Məhkəmə qərarları › İş №e-2(033)-661/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-661/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-661/2022 28.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Köngülova Gözəl Sulxay qızının vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Köngülova Gözəl Sulxay qızının vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 01 mart 2018-ci il tarixli 589-xx.xx.2018-002964 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1423,96 manat əsas borc olmaqla, cəmi 1423,96 manat məbləğində kredit borcunun, ödənilmiş 34,24 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə Köngülova Gözəl Sulxay qızı arasında bağlanmış 01 mart 2018-ci il tarixli, 589xx.xx.2018-002964 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla, 1600 manat məbləğində kredit verilmişdir. X2 Sulxay qızı 21 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Zaqatala rayonu 2 saylı Notariat ofisi tərəfindən verilmiş 23 dekabr 2019-cu il tarixli 2V-1257 nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum Köngülova Gözəl Sulxay qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Köngülova Gözəl Sulxay qızının vəfat etdiyi tarixə Banka ödənilməmiş 1423,96 manat əsas olmaqla, cəmi 1423,96 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum Köngülova Gözəl Sulxay qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 26 may 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh Köngülova Gözəl Sulxay qızı arasında bağlanmış 589-xx.xx.2018-002964 nömrəli 01 mart 2018-cı il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 60 ay müddətinə qaytarılmaq, illik 25 faiz ödəmək şərti ilə 1600 (bir min altı yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 25 faizlə hesablanır. Həmin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üzrə faizlər bu Müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş tarixdən hesablanır və hər ayın 30-dan gec olmayaraq, borc alan tərəfindən borc verənə ödənilir. Həmin kredit müqaviləsinin 8.1-ci bəndinin “g” yarımbəndinə əsasən, kredit müqaviləsinin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən pul öhdəliyinin vaxtından əvvəl icra edilməsini borcalandan tələb edə bilər. 01 mart 2018-cı il tarixli məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC-in “Zaqatala” filialı tərəfindən Köngülova Gözəl Sulxay qızına 1520 manat kredit verilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mosul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş AZ-İ seriyalı 967907 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Köngülova Gözəl Sulxay qızı 21 yanvar 2019-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2019ci il tarixdə 02 nömrə ilə müvafiq qeyd edilmişdir. İşdə olan Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyest nömrəsi 2V- 1257 olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 21 yanvar 2019-cu il tarixdə ölmüş Köngülova Gözəl Sulxay qızının vərəsələri kimi müəyyən edilmişdir. İşdə olan cavabdeh Köngülova Gözəl Sulxay qızının vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 26 yanvar 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı, Köngülova Gözəl Sulxay qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 01 mart 2018-cı il tarixli 589-xx.xx.2018- 002964 nömrəli kredit müqaviləsinə əsasən, Köngülova Gözəl Sulxay qızının xx.xx.2019cu il tarixədək 1423,96 manat əsas kredit borcu, bank tərəfindən ödənilmiş 34,24 manat dövlət rüsumu, bank tərəfindən ödənilmiş 0,40 manat komissiya haqqı üzrə borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə Köngülova Gözəl Sulxay qızı arasında bağlanmış 589-xx.xx.2018-002964 nömrəli 01 mart 2018-cı il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Köngülova Gözəl Sulxay qızına illik 25 faiz olmaqla 60 ay müddətinə 1600 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Köngülova Gözəl Sulxay qızı kredit müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, 21 yanvar 2019-cu il tarixdə vəfat etmiş və Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Bilalov X1 Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-1257 olan xx.xx.2019-cu tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhum Köngülova Gözəl Sulxay qızından qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 589-xx.xx.2018-002964 nömrəli 01 mart 2018-cı il tarixli kredit müqaviləsinə əsasən 1423,96 manat əsas borc məbləği Köngülova Gözəl Sulxay qızının vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 34,24 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Köngülova Gözəl Sulxay qızının vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 589-xx.xx.2018-002964 nömrəli 01 mart 2018-cı il tarixli kredit müqaviləsinə əsasən 1423,96 (bir min dörd yüz iyirmi üç manat doxsan altı qəpik) manat məbləğində əsas borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Köngülova Gözəl Sulxay qızının vərəsələri cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 34,24 (otuz dörd manat iyirmi dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar