Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-656/2025 21.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə 21 iyun 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ümumi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 01 iyul 2023-cü il tarixdə 1500 (bir min beş yüz) manat, 02 sentyabr 2024-cü il tarixdə 1500 (bir min beş yüz) manat borc pul götürmüşdür. Cavabdeh həmin tarixlərdə yazılı kağız imzalayaraq borclarını etiraf etmişdir. Cavabdehlə aralarında olan yazılı razılığa əsasən öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin sonuncu günü cavabdehə zəng edərək öhdəliyinin icra edilməsini xatırlatmağına baxmayaraq cavabdeh bugünədək borcunu qaytarmamışdır. Ona dəfələrlə müraciət edərək borcunun qaytarılmasını tələb etsə də o, borcunu qaytarmamışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh borcun etiraf edilməsini təsdiq edən onun tərəfindən şəxsən imzalanmış yazılı sənəd vermişdir. Hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından Cavabdeh ilə aralarında bağlanmış yazılı razılıqdan irəli gələn öhdəlik münasibətləri yaranmış və iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə, cavabdehlə aralarında 01 iyul 2023-cü il tarixli və 02 sentyabr 2024-cü il tarixli yazılı razılıqlara əsasən cavabdehə borc olaraq verdiyi cəmi 3000 (üç min) manat məbləğində pul vəsaiti cavabdehdən məcburi qaydada alınıb ona ödənilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o müəllim işləyir. Ərizəsində qeyd edilən pulları isə ayrı şəxsdən borc almaqla cavabdehə vermişdir. Cavabdeh isə “bugün verəcəm, sahab verəcəm” deyərək borcunu qaytarmamışdır. Borcun etirafına dair qəbzləri isə təxmini 2 ildir ki, götürmüşdür. O hətta cavabdehin 2000 manat verməsinə belə razılaşmış, lakin cavabdeh həmin məbləği də qaytarmamışdır. O, Cavabdeh 3000 manat pul vermiş, bununla bağlı iki dəfə ondan yazılı kağız almışdır. Cavabdeh eyni şeyləri iki dəfə yazmamışdır. Bu hal qəbzlərin tarixindən də təsdiq olunur. Odur ki, dəfələrlə geri tələb etməsinə baxmayaraq cavabdeh borcunu ödməmişdir. İddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o iddiaçıdan 1500 manat borc pul götürmüşdür. Belə ki, avqust ayının 07-də 2023-cü ildə pulu elə iddiaçının qapısının qarşısında götürmüşdür. İddiaçı 2024-cü ilin noyabr ayında isə ondan əlyazısı almışdır. Götürdüyü məbləğ 1500 manatdır. İddiaçı ona 1500 manat pul vermiş, lakin iki dəfə kağız yazdırmışdır. Aprel ayından aralarından olan telefon danışığı zamanı o borcunun 1500 manat olduğunu bildirsə də, iddiaçı ondan 3000 manat alacağını bildirmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər Cavabdeh Nurəddin oğlunun imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli əlyazısından görünür ki, o, Əhmədli X1 sakini İddiaçı 1 ay müddətinə borc olaraq 1500 manat pul götürmüşdür. Cavabdeh Nurəddin oğlunun imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli əlyazısından görünür ki, o, Cavabdeh Nurəddin oğlu İddiaçı götürdüyü 1500 manat pulu 2 ay ərzində qaytaracaqdır. Elektron Məhkəmə Sistemindən əldə edilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbz haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat dövlət rüsümu ödənilmişdir. Tətbiq edilən hüquq 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı tələbini cavabdehin ondan 2023-cü ilin iyul ayında 1500 manat, 2024-cü ilin 02 sentyabrında isə 1500 manat pulu borc alması, aldığı 3000 manat pulu ödəməkdən imtina etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün cavabdeh tərəfindən icra edilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli əlyazılarını təqdim etmişdir. Cavabdeh iddiaçıdan 2023-cü ildə 1500 manat borc pul aldığını qəbul etmiş və geri qalan 1500 manata isə əlyazılarının ona iki dəfə yazdırılması əsası ilə etiraz etmişdir. Məhkəmə tərəfindən araşdırılmış əlyazılarının mətnindən görünür ki, xx.xx.2023-cü il tarixli əlyazısı ilə cavabdeh Əhmədli X1 sakini İddiaçı 1 ay müddətinə borc olaraq 1500 manat pul götürdüyünü qeyd etmiş, xx.xx.2024-cü il tarixli əlyazısı ilə isə o İddiaçı götürdüyü 1500 manat pulu 2 ay ərzində qaytaracağını bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan 1500 manat məbləğində pul almış, xx.xx.2024-cü il tarixdə isə götürdüyü 1500 manat pulu 2 ay ərzində qaytaracağını bildirmişdir. Məhkəmə qeyd edilənlərə əsasən 2024-cü ilin 02 sentyabr ayında cavabdeh tərəfindən iddiaçıdan 1500 manat pulu borc almasını həqiqətə uyğun olan hal kimi dəyərləndirmir. Beləliklə iş üzrə sübutlarla, cavabdehin iddiaçıdan 2023-cü ilin iyul ayında 1500 manat pulu alması təsdiq edilmişdir. Cavabdeh həmin tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı 2023-cü ilin iyul ayında aralarında borcun verilməsi barədə müqavilə bağlanılmadan, 1500 manat pulu cavabdehə öhdəlikdən kənar vermiş, nəticədə cavabdeh iddiaçının hesabına müqavilə əsası olmadan 1500 manat əldə etmiş, lakin daha sonra qaytarmaqdan imtina edir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiklərini, öhdəlikdən kənar ödədiyi pul vəsaitindən məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, əldə etdiyi 1500 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 35 (otuz beş) manatı cavabdeh alınaraq iddiaçıya ödənilməli, 15 (on beş) manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 35 (otuz beş) manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 15 (on beş) manat iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-656/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-656/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver