Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-72/2025 03.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə 03 iyun 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 75 000 (yetmiş beş min) manat məbləğində pulun, 315 (üç yüz on beş) manat dövlət rüsumunun və 350 (üç yüz əlli) manat vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, Nuriyeva (Hüşənova) Sabina İmran qızı onun yaxın rəfiqəsidir. Cavabdeh ondan 2024-cü ilin may ayında hər gün 200 manat ödəmək şərti ilə və mağaza açmaq məqsədi ilə 93000 manat borc pul almışdır. Aralarında olan razılaşmaya əsasən aldığı pulun bir hissəsini hissə-hissə ödəmiş və cavabdehin ona 75000 manat borcu qalmışdır. Belə ki, 93000 manat pulun bir hissəsini ödəmiş, lakin borc 75000 manata çatanda Nuriyeva (Hüşənova) Sabina İmran qızı artıq pulu qaytarmamağa başlamışdır. Cavabdehin artıq ona pulu qaytarmadığını görəndə danışdıqları qaydada ondan borc pul aldığına dair aralarında borc sazişi bağlamışlar. xx.xx.2024-cü il tarixdə yazdıqları borc sazişində cavabdeh Nuriyeva (Hüşənova) Sabina İmran qızı ona 75000 manat pul borcu olduğunu etiraf etmiş və danışıqlarına əsasən hər gün ona 200 manat pul verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh Nuriyeva (Hüşənova) Sabina İmran qızı qalıq qalan 75000 manat pulu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. O cavabdehə dəfələrlə xəbərdarlıq edib pulu qaytarmağını tələb etdikdə o, aralarında yazılmış kağızın notarial qaydada olmadığını və buna görə də ona pulu qaytarmağa borclu olmadığını demişdir. O bundan sonra başa düşmüşdür ki, cavabdeh onun etibarından suiistifadə edərək borcunu qaytarmaq istəmir və könüllü olaraq qaytarmayacaqdır. Beləliklə, cavabdeh Nuriyeva (Hüşənova) Sabina İmran qızının ona 75000 manat məbləğində pul borcu qalmışdır. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı X4 nümayəndəsi və vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində etiraf etmişdir ki, iddiaçıdan borc pul götürmüş və həmin borcdan müəyyən hissəni qaytarmışdır, lakin hazırda pulu olmadığından iddiaçıya qalan borcunu ödəmir. Cavabdeh müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcu ödəməkdən boyun qaçırır, guya iddiaçı tərəfindən ona şantaj olunmuşdur. Cavabdeh ona şantaj olunduğunu bildirsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin təkcə iddiaçıya yox, başqabaşqa şəxslərə də borcu vardır. Cavabdehə heç kim məcbur etməyib ki, əl yazmalarını yazsın. Əgər belə bir hal olsa idi, cavabdeh Zaqatala RPŞ-nə müraciət edərdi. Telefonda paylaşılan “whatsapp” statusları şantaj hesab edilə bilməz. Diskdə olan videogörüntülərdə isə şantaj olunma halı müəyyən edilmir. Şahid məhkəmə iclasında cavabdehin kassasından iddiaçı tərəfindən soyğunçuluq olmasını bildirir. Lakin belə hal olmamışdır. Cavabdeh artıq Zaqatala rayon Polis Şöbəsində, Zaqatala rayon Prokurorluğunda, hətta Daxili İşlər Nazirliyində verdiyi ərizələrində və izahatında etiraf etmişdir ki, iddiaçıdan borc almışdır. Həmçinin o verdiyi ifadələrində borcunun qaytardığını bildirmişdir. Lakin bunu sübut edə bilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 14 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı və Məryəm Əlizadə eyni gündə onun üstünə gələrək və onu şantaj edərək əlyazmalarını yazdırmışlar. Bununla bağlı videogörüntüləri vardır. İddiaçı və Məryəm Əlizadə onlarda olan səs yazılarına görə onu qorxutmuşlar və onun həyatına, iş nüfuzuna xələl gətirmişlər. Eyni gündə iddiaçı və Məryəm Əlizadə necə ona cəmi 150 000 manat pul verə bilərlər. İddiaçı və Məryəm Əlizadə onlarda olan səs yazılarına görə ona hədə-qorxu gəlmişlər. Onlar “whatsapp” statuslarında da onun ünvanına nəlayiq sözlər yazmışlar və hədə-qorxu gəlmişlər. İddiaçı və Məryəm Əlizadə tərəfindən o əlyazmaları yazmamışdan əvvəl də, yazılar yazıdıqdan sonra da şantaj olunmuşdur. O, iddiaçı və Məryəm Əlizadədən faizə pul götürmüş və həmin pul ona piramida oyunu kimi verilmişdir. O, götürdüyü pulu qaytarmışdır. Piramida həftəlik oyundur. İddiaçı və Məryəm Əlizadə ondan başqa bir neçə şəxsləri bu yolla aldadıb pullarını almışlar. Ondan külli miqdarda pul getmişdir. 50 000 ABŞ dolları təkcə topdansatışa olan pul olmuşdur və həmin pul ondan iddiaçı və Məryəm Əlizadə tərəfindən götürülmüşdür. İddiaçı və Məryəm Əlizadə “whatsapp” statuslarında onun “batdığını” bildirmişlər, əgər ona onların iddia etdikləri qədər pul verilsə idi, o necə müflisləşə bilərdi. O, götürmədiyi pula boyun ola bilməz. Cavabdeh nümayəndəsi X2 10 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əlyazmalarında olan pul məbləğləri şişirdilmiş puldur. Həmin yazılar iddiaçı və Məryəm Əlizadə tərəfindən qızı qorxuzdurularaq yazdırılmışdır. Qızı tərəfindən heç bir vaxt 50 000 manatlıq mal mağazaya vurulmamışdır. Malların vurulması barədə mağazada kitabçaları da vardır. Qızı iddiaçıdan onunla tanış olduğu vaxtdan cəmi 30 000 manata qədər pul götürmüş olar , həmin pulla dövriyyə etmiş və borcunu qaytarmışdır. Sonradan dövriyyə pulunu iddiaçı və Məryəm Əlizadə gəlib mağazadan götürmüşlər. O mağazada olduğu vaxt nə iddiaçı, nə də ki, Məryəm Əlizadə gəlməmiş, o mağazadan getdikdən sonra isə onlar mağazaya gələrək pulları götürmüşlər. Bu soyğunçuluq hesab olunur. Qızı Nairadan götürdüyü pulları da iddiaçı və Məryəm Əlizadəyə vermişdir. Onların pulu qızına krutilka kimi verilməmiş və həmin pul “piramida” kimi oynalınan pul kimi verilmişdir. Yəni əgər bir həftə pulun verilməsi gecikdirilsə onun üstünə əlavə pul hesablanır. Qızı 15 000 manatlıq malı Binədən götürmüş, 15 000 manat isə Vəfadan götürmüşdür. 50 000 manat söhbəti heç olmamışdır. Hazırda da mağazanı işlədirlər və mağazaya götürdükləri mallara görə pulları ödəyirlər. Qızının digər şəxslərə olan borcları da az-az ödəyəcəklər. Qızının mağazası kiçik mağazadır, iddiaçı və Məryəm Əlizadənin tələb etdikləri məbləğdə pulun qızına verilməsi və həmin pullarla mağazaya mal vurulması ağlabatan deyildir. Qızı iddiaçı Məryəm Əlizadədən 12000-15000 manat borc pul götürmüş və həmin pulları da qaytarmışdır. Qızı Zaqatala RPŞ-də, Zaqatala rayon Prokurorluğunda, DİN-də iddiaçının tələb etdiyi miqdarda pulun götürməsinin etiraf etməyib, o az miqdarda pul götürmüş və həmin pulu da qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, “Sabi brend” butikdə satıcı işləyir və cavabdeh onun müdiridir. İddiaçı demək olar ki, hər gün mağazaya gələrək onlardan pul götürmüşdür. O, Səmranın kartına pul köçürmələri də etmişdir. 24 may 2024-cü il tarixdə Səmra cavabdehə 93 000 manat pulun verilməsi barədə əlyazması yazdıranda ona hədə-qorxu gəlmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, pulu verməsə onu tutduracaqdır və mağazasını ona verməsini tələb etmişdir. Sonuncu söz-söhbətdə Səmra və Məryəmdən əlavə mağazada Vəfa da olmuşdur. Məryəm cavabdehin üstünə cummaq istəyərkən araya Vəfa girmişdir. Bununla bağlı videogörüntü vardır. Cavabdehin iddiaçıdan nə qədər pul götürməsini bilmir, ancaq iddiaçıya həftəlik faiz pul ödənilmişdir. İddiaçı ilə cavabdehin 3 illik tanışlıqları olmuşdur. O, isə mağazada 9 aydır ki işləyir. Bildiyi qədər cavabdeh əvvəllər də iddiaçıdan pul götürərək dövriyyəyə buraxmışdır. Onun iddiaçıya pul sayıb verməsi barədə videogörüntü vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər X1 imzası ilə təsdiq edilmiş 24 may 2024 cü il tarixli əlyazısından görünür ki, o, İddiaçı 30 sentyabr 2024-cü il tarixədək qaytarmaq şərti ilə 90 000 manat borca pul götürmüşdür. Hüşənova (Nuriyeva) Sabina İmran qızının imzası ilə təsdiq edilmiş 23 iyun 2024-cü il tarixli əlyazısından görünür ki, o, İddiaçı gündəlik 200 manat ödəmək şərti ilə 75 000 manat borc almışdır. Əslində 93 000 manat idi, 18 000 manat xeyri çıxılıb, qalan borc 75 000 manatdır. 75 000 bitənə qədər hər gün ödəmək razılığına gəlmişlər. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o hazırda Zaqatala şəhəri İncəsənət məktəbində müəllim vəzifəsində işləyir. Bundan əlavə Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən qadın geyimlərinin satışı mağazasında işləyir. O, Zaqatala sakinləri İddiaçı, X7 və Günay Butdayevanı uzun müddətdir ki, tanıyır. Əvvəllər həmin şəxslərlə münasibəti yaxşı olmuşdur. Hazırda isə münasibəti yoxdur. 2023-cü ildə müxtəlif vaxtlarda Zaqatala şəhər sakinləri İddiaçı, X7 və Günay Butdayevadan iş görmək məqsədi ilə müxtəlif məbləğlərdə faizə borc götürmüşdür. Həmin pulların bir hissəsini işlədiyi mağazaya mal gətirmək məqsədi ilə xərcləmiş bir hissəsini isə yüksək faizlə qaytarmışdır. Lakin həmin şəxslər ona verdikləri müxtəlif məbləğlərdə pulu danışdıqlarından da artıq faizlə tələb etmişdirlər. Eyni zamanda həmin şəxslər ona telefon zəngləri edərək pulu özlərinin dediyi faizlə qaytarmadığı təqdirdə döyəcəyi və öldürəcəyi ilə hədələmişdir. Qeyd edir ki, onun hazırda Səmra, Məryəm və Günaya heç bir pul borcu yoxdur. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o Cavabdeh altı ildir ki, tanıyır. X7 isə onun rəfiqəsidir. Rəfiqəsi Məryəm isə hazırda Zaqatala şəhəri, N.Nərimanov küçəsi, ev 72-də yaşayır. Sabina hazırda Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən qadın geyimləri satan “Sabi Butuk”də işləyir. Sabina 2020-ci ilin axırları müxtəlif vaxtlarda iş görmək məqsədiilə müxtəlif məbləğlərdə ondan borc pul götürmüşdür. Sabina ondan götürdüyü həmin pulların bir hissəsini işlədiyi mağazaya mal gətirmək məqsədilə xərcləmiş, bir hissəsini isə özünə xərcləyərək qalan hissəsini borcu olan şəxslərə vermişdir. Sabina isə iki ildir ki, onun rəfiqəsi Məryəmi tanıyır. Məryəmin deməsinə görə Sabina onunla 2022-ci ildə “Fitnes” klubda tanış olmuşdur. Ona sonra məlum olmuşdur ki, Sabina onunla tanış olduğu vaxtdan ondan başqa rəfiqəsi Məryəmdən də, müxtəlif məbləğlərdə borca pul götürmüşdür. Sabina ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borca pul götürsə də, həmişə qaytarmışdır. O, ayrı-ayrı vaxtlarda Sabinaya müxtəlif məbləğlərdə borca pul versə də, heç vaxt ondan faiz söhbətini etməmişdir. Eyni zamanda o Sabinadan artıq faizlə pul tələb etməmiş, onu şantaj etməmiş, ona zəng vuraraq dediyi faizlə pulu qaytarmadığı təqdirdə döyəcəyi və öldürəcəyi ilə hədələməmişdir. Əkisinə Sabina özü və anası Gülmira himayəsində olan azyaşlı övladının körpələr evindən götürəcəyi ilə və başına oyun açacağı ilə hədələmişdir. Ondan əlavə olaraq o, Sabinanın ondan ayrı-ayrı vaxtlarda götürdüyü xırda məbləğləri yəni 18000 manat pulu verə bilmədiyindən ona bağışlamışdır. Onun ona bağışladığı xırda məbləğ onun üçün xeyr olmuşdur. Sabina 2024-cü ilin may ayından ondan borca 25000 manat bir, 13000 manat bir, iki dəfə 16000 manat və 5000 manat isə əvvəldən götürmüşdür. Sabina bundan əvvəl götürdüyü pulları ona ödəmiş, lakin axrıncı dəfə may ayında götürdüyü pulları qaytarmamışdır. Bu da ümumilikdə 75000 manat edir. O, pulları Sabinaya borc verdikdə həmin vaxt yanında rəfiqəsi Məryəm olmuşdur. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş X4 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o hazırda Zaqatala şəhəri, İmam Şamil küçəsində yerləşən “Fitnes” kulubda işləyir. o Cavabdeh 2022-ci ildən tanıyır. İddiaçı onun rəfiqəsidir. Rəfiqəsi Səmra hazırda Zaqatala şəhəri, C.Cabbarlı küçəsində yaşayır. Sabina hazırda Zaqatala şəhəri Vidadi küçəsində yerləşən qadın geyimlərinin satışı “Sabi Butik”də işləyir. Sabina 2023-cü ilin təxminən yay aylarından hazırda işlədiyi mağazaya və yeni açdığı mağazaya mal gətirmək adı ilə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul götürmüşdür. Sabina ondan götürdüyü həmin pulların bir hissəsini işlədiyi mağazaya mal gətirmək adı ilə xərcləmişdir. Sabina ondan müxtəlif vaxtlarda götürdüyü həmin pulları vaxtında qaytarmışdır. O ayrı-ayrı vaxtlarda Sabinaya müxtəlif məbləğlərdə borca pul versə də, heç vaxt onunla faiz söhbətini etməmişdir. Eyni zamanda o Sabinadan artıq faizlə pul tələb etməmiş, onu şantaj etməmiş, ona zəng vuraraq dediyi faizlə pulu qaytarmadığı təqdirdə döyəcəyi və öldürəcəyi ilə hədələməmişdir. Əksinə Sabina onu özü və anası Gülmira dəfələrlə yolunu kəsərək qəfildən üstünə gəlib təhqir edərək onun ona əl-qol atmasına məcbur etməyə çalışmışdır. Lakin ona onun məqsədi bəlli olduğundan o onunla söhbət uzatmayaraq yoluna davam etmişdir. Buna baxmayara Sabina cəmiyyət arasında onun barəsində həqiqətə uyğun olmayan şayiələr yayaraq təhqiredici ifadələrlə şərəf və ləyaqətini alçaltmışdır. Bundan əlavə o Sabinanın ondan müxtəlif vaxtlarda götürdüyü xırda məbləğləri yəni 15000 manat pulu verə bilmədiyinə görə və onun xahişini nəzərə alaraq bağışlamışdır. Sabina 2024-cü ilin iyun ayından ondan ümumilikdə 74000 manat borc götürmüşdür. Hazırda Sabina ona 74000 manat pul borclu qalmışdır və həmin pulları bugünədək ona qaytarmamışdır. O həmin pulları Sabinaya borca verdikdə həmin vaxt yanında rəfiqəsi Səmra olmuşdur və bu barədə onun məlumatı var. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş Cavabdeh 25 iyul 2024-cü il tarixli izahatından görünür ki, o, “X13” adlı mağazanı işlətdiyi müddətdə Zaqatala şəhərində İddiaçı, Məryəm Əlizadə və Gunay Butdayeva adlı şəxsləri tanımışdır. Onlarla hər hansı münasibəti olmasa da, onların Zaqatala şəhərində “krutilka”, yəni lotoreya adı ilə faizə pul verdikləri barədə məlumatı olmuşdur. O, 2023-cü ilin təxminən iyul ayında Bakı şəhərində olduğu zaman Məryəm Əlizadə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onunla əlaqə saxlayaraq onda pul olduğunu və ona da “krutilka”, yəni lotareya adı ilə pul verə biləcəyini demişdir. Onun həmin vaxt pula ehtiyacı olmuş, ona görə də Məryəmin təklifi ilə razılaşaraq 1000 manat pul götürmək istəmişdir. sonuncu ona 1000 manatın əvəzinə 20 faiz, yəni 200 manat çıxılmaqla 800 manat verə biləcəyini, bunun qarşılığında isə həftədə 250 manat olmaqla, dörd həftəyə 1000 manat alacağını demişdir. O, Məryəmin “krutilka” adı ilə sələmə pul verdiyini bildiyini və pula ehtiyacı olduğu üçün Məryəmdən 800 manat pul götürmək qərarına gəlmişdir. Sonuncu həmin pulu onun “Kapital Bank”a məxsus kartına göndərmişdir. Bundan sonra o növbəti həftədən başlayaraq hər həftə 250 manat olmaqla Məryəmin ona göndərdiyi karta həmin pulu göndərmişdir. Daha sonrakı tarixlərdə o Məryəmdən əlavə olaraq 2000 manat da sələmə pul götürmüşdür. Belə ki, həmin pulun 20 faizini, yəni 400 manatı çıxaraq ona cəmi 1600 manat pul vermişdir. Nəticədə o 2000 manatın əvəzinə dörd həftəyə, hət həftə 500 manat olmaqla pul verməli olmuşdur. Bu qaydada o bir neçə dəfə Məryəmdən pul götürdükdən sonra bəzi həftələrdə pulu ödəməkdə çətinlik çəkmişdir. Çünki get-gedə Məryəmdən daha böyük məbləğdə pul götürmüşdür. O götürdüyü pulu hansısa həftə ödəyə bilmədiyi zaman təkrar həmin həftənin puluna uyğun o eyni qaydada yenə də pul götürmüşdür. Nəticədə onun ona borcu get-gedə artmağa başlamışdır. Yəni hər həftə ona yeni sələm verməklə həmin onun ödəyəcəyi həftənin pulunu götürmüş, həm də onu özündən asılı vəziyyətə salmışdır. Bütün bunları Məryəm Əlizadə tək etməmiş, onlar üç nəfərdən ibarət olmuşdur, digər ikisi isə İddiaçı və Günay Butdayeva adlı şəxslərdir. Bunların hər üçü o həftəlik pul ödəyə bilmədiyi zaman onun işlətdiyi “X13” adlı mağazaya gələrək ondan kassada olan pulların hamısını tələb etmişdirlər. O, da məcbur qalaraq bütün pulları onlara vermişdir. Hər həftə o ödəniş edə bilmədiyi üçün onlara olan borcu getdikcə çoxalmış və o çıxılmaz vəziyyətə düşmüşdür. O yenə də aldığı pulları qaytarmaq üçün daha da çox çalışmış və qazandığı bütün pulları onlara vermişdir. Bir müddət ödəniş edə bilmədiyi zaman isə onların hədə-qorxuları ilə qarşılaşmışdır. Belə ki, onu şantaj edərək üzünə kislota atacaqlarını bildirmişdirlər və onun üz nahiyəsini tanınmaz hala salmaqla sağlamlığına ağır zərər vurmaqla hədələmişdirlər. O artıq onların bu hədələrinə və özbaşınalığına dözə bilmədiyi üçün özünü öldürmək həddi çatmışdır. Hazırda o çıxılmaz vəziyyətdədir, belə ki, Məryəm Əlizadə, İddiaçı və Günay Butdayeva ondan guya onlara olan borcunun əvəzinə 200 min manat pul tələb edirlər. Lakin bir müddət sonra onlar onun öz pulunu ona sələm olaraq verməyə başlayıblar, çünki o onlara bu müddət ərzində 200 min manatdan çox ödəniş etmişdir. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş İddiaçı 29 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif yerlərədə borc pul vermişdir. Sabina götürdüyü pulları vaxtlı-vaxtında qaytardığına görə etibar qazanmışdır. Sonra o ona iş qurmağı təklif etmiş və alacağı paltar mağazasının qazancının 50 faizini onunla bölüşəcəyini demişdir. Bu adla ondan hissə-hissə 93 min manat məbləğində borc pul almışdır. Sonra heç bir mağaza açılmadığını gördükdə pulunu geri tələb etmişdir. Lakin o vəziyyətinin yaxşı olmadığını deyərək ondan köməklik istəmişdir. Bunu gördüyü halda 18 min manatı ona bağışlamış, yerdə qalan 75 000 manatını gündəlik 200 manat ödəməklə razılığa gəlmişdirlər. Razılığa gəldikləri halda Sabina yenə dediyindən boyun qaçırmış və sonra borcu qaytarmamaq üçün haqqında xoşa gəlməz şeylər yaymışdır. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cüil tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Cavabdeh müraciəti ilə əlaqədar topalnmış 79c-24 nömrəli materialda özünü öldürmə həddinə çatdırma cinayətinin tərkib əlaməti olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış materiallar digər cinayət xarakterli məlumat və faktlara hüquqi qiymət verilməsi üçün Zaqatala Rayon Polis Şöbəsində Cavabdeh müraciəti ilə bağlı aparılan araşdırmaya əlavə edilməsi üçün həmin polis şöbəsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı X5 etdiyi müraciətində və verdiyi zahatında özünü öldürmə həddinə çatmasını bildirsə də, onun hər hansı şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olması, yəni hər hansı şəxsin tam və ya qismən himayəsində olması, onunla amansız rəftar edən, yəni onu döyən, ona əzab verən, ləyaqətini mütəmadi olaraq alçaldan, yəni onu təhqir edən, söyən, məsxərəyə qoyan, ona böhtan atan, onun haqqında rüsvayedici məlumatlar yayan, ona hədə-qorxu gələrək bu addımı atmağa sövq edən şəxs və ya şəxslərin olması müəyyən edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-947/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə ilkin məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh tərəfindən 01 may 2024-cü il, 24 may 2024-cü il və 23 iyun 2024-cü il tarixdə icra olunmuş əlyazılarının icra edildiyi zaman qeyri-adi psixo-fizioloji vəziyyətdə icra olunma əlamətlərinin müşahidə olunub-olunmaması müəyyən edilsin. Zaqatala Rayon Məhkəməsinin Cavabdeh ünvanlamış e-2(033)-947/2024 saylı, 23 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, mülki işlə bağlı 27 dekabr 2024-cü il tarixdə sərbəst imza nümunələri təqdim etmək üçün Zaqatala Rayon Məhkəməsinə gəlməyi xahiş olunmuşdur. Məktub xx.xx.2025-ci il tarixdə xəbərnamənin şəxsən qrafasına imza edilməklə təhvil alınmışdır. Zaqatala Rayon Məhkəməsinin Cavabdeh ünvanlamış e-2(033)-72/2025 saylı, 13 fevral 2025-ci il tarixli məktubundan görünür ki, mülki işlə bağlı 20 fevral 2025-ci il tarixdə sərbəst imza nümunələri təqdim etmək üçün Zaqatala Rayon Məhkəməsinə gəlməyi xahiş olunmuşdur. Məktub xx.xx.2025-ci il tarixdə xəbərnamənin şəxsən qrafasına imza edilməklə təhvil alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 10 aprel 2025-ci il tarixli «məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə» məlumatdan görünür ki, 24 may 2024-cü il tarixli və 23 iyun 2024-cü il tarixli qəbzlərin əsllərinin və Cavabdeh 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini və 10-15 vərəqdə eksperimental xətt və imza nümunələrini (qəbzlərin mətlərindəki sözlərdən və rəqələrdən istifadə olunmaqla) təqdim edilməsi barədə 6 fevral 2025-ci il tarixdə vəsatət verilmiş, 09 aprel 2025-ci il tarixdə tədqiq olunan qəbzlərin əslləri təqdim olunsa da, Cavabdeh xətt və imza nümunələri təqdim olunmamış, vəsatət qismən təmin edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 315 (üç yüz on beş) manat dövlət rüsümu ödənilmişdir. Tətbiq edilən hüquq 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tələbini cavabdehin ondan 2024-cü ilin may ayında 93000 manat pulu borc alması, aldığı pulun bir hissəsini geri qaytarması, 75000 manat hissəsini isə ödəməkdən imtina etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün cavabdeh tərəfindən icra edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əlyazılarını təqdim etmişdir. Cavabdeh iddiaçıdan iş görmək üçün pul alması və aldığı pulu artıqlaması ilə iddiaçıya ödəməsi, əlyazılarını hədə-qorxu şəraitində icra etməsi əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmənin əlyazılarının cavabdeh tərəfindən hədə-qorxu şəraitində (qeyri-adi psixo-fiziololoji vəziyyətdə) icra olunma əlamətlərinin müşahidə olunub-olunmaması hallarının araşdırılması üçün məhkəmə xətşünastlıq ekspertizası təyin etməsinə və dəfələrlə məlumat verməsinə baxmayaraq cavabdeh zəruri tədqiqat predmetləri olan sərbəst xətt və imza nümunələrini ekspertə təqdim etməmiş, nəticədə müvafiq ekspertizanı keçirmək mümkün olmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən onun əlyazılarını hədə-qorxu şəraitində icra etməsi barədə cavabdehin dəlillərini rədd edilmiş hesab edir. Beləliklə iş üzrə sübutlarla, cavabdehin iddiaçıdan 2024-cü ilin may ayında 93000 manat pulu alması, aldığı pulun bir hissəsini hissə-hissə qaytarması, pulun qaytarılmayan hissəsinin xx.xx.2024-cü il tarixə 75000 manat təşkil etməsi təsdiq edilmişdir. Cavabdeh həmin tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin xx.xx.2024-cü il tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin ondan aldığı pulun 75000 manat hissəsini ödəməkdən imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Göründüyü kimi iddiaçı 2024-cü ilin may ayında aralarında borcun verilməsi barədə müqavilə bağlanılmadan, 93000 manat pulu cavabdehə öhdəlikdən kənar vermiş, nəticədə cavabdeh iddiaçının hesabına müqavilə əsası olmadan 93000 manat əldə etmişdir. Cavabdeh sonradan həmin vəsaitin bir hissəsini geri qaytarmış, 75000 manat hissəsini isə qaytarmaqdan imtina edir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiklərini, öhdəlikdən kənar ödədiyi pul vəsaitindən məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, əldə etdiyi 75000 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkilin xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 75000 (yetmiş beş min) manat pul vəsaiti, ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkilin xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-72/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-72/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver