Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-709/2024 11.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-254/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2011-ci il tarixdə doğulmuş Süleymanova Ayşə saleh qızının, xx.xx.2012-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Azərbaycan Respublikası Zaqatala rayonu, Dülüsoba kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay hər uşağa 250 manat olmaqla, cəmi 750 manat sabit pul məbləğində alimentin ödənilməsinə, mediatra ödənilmiş 60 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə birgə nikahından xx.xx.2011-ci il tarixdə “Ayşə”, xx.xx.2012-ci il tarixdə “Aytac” və xx.xx.2017-ci il tarixdə “Asya” adlı övladları doğulmuşdur. Onun cavabdehlə olan nikahı pozulmuş, uşaqların saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)- 254/2023 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Aliment məhkəmənin xx.xx.2023-cü il tarixli 2(033)-254/2023 nömrəli qətnaməsi ilə sabit pul şəklində təyin olunduğu üçün cavabdehin gəlirinin artıb-artmamasından, ümumiyyətlə gəlirinin olub-olmamasından asılı olmayaraq, alimentin məbləği qanunvericiliklə müəyyən olunmuş minimum həddə (235 manata) çatdırılmalıdır. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaqların qidalanma xərcindən başqa onların geyim və digər xərcləri də mövcuddur. Uşaqlar böyüdükcə onların hazırlığına, təhsilinə, geyiminə və sair tələbatına xeyli vəsait xərcləyir. Hər üç uşağın yemək, geyim və sair zəruri xərclərinə hamıya bəllidir ki, nə qədər vəsait sərf olunur. Xəstələndikdə onların həkimə aparılması, dərmanların alınmasına da pul sərf edilir. Sadaladığı xərclər ən zəruri xərclərdir. Uşaqların istirahətə də, əyləncəyə də ehtiyacları var. Lakin o heç bir yerdə işləmədiyindən və alimentin də məbləği aşağaı olduğundan uşaqları əyləncə və istirahətdən də məhrumdurlar. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladlarının xərcləri ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti də vaxtıvaxtında ödəmir. Tək qadın olaraq uşaqların xərclərini qarşılamaq, onların tələbatlarını ödəmək onun üçün çox çətindir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşaqların hərəsinə hər ay 250 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulmuş, azyaşlı övladları isə onun himayəsində saxlanmışdır. Odur ki, təyin edilmiş 120 manat, cəmi 360 manat alimet miqdarının artırılmasını tələb edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh hal-hazırda makler kimi fəaliyyət göstərir, həmçinin adına torpaqları var. O özü isə uşaqların balaca olması səbəbindən işləyə bilmir. Cavabdeh isə alimenti ödəməyəcəyini bildirmişdir. Halbuki istəsə, ödəyə bilər, buna imkanı vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki is materiallarında olan sənədlər Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 avqust 2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 yanvar 2011-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh, anası İddiaçıdır. Zaqatala RİHB-nın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 avqust 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyul 2012-ci il tarixdə anadan olmuş X4 atası Cavabdeh, anası İddiaçıdır. Zaqatala RİHB-nın Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 may 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 aprel 2017-ci il tarixdə anadan olmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 avqust 2023-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 132 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Qardaşova soyadı verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-254/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı X3 ilə Cavabdeh arasında Zaqatala rayon Yuxarı Tala kənd İnzibati Ərazi Dairəsində qeyd edilmiş 10 fevral 2010-cu il tarixli 05 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-09 yanvar 2011-ci il təvəllüdlü X8, 12 iyul 2012-ci il təvəllüdlü X7 və 27 aprel 2017-ci il təvəllüdlü X5 anaları X1 himayəsində saxlanılması, 09 yanvar 2011-ci il təvəllüdlü X6, 12 iyul 2012-ci il təvəllüdlü X4 və 27 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat aliment tutularaq X2 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 30 dekabr 2022-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissəsi təmin edilməməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və iddiaçının dövlət büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu, cəmi 100 (bir yüz) manat pul vəsaitinin iddiaçı X1 özünə aid edilməsi, Cavabdeh 63.2 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 09 yanvar 2011-ci il təvəllüdlü X8, 12 iyul 2012-ci il təvəllüdlü X7 27 aprel 2017-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 120 manat, ümumilikdə 360 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2023-cü ildə, yəni uşaqların müvafiq olaraq 12, 10 və 6 yaşları olarkən təyin edilmişdir. Hazırda isə uşaqlar müvafiq olaraq 13, 14 və 7 yaşdadırlar və ötən müddət ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması və təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən bir uşağa görə 120 manat, ümumilikdə 360 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin hər bir uşağa 150 manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 09 yanvar 2011-ci il tarixdə doğulmuş X6, 12 iyul 2012-ci il tarixdə doğulmuş X4 və 27 aprel 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(033)- 254/2023 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat, cəmi 450 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30.80 (450-360=90x12=1080 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(033)-254/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 09 yanvar 2011-ci il tarixdə doğulmuş X6, 12 iyul 2012-ci il tarixdə doğulmuş X4 və 27 aprel 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarda alimentin məbləği artırılsın. 09 yanvar 2011-ci il tarixdə doğulmuş X6, 12 iyul 2012-ci il tarixdə doğulmuş X4 və 27 aprel 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-709/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-709/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver