Məhkəmə qərarları › İş №e-2(033)-690/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-690/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-690/2024 08.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə işə xx.xx.2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı – İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsin xx.xx.2022ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, birgə nikahdan 18 may 2007-ci ildə doğulmuş X8 və 02 aprel 2012-ci ildə doğulmuş X9 onun himayəsində saxlanılması, X5 və X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qəbul edilərkən (2022-ci il üzrə) yaşayış minimumu uşaqlar üçün 193 manat olmuşdur. Hazırda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Hamıya bəllidir ki, hər il tələbat mallarında nə qədər bahalaşma baş verir. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda 2022-ci ildə inflyasiya 13,9%, 2023cü ildə 8.8%, 2024-cü ilin 1-ci rübündə isə 6% təşkil edib. Yəni qətnamənin qəbul edildiyi xx.xx.2022-ci il tarixdən bugünədək Azərbaycanda 28.7% faiz infilyasiya gedib, yəni 28.7% faiz bahalaşma baş verib. Bu da o deməkdir ki, ötən 2 il 4 ay ərzində uşaqların xərcləri obyektiv səbəblərdən xeyli artıb. Ona görə də, dövlət infilyasiyanı-bahalaşmanı nəzərə alaraq hər il yaşayış minimumunun məbləğini artırır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Aliment məhkəmənin xx.xx.2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsi ilə sabit pul şəklində və 2022-ci il üzrə yaşayış minimumu həddində (193 manat) təyin olunduğu üçün cavabdehin gəlirinin artıb-artmamasından, ümumiyyətlə gəlirinin olub-olmamasından asılı olmayaraq, alimentin məbləği qanunvericiliklə müəyyən olunmuş minimum həddə (235 manata) çatdırılmalıdır. Hal-hazırda X5 17, X6 12 yaşı var. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Fidan ali məktəbə hazırlaşır və bununla bağlı xeyli vəsait sərf olunur. Bu xərclərdən əlavə geyim, qidalanma və digər xərclər də mövcuddur. Fidan universitetə qəbul olduqda bununla bağlı yeni xərclər yaranacaq. Dəryanın da hazırlığına, musiqi təhsilinə, geyiminə və sair tələbatına xeyli vəsait xərcləyir. Hər iki uşağın yemək, geyim və sair zəruri xərclərinə hamıya bəllidir ki, nə qədər vəsait sərf olunur. Xəstələndikdə onların həkimə aparılması, dərmanların alınmasına da pul sərf edilir. Sadaladığı xərclər ən zəruri xərclərdir. Uşaqların istirahətə də, əyləncəyə də ehtiyacları var. Lakin onun qazancı az olduğundan, alimentin də məbləği aşağa olduğundan uşaqları əyləncə və istirahətdən də məhrumdurlar. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladlarının xərcləri ilə ümumiyyətlə maraqlanmır. Yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti ödəməklə öz atalıq vəzifəsinin bitdiyini düşünür. Tək qadın olaraq uşaqların xərclərini qarşılamaq, onların tələbatlarını ödəmək onun üçün çox çətindir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununa əsasən 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat məbləğində yaşayış minimumunu cavabdehdən tələb edir. Belə ki, o cavabdehin əldə etdiyi gəlirə görə yox, Azərbaycan Respublikasının qanununa əsasən müəyyən edilmiş yaşayış minimumu həddində aliment tutulmasını tələb edir. Həmçinin qeyd edir ki, aliment məbləği artırılarkən rayon, kənd və ya şəhər fərqi qoyulmamalı, çünki onun nə torpaq sahəsi, nə də ki həyətyanı torpaq sahəsi vardır, o özü isə övladları ilə birgə kirayə evdə qalır və hər il tələbat mallarında nə qədər bahalaşma olması hər kəsə aydındır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından anadan olmuş X5 və X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq ondan sabit pul məbləğində hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin aliment məbləği müəyyən edilən zaman onun mülkiyyətində iki əmlak və bir avtomobil olmuşdur. Hal-hazırda isə həmin əmlaklardan biri mülkiyyətindən çıxmış, digər əmlakı və avtomobili ½ hissədə bölünmüşdür. Yəni qeyd edilən gündən bugünədək maddi vəziyyətində hər hansı bir artım olmamış, əksinə maddi vəziyyətində geriləmə olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı X4 ilə Cavabdeh arasında Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi nümayəndəliyində 01 iyun 2006-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 18 may 2007-ci ildə doğulmuş X8 və 02 aprel 2012-ci ildə doğulmuş X6 iddiaçı X2 himayəsində saxlanılması, 18 may 2007-ci ildə doğulmuş X5 və 02 aprel 2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq X3 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(033)-1075/2021 saylı qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-896/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilmiş, iddiaçı X4 tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 108.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. “Uşаq hüquqlаrı hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 5-ci mаddəsinə əsаsən dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəхslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdır. 13-cü mаddəsinə əsаsən uşаğın Аzərbаycаn Respublikаsı Qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq хərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq hüququ vаrdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü mаddəsinə əsаsən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflərin birgə nikahından 18 may 2007-ci ildə X8 və 02 aprel 2012-ci ildə X9 dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsinə əsаsən cаvаbdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat aliment tutulub iddiаçıyа verilir. İddiаçı xx.xx.2024-cü il tarixdə hаzırkı iddiа ilə mürаciət edərək, alimentin müəyyən olunmuş miqdarının аrtırılmаsını хаhiş etmiş, lаkin alimentin miqdarı müəyyən olunmаsından keçən qısа müddət ərzində özünün və yа cаvаbdehin ailə və maddi vəziyyətində dəyişiklik olmаsı bаrədə sübut təqdim etməmişdir. İş üzrə sübutlаrlа, alimentin miqdarının müəyyən olunmаsından keçən qısа müddət ərzində tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmаsı hаlı təsdiq edilməmişdir. İddiаçı tələbini ölkədə 2024-cü il üçün yaşayış minimumunun hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi ilə əsаslаndırmışdır. Məhkəmə iddiаçının, tərəflərin birgə nikahından dоğulmuş uşaqlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlаrının оlmаsı bаrədə mövqeyi ilə rаzılаşır. Lаkin bu hаlın iddiаnın təmin edilməsinə əsаs оlmаdığı nəticəsinə gəlir. Belə ki, yаnаşı yохlаnılmış sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh gəlirlərindən 386 manatını tərəflərin birgə nikаhındаn dоğulmuş uşаqların sахlаnmаsı üçün аliment оlаrаq ödəyir. Аlimentin ödənilməsinə yönəldilmiş vəsаitdən özünün maddi təminatı üçün qаlаn vəsаit cаvаbdehin minimum dolanacaq xərcindən аzdır. İş üzrə sübutlаrlа cаvаbdehin Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləğdən аrtıq аliment ödəmək üçün zəruri qаzаncа mаlik оlmаsı hаlı təsdiq edilməmişdir. Məhkəmə оnu dа qeyd etməyi zəruri sаyır ki, tərəflərin öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər və uşaqlаrının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlаrının təmin etmək vəzifəsinin bütövlükdə cаvаbdehə aid edilməsi, iddiаçını uşaqların maddi təlabatını ödəmək vəzifəsindən azad edilməsi хarakteri daşıyır. Halbuki, o, özü də uşaqlarının maddi təlabatını ödəməkdə cаvаbdeh ilə bərabər vəzifə daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia rədd edildiyindən işə baxılması ilə əlaqədar xərc olan iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar