Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-722/2024 16.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum X2 qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə 10 dekabr 2018-ci il tarixli, BPM**********85 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 555.1 manat əsas, 3.39 manat faiz olmaqla, cəmi 558.49 (beş yüz əlli səkkiz manat 49 qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (40 qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Zaqatala” filialı ilə X2 qızı arasında bağlanmış 10 dekabr 2018-ci il tarixli, BPM**********85 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. Borclu X2 qızı 20 noyabr 2021ci il tarixdə vəfat etmişdir. Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X2 qızının adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş 27 mart 2024-cü il tarixli maliyyə arayışa əsasən, X2 qızının vəfat etdiyi tarixə Banka ödənilməmiş 555.1 manat əsas, 3.39 manat faiz olmaqla, cəmi 558.49 (beş yüz əlli səkkiz manat 49 qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X2 qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iştirakçılarının izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh ünvanına məhkəmə bildirişləri rəsmi qaydada göndərilmiş, lakin ünvan 1ati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 sentyabr 2024-cü il tarixli rəsmi şəkildə vermiş olduğu məlumatına görə Cavabdeh hal-hazırda kənddə yaşamır. Bu səbəbdən məhkəmə bildirişinin adı çəkilən şəxsə çatdırılması mümükün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Mülki işin materiallarına əlavə edilmiş sənədlər "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh X2 qızı arasında bağlanmış BPM **********85 nömrəli 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 1500 (bir min beş yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarılıdığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün ötürülür. Həmin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq Borc verən tərəfindən borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətinə) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. 10 dekabr 2018-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC-in “Zaqatala” filialı tərəfindən X2 qızına 1500 manat kredit verilmişdir. Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən 03 dekabr 2021-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 215272 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 qızı 20 noyabr 2021-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2021-cı il tarixdə 820 nömrə ilə müvafiq qeyd edilmişdir. Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-641 olan 11 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 20 noyabr 2021-ci il tarixdə ölmüş X2 qızının tam pay hüquqlu vərəsəsi kimi müəyyən edilmişdir. X2 qızının vərəsəsi Cavabdeh ünvanlanmış 21 dekabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. Maliyyə arayışından görünür ki, BPM **********85 nömrəli 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 10 dekabr 2022-cü il tarixədək 555.1 manat əsas, 3.39 manat faiz olmaqla, cəmi 558.49 (beş yüz əlli səkkiz manat 49 qəpik) manat məbləğində kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, BPM **********85 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən X2 qızına illik 24 faiz olmaqla 48 ay müddətinə 1500 manat kredit verilmişdir. X2 qızı kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh, Zaqatala Rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-641 olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 qızından qalmış mirası qəbul etsə də, BPM **********85 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 555.1 manat, faiz borc üzrə 3.39 manat olmaqla, cəmi 558.49 manat kredit borcu yaranmışdır. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilmişdir. İddiaçı hazırkı iddia üzrə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödəmişdir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, aldığı miras aktivindəki tam payına mütənasib surətdə iddiaçının mənafelərini tam ödəməyə borclu olan cavabdehin öhdəliyini lazımınca icra etməməsi, nəticədə iddiaçıya əsas borc üzrə 555.1 manat, faiz borc üzrə 3.39 manat olmaqla, cəmi 558.49 manat qaytarılmamış kredit borcunun yaranması tam təsdiq olunduğundan, həmin borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehdən iddiaçının хeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıхarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh BPM **********85 nömrəli 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 555.1 (beş yüz əlli beş manat on qəpik) manat əsas, 3.39 (üç manat otuz doqquz qəpik) manat faiz olmaqla, cəmi 558.49 (beş yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat məbləğində kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-722/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-722/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver