məişət problemlərini yalnız, təkbaşına həyata keçirmişdir. Cavabdeh yalnız indiyə qədər olan minimum alimenti ödəməklə vəzifəsini bitmiş hesab edir. Uşağını təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. İlkin Mediasiya arayışında da göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Nəzərə alınmalıdır ki, ölkədə 2024-cü il üçün yaşayış minimumu hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Mediasiya üçün ödənilmiş 60 (altmış) manat Mediasiya xərcinin cavabdehdən tutulması labüddür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 22 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizədən görünür ki, o, keçmiş həyat yoldaşı X3 alimentin məsələsinin artırılması tələbi ilə qaldırdığı iddiyaya narazılığımı bildirmək istəyir. Onun keçmiş həyat yoldaşı ilə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X12 adlı bir övladı var. Qeyd edir ki, onlar faktiki ayrıldıqdan sonra Zaqatala Rayon Məhkəməsi tərəfindən 27 sentyabr 2018-ci il tarixli 2(033)- 1128/2018 saylı qətnaməyə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi (xx.xx.2018-ci il) tarixdən hesablamaqla ayda 117 manat aliment təyin edilmişdir. 2021-ci ildə əks tərəf yenidən Zaqatala Rayon Məhkəməsinə müraciət edərək alimentin məbləğin artırılmasını tələb etdi. Bu dəfə alimentin miqdarı 160 manat məbləğində artırıldı. Maddi çətinliklərə baxmayaraq hər ay alimenti ödəməyə çalışır. X2 Azərbaycan Respublikası Konustutusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən valideynin uşaq qayğısına qalmaq, onun tərbiyyə edilməsi borcunu pozaraq 2018-ci ildən bu günə kimi onun azyaşlı oğlu ilə görüşməyinə qəti imtina edir. Halbuki, övladı ilə görüşmək onun qanuni haqqıdır. Hətta uşağa yaxın getdiyi təqdirdə onu hədələyiblər. Ev telefonlarına zəng etmiş, qapısına qədər getmiş, keçmiş həyat yoldaşıdan və anası tərəfindən təhqiramiz sözlərlə rədd edilmişdir. Hətta anası ona uşağın onun olmadığını belə söyləyib. Uşağı görmək üçün oxuduğu məktəbə getmiş, uşaq ağlayaraq anasından qorxduğunu və onunla görüşməyinə icazə vermədiyini söyləmişdir. Bütün bu olanlara baxmayaraq o bir ata kimi övladının alimentini ödəməyə çalışır və hazırdır. Onun heç bir daimi iş yeri yoxdur, pensiya və digər sosial müavinətlərdə almır. Səhhətində problem var. İş olduqca günəmuzd fəhlə kimi işləyir. Onu da qeyd edir ki, onun da evdə iki azyaşlı biri xx.xx.2020, digəri xx.xx.2021-ci il təvəllüdlü körpələri var. Hazırki həyat yoldaşıda X5 işsizdir. Günəmuzd fəhləliklə qazandığı məbləğ alimenti ödədikdən sonra evdəki azyaşlı körpələrinin heç gündəlik ehtiyaclarını ödəmir. İşsizliyini və evindəki azyaşlı körpələrini nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edir. O, onun övladı Məmmədli Elfət ilə görüşməyinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hal-hazırda şirniyyatçı kimi günün müəyyən vaxtlarında işləyir. Atası bir gözdən əlildir, anası onkoloji xəstədir. Ailəsinin tək övladıdır və onlarla birgə yaşadığı üçün bütün qazancını uşağı üçün təmin edə bilmir. Cavabdehin hal-hazırda ödədiyi aliment isə uşağın artan xərclərini, yəni təhsil, geyim və qida xərclərini qarşılamağa kifayət etmir. Cavabdeh isə nikahda olduqları zaman maşın usta kimi işləmişdir, həmçinin indi də usta kimi işləyir. Aliment miqdarının 200 manat məbləğində artırılmasını tələb edir. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, o yenidən ailə həyatı qurmuşdur, himayəsində iki körpə uşağı var, hal-hazırda işləmir. Əvvəllər Dağıstana, fərqli şəhərlərə işləmək üçün getmişdir, lakin borcu olduğu üçün ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Halhazırda iş olduqda fəhlə kimi işləyir. Belə ki, 160 manat alimenti ödəyir, əlavə olaraq 40 manat ödəyir ki, borcundan silinsin. Həmçinin bildirmişdir ki, o aliment ödəsə də, iddiaçı uşaqla görüş üçün imkan yaratmır. Odur ki, iddianı qismən qəbul edir, aliment məbləğinin 20 manat məbləğində artırılmasına razıdır. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 01 avqust 2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında nikah 01 avqust 2019-cu ildə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 104 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Məmmədov, qadına Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, 31 oktyabr 2010-cu il təvəllüdlü X8 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-1277/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh alınaraq 31 oktyabr 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(033)- 1128/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeyd edilən 05 noyabr 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 25 oktyabr 2021-ci il təvəllüdlü X9 atası Cavabdeh, anası X4r. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X7 atası Cavabdehdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, aliment borcunun olması, heç bir yerdə işləməməsi, yüksək gəlir yerinin olmaması, maddi imkanının aşağı olması, yenidən ailə qurması və himayəsində azyaşlı uşaqlarının olması onu uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağın saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 31 oktyabr 2010-cu ildə doğulmuş X12 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 160 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2021-ci ildə, yəni uşağın müvafiq olaraq 11 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 13 yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili, sağlamlığı ilə bağlı xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən cəmi 160 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa görə 180 manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddianın tam həcmdə təmin olunması işin hazırki vəziyyətində cavabdehin maddi durumunu əlverişsiz vəziyyətə sala bilər, belə ki, ikinci dəfə ailə qurmuşdur və himayəsində iki azyaşlı uşağı vardır. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tutularaq 31 oktyabr 2010-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(033)- 1277/2021 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (180-160=20x12=240 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(033)-1277/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 31 oktyabr 2010-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat miqdarda alimentin məbləği artırılsın. 31 oktyabr 2010-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-527/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-527/2024
29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver