Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-66/2024 17.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi İddiaçı, cavabdeh Zaqatala rayonu Kooperativ Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı qismən, yəni, Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda əmlakların dəyəri olan 750 000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən faydalı sahəsi 465 kv.m. olan hamam binasını onlar öz aralarında olan şifahi razılaşmaya əsasən Nazim adlı şəxslə birlikdə almışlar. Lakin, Nazim Rusiya vətəndaşı olduğuna görə həmin daşınmaz əmlak Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 29 may 2004-cü il tarixli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən özəlləşdirilmiş hamam binasının funksional təyinatının dəyişdirilməsinə razılıq verilmişdir. Qeyd etmək istəyir ki, həmin hamam binasının təyinatının dəyişdirilməsi üçün binanın daxilində və xaricində bir çox təmirbərpa işləri və yenidən qurma işləri aparmışdır. Belə ki, hamam binasının funksional təyinatını dəyişərək orada yeməkxana, məişət xidməti və pullu ayaqyolu sahələrini inşa etdirmişdir və bu məqsədlə 34688,5 manat məbləğində pul xərcləmişdir. Xərclərə dair smeta iddia ərizəsinə əlavə olunmuşdur. Bundan əlavə, 2004cü ildə hamam binasının istifadəsində olan 1844 kv.m. torpaq sahəsini həmin dövrdə fəaliyyət göstərən X18 Komitəsinin Zaqatala rayon şöbəsində torpaqların alqı-satqısına dair akt tərtib etməklə həmin dövrün pulu olan ******* AZM manata almışdır. Həmin torpaq sahəsini də Cavabdeh3 adına rəsmiləşdirmişdir. 2004-cü ildə həmin torpaq sahəsini alarkən ödədiyinə dair ödəniş qəbzi də var. Bundan başqa, bildirir ki, hamam binasını, onun istifadəsində olan torpaq sahəsini alarkən bütün sənədləşmələr Cavabdeh3 adına aparılsa da, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bundan əlavə 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən onların balansında olan Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı almışdır. Lakin həmin dövrdə şəriyi Nazim Mustafayevlə razılığa gəlmişlər ki, alınacaq əmlaklar Cavabdeh3 adına alınacaq, sonra isə razılıq əsasında əmlak öz aralarında bölünəcəkdir. Bu məqsədlə o, Cavabdeh3 adından X3 həmin mağazanın alınması ilə əlaqədar ərizə vermişdir. Həmin ərizədəki imza onun imzasıdır. Lakin Cavabdeh3 həmin dövrdə ona heç bir etibarnamə verməmişdir. Əmlakın alınması üçün bütün xərci onun tərəfindən olmuşdur. Növbəti alınası bina onun adına sənədləşdirilməmişdir. Növbəti alınan binanın sənədləri hazır olanda qarşı tərəf biznes dağılmasın deyə qiymətlə onun tərəfindən razılaşdırılmış mağaza binasının da özlərinin adına sənədləşdirmişdirlər. Sözükeçən mağazaya ödənilən pullar onun olduğundan aralarında mübahisə oldu. Şifahi razılaşma ilə o aldığı mağaza binasına ailəsi ilə birgə yaşamaqdan ötrü köçmüşdür və həmin dövrdən o həmin mağazanı ev kimi istifadə edərək qeydiyyata düşmüşdür. Həmin mağazanı faktiki olaraq o təhvil almışdır. Mağazanı satan Kooperativlər İttifaqının sədri və digər əməkdaşları heç biri Hacıöməri görməyib və tanımırlar. Belə ki, iddiaya əlavə edilmiş 10 sentyabr 2003-cü il tarixli alqı satqıya dair aktda Cavabdeh3 sözlərinin qarşısındakı imza onun imzasıdır. Həmin aktdan görünür ki, mağazanın alqı satqısına əsasən mağaza binası bütün inventarları, köməkçi sahələri və tikililəri ilə birlikdə ona təhvil verilmişdir. Zaqatala rayon Kooperativlər İttifaqının 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı ilə həmin mağazanın Cavabdeh3 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına şəxsən o ödəmişdir. Ödəniş qəbzindəki imza onun imzasıdır. Bundan başqa həmin qərar əsasında Zaqatala rayon Dövlət Notariat Kontorunda 14 fevral 2005-ci il tarixdə mağazanın alqı-satqısına dair Cavabdeh3 imzasının qarşısındakı imza onundur. Nəticədə həmin əmlaka dair bütün sənədləşmələr, pul vəsaitinin ödənilməsi və sair hərəkətlər hamısı onun tərəfindən həyata keçirilmişdir, lakin hər yerdə Cavabdeh3 adı yazılmışdır. Beləliklə Cavabdeh3 həmin mağaza binasını əldə etməkdə heç bir hüquqi əsası, rolu və hərəkəti olmadığından, heç bir vəsait xərcləmədiyindən o əsassız varlanmaya aid edilir, buna görə də o həmin mağaza binasını qaytarmalıdır. Zaqatala rayon RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarında qeyd edilir ki, RKC-in balansında olan, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10.500000 manata Cavabdeh3 satılsın. Həmin mağazanın satılması üçün müraciət onun tərəfindən olunmuşdur. Cavabdeh3 adından yazılaraq verilmiş ərizədəki imza onun imzasıdır. Həmin mağazanın alınması üçün müraciət etmədiyi halda həmin mağaza ona satıla bilməzdi. Həmin qərar əsasında isə notariusda alqı satqı müqaviləsi tərtib edilərək imzalanmışdır. Mübahisə predmeti olan mağaza binasının Kooperativ Cəmiyyətindən alınması ilə bağlı sənədlərdə Cavabdeh3 adı göstərilsə də onun bu əməliyyatların heç birindən xəbəri olmamış, işin bu faktiki halı Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələri, iş üzrə cavabdeh olan satıcı Kooperativ Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə tam olaraq təsdiqini tapmışdır. Eyni zamanda sözügedən əmlakın satış dəyərinin onun tərəfindən şəxsən ödənilməsi Zaqatala Rayon Məhkəməsindəki iş materialları araşdırılarkən təsdiq olunmuşdur. Bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının hazırki mübahisə ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, onun tərəfindən dəyəri tam ödənilməklə alınmış əmlakın satılması ilə bağlı sənədlərdə iş üzrə Cavabdeh3 adı getmiş, işin bu faktiki halı satıcı tərəfindən araşdırılmamış, Cavabdeh3 tanımadıqları, görmədikləri və etibarnamə verilmədiyi halda İddiaçı tərəfindən alınmış əmlak sənədlərlə Cavabdeh3 satılması kimi işlənilmişdir. İş üzrə iddiaçı digər tərəfin vədinə inanaraq buna razılaşmış olsa belə, etibarnamə olmadan alıcının şəxsiyyəti müəyyən edilmədən əmlakın digər şəxsə satılması kimi sənədləşdirilməsi qanunsuz olmuşdur. Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Beləliklə iş üzrə cavabdeh tərəf iddiaçının onlara inanmasından istifadə edərək sonuncunu çıxılmaz vəziyyətə salmışdır. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki mübahisə ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, onun tərəfindən dəyəri tam ödənilməklə alınmış əmlakın satılması ilə bağlı sənədlərdə iş üzrə Cavabdeh3 adı getmiş, işin bu faktiki halı satıcı tərəfindən araşdırılmamış, Cavabdeh3 tanımadıqları, görmədikləri və etibarnamə verilmədiyi halda İddiaçı tərəfindən alınmış əmlak sənədlərlə Cavabdeh3 satılması kimi işlənilmişdir. İş üzrə iddiaçı digər tərəfin vədinə inanaraq buna razılaşmış olsa belə, etibarnamə olmadan alıcının şəxsiyyəti müəyyən edilmədən əmlakın digər şəxsə satılması kimi sənədləşdirilməsi qanunsuz olmuşdur. Odur ki, məhkəmə tələbin həmin hissəsinə münasibətdə hesab edir ki, tələb əsaslıdır və mübahisələndirilən qərarlar etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarlar etibarsız hesab edildiyindən həmin qərarlar əsasında notariat kontorunda bağlanmış alqısatqı müqaviləsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair qeydiyyat da etibarsız hesab olunmalıdır. Məhkəmə iddia tələbinin mübahisələndirilən daşınmaz əmlakın iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsinə münasibətdə tələblə razılaşır. Belə ki, sözügedən əmlakın dəyəri iddiaçı tərəfindən ödənildiyindən iş üzrə cavabdeh RKC əmlakın ona satılmasını rəsmiləşdirilməli olduğu halda bunu etməmişdir. Məhkəmə belə qənaətdədir ki, hazırki iş üzrə mübahisələndirilən qərarlar etibarsız hesab edildiyindən əmlakın iddiaçı tərəfindən alınması iş materialları ilə tam olaraq təsdiq edildiyindən sonuncu ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Göstərilənlərdən aydın olur ki, Zaqatala RKC idarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı qismən, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyat etibarsız hesab edilməli və onunla cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1412/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı və Cavabdeh2nə qarşı “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iddianın “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-15/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 181/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli, 2-2(107)-15/2023 saylı qərardadı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iş üzrə icraata xitam verilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1412/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh3 iddia ərizəsinə etirazla müraciət edərək İddiaçı cavabdehlər X1, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı "Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 3 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi" tələbinə dair iddia ərizəsinə etirazının sübut qismində qəbul edilməsini və iddia ərizəsinin heç bir fakta və sübuta əsaslanmadığını, açıq-aşkar qanunsuz və əsassız olmasının nəzərə alınmasını xahiş etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı torpaq sahəsində yerləşən mağazanın iddiaçıya qaytarılması və sair tələbinə dair iddia ərizəsi üzrə e- 2(033)-890/2023 nömrəli mülki işin məhkəmə hazırlıq iclasının vaxtını xx.xx.2023-cü il tarixə saat 10:50-yə təyin etmisiniz. Hazırkı iddia ərizəsi Şəki Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilmiş hissəsidir. Belə ki, İddiaçı 13 sentyabr 2022-ci il tarixdə cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, "Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının və Azərittifaqın xx.xx.2023-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri. İ.Şamil küçəsində 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.tn. ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla Zaqatala Rayon Kooperativlər Cəmiyyəti (bundan sonra-ünvan 4 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1412/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 5 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi" tələbinə dair iş materiallarının məhkəmə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi üzrə məhkəmənin həqiqətə nail olmasından ötrü İddiaçı ilə Cavabdeh3 arasında bundan əvvəllər baş vermiş məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş və hazırkı mübahisə üçün preyudisial əhəmiyyətə malik məhkəmə qararları mütləq nəzərdən keçirilməli, bu mübahisəyə birbaşa aidiyyəti olan qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmiş faktların iddiaçı tərəfindən yenidən mübahisələndirilməsinə yol verilməməlidir. Çünki, qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarlarında müəyyən edilmiş faktların hazırkı mübahisəyə münasibətdə təkzibedilməzlik, müstəsnalıq və məcburilik baxımından nəzərən keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əvvəlkilərdə olduğu kimi, açıq-aşkar qanunsuz və əsassız olduğuna görə İddiaçı hazırkı iddia ərizəsinin dəlilləri ilə də razılaşmır, onu qəbul etmir və etirazını aşağıdakı fakt və hallarla əsaslandırır. İddia ərizəsinin açıq-aşkar qanunsuz və əsassız olmasına dair birinci fakt və hal: Aydındır ki məhkəməyə müraciət etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. İddia ərizəsinin məzmununu müəyyən edən MPM-nin 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində həm də iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məlumdur ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hazırkı iddia ərizəsində də iddiaçının istinad etdiyi fakt və hallar Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindəki dəlillərlə əsaslandırılmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə, Zaqatala Rayon Kooperativlər Cəmiyyətinə və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Zaqatala RKC idarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı, Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarı, Zaqatala Rayon Dövlət Notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyat etibarsız hesab edilmiş, İddiaçı ilə cavabdeh ünvan 3 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala RKC və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala RKC-ın xx.xx.2003-cü il tarixli yığıncağın qərarı ilə saxlanmasına ehtiyac olmayan bina, avadanlıq, yarımçıq tikililər və digər əsas vəsait və inventarların, balansda olan 20 saylı mağaza binasının satılması qərara alınmışdır. xx.xx.2003-cü il tarixdə Cavabdeh3 Zaqatala RKC idarə Heyətinə ərizə ilə müraciət edərək, Zaqatala şəhərinin İ.Şamil küçəsində yerləşən "Pilləkənli" mağazanın həyətyanı sahəsindəki anbarlar və altıaçıqla birlikdə tam yararsız vəziyyətdə olduğunu və onun imkanını nəzərə alaraq, həmin obyektin ona 10 milyon 500 min manata satılmasına köməklik göstərilməsini xahiş etmişdir. Zaqatala RKC-ın İdarə Heyəti xx.xx.2003-cu il tarixli 155 və xx.xx.2003-cü il tarixli 176 saylı məktubla X10 müraciət edərək, rayon ictimai iaşə müəssisələri birliyinin balansında olan aeroport ərazisindəki "kosmos" yeməkxana binasını, avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının, İ.Şamil küçəsində yerləşən qənnadi sexinin, RKC-in təsərrüfatında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının satılmasına, rayon Sənaye Tədarük-Kooperativ Ticarət birliyinin balansında olan meyvə qurutmaxana məntəqəsi binasının isə "Çörək" müəssisəsinə olan 25467 min manat borcun əvəzində verilməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd olunanları və həmçinin Zaqatala RKC müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli (protokol № 1) yığıncağının qərarını nəzərə alaraq X14 qərara almışdır: Zaqatala RKC müvəkkillər yığıncağının xx.xx.2003-cü il tarixli qərarı ilə razılaşılsın və Zaqatala RKC-nə aeroport ərazisində yerləşən «Kosmos» yeməkxana binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasını 6500,0 min manat, Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən qənnadi sexini 1000,0 min manat, Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasını 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq verilsin. Obyektin satışına müvafiq müqavilə bağlamaqla, təhvil-təslimini onların satış dəyəri alıcılar tərəfindən tam ödənildikdən sonra aparsın. Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı ilə RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10 500 000 manata Cavabdeh3 satılması qərara alınmışdır. xx.xx.2003-cü il tarixli alqı-satqı aktına əsasən RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən, 10 500 000 manata satılmış 20 saylı mağaza binası Cavabdeh3 təhvil verilmişdir. xx.xx.2005-ci il tarixli müqavilə ilə Zaqatala RKC-ın nümayəndəsi X2 rayon DTİ, MHC və SKİ xx.xx.2004-cü il tarixli 117 qeydiyyat vəsiqəsinə və xx.xx.2004-cü il tarixli 83 nömrəli arayışına əsasən Zaqatala RKC-nə məxsus olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasını Cavabdeh3 10 500 000 manata satmışdır. Satılmış əmlakın dəyəri olan 10 500 000 manat 100641 nömrəli kassa mədaxil orderinin qəbzi ilə Cavabdeh3 tərəfindən ödənilmişdir. xx.xx.2007-ci il tarixdə, ********* qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 23-cü nömrəli vərəqəsində qeydiyyata alınmış DƏDRX HDQ.H DƏDR-dən Çıxarışla Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahədən, 85 kv.m əsas, 414 kv.m köməkçi sahədən ibarət mağaza binası tam mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı özü bütünlüklə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı halda bu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının subyektiv hüququ olmadığından onun hazırki iş üzrə iddia tələbinin qanuni əsası da yoxdur. Məhkəmə kollegiyası iddiaçının X8 xx.xx.2003-cü il tarixli 152 nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı iddiaya və qətnamənin həmin iddia ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsini təmin etməklə digər tərəflərin mənafeyinə zidd nəticəyə gəlmişdir. Çünki, həmin qərar ilə X14 Zaqatala RKC-nə aeroport ərazisində yerləşən «Kosmos» yeməkxana binasının 4500,0 min manat, Zaqatala şəhəri avtovağzal ərazisində yerləşən «Görüş» yeməkxana binasının 6500,0 min manat, Zaqatala şəhəri Şamil küçəsində yerləşən qənnadı sexinin 1000,0 min manat, Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının 10500,0 min manat razılaşdırılmış qiymətlərlə payçılara satılmasına razılıq vermişdir. Bu qərarın ləğv edilməsi Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasına aid məsələni həll etməklə yanaşı həmin qərarın əhatə etdiyi digər əmlakların da taleyini həll etmişdir. Daha sonra birinci instansiya məhkəməsi İddiaçı ilə cavabdeh ünvan 6 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini qət etmişdir ki, bununla da, bu iş üzrə özünün daha əvvəl qəbul etdiyi X8 xx.xx.2003-cü il tarixli 152 nömrəli qərarının etibarsız hesab edilməsi ilə bağlı qərarının əksinə olan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə tərəflər arasında alqı-satqı barədə razılaşma olmadığından nə iddiaçı, nə də cavabdeh tərəf müqavilənin bağlanması üçün notariat kontoruna müraciət etməmişlər. Ələlxüsus, hazırkı iş üzrə İddiaçı cavabdehlərdən bunu tələb etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları əlaqəli şəkildə təhlil edərək hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan inandırıcıdır, iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyildir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi «Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx.xx.2003- cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü «Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi ilə bağlı tələblərə mülki icraat üzrə iddia icraatı qaydasında baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni ləğv edərək, yeni qətnamə qəbul edərkən prosessual hüquq normalarını pozmuşlar. Belə ki, «Zaqatala RKC idarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbi pozulmuşdur. Qeyd edilməlidir ki, hər iki qərarı qəbul etmiş orqanlar inzibati orqandır və iddiaçı tərəfindən qəbul edilmiş inzibati aktlar mübahisələndirilir. Belə olan halda iddianın həmin hissələri üzrə mülki icraat qaydasında işə baxılması yolverilən hesab edilə bilməz. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2778/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-427/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-427/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi «14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin baxılan hissə üzrə (xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi) ləğv edilməsi üçün əsas təşkil etmir. İddia ərizəsinin açıq-aşkar qanunsuz və əsassız olmasına dair ikinci fakt və hal: Şəki inzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli xx.xx.2021ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) və Zaqatala RKC-nə qarşı (üçüncü şəxs: Cavabdeh3) "Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 nömrəli qərarının və Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 nömrəli qərarının "ünvan 7 ünvanda yerləşən mağaza binası və köməkçi sahələrinə" aid hissədə ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. Belə nəticəyə gələn məhkəmə qeyd etmişdir ki, hazırkı tələbdə iddiaçının inzibati aktların ləğvini əsaslandırdığı hallar həmin aktlar qəbul olunduğu vaxtdan ona məlum olmuşdur. İddia ərizəsində iddiaçının özü də bildirmişdir ki, gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan sığortalanmaq üçün məhz bu addımı atmışdır. Yəni, mübahisələndirilən hallar iddiaçının iradəsi ilə baş vermiş, iddiaçının qanunsuz hərəkətlərinin davamı olaraq hazırda mübahisələndirilən qərarlar qəbul edilmiş, həmin qərarların qəbul edilməsi həmin dövrdə faktiki olaraq iddiaçının maraqlarına uyğun olmuşdur. Buna görə də ötən müddət ərzində qəbul edilmiş inzibati aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(107)-89/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-102)-743/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsi inzibati Kollegiyasının 2-1(107)-89/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinin açıq-aşkar qanunsuz və əsassız olmasına dair üçüncü fakt və hal: Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-12/2021 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən qeyriyaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş faktlardan görünür ki, ilk iddia ərizəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı olaraq Cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən hamanı binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binası üzərində cavabdeh hər hansı hüquqa malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə edir və iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Qeyd edilən qətnamədən qarışılıqlı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 57/2022 nömrəli qətnaməsi ilə qarşılıqlı İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsinin qismən yəni, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin iddiaçı Cavabdeh3 tutularaq, qarşılıqlı İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin ilk iddiaçı olaraq ondan yəni, Cavabdeh3 34688,5 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı İddiaçı verilməsi və qarşılıqlı İddiaçı Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən qeyri-yaşayış binasından çıxarılmasının eyni vaxta icra edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh3 Zaqatala şəhəri. Vidadi küçəsinin 3-cü döngəsində yerləşən hamam binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binasının mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır, iddiaçı Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən hamam binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binasından cavabdeh İddiaçı çıxmaması, qeyri-yaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri-yaşayış binasından çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsində həm də müəyyən edilmişdir ki, ilk iddiaçı Cavabdeh3 ilə qarşılıqlı İddiaçı arasında onun mülkiyyətində olmaqla Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət hamam binası, yeməkxana, məişət binası və qazanxananın icarəyə verilməsinə dair razılaşma olmuşdur. Ona görə də ilk iddiaçı Cavabdeh3 qeyri-yaşayış binasında qarşılıqlı İddiaçı tərəfindən təmir-bərpa işlərin aparılmasına razılıq vermişdir. Odur ki, qarşılıqlı iddiaçı həmin qeyri-yaşayış binasında təmir-bərpa işləri apararaq tam istifadəyə yararlı vəziyətinə gətirmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki. tərəflər arasında bağlanmış şifahi müqavilə əqdin icarə müqaviləsi olduğu barədə qənaətə gəlmək üçün əsas verir. Belə ki, bu məsələ ilə bağlı tərəflər arasında oturuşmuş işgüzar adətlər yaranmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki. iddiaçı ilə cavabdeh arasında icarə hüquq münasibətinin yarandığı, qarşılıqlı iddiaçının mübahisəli obyekt üzərində icarə hüququnun mövcud olduğu müəyyən edilir. İstinad etdiyi Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ciil tarixli 2(107)-57/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş faktlar və hallarla təsdiq edilir ki, iddiaçı Cavabdeh3lə cavabdeh İddiaçı arasında Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektlərinin (hamam binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binası) icarəyə verilməsinə dair oturuşmuş işgüzar adətlərə əsaslanan şifahi icarə müqaviləsi bağlanmış, həmin qeyriyaşayış obyektləri bütünlüklə cavabdehin uzunmüddətli icarə istifadəsinə verilmiş və cavabdeh qeyri-yaşayış obyektlərindən uzun müddət fasiləsiz olaraq istifadə etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-57/2022 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4847/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-57/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı istər Zaqatala şəhəri. İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi sahəsi olan mağaza binası və köməkçi sahələri, istərsə də Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən qeyri-yaşayış binası olan hamam binası üzərində hər hansı hüquqa malik olmadığını yaxşı bildiyi halda, həmin mağaza və hamam binası ilə bağlı açıq-aşkar əsassız və qanunsuz yeni məhkəmə mübahisəsini yaratmaqda məqsədi və niyyəti ona tam xüsusi mülkiyyət hüququ ilə məxsus olan adıçəkilən qeyri-yaşayaış sahələrindən qanunsuz istifadə müddətini süni surətdə uzatmaqdan ibarətdir. Beləliklə, yuxarıda göstərilənlərlə tam təsdiq edildi ki, iddia ərizəsində istinad edilən fakt və hallar heç bir mötəbər sübutla təsdiq edilmir. İddiaçının tələblərini təsdiq etmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə tamamilə ləğv edilmiş və iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə isə kassasiya instansiyasında dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iddia ərizəsində iddiaçının istinad etdiyi heç bir sübut mötəbər deyildir. Barəsində mübahisə qaldırdığı hamam binası, mağaza binası və onun köməkçi sahələri üzərində heç bir hüquq əldə etməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı tələbini əsaslandıra bilmək üçün heç bir hüquqi fakta istinad edə bilməmişdir. Belə vəziyyətdə isə iddiaçının tələbinin qanuni əsası mövcud deyildir. Cavabdeh3 ərizə ilə də məhkəməyə müraciət edərək məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı məhkəməyə müraciət ünvanlayaraq İddiaçı cavabdehlərə, o cümlədən Azərittifaqa qarşı «Zaqatala RKC idarə heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və X12 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 8 ünvanında yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və s.» tələbinə dair iddiasının «Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 №-li mağaza binasının ona qaytarılması» hissəsinə xitam verilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Mərkzəi Kooperativlər İttifaqa (Azərittifaqa) və digərlərinə qarşı Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 20 №-li mağaza binasının iddiaçıya qaytarılması və s. tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Zaqatala rayon məhkəməsində baxılacaqdır. X12 xx.xx.2003-cü il tarixli 152 saylı və Zaqatala RKC idarə heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarları ilə Cavabdeh3 satılmış Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən mağaza binasının İddiaçı qaytarılmasının hüquqi əsası yoxdur. Belə ki, İddiaçı cavadehlərə, o cümlədən Azərittifaqa və Zaqatala RKC-nə qarşı «Zaqatala RKC idarə heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və X12 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 8 ünvanında yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və s.» tələbinə dair iddiasına Şəki Kommersiya məhkəməsində baxılmış və Şəki Kommersiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2-2( 117)-1414/2022 №-li qərardadla iddianın «Zaqatala RKC idarə heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının və X12 xx.xx.2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi» hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən Şəki Kommersiya məhkəməsinin qərardadından verilən apellyasiya şikayəti Şəki Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(107) 15/2023 №-li qərardadı ilə təmin edilməmiş və Şəki Kommersiya məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırda qüvvədə olan məhkəmə qərarlarına görə Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən mağaza binasının Cavabdeh3 satılması barədə X12 05 sentyabr 2003-cü il tarixli 152 saylı və Zaqatala RKC idarə heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarları qüvvədədir və ona görə də həmin mağaza binasının iddiaçıya qaytarılmasının hüquqi əsası yoxdur. Eyni zamanda bildiririk ki, İddiaçı tərəfindən əvvəllər də eyni predmet barəsində və eyni əsaslarla müxtəlif məhkəmələrdə iddia qaldırılmış, lakin onun iddiaları təmin olunmamışdır. Bu barədə Sizə ətraflı məlumat verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O, verilmiş sualları cavablandırarkən qeyd etdi ki, iddia tələbinin onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi ilə bağlı əvvəllər də iddia tələbi olmuş, iddia tələbi rədd edilmişdir. İddia tələbində qeyd etdiyi daşınmaz əmlakın dəyərinin yarısı tələbi isə əvvəllər məhkəmədə baxılmamış, Cavabdeh3 həmin daşınmaz əmlakın yaxşılaşdırılması ilə bağlı xərclərin yarısı tələb edilmiş və buna dair qətnamə qəbul edilmişdir. O, hazırda binanın faktiki dəyərinin yarısı olan 750000 manatı tələb edir. Bina torpaq qarışıqdır, torpağın həcmi 0,19 ha-dır və tikinti altı 600 kv.metrdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh iddia tələbini qəbul etmir. İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı əvvəllər məhkəmə icraatında iş olmuş və işə baxılaraq yekun qərar qəbul edilmiş, iddiaçının həmin tələbi rədd edilmişdir. Hesab edir ki, iddia tələbinə həmin hissədə xitam verilməlidir. İddia tələbinin 750000 manat hissəsinin hüquqi əsaslarının olmadığını qeyd edərək iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş edir. O iddiaçının hüquqlarını müdafiə etdiyi cavabdehə qarşı iddianın predmeti olan hamam binasına çəkilmiş xərclərlə bağlı tələbinə məhkəmədə baxılaraq təmin edildiyini və eyni zamanda hüquqlarını müdafiə etdiyi cavabdehin iddiaçıya qarşı həmin tikilidən çıxarılması ilə bağlı tələbin olduğunu və tələbə məhkəmədə baxılaraq iddiaçının tikililərdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsinin olduğunu vurğuladı. O, bir daha iddia tələbinə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində xitam verilməsini və iddia tələbinin digər hissələrdə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Zaqatala rayonu Kooperativ Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladıqları müraciətləri müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, iddia tələbinin predmeti olan alqı-satqı müqaviləsi 21 il öncə bağlanmış müqavilədir. Qəbul edilmiş qərarla bağlı ətraflı məlumat məhkəməyə yazılı şəkildə təqdim edilmişdir. O, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Zaqatala rayonu Kooperativ Cəmiyyətinin nümayəndəsi sədri X13 və Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı Azərittifaqın nümayəndəsi X11 məhkəməyə ünvanladıqları müraciətləri müdafiə etdiklərini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İşin halları: Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Zaqatala RKC idarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı satqı müqaviləsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyat etibarsız hesab edilmiş, İddiaçı ilə cavabdeh ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın Cavabdeh3 alınaraq Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)- 427/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh3 və onun nümayəndəsi, həmçinin vəkili Vəkil2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2(033)- 230/2020 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsı rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın İddiaçı alınaraq Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Həmin qətnamədə sübut qismində qeyd edilmiş Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının surətindən görünür ki, RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının üzərində olan əsas vəsait və inventarları ilə birlikdə 10 500 000 manata Cavabdeh3 satılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4728/2021 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2778/2023 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi «14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh3 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 57/2022 nömrəli qətnaməsindən görünür ki, qarışılıqlı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021ci il tarixli 2(033)-12/2021 saylı qətnaməsi qismən-yəni qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməklə qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, ünvan 10 ünvanında yerləşən hamam binası, yeməkxana, məişət binası və qazanxana binasının təmir-bərpa işlərinə görə xərclənmiş 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pulun və 30 manat dövlət rüsümunun əvəzinin iddiaçı Cavabdeh3 tutularaq qarışılıqlı İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin ilkin iddiaçı Cavabdeh3 34688,5 (otuz dört min altı yüz səksən səkkiz manat əlli qəpik) manat pul və 30 manat dövlət rüsümunun əvəzinin alınaraq qarşılıqlı İddiaçı verilməsi və qarşılıqlı İddiaçı ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasının eyni vaxta icra edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Cavabdeh3 ünvan 9-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasının mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 9-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasından cavabdeh İddiaçı çıxmaması, qeyri-yaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyri yaşayış binasından (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri yaşayış binasından çıxarılmalıdır. Həmin qətnamə ilə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallardan görünür ki, ilkin iddiaçı Cavabdeh3 ilə qarşılıqlı İddiaçı arasında onun mülkiyyətində olmaqla ünvan 11 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m. ümumi, 85 kv.m. əsas, 414 kv.m. köməkçi sahədən ibarət hamam binası, yeməkxana, məişət binası və qazanxanasının icarəyə verilməsinə dair razılaşma olmuşdur. Ona görə də ilki iddiaçı Cavabdeh3 qeyri-yaşayış binasında qarşılıqlı İddiaçı tərəfindən təmir-bərpa işlərin aparılmasına razılıq vermişdir. Odur ki, qarşılıqlı iddiaçı həmin qeyri-yaşayış binasında təmir-bərpa işləri apararaq tam istifadəyə yararlı vəziyətinə gətirmişdir. Bu fakt birinci instansiya məhkəməsində həm tərəflərin, həm də şahidlər X16 və X19 izahatları, habelə apellayasiya məhkəməsinin iclasında şahid X4 və X21 izahatları ilə təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4847/2022 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-57/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh İddiaçı Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.mlik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Cavabdeh3 xüsusi mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsi 18 ünvanında yerləşən əmlak kompleksi (0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağazalı qeyri-yaşayış binası) üzərində cavabdeh İddiaçı hər hansı hüquqa malik deyil. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh3 ünvan 9-də yerləşən hamam binası, yeməkxana, məişət xidməti və ayaqyolu, qazanxana binasının və Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksinin (mağazalı qeyri-yaşayış binası) mülkiyyətçisidir. İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binası Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı əsasında cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın ona qaytarılması, onunla ünvan 12 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi, Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda əmlakların dəyəri olan 750 000 manat vəsaitin Cavabdeh3 alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh3 iddia tələbini qəbul etməmiş və onun nümayəndəsi və vəkili iddia ərizəsinə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi hissəsində xitam verilməsini və digər hissələrdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər də iddia tələbini qəbul etməmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, iddia tələbinin “iddiaçı ilə ünvan 12 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsinə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(033)-66/2024 nömrəli qərardadı ilə xitam verilmişdir. Məhkəmə ilk öncə iddia tələbinin “Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Zaqatala şəhəri İ.Şamil küçəsi 18 ünvanında yerləşən əmlak kompleksi (0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağazalı qeyri-yaşayış binası) üzərində İddiaçı hər hansı hüquqa malik olmaması Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və bu əsasla İddiaçı həmin əmlak kompleksindən çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin hüquqi əsası mövcud olmadığından və onun Zaqatala şəhəri İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağaza üzərində hər hansı hüququ yaranmadığından iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin “Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda əmlakların dəyəri olan 750000 manat vəsaitin Cavabdeh3 alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-12/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasının (hamam binası, yeməkxana, məişət binası və qazanxana binası) Cavabdeh3 mülkiyyətində olması müəyyən edilmiş və həmin əmlakın onunla şərikli əldə edilməsinə dair və özünün də həmin əmlakda payının mövcudluğuna dair İddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı və Cavabdeh3 Mustafa oğlu ilə şərik alınması sübuta yetirilmədiyindən iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı eyni zamanda qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-57/2022 nömrəli qətnaməsi ilə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh3 arasında hamam binası, yeməkxana, məişət binası və qazanxanasının icarəyə verilməsinə dair razılaşma olmuşdur. Zaqatala şəhəri, Vidadi küçəsinin 3-cü döngəsində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektlərinin (hamam binası, yeməkxana, məişət xidməti, ayaqyolu və qazanxana binası) icarəyə verilməsinə dair oturuşmuş işgüzar adətlərə əsaslanan şifahi icarə müqaviləsi bağlanmış, həmin qeyriyaşayış obyektləri bütünlüklə cavabdehin (hazırki iş üzrə iddiaçının) uzunmüddətli icarə istifadəsinə verilmiş və cavabdeh (iddiaçı) qeyri-yaşayış obyektlərindən uzun müddət fasiləsiz olaraq istifadə etmişdir. Ona görə də ilk iddiaçı Cavabdeh3 qeyri-yaşayış binasında qarşılıqlı İddiaçı tərəfindən təmir-bərpa işlərin aparılmasına razılıq vermişdir. Odur ki, qarşılıqlı iddiaçı həmin qeyri-yaşayış binasında təmir-bərpa işləri apararaq tam istifadəyə yararlı vəziyətinə gətirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 9 ünvanında yerləşən İddiaçı tərəfindən icarəyə götürülmüş hamam binasının şəriki olması halı ağlabatan və inandırıcı deyil. Məhkəmə ümumilikdə iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin təmin edilməsi üçün yetərli əsаs оlа bilməz. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddiaçının tələbi isə yuxarıda sadalanan qanunvericilik normalarının dispozisiya şərtləri ilə uzlaşmır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı iddiasının əsası kimi hər hansı mötəbər sübut təqdim edə bilməmiş və iddia ərizəsində qeyd etdiyi tələblərinə dair izahat verməklə kifayətlənmişdir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. O da qeyd olunmalıdır ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” hissəsində rədd edilməli, iddia tələbinin “İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsinə Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(033)-66/2024 nömrəli qərardadı ilə xitam verilməsi nəzərə alınmalıdır. İddia tələbi rədd edildiyindən 220 manat mediasiya xərci və 840 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” hissəsində rədd edilsin. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(033)-66/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “İddiaçı ilə ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsində xitam verilməsi nəzərə alınsın. İddiaçı dövlətə ödədiyi 840 (səkkiz yüz qırx) manat dövlət rüsumu və ilkin mediasiya ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №e-2(033)-66/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-66/2024
17.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver