Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-626/2025 20.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ümumi olaraq 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində göstərilmiş X2 əsl Cavabdeh ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə yazılı barışıq sazişi təqdim edərək cavabdeh X4 ilə 250 manat borcun ödənilməsi ilə bağlı razılığa gəldiklərini və cavabdehin ayda 50 manat ödəməsinə etiraz etmədiyini bildirmişdir. Barışıq sazişində Cavabdeh İddiaçı ilə 250 manat borcun ödənilməsi ilə bağlı razılığa gəldiklərini və iddiaçıya ayda 50 manat ödəməyə razı olduğunu bildirmişdir. Barışıq sazişi həm iddiaçı, həmdə cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. Məhkəmənin qənaətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 5.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilməklə mülki işin icraatına xitam verildiyindən İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh 250 manat vəsaitin hər ay 50 manat olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-626/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-626/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver