Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-621/2023 05.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2, üçüncü şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İddiaçı2 mülkiyyətində olmuş "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 14000 (on dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 mülkiyyətində "JAC J5" markalı **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İddiaçı2 həmin avtomobili iş üzrə digər İddiaçı1 satmış, lakin aralarında alqı-satqı müqaviləsi bağlanmamış və avtomobil etibarnamə əsasında İddiaçı1 sahibliyinə verilmişdir. İddiaçı1 iş üzrə Cavabdeh2 ilə aralarında olan pul mübahisəsi ilə bağlı olaraq 4000 manat pulun təminatı olaraq "JAC J- 5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun sahibliyinə vermək məqsədi ilə iş üzrə digər Cavabdeh1 adına etibarnamə vermişdir. İş üzrə digər Cavabdeh1 isə iddiaçılar İddiaçı2 və İddiaçı1 razılığı olmadan formal olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin avtomobili iş üzrə Cavabdeh2 adına rəsmiləşdirmişdir. İş üzrə Cavabdeh2 həmin avtomobili daha sonradan özgəninkiləşdirmişdir. İşin bu halı iddia ərizəsinə əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsində aparılmış araşdırma materialları və iş üzrə Cavabdeh2 verdiyi izahatı ilə tam təsdiq olunur. Göründüyü kimi, iş üzrə Cavabdeh2 bütün bu hərəkətləri ilə əsassız varlanmışdır. İş üzrə Cavabdeh2 həmin avtomobili özgəninkiləşdirmiş, lakin avtomobilin dəyəri olan dəyəri 14.000 (on dörd min) manat pulu İddiaçı1 verməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iş üzrə Cavabdeh2, mülkiyyətində olmuş "JAC J-5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili və yaxud onun dəyəri olan 14.000 (on dörd min) manat pulu tələb etsə də, sonuncu bundan qərəzli olaraq boyun qaçırmışdır. Nəticədə, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olmuş "JAC J5" markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 14.000 (on dörd min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 132 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq özünə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2, üçüncü şəxslər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, Baş X27 İdarəsinin Şəki Regional Qİ və TB şöbəsinin rəisi məhkəməyə məktub göndərərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 izahat verərək göstərdi ki, Cavabdeh2 ilə aralarında qohumluq münasibətləri var. Cavabdeh2 Ruslan adlı oğlu var. 2018-ci ildə Ruslan həqiqi hərbi xidmətdən gəldikdən sonra Validə onu işə düzəltmək istəmiş və dediyinə görə bir şəxslə razılaşmış və həmin şəxs bunun qarşılığında ondan 14000 manat tələb etmişdir. Cavabdeh2 isə onun həmin məbləği verə biləcək imkanının olmadığını əsas gətirərək, ondan oğlunu işə düzəltmək üçün kömək istəmişdir. O da öz növbəsində qohum olduğu üçün Cavabdeh2 kömək etmək məqsədi ilə araşdırmış və Rəsul Rüstəmovun belə işlərlə məşğul olduğunu öyrənmiş və Validəyə bu barədə demişdir. Bir müddət sonra o, Validə, onun oğlu Ruslan və Rəsul görüşmüş və Validə onların yanında X6 Fövqaladə Hallar Nazirliyinə yanğınsöndürən vəzifəsinə işlə düzəltməsi üçün 8000 manat vermişdir. Bir müddət sonra pandemiya dövrü olmuş elə həmin vaxtlarda Rəsul Rüstəmov intihar etmişdir. Onun intihar etməsindən sonra Validənin oğlu Ruslanı prokurorluğa dəvət etmişdirlər və Ruslan tək qalmasın deyə ona mənəvi dəstək olmaq məqsədi ilə onunla birgə prokurorluğa getmişdir. X3 son telefon danışıqları apardığı şəxslər sırasında Validənin oğlu Ruslanla danışıqların olduğu bildirilmiş və onun izahatı alınmışdır. Bundan bir neçə gün sonra Rəsul Rüstəmovla onun özünün də danışıqları olduğu üçün onu da dəvət edərək prokurorluğun müstəntiqi izahatını almışdır. Rəsul vəfat etdikdən sonra Validə ondan 8000 manatı tələb etməyə başlamış və uşağı işə düzəltməq məqsədi ilə kreditlər götürdüyünü demişdir. O da Validəyə onun da borclarının olduğunu bildirmiş və yalnız mülkiyyətində olan Jac J-5 markalı maşınının olduğunu və həmin maşını satdıqdan sonra Validəyə 8000 manatı qaytara biləcəyini demişdir. Validə də bu fikirlə razılaşmışdır. Bundan sonra mülkiyyətində olan avtomobil internetdə satışa qoyulmuşdur. Bir müddət sonra ona məxsus avtomobil satılmadığına görə Validə ona həmin avtomobili Zaqatalada sata biləcəyini demişdir. Validə ilə həmin avtomobilin dəyərinin 12-13 min arası olması ilə bağlı danışıqlar olmuşdur və aralarında olan razılığa əsasən Validə avtomobili 12000 manata satdıqdan sonra özünə məxsus 8000 manatı götürməli və satışdan qalan 4000 manatın ona qaytarılmalı idi. Validə əri Aslan və Sərxan adlı şəxslə gəlib onun ünvanından maşını götürərək aparmışlar və sata bilməsi üçün Validənin yanında gələn Sərxan adlı şəxsə bununla əlaqədar etibarnamə verilmişdir. Bir müddət sonra Validənin avtomobili sata bilmədiyini və avtomobilin onun oğlu tərəfindən idarə edildiyini öyrənmişdir. Zaqatala rayonuna tanışlarının toy mərasiminə gəldiyində Validə ilə görüşmüş, ona 4000 manat pul vermiş və maşını qaytarmasını, maşın satıldıqdan sonra 4000 manatı da ona qaytaracağını bildirmişdir. Bundan sonra Validədən həyat yoldaşı Esmiranın adına mülki etibarnamə almış və avtomobili qohumunun həyətinə qoyaraq Bakı şəhərinə qayıtmışdır. Bundan sonra Validə Esmiranın adına verdiyi etibarnaməni ləğv etmişdir və Validəgilə verilmiş mülki etibarnamə əsasında Validə ilə alqı-satqı müqaviləsi bağlanmış və Jac-J5 markalı avtomobil Validənin adına daha sonra isə üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Cavabdeh2 borclu olması ilə əlaqədar məlumatlar da onun tərəfindən təqdim edilmiş Validə ilə həyat yoldaşı Esmiraya məxsus audio yazılarda və yazışmalarda öz əksini tapmışdır. O, iddia tələbinin təmin edilməsini xahiş etdi. Verilən sualları cavablandırarkən İddiaçı1 bildirmişdir ki, o Validəyə maşını 8000 manat borca görə vermişdir. Aralarındakı razılığa görə maşın satıldıqdan sonra 8000 manatı Validə özünə götürməli və 4000 manatı qaytarmalı idi. Eyni zamanda onlar qohum olduqları üçün almadığı 8000 manatı Validəyə qaytarmağı vəd etmişdir. Həmin 8000 manat ona yox Rəsula çatmışdır. O əlavə olaraq qeyd etdi ki, prokurorluqda izahat verərkən maşının dəyərinin 10000 manat olması ilə bağlı yazılanları o oxumadan imzalamışdır və 4000 manat əlavə pulu isə o qohum olduğu üçün və kömək məqsədi ilə Validəyə verdiyini bildirmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O eyni zamanda məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, cavabdehlər bu iddia ilə yalnız avtomobilin dəyərini tələb edirlər, iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 4000 manat pul bu iddia ilə əhatə olunmayıb, bunun səbəbi hazırki iddia tələbinin əsasının əsassız varlanma ilə bağlı olması və pul tələbinin əsassız varlanmaya aidiyyətinin olmamasıdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, oğlu Ruslanı işə düzəltmək təklifi İddiaçı1 gəlmişdir və Rəsul Rüstəmov da onun tanışıdır. O, oğlu Ruslanın işə düzəldilməsi üçün 8000 manatı Əliyə vermişdir və işi düzəlmədikdən sonra ondan da tələb etmişdir. İddia tələbinin predmeti kimi qeyd edilən avtomobili o iddiaçıdan 9500 manat müqabilində almışdır və bunun üçün o bağını satmış və bankdan kredit götürmüşdür. Lazım gəldiyi halda yoxlana bilər onun eyni ərəfədə yanılmırsa Beynəlxalq Bankda krediti var. Əli həmin maşını ona təklif edəndə real dəyərinin 12000-13000 manat olduğunu və daha baha sata biləcəyini və ona yaxşılıq edərək dəyərindən çox aşağı maşını ona verdiyini bildirmişdir. O, əlavə olaraq qeyd etdi ki, Əlidən nağd şəkildə 4000 manat almamışdır, Əli bunu sübut etməlidir. Əli ilə aralarında olan danışığa görə o, Jac-J5 markalı avtomobili daha baha, yəni 14000 satdığı halda əlavə eldə etdiyi pulu Əliyə qaytaracaq, lakin avtomobil nasaz olduğundan həmin avtomobili baha sata bilməmişdir. Maşına dair Əli Sərxana etibarnamə vermiş və həmin etibarnamə əsasında Sərxan avtomobili Şəkidə onun adına keçirmişdir. Avtomobilin qeydiyyatı üçün Sərxana 50 manat pul vermiş və başqa vəsait verməmişdir. Məhkəmənin və iddiaçının nümayəndəsinin sualına cavab olaraq o bildirmişdir ki, 8000 manatın əvəzi olaraq avtomobil ona verilməmiş, o avtomobilə görə Əliyə 9500 manat ödəməklə onu almış və məqsədi oğlunun həmin avtomobillə taksi fəaliyyəti göstərərək qazanc əldə etməsi olmuşdur. İşə əlavə edilmiş audio yazılarda da onunla Əli arasında olan mövzular öz əksini tapıb. Əlinin yoldaşı Esmira ilə onun arasında başqa yazışmalar olub və həmin yazışmaları da təqdim etsin iddiaçı tərəf məhkəməyə. O iddia tələbini qəbul etmir, Əli ona böyük məbləğdə zərər vurub və o həmin məbləğləri ödəməlidir. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi Şəki Regional Qİ və TB şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ***-**** nömrəli məktubdan görünür ki, X18 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 1/10 mən. 12-də qeydiyyatda olan İddiaçı2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüquqi) və Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Kürdəmir rayonu Sovla kəndində qeydiyyatda olan İddiaçı1 (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) idarə etmişdir. Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh1 Abşeron rayon 1 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən 11 01.2022-ci il tarixədək müddəti olan etibarnamə əsasında İddiaçı2 məxsus Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 adına 62B0337 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmışdır. Cavabdeh2 məxsus olan Jac J5 markalı, 62B0337 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi Şəki Regional Qİ və TB şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ***-**** nömrəli məktubdan görünür ki, X18 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 1/10 mən.12-də qeydiyyatda olan İddiaçı2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) və Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Kürdəmir rayonu Sovla kəndində qeydiyyatda olan İddiaçı1 (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) idarə etmişdir. Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh1 Abşeron rayon 1 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə əsasında İddiaçı2 məxsus Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2021-ci il tarixdək idarə etmişdir. xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd olunan nəqliyyat vasitəsinə Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 adına 62B0337 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd olunan nəqliyyat vasitəsi Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan X1 adına 12BX604 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmış və hal-hazırda da qeydiyyatdadır. Zaqatala Rayon Polis X5 müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Cavabdeh2 İddiaçı1ın avtomobilini ələ keçirərək ona qarşı dələduzluq etməsi xususatı təsdiq olunmadığına görə cinayət işi başlanılması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2021 ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər sakini Alıyev X22 RPŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldadaraq ona məxsus Jac J-5 markalı hazırda dövlət qeydiyyat nişanlı **-BO-*** olan avtomobili ələ keçirdiyi, avtomobilinin geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Həmin qərarda yer alan İddiaçı1 izahatından görünür ki, Cavabdeh2 onun arvadının xalası qızıdır və Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır. O, əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar xidmətində işlədiyinə görə Cavabdeh2 onun əlaqələrinin geniş olduğunu düşünərək 2019-cu ilin sonlarında sonuncunun oğlu Ruslanı işə düzəltməyi üçün ondan xahiş etmişdir. Bu məqsədlə Cavabdeh2 oğlu Ruslanla birlikdə onun yaşadığı evə gəlmiş, birlikdə yeyib içdikdən sonra onun idarə etdiyi JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Rəsul Rüstəmovun yaşadığı Bakı şəhəri Zabrat qəsəbəsinə getmiş, Validə Ramzanovanı əvvəllər tanıdığı Rəsul Rüstəmovla tanış etmiş, Cavabdeh2 və Rəsul Rüstəmov öz aralarında söhbət edərək razılaşdıqdan sonra Cavabdeh2 onun və sonuncunun oğlu Ruslanın yanında Rəsul Rüstəmova X16 Nazirliyinə Yanğınsöndürən vəzifəsinə düzəltməsi üçün 8000 (səkkiz min) manat pul vermişdir. Bir müddət sonra pandemiya dövrü olduğuna görə Rəsul Rüstəmov məsələni uzatmağa başlamış, 2021-ci ilin yanvar ayında isə Rəsul Rüstəmovun intihar etdiyi məlum olmuşdur. Bir müddət sonra Cavabdeh2 Rəsul Rüstəmovla tanış olmasına onun səbəb olmasını bildirərək Rəsul Rüstəmova verdiyi 8 min manat pulu ondan tələb etməyə başladı. O, Validə ilə bu məsələni həll etmək üçün Bakı şəhərindən Zaqatalaya rayonu Aşağı Tala kəndində Cavabdeh2 yaşadığı evə getmiş, sonuncu ilə söhbət əsnasında o, qohumluq münasibətinin pozulmaması üçün Ruslanı işə düzəldəcəyini, hətta bu məqsədlə maşınını da sata biləcəyini bildirmişdir. Daha sonra o, Bakı şəhərinə qayıtmış, xəstələndiyi üçün Cavabdeh2 telefon zənglərinə cavab verə bilməmiş, Cavabdeh2 onu telefonunu qəsdən söndürməklə onu aldatmaqda günahlandırmışdır. O, Validə Ramzanovaya xəstə olduğuna görə Zaqatala rayonuna gələ bilməyəcəyini, özlərinin gəlib maşını götürüb aparıb satmaqlarını təklif etmişdir. Bir müddət sonra Validə Ramzanovanın əri Aslan və onun yanında Sərxan adlı bir şəxs Xırdalan şəhərinə gəlmiş, o, özünə məxsus Jac J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 sata bilməsi üçün sonuncunun əri Aslan Ramazanova mülki etibarnamə vermişdir. Daha sonra həmin avtomobili Zaqatala rayonunda Cavabdeh2 oğlu Ruslan Ramazanovun sürdüyü ona məlum olmuşdur. O, bir müddət sonra Zaqatala rayonu Aşağı Tala kəndinə toya gəlmiş və Cavabdeh2 4000 manat verərək avtomobili satdıqdan sonra isə 4000 manat da verəcəyini bildirmişdir. Bu səbəbdən də, o, Cavabdeh2 arvadı Esmıra Alıyevanın adına mülki etibarnamə almış və avtomobili Zaqatala rayonu Aşağı Tala kəndinə yaşayan qaynı Elxanın həyətində saxlayaraq Bakı şəhərinə qayıtmışdır. Daha sonra isə Cavabdeh2 onun arvadı Esmira Alıyevaya verdiyi mülki etibarnaməni ləğv edərək avtomobili öz adına keçirmiş və ona qaytarmamışdır. Həmin qərarda yer almış Cavabdeh2 izahatından görünür ki, İddiaçı1 onun xalası qızının əridir, onlar arasında münasibətlər normaldır. Təxminən 2018-ci ildə onun Bakıda yaşayan qohumu İddiaçı1 öz ailəsi ilə birlikdə onun yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndinə toya gəlmiş, onun evində qonaq olarkən Əli onun oğlu Ruslanı işə düzəldə biləcəyini, onun işə düzəltmək üçün yaxın bir dostunun olduğunu və X16 Nazirliyinə düzəldə biləcəyini bildirmişdir. O, Əlidən Ruslanı işə düzəltməsı üçün xahiş etmişdir. İddiaçı1 Bakı şəhərinə qayıtdıqdan təxminən 10-15 gün sonra ona zəng edərək Ruslanın işə düzəlməsi üçün Rəsul Rüstəmovun 8000 (səkkiz min) manat pul istədiyini bildirmişdir. O, pulu verməyə tərəddüd etsə də, Əli onun arxayın olması üçün söz vermişdir. O, 8000 manat pulu götürərək tək Bakı şəhərinə getmiş, Əlinin yaşadığı evə gedərək oradan da Əli ilə birlikdə sonuncunun idarə etdiyi Jac J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəsul Rüstəmovun yaşadığı Bakı şəhəri Zabrat qəsəbəsinə getmiş, orada Əliyə məxsus avtomobilin içində söhbət edib razılaşdıqdan sonra 8000 manat pulu Əliyə vermiş, Əli isə pulu sayaraq orada Rəsul Rüstəmova vermişdir. O, uzun müddət Rəsul Rüstəmovun onun oğlu Ruslanı işə düzəltməsini gözləmiş, lakin 2021-ci ilin yanvar ayında Rəsul Rüstəmovun intihar etdiyi məlum olmuşdur. Bundan sonra o, Əli ilə pulun qaytarılması barədə danışsa da, Əli pulu qaytarmamışdır. Bir müddət keçdikdən sonra Əli özünə məxsus Jac J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilini satdığını bildirmişdir. O, Bakı şəhərinə gedərək Əlinin evində 9500 manat pulu Əliyə verərək Xırdalan şəhərində mülki etibarnamə alaraq Zaqatala rayonu Aşağı Tala kəndinə qayıtmışdır. O, Jac-J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhərində öz adına keçirərək qeydiyyat şəhadətnaməsi almış və avtomobilin dövlət qeydiyyat nişanı dəyişərək **-BO-*** olmuşdur. Bir müddət sonra o, həmin avtomobilin keyfiyyətli olmadığını öyrənmiş Əlidən pulu geri istəmişdir. Əli isə ona avtomobili sataraq pulu qaytara biləcəyini deyərək arvadı Esmiranın adına mülki etibarnamə almış, lakin o, həmin avtomobilin başqa şəxs tərəfindən sürüldüyünü görüb yenidən həmin etibarnaməni ləğv edərək avtomobili geri almışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas X17 tərəfindən 06 yanvar 2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X21 əməllərində Azərbaycan Respublikası CM-nın 32.4., 12.1-ci maddəsinin tərkib əlamətləri olmadığından materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1979-cu il təvəllüdlü Cavabdeh2 11.11 2021-ci il tarixli ərizə ilə Zaqatala rayon prokurorluğuna müraciət edərək iki il qabaq qohumu İddiaçı1 təsiri və təzyiqi ilə oğlu X7 Hallar Nazirliyində işə düzəldilməsi üçün rüşvət qismində pul verdiyini bildirərək İddiaçı1 barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin qərarın müəyyən etdim hissəsində yer almış İddiaçı1 izahatından görünür ki, Cavabdeh2 onun arvadının xalası qızıdır və Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır. Cavabdeh2 2019-cu ilin sonlarında ona yaxınlaşaraq oğlu X10 Hallar Nazirliyində işə düzəltməyi ondan xahiş etmişdir. O da Ruslanı işə düzəltməsi ilə bağlı məsələləri, yollarını izah etmiş və bildirmişdir ki, əvvəllər onunla birlikdə penitensiar xidmətdə işləmiş Rəsul Rüstəmov adlı şəxs vardır, sonuncu pul müqabilində ayrı-ayrı şəxsləri işə düzəldə bilir, tanış edə bilər, özləri görüşüb məsələni müzakirə edərlər. Bu məqsədlə Validəni və oğlunu Rəsul Rüstəmov adlı Bakı şəhər sakini ilə tanış etmişdir. Həmin vaxtdan sonra Cavabdeh2 oğlu Ruslanla birlikdə onun yaşadığı evə gəlmiş və onlar birlikdə yeyib-içdikdən sonra onun idarə etdiyi JAC J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəsul Rüstəmovun yaşadığı Bakı şəhəri Zabrat qəsəbəsinə getmişlər. Yolda olarkən o Validəyə Rəsulun səsini yazmağı, sonra bir şey olarsa əllərində sübut ola biləcəyini bildirmişdir. Zabrat qəsəbəsinə getdikdən sonra Rəsulun yaşadığı evin yaxınlığında Rəsul Rüstəmovla görüşmüşlər, öz aralarında söhbət etmişlər və razılaşmışlar. Validə onun və oğlu Ruslanın yanında X6 Fövqəladə Hallar Nazirliyinə Yanğınsöndürən düzəltməsi üçün 8000 (səkkiz min) manat pul vermişdir. Bir müddət sonra pandemiya olduğuna görə Rəsul Rüstəmov məsələni uzatmağa başlamışdır. Onlar da Rəsula inandıqları üçün gözləmişlər. 2021-ci ilin yanvar ayında eşitmişlər ki, Rəsul Rüstəmov intihar etmişdir. Bundan sonra Validə ondan pulunu geri tələb etməyə başlamışdır. O, da qohumluq əlaqələrinin olduğunu, məsələnin dərinləşməməsini bildirərək mülkündə ancaq JAC J-5 markalı dövlət qeydiyyat nömrəsi olan **-HF-*** nişanlı avtomobilin olduğunu, həmin avtomobilin satılmasını, pulun 8 000 manat hissəsinin onlara, qalan hissəsinin isə özünə qaytarılmasına dair razılığa gəlmişlər. Avtomobili Validəyə verdikdən bir müddət sonra avtomobilinin Zaqatala rayonunda idarə olunduğunu görmüşdür. Sonra aralarında razılaşma olmuş ki, o Validəyə 4000 manat versin. Validə isə ona maşını qaytarsın. Yerdə qalan 4000 manatı o, Validəyə hissə-hissə qaytaracaqdır. Validə də bunu qəbul etmişdir. Bir müddət sonra Validə Abşeron rayonuna, onun yaşadığı evə gəlmiş və o Validəyə təklikdə 4000 manat pul vermişdir. Eləcə də maşınla bağlı arvadı Esmira Alıyevaya mülki etibarnamə almış və maşını arvadının qardaşı Elxanın Zaqatala rayonunda yerləşən, yaşadığı evin həyətində saxlamışdır. Bir müddət sonra Elxan ona zəng edərək maşınını yol patrul xidmətinin əməkdaşlarının həyətdən apardığını bildirmişdir. Bu məsələni araşdırdıqda ona məlum olmuş ki, Aslan onun arvadı Esmiranın adına olan etibarnaməni ləğv etdirmiş, avtomobili öz adına keçirmiş və avtomobilə yeni dövlət qeydiyyat nişanı almışdır. Həmin avtomobilin yeni dövlət qeydiyyat nişanı **-BO-***-dir və Cavabdeh2 adınadır. Yol-patrul xidmətinin əməkdaşları maşını həyətdən götürərək müvəqqəti dayanacağa qoymuşlar və Cavabdeh2 vermişlər. Sonra isə o Validəyə zəng etmiş və maşını almaq istəyən müştəri olduğunu bildirmişdir. Validə razılaşmamış və maşının texniki şəhadətnaməsini tələb etmişdir. O isə Validəyə bildirmişdir ki, onlar maşını satan günü o texniki şəhadətnaməni götürüb Zaqatala rayonuna gələcək və onlara 4 min manat verəcəkdir. Daha sonra isə Validə maşının artıq onun olduğunu, maşını satmadığını və öz şəxsi mülkiyyətinə çevirdiyini bildirmişdir. Validə onu aldadaraq şəxsi mülkiyyətini əlindən almış və hal hazırda onun 4 min manat pulu və avtomaşını Validənin əlindədir. Bu hadisə ilə bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılmış və xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. 14 iyun 2021-ci il tarixli AE 088045 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** BO *** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı, mühərrik həcmi 4300 sm3 olan Jac-J5 markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 olmuşdur. xx.xx.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 868942 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh2 Jac-J5 minik markalı 62 BO337 dövlət nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək sərəncam vermək hüququ da daxil olmaqla X9 etibar etmişdir. Uniprice MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən istehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixinə ədalətli bazar dəyəri 15 600,0 (on beş min altı yüz) manat təşkil etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” tətbiqi vasitəsi ilə “X28” adı altında qeydiyyata alınmış istifadəçi ilə aparılmış yazışmalardan görünür ki, “X28” qarşı tərəfə “Mən dortmini vermişəm bu ayın axırı qalanı veresiyem, İmkanolsa duzeltmeliyem, Neceyedeolsa” yazmış və qarşı tərəf cavabında “4 mini qaytara bilmirsense kimse alan varsa yonlendir mene satim. ona” yazmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsapp” tətbiqi vasitəsi ilə “X28” adı altında qeydiyyata alınmış istifadəçi ilə aparılmış yazışmalardan görünür ki, qarşı tərəf “X28” adlı istifadəçiyə “Bele gedin satinda.men satmami deyirdim mawin orda da bu qədər biabırçılıq nəyə lazimdiki. Deyerdinki mawini almaq isteyen var uzaqda deyilki mawin deyerdin xalam.gilin heyetdedi gedib baxardi alardi. ” İddiaçı tərəfindən təqdim edilən WhatsApp Audio 2022-05-29 at 16.24.34 (1) adlı audio yazıdan eşidilir ki, qadın səsi ilə “satılacaq, satılanda sənin dörd minini verəcəm, o maşını heç satmıram belə götürəndə. Dörd minin nə vaxt əlimə düşür verəcəm. Sənin qardaşın nə boyda mənim ayağımın altına quyu qazmaq istəsə də o onu bacarmayacaq... amma ki Esmira mən ona görə deyirəm ki, qohumluq arasında elə eləyək ki sabah üz üzə gələndə barışmağa bir balaca üzümüz olsun. Nə vaxt ki əlimə düşəcək, necə ki siz məni üç il fırlayırsız e əlimə düşəndə verəcəm, mən də nə vaxt əlimə düşəcək o pulu verəcəm sənə.” sözləri deyilir. İddiaçı tərəfindən təqdim edilən WhatsApp Audio 2022-05-29 at 16.24.42 (1) adlı audio yazıdan eşidilir ki, qadın səsi ilə “Məndən maşını istəyən var, mən o maşını satacam dörd minimi dirildəcəm, dala qalan nə pulun varsa qəpiyinədək dala verəcəm sənə. Mən o maşını istəyən var, satıb sənin dörd minini dala verəcəyik. Mənə heç bir qəpiyiniz də lazım deyil.” sözləri deyilir. İddiaçı tərəfindən təqdim edilən WhatsApp Audio 2022-05-29 at 16.24.36 adlı audio yazıdan eşidilir ki, ikinci qadın səsi ilə “hə bildim, başa düşdüm, ona görə onda gətirin bura, mən dedim də sizə keçən dəfə, burda istəyən var, prosto burdan basıb oyana Zaqatalaya gələ bilmir, gətirin bura burda sataq” sözləri deyilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2014-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Həmin avtomobil Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti olan etibarnamə ilə və Bakı şəhəri 48 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə İddiaçı1 sərəncamına verilmişdir. Həmin avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamə ilə Cavabdeh1 sərəncamına verilmiş və sonuncu həmin avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış və avtomobil 62B0337 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınaraq AE088045 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 xeyrinə özəninkiləşdirilmiş və 12BX604 dövlət qeydiyyat nişanları təyin edilməklə qeydiyyata alınmışdır. İddiaçılar tərəfindən təqdim edilmiş Uniprice MMC tərəfindən verilmiş Nəqliyyat vasitələrinin qiymətləndirilməsi barədə 03 avqust 2023-cü il tarixli mütəxəssis rəyi ilə stehsal ili 2013-cü il olan "JAC J-5 Minik" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02 avqust 2023-cü il tarixinə ədalətli bazar dəyəri 15 600,0 (on beş min altı yüz) manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçılar Cavabdeh2 onların mülkiyyətində və sərəncamında olan Jac J5 markalı, 99HF803 dövlət qeydiyyat nişanlı minik avtomobili hesabına əsassız varlandığını əsas gətirərək həmin avtomobilin dəyərinin avtomobilə dair sərəncam vermək hüququ əsasında ona etibar edilmiş Cavabdeh1 və alqısatqı müqaviləsi əsasında avtomobili əldə etmiş və sonradan onu özgəninkiləşdirmiş Cavabdeh2 alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 iddia tələbini qəbul etmir, avtomobil müqabilində İddiaçı1 9500 manat pul verdiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Rəsul Rüstəmov, İddiaçı1 və Cavabdeh2 arasında 2018-ci ildə sonuncunun oğlu X4 işə düzəldilməsi ilə bağlı münasibətləri olmuş və bu məqsədlə cavabdeh 8000 manat pul vermişdir. Rəsul Rüstəmov 2021-ci ildə intihar etmişdir. Cavabdeh2 Zaqatala rayon prokurorluğuna müraciət edərək İddiaçı1 təsiri və təzyiqi ilə oğlu X7 Hallar Nazirliyində işə düzəldilməsi üçün rüşvət qismində pul verdiyini bildirərək İddiaçı1 barəsində tədbir görülməsini xahiş etmişdir. Cavabdeh2 müraciəti əsasında əvvəlcə Zaqatala rayon prokurorluğunda, daha sonra Bakı şəhəri Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış, 06 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla iddiaçı X21 əməllərində Azərbaycan Respublikası CM-nın 32.4, 312.1-ci maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda yer alan İddiaçı1 izahatından müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh2 dəymiş 8000 manat zərəri mülkiyyətində olan Jac-J5 markalı 99-Hf-803 nömrə nişanlı avtomobili sataraq ondan əldə edilmiş gəlir hesabına ödənilməsi və satışdan əldə olunan artıq məbləğin İddiaçı1a qaytarılması barədə razılığa gəlmişdirlər və bu məqsədlə İddiaçı1 avtomobili Cavabdeh2 vermişdir. İddiaçı1 prokurorluq orqanında verdiyi izahatında qeyd etdiyi bu xüsusatları məhkəmə iclasında bir daha təsdiq etmişdir. Daha sonra İddiaçı1 xx.xx.2021 ci il tarixdə Zaqatala RPŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldadaraq ona məxsus Jac J-5 markalı hazırda dövlət qeydiyyat nişanlı **-BO-*** olan avtomobili ələ keçirdiyi bildirmiş və avtomobilinin geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Zaqatala Rayon Polis X5 müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilmişdir. Həmin qərarda qeyd edilmiş İddiaçı1 izahatından da görünür ki, sonuncu Jac J-5 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 sata bilməsi üçün onun tanışı Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə iclasında İddiaçı1 Cavabdeh2 avtomobili 12000 manata satdıqdan sonra özünə məxsus 8000 manatı götürməsi və satışdan qalan 4000 manatın ona qaytarılması barədə razılığa gəldiklərini bildirmişdir. İddiaçı1 tərəfindən sübut olaraq “Whatsapp” tətbiqi vasitəsindən istifadə edilməklə yazılmış səs yazıları və yazışmalar təqdim edilmiş və orada yer alan yazışmalar özünün həyat yoldaşı Esmira ilə Cavabdeh2 arasında keçdiyini bildirmişdir və Cavabdeh2 da belə yazışmaların mövcud olduğunu qəbul etmişdir. Həmin yazışmalar və səs yazılarında Cavabdeh2 maşını satdıqda özünə aid pulu götürdükdən sonra qalan pulu qaytaracağı ilə bağlı, həmçinin 4000 manatı qarşı tərəfə verdiyini və 4000 manatı da imkanı olduqda qaytaracağı ilə bağlı fikirləri yer almışdır. Həmin yazışmalarda qarşı tərəfin də Cavabdeh2 4000 manatı tələb etməsi yer almışdır. Məhkəmə ilk öncə “Whatsapp” tətbiqi vasitəsindən istifadə edilməklə yazılmış səs yazıları və yazışmaların sübut qismində qəbul edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir və bununla bağlı qeyd edir ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yuxarıda qeyd edilənlərə istinad edərək, yazışmalar və səs yazıları İddiaçı1 tərəfindən təqdim edildiyindən və Cavabdeh2 belə yazışmaların və səs yazılarının olduğunu qəbul edərək yazışmaların tərəfi olduğunu bildirdiyindən məhkəmə həmin yazışma və səs yazılarını sübut qismində qəbul edilməsini qanunamüvafiq hesab edir. Daha sonra məhkəmə iddia tələbi üzrə dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı1 ilə Cavabdeh2 arasında olan və iddia tələbinin əsasını təşkil edən münasibətlər tapşırıq müqaviləsindən irəli gələn münasibətlərdir və hazırki iddia tələbinə Mülki Məcəllənin 40-cı fəslində nəzərdə tutulan tapşırıq müqaviləsindən bəhs edən fəslin normaları tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, İddiaçı2 mülkiyyətində olan Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobilə dair sərəncam vermək hüququ olan digər İddiaçı1 həmin avtomobili 12000 manata satması üçün Cavabdeh2 vermişdir və bu məqsədlə onun tanışı olan Cavabdeh1 adına mülki etibarnamə vermişdir. Tərəflərin arasında olan razılaşmaya əsasən vəkalət alan Cavabdeh2 Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobili 12000 manata sataraq əldə edilmiş gəlirdən özünə çatacaq 8000 manatı aldıqdan sonra qalan 4000 manat məbləği vəkalət verən İddiaçı1 qaytarmalı idi. Razılaşmanın bu şərtlərlə əldə olunması iddiaçı tərəfin verilmiş izahatları ilə və təqdim etdiyi yazışma və səs yazıları ilə sübuta yetirilir. İş materiallarından görünür ki, Cavabdeh2 İddiaçı1lə aralarında olan tapşırıq müqaviləsinin predmeti olan Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobili xx.xx.2022ci il tarixdə satmışdır. Lakin Cavabdeh2 həmin avtomobilin satışından əldə edilən vəsaitdən 4000 manatı İddiaçı1 qaytarmamışdır . Məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı1 qarşısında sonuncuya məxsus Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobilin satışından əldə edilmiş vəsaitdən 4000 manatını İddiaçı1a qaytarılması ilə bağlı öhdəlik götürdüyündən iddia tələbi 4000 manat maddi zərər hissəsində təmin edilməlidir. Bununla bağlı məhkəmə əlavə olaraq bir məqama diqqət çəkərək qeyd edir ki, sübut kimi qəbul edilmiş və iş materiallarında yer alan səs yazılarında və yazışmalarda Cavabdeh2 4000 manatı tapıb verəcəyini bildirdikdə qarşı tərəf buna etiraz edərək cavabdehin qaytarmalı olduğu məbləğin daha çox olması ilə bağlı fikir bildirmir və əksinə Cavabdeh2 öhdəliyinin 4000 manat olmasını qəbul edərək 4000 manatı verə bilməyəcəyi halda Cavabdeh2 maşının qaytarılmasını və özünün avtomobilin satışını təşkil edəcəyini bildirir. Məhkəmə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş mütəxəssis rəyinə və iddiaçı tərəfindən iddia tələbində göstərilən atomobilin tam dəyəri kimi qeyd edilən və tələb edilən 14000 manata münasibət bildirərək bir daha qeyd edir ki, İddiaçı1 və Cavabdeh2 arasında əldə edilmiş şifahi razılıq zamanı tapşırıq müqaviləsinin predmeti olan Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobilin dəyərinin 12000 manat olması tərəflər arasında qarşılıqlı olaraq razılaşdırıldığından məhkəmə həmin avtomobilin dəyərini həmin razılığa uyğun müəyyən edir. İşin şərh olunan hallarından göründüyü kimi, İddiaçı1 şifahi tapşırıq müqaviləsi əsasında İddiaçı2 tərəfindən onun sərəncamına verilmiş Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobili 12000 manata satılaraq satışdan əldə edilmiş vəsaitdən 4000 manatın ona ödənməsi üçün Cavabdeh2 təhvil vermiş, lakin Cavabdeh2 həmin avtomobili satmasına baxmayaraq satışdan əldə edilmiş vəsaitdən razılaşmaya uyğun olaraq 4000 manatı İddiaçı1a qaytarmayaraq cavabdeh İddiaçı1 tərəfindən verilmiş tapşırığı kifayət qədər vicdanla icra etməyərək sonuncuya zərər vurmuşdur. Məhkəmə həmçinin iddiaçı tərəfin Cavabdeh2 avtomobildən əlavə 4000 manat verməsi ilə bağlı izahatlarında göstərdiklərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfin özü qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 4000 manat pul hazırki iddia ilə əhatə olunmayıb, bunun səbəbi hazırki iddia tələbinin əsasının əsassız varlanma ilə bağlı olması və pul tələbinin əsassız varlanmaya aidiyyətinin olmamasıdır. Ona görə də, məhkəmə iddiaçı tərəfə izah edir ki, həmin pul məbləğinin cavabdehdən tələb edilməsi ilə bağlı yeni bir iddia ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə tərəfindən də hazırda həmin xüsusatla bağlı araşdırma aparılmamış, həmin hissəyə qiymət verilməmişdir. Bundan başqa, Cavabdeh2 Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobil qarşılığında İddiaçı1a 9500 manat verməsi ilə bağlı məsələyə məhkəmə münasibət bildirərək qeyd edir ki, bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir və məhkəmə tərəfindən belə sübutun mövcudluğu da aşkar edilməmişdir. Belə ki, cavabdeh tərəfdən iddia tələbinə yanaşdıqda və iş materiallarını təhlil etdikdə görünür ki, əgər Cavabdeh2 İddiaçı1 8000 manat verməli idisə, həmin pulu tələb edən Cavabdeh2 yenidən İddiaçı1a hansı səbəbdən 9500 manat pul vəsaitini də əlavə olaraq vermişdir. Ona görə də, məhkəmə Cavabdeh2 8000 manat verməli olan İddiaçı1a avtomobilin alınması üçün 9500 manat verməsini inandırıcı hesab etmir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə daha sonra İddiaçı2 münasibətdə qeyd edir ki, iddia ərizəsindən də görünür ki, İddiaçı2 iddia tələbinin predmeti olan avtomobillə bağlı digər İddiaçı1 ilə alqısatqı müqaviləsi bağlamamasına baxmayaraq, onlar arasında avtomobillə bağlı faktiki alqı-satqı münasibətləri olmuş və İddiaçı2 mülkiyyətində olan avtomobili faktiki olaraq İddiaçı1 sahibliyinə və sərəncamına vermişdir. İddiaçı2 avtomobili alqı-satqı münasibətləri əsasında İddiaçı1 mülkiyyətinə verməsi ilə bağlı iradəsinin olması işin mübahisə olunmayan halı olduğundan və avtomobillə bağlı İddiaçı2 əmlak üzərində sərəncam vermək hüququ da daxil olmaqla bütün hüquqlarını İddiaçı1 verdiyindən iddia tələbi İddiaçı2 münasibətdə təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin üçüncü şəxsə münasibətdə olan hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Belə ki iş materiallarından görünür ki, iddia tələbinin əsasını təşkil edən münasibətlər İddiaçı1 və Cavabdeh2 arasında olan tapşırıq müqaviləsindən irəli gəlir və iddianın predmeti olan Jac-J5 markalı **-HF-*** nömrə nişanlı avtomobillə bağlı Cavabdeh1 verilmiş etibarnamə və həmin etibarnamədən istifadə edilərək bağlanmış müqavilə nəticəsində sonuncu hər-hansı gəlir əldə etməmiş və həmin sənədlərdən faktiki olaraq tapşırıq müqaviləsinin tərəfi olan Cavabdeh2 mənafeyinə uyğun istifadə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin qismən təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4000 (dörd min) manat pul vəsaiti alınaraq İddiaçı1 verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun 60 (altmış) manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı1 verilməli, 72 (yetmiş iki) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı1 iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4000 (dörd min) manat pul vəsaiti alınaraq İddiaçı1 verilsin. Cavabdeh2 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı1 verilsin. 72 (yetmiş iki) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. İddiaçı2 iddia tələbi və İddiaçı1 iddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-621/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-621/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver