Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-732/2023 04.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1, İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızının, İddiaçı4 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızının, İddiaçı4 və X1 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızı, İddiaçı4 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2ində yerləşən 0,5168 ha pay torpaq sahəsində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2ində ümumi birgə mülkiyyətlərində 0,5168 ha pay torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə mülkiyyətlərinə verilmişdir. Belə ki, ünvan 2ində ümumi birgə mülkiyyətlərində olan 0,5168 ha pay torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri hazırlamaq məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. İdarənin məsul əməkdaşları ölçü işləri aparmaq üçün pay torpaq sahələrinə daxil olmaq istəyərkən cavabdeh ölçü işlərinin aparılmasına maneçilik törətmişdir. Bununla da, onların mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulub. Bununla da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh ölçmə işlərini aparmağa icazə vermədiyi üçün, həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ona görə də, məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçı X4 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs olan İdarənin rəisi məhkəməyə məktub göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızı, İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, onun tərəfindən iddiaçının torpağı zəbt edilməmişdir. İddiaçı ilə aralarında torpaq sahəsinə dair mübahisə vardır. O, ancaq özünün mülkiyyətində olan torpaq sahəsindən istifadə edir, lakin iddiaçı həmin torpaq sahəsində ölçmə işlərini aparmaq istəyir. Həmin torpaq sahəsi onun mülkiyyətində və istifadəsində olduğundan hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə hər hansı hüquqları yoxdur. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İşin halları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı1 adına verilmiş A seriyalı 144123 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq edilmiş surətindən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən İddiaçı1 adına ünvan 2ində yerləşən 5168 kv.m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 17 may 2023-cü il tarixdə İddiaçı1 ünvanlanmış bildirişdən görünür ki, ünvan 1 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı1 ərizəsinin icrası ilə bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı ünvan 2i ünvanında 0,5168 ha torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində iddiaçı ilə qardaşı Cavabdeh arasında mübahisə olduğundan tərəflərindən inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. Məlum olmuşdur ki, iddiaçının naturada yerində göstərdiyi sözügedən 0,5168 ha torpaq sahəsini faktiki olaraq qardaşı Cavabdeh istifadə edir. Qardaşı isə həmin sahəyə daxil olub sahənin ölçülməsinə icazə verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 2ində yerləşən 0,5168 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən bir subyektin İddiaçı1 mülkiyyətinə verilmişdir. A 144123 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən İddiaçı1 adına ünvan 2ində yerləşən 5168 kv.m. torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyatın müvafiq çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və ölçmə işlərinin aparılmasına maneələr olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılmasından imtina edilmişdir. İddiaçıılar iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ölçmə işlərinə yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etdiyini, torpaq sahəsinin ona məxsus olmasını bildirərək iddia tələbinin rədd edilməsini xahiş edir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 5168 kv.m torpaq sahəsi üzərində mülkiyyətçinin müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq 0,5168 ha torpaq sahəsinin sərhədləri üzərində İddiaçı1 ilə qardaşı Cavabdeh arasında mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən zərurliyi nəzərə alınaraq sorğu verilməklə məhz torpaq sahəsində ölçmə işlərinin aparılmasına manelərin kimin və ya kimlərin tərəfindən törədilməsi də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı1 ərizəsinin icrası ilə bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşı ünvan 2i ünvanında 0,5168 ha torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində iddiaçı ilə qardaşı Cavabdeh arasında mübahisə olduğundan tərəflərindən inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. Məlum olmuşdur ki, iddiaçının naturada yerində göstərdiyi sözügedən 0,5168 ha torpaq sahəsini faktiki olaraq qardaşı Cavabdeh istifadə edir. Qardaşı isə həmin sahəyə daxil olub sahənin ölçülməsinə icazə verməmişdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iddia ərizəsində qeyd edilən torpaq sahəsinin cavabdehin öz mülkiyyətində olması barədə verdiyi izahatına münasibət bildirərək qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsinə dair Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı əsasında tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də mövcuddur. Eyni zamanda cavabdeh özü də dəqiq bilmir ki, hazırda istifadə etdiyi torpaq sahəsi həqiqətən onun, ya qardaşının torpaq sahəsidir. Məhkəmə cavabdehə onu da izah etməyi zəruri hesab edir ki, hazırki mübahisə onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı deyil, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı əsasında İddiaçı1 mülkiyyətinə verilmiş 5168 kv.m. torpaq sahəsində daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması ilə bağlıdır. Məhkəmə iddia tələbinin iddiaçılar İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızı, İddiaçı4 və X3 aid hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş A 144123 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, ünvan 2ində yerləşən 5168 kv.m. torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən bir subyektin, yəni İddiaçı1 mülkiyyətinə verilmiş və mülki qanunvericiliyə əsasən yalnız mülkiyyətçi və ya mülkiyyətçi olmayan ancaq əmlak hüquqları olan şəxs mülkiyyətə qəsdin və başqa maneələrin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İddiaçı1 mülkiyyətində olan əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalı, iddia tələbi qalan (iddiaçılar İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızı, İddiaçı4 və X3 aid hissədə) hissədə təmin edilməməlidir. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 144123 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 5168 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan (iddiaçılar İddiaçı2, Muradova (Xaşayeva) Yeganə İsmayıl qızı, İddiaçı4 və X3 aid hissədə) hissədə təmin edilməsin. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-732/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-732/2023
04.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver