Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-664/2022 02.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yusubov Camal Əhməd oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 372,18 manat əsas, 0,14 manat faiz olmaqla, cəmi 372,32 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə Yusubov Camal Əhməd oğlu arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, BPM **********05 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 10 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 520 manat məbləğində kredit verilmişdir. X3 Əhməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 21 avqust 2020-ci il tarixli 2V-642 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum Yusubov Camal Əhməd oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş 11 may 2022-ci il tarixli maliyyə arayışına əsasən, Yusubov Camal Əhməd oğlunun vəfat etdiyi tarixə Banka ödənilməmiş 372,18 manat əsas, 0,14 manat faiz olmaqla, cəmi 372,32 manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum Yusubov Camal Əhməd oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 195 nömrəli, 08 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh şəhərdə yaşamadığı üçün məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin halları Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(033)-664/2022 nömrəli qərardadına əsasən iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdeh Yusubov Camal Əhməd oğlunun vərəsəsi Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh Yusubov Camal Əhməd oğlu arasında bağlanmış BPM **********05 nömrəli 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 10 ay müddətinə qaytarılmaqla, illik 18 faiz ödəmək şərti ilə 520 (beş yüz iyirmi) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.8-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18 faizlə hesablanır. Həmin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq Borc verən tərəfindən borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətinə) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. 02 oktyabr 2019-cu il tarixli məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC-in “Zaqatala” filialı tərəfindən Yusubov Camal Əhməd oğluna 500 manat kredit verilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 056689 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Yusubov Camal Əhməd oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2020-cı il tarixdə 5 nömrə ilə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyest nömrəsi 2V-642 olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüş Yusubov Camal Əhməd oğlunun vərəsəsi kimi müəyyən edilmişdir. Yusubov Camal Əhməd oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış 26 yanvar 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı cavabdeh Yusubov Camal Əhməd oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. Maliyyə arayışından görünür ki, 02 oktyabr 2019-cu il tarixli BPM **********05 nömrəli kredit müqaviləsinə əsasən, Yusubov Camal Əhməd oğlunun xx.xx.2020-ci il tarixədək 372,18 manat əsas kredit borcu, 0,14 manat faiz borcu bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bank tərəfindən ödənilmiş 0,40 manat komissiya haqqı üzrə borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə Yusubov Camal Əhməd oğlu arasında bağlanmış BPM **********05 nömrəli 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Yusubov Camal Əhməd oğluna illik 18 faiz olmaqla 10 ay müddətinə 520 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdir. Lakin, Yusubov Camal Əhməd oğlu kredit müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmiş və onun həyat yoldaşı Vəliyeva X2 Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-642 olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən onun vərəsəsi kimi müəyyən edilmişdir. Cavabdeh mərhum Yusubov Camal Əhməd oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu da cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, BPM **********05 nömrəli 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 372,18 manat əsas borc və 0,14 manat faiz borcu Yusubov Camal Əhməd oğlunun vərəsəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Yusubov Camal Əhməd oğlunun vərəsəsi Cavabdeh BPM **********05 nömrəli 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 372,18 (üç yüz yetmiş iki manat on səkkiz qəpik) manat məbləğində əsas borc və 0,14 (on dörd qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 372,32 (üç yüz yetmiş iki manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Yusubov Camal Əhməd oğlunun vərəsəsi Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-664/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-664/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver