Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-715/2025 29.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, X4 nkatibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4.225,56 (dörd min iki yüz iyirmi beş dollar, 56 sent) ABŞ dolları-bundan 1739,66 (bir min yeddi yüz otuz doqquz dollar, 66 sent) ABŞ dolları əsas, 649,42 (altı yüz qırx doqquz dollar, 42 sent) ABŞ dolları faiz, 1.585,92 (bir min beş yüz səksən beş dollar, 92 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 250,56 (iki yüz əlli dollar, 56 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 91,84 (doxsan bir manat 84 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Rəşad Tağızadə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə X2 və və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən aşağıdakılar görünür: 2.1.Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 1.739,66 (bir min yeddi yüz otuz doqquz ABŞ dolları, 66 sent) ABŞ dolları əsas, 649,42 (altı yüz qırx doqquz ABŞ dolları, 42 sent) ABŞ dolları faiz, 1.359,65 (bir min üç yüz əlli doqquz ABŞ dolları, 65 sent) ABŞ dolları köçürülmüş faizlər və 226,27 (iki yüz iyirmi altı ABŞ dolları, 27 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 400 (dörd yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.100 (dörd min bir yüz) manat (1 ABŞ dolları=1.40 manat məzənnəsi) məbləğində borcun 4 (dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin iyul ayından başlayaraq, hər ay 1.025 (bir min iyirmi beş) manatın ödənilməsi öhdəliyini Cavabdeh- Borclu öz üzərinə götürür. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 4.100 (dörd min bir yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 4 (dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X5q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Rəşad Tağızadə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. Məhkəmənin qənaətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 5.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilməklə mülki işin icraatına xitam verildiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 91,84 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X6 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “ Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 1.739,66 (bir min yeddi yüz otuz doqquz ABŞ dolları, 66 sent) ABŞ dolları əsas, 649,42 (altı yüz qırx doqquz ABŞ dolları, 42 sent) ABŞ dolları faiz, 1.359,65 (bir min üç yüz əlli doqquz ABŞ dolları, 65 sent) ABŞ dolları köçürülmüş faizlər və 226,27 (iki yüz iyirmi altı ABŞ dolları, 27 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 400 (dörd yüz) manat (1 ABŞ dolları=1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 4.100 (dörd min bir yüz) manat (1 ABŞ dolları=1.40 manat məzənnəsi) məbləğində borcun 4 (dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin iyul ayından başlayaraq, hər ay 1.025 (bir min iyirmi beş) manatın ödənilməsi öhdəliyini Cavabdeh- Borclu öz üzərinə götürür. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 4.100 (dörd min bir yüz) manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 4 (dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 2.1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh-Zamindən tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. Tərəflər təsdiq edirlər ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh-Borclu tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X5q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür.” və xx.xx.2025-ci il tarixli barışıq sazişində qeyd edilən digər şərtlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 91,84 (doxsan bir manat səksən dörd qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna geri qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-715/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-715/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver