Məhkəmə qərarları › İş №e-2(033)-545/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-545/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-545/2023 04.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat əsas borcun, tərəfindən vəkilə ödənilmiş 321 manat məbləğində xidmət haqqının və onun adına verilmiş etibarnamə üçün ödənilmiş 19 manat məbləğində dövlət rüsumunun, 71 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun və kredit müqaviləsi bağlanarkən tərəfindən ödənilmiş 115 manat xidmət haqqının tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində 4900 manat məbləğində kredit müqaviləsi bağlamışdır. Həmin pulu cavabdeh ona xx.xx.2023-cü il tarixinədək qısa bir müddətdə qaytarmalı idi. Lakin, cavabdeh ona verilmiş borcu ona qaytarmaq niyyətində deyildir. Dəfələrlə özünə zəng edib borcun qaytarılmasını tələb etsə də Cavabdeh hər dəfəsində “narahat olma pulunu sabah qaytaracam” deyərək ona olan borcunu ödəməmişdir. Cavabdehə tərəfindən borcunun qaytarılmasına dair xx.xx.2023-cü il tarixində pretenziya qaydasında göndərmiş olduğu müraciəti də nəticəsiz qalmışdır. Buna görə də, o cavabdehdən pulunun geri alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilərək reyestrdə 3M-1124 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 4900 manat məbləğində pulu borc alan Cavabdeh verir. Borcalan krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri 10 gün ərzində icra etmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi Cavabdeh bildirilmişdir. xx.xx.2023-cü il tarixli 23012 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 321 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən nümayəndəsi və vəkili Nümayəndə verilmiş etibarnamədən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin hesabına 17.25 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 4900 manat borc pul götürmüş və həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən borcunu tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün mümkün olmamışdır. Müəyyən edildiyi kimi yuxarıda qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla xx.xx.2022-ci il tarixdə imzaladıqları kredit müqaviləsi ilə cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh yazılı kredit müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkəmə işdə olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsini borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 4900 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi borcun qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 321 manat xidmət haqqının, cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X3rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 321 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 19 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Nümayəndə verilmiş 07 aprel 2023-cü il tarixli etibarnamədən görünür ki, etibarnamə reyestrdə 7E-2391 nömrəsi ilə qeyd edilib, informasiya sisteminə daxil edilib və 17,25 manat haqq tutulub. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən etibarnamənin verilməsi üçün 17,25 manat tutulduğundan, cavabdehdən 17,25 manat həcmində vəsait tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi bağlanarkən İddiaçı tərəfindən ödənilmiş 115 manat xidmət haqqının da Cavabdeh tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilmələlidr. Belə ki, xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, müqavilə notarial qaydada təsdiq edilərək reyestrə daxil edilərkən 115 manat haqq tutulub. Həmin müqavilənin 11-ci bəndindən görünür ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “Borcalan” çəkir. Belə olan halda 115 manat xidmət haqqının İddiaçı tərəfindən yox, müqavilə üzrə borcalan Cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlmək mümkündür. İddiaçı müqavilənin bağlanması üçün 115 manat xidmət haqqının özü tərəfindən ödənilməsinə dair sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, 4900 manat məbləğində borc və vəkilə ödənilmiş 321 manat pul, vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 17,25 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən Cavabdeh 71 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, 2,10 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 4900 (dörd min doqquz yüz) manat məbləğində borc, vəkilə ödənilmiş 321 (üç yüz iyirmi bir) manat xidmət haqqı, vəkilə verilmiş etibarnamə üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu, ümumilikdə 5309,25 (beş min üç yüz doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 2,10 (iki manat on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar