Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-721/2024 11.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə işə xx.xx.2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-449/2023 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını artırılaraq, cavabddeh Cavabdeh ilə birgə nikahından xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin mediasiya prosesində ödədiyi 60 manat pulun cavabdehdən alınaraq, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-449/2023 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh alınaraq 25 avqust 2017-ci il təvəllüdlü X3 və 15 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-453/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüziyirmi) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda X6 7-ci, X4 isə 6-cı yaşındadır. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların artan tələbatlarının ödənilməsinə kifayət etmir. Uşaqların xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün minimum 235 (iki yüz otuz beş) manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh qızlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. O, hal-hazırda işləmir. Uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh Rusiya Federasiyasına mövsümü işlərə gedir. Maddi imkanı yaxşıdır. Lakin, uşaqlarına baxmır. Ona görə də görə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununa əsasən 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat məbləğində yaşayış minimumunu cavabdehdən tələb edir. Eşitdiyinə görə cavabdeh hal-hazırda Bakıda işləyir. Şənbə-bazar günləri görüş üçün uşaqları da cavabdehin yanına göndərir və cavabdehin uşaqlarla ünsiyyətinə heç bir maneçilik yaratmır. Lakin qeyd olunanlara baxmayaraq, cavabdeh Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş 320 manat alimenti belə tam ödəmir, hal-hazırda 6000 manat borcu var. Aliment məbləğinin artırılmasını tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 24 sentyabr 2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah 24 sentyabr 2021-ci ildə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 121 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Yaqubova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Muxax kənd inzibati ərazi dairəsində qeyd edilmiş 17 avqust 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 oktyabr 2018-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası X5r . İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Muxax kənd inzibati ərazi dairəsində qeyd edilmiş 17 avqust 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 avqust 2017-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası X5r İş materiallarına əlavə edilmiş 14 may 2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 14 may 2024-cü il tarixdə, saat 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-449/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh alınaraq 25 avqust 2017-ci il təvəllüdlü X3 və 15 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-453/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e138860/2023 saylı məktubdan görünür ki, Zaqatala Rayon Məhkəmsinin e-2(033)-449/2023-018 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh yığılmış aliment borcu hal-hazırda 6558 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 108.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. “Uşаq hüquqlаrı hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 5-ci mаddəsinə əsаsən dövlət оrqаnlаrı, bütün fiziki və hüquqi şəхslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, оnlаrın hüquqlаrının təmin оlunmаsınа şərаit yаrаtmаlıdır. 13-cü mаddəsinə əsаsən uşаğın Аzərbаycаn Respublikаsı Qаnunvericiliyi ilə müəyyən edilmiş minimum dоlаnаcаq хərclərindən аz оlmаyаn mаddi təminаt аlmаq hüququ vаrdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü mаddəsinə əsаsən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflərin birgə nikahından 15 oktyabr 2018-ci ildə X4 və 25 avqust 2017-ci ildə X6 dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-449/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsаsən cаvаbdehdən hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutulub iddiаçıyа verilir. İddiаçı xx.xx.2024-cü il tarixdə hаzırkı iddiа ilə mürаciət edərək, alimentin müəyyən olunmuş miqdarının аrtırılmаsını хаhiş etmiş, lаkin alimentin miqdarı müəyyən olunmаsından keçən qısа müddət ərzində özünün və yа cаvаbdehin ailə və maddi vəziyyətində dəyişiklik olmаsı bаrədə sübut təqdim etməmişdir. İş üzrə sübutlаrlа, alimentin miqdarının müəyyən olunmаsından keçən qısа müddət ərzində tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmаsı hаlı təsdiq edilməmişdir. İddiаçı tələbini ölkədə 2024-cü il üçün yaşayış minimumunun hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsi ilə əsаslаndırmışdır. Məhkəmə iddiаçının, tərəflərin birgə nikahından dоğulmuş uşaqlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlаrının оlmаsı bаrədə mövqeyi ilə rаzılаşır. Lаkin bu hаlın iddiаnın təmin edilməsinə əsаs оlmаdığı nəticəsinə gəlir. Belə ki, yаnаşı yохlаnılmış sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh gəlirlərindən 320 manatını tərəflərin birgə nikаhındаn dоğulmuş uşаqların sахlаnmаsı üçün аliment оlаrаq ödəyir. Аlimentin ödənilməsinə yönəldilmiş vəsаitdən özünün maddi təminatı üçün qаlаn vəsаit cаvаbdehin minimum dolanacaq xərcindən аzdır. İş üzrə sübutlаrlа cаvаbdehin Zaqatala Rayon Məhkəməsinin e-2(033)-449/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğdən аrtıq аliment ödəmək üçün zəruri qаzаncа mаlik оlmаsı hаlı təsdiq edilməmişdir. Məhkəmə оnu dа qeyd etməyi zəruri sаyır ki, tərəflərin öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər və uşaqlаrının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlаrının təmin etmək vəzifəsinin bütövlükdə cаvаbdehə aid edilməsi, iddiаçını uşaqların maddi təlabatını ödəmək vəzifəsindən azad edilməsi хarakteri daşıyır. Halbuki, o, özü də uşaqlarının maddi təlabatını ödəməkdə cаvаbdeh ilə bərabər vəzifə daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia rədd edildiyindən işə baxılması ilə əlaqədar xərc olan iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-721/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-721/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver