Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-601/2023 11.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra - İddiaçı BOKT MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 3146,90 (üç min bir yüz qırx altı manat doxsan qəpik) manat əsas kredit borcu, 31,12 (otuz bir manat on iki qəpik) manat faiz borcu, cəmi 3178,02 (üç min bir yüz yetmiş səkkiz manat iki qəpik) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 52 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 2019-cu il tarixli 80/0719-040 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3381,54 (üç min üç yüz səksən bir manat əlli dörd qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2021-ci il tarixə olan hesablamalara görə iddiaçıya borcu 3146,90 (üç min bir yüz qırx altı manat doxsan qəpik) manat əsas kredit borcu, 31,12 (otuz bir manat on iki qəpik) manat faiz borcu, cəmi 3178,02 (üç min bir yüz yetmiş səkkiz manat iki qəpik) manat təşkil edir. Cavabdeh1 dəfələrlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-a olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh1 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında 18 iyul 2019-cu il tarixli 80/0719-040Z saylı zaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh1 18 iyul 2019-cu il tarixli 80/0719-040 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 30 (otuz) manat ödəniş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə İddiaçı BOKT MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək iddia tələbini tam müdafiə etdiyini bildirmiş və iş üzrə baxış iclasını iştirakları olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçı ilə aralarında 5 il müddətinə kredit müqaviləsi bağlanmışdır, o kredit borcunu ödəyə bilmədiyi üçün kredit restrukturizasiya edilmişdir. İddiaçı ilə aralarında olan razılığa əsasən o ayda 75 manat ödəməklə kredit müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. Gələcəkdə borcunu hissə-hissə ödəyəcəkdir. O maddi vəziyyətinin yaxşı olmadığını və himayəsində 2 azyaşlı uşağının olduğunu qeyd etdi və ona köməklik göstərilməsini xahiş etdi. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-601/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 80/0719-040 nömrəli Kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh1 sonuncunun vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 3381,54 manat qalıq məbləğini ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 3381.54 manat məbləğində güzəştli krediti verməyi, Cavabdeh1 isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə “Asel Kredit" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 80/0719-040 nömrəli kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borc, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Asel Kredit Bank Olmayan Kredit X1 Cəmiyyətinə tam şəkildə ödəməyi öz öhdəsinə götürür . Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 80/0719-040 nömrəli kredit müqaviləsi üzrə 3146,90 manat əsas borcu (2757,76 manat vaxtı keçməmiş+389,14 manat vaxtı keçmiş), 31,12 (1,59 manat vaxtı keçməmiş+29,53 vaxtı keçməmiş) manat faiz borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 80/0719-040 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə müvafiq olaraq 3381,54 manat kredit məbləğini iddiaçıya qaytarmalı olması müəyyən olunmuşdur. Bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər tərəfindən kredit və zaminlik müqaviləsi üzrə öhdəliklər icra edilməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh zamin və cavabdeh borcalan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 3146,90 manat əsas kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 80/0719-040 saylı kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 1 faiz dərəcəsi ilə hesablanan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlərdən müştərək qayda kredit müqaviləsinə əsasən 31,12 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 52 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilərək, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 80/0719-040 kredit müqaviləsinə əsasən 3146,90 manat əsas kredit borcu, 31,12 manat hesablanmış faiz borcu olmaqla, cəmi 3178,02 manat məbləğində borc və ödənilmiş 52 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234 və 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 80/0719-040 kredit müqaviləsinə əsasən 3146,90 (üç min bir yüz qırx altı manat doxsan qəpik) manat əsas kredit borcu, 31,12 (otuz bir manat on iki qəpik) manat hesablanmış faiz borcu olmaqla, cəmi 3178,02 (üç min bir yüz yetmiş səkkiz manat iki qəpik) manat məbləğində borc tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinın xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 52 (əlli iki) manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinın hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-601/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-601/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver