Məhkəmə qərarları › İş №e-2(033)-74/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-74/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-74/2023 26.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ akim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "Finex Kredı̇ t" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyun 2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə əsas borc 549,85 manat, faiz borcu 405,21 manat, dəbbə 3096,57 manat, cəmi 4051,63 manat, xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 8511,83 manat, faiz borcu üzrə 6450,76 manat, cəmi 14962,59 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə cəmi 19014,22 manat və iş üzrə ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulmasını, tutmanın xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə girov qoyulmuş 1 ədəd boyunbağı və kulon 12,9 qram (583 əyyara çevrildikdə), 1 ədəd boyunbağı 5,7 qram (583 əyyara çevrildikdə), 4 ədəd üzük 35 qram (583 əyyara çevrildikdə), 1 ədəd üzük 3,9 qram (583 əyyara çevrildikdə), 3 ədəd boyunbağı 50,5 qram (583 əyyara çevrildikdə), 1 ədəd qolbağ 8,5 qram (583 əyyara çevrildikdə) xx.xx.2019-cu il tarixli girov müqaviləsi üzrə girov qoyulmuş 1 ədəd boyunbağı 159,6 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 17.9 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 12.0 qram (583 əyyara çevrildikdə), 2 ədəd üzük 19,6 qram (583 əyara çevrildikdə) qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərraç vasitəsilə satılması, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 34% olmaqla, 24 ay müddətinə, 6220 (altı min iki yüz iyirmi) manat məbləğində və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 34% olmaqla, 18 ay müddətinə, 12461 (on iki min dörd yüz altmış bir) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kreditin təminatı olaraq Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə girov müqaviləsi bağlanılmış, 1 saylı əlavədə əks olunmuş qızıl-zinət əşyası girov qoyulmuşdur, xx.xx.2019-cu il tarixli kreditin təminatı olaraq xx.xx.2019-cu il tarixdə girov müqaviləsi bağlanılmış, 1 saylı əlavədə əks olunmuş qızıl-zinət əşyası (583 əyara çevrildikdə) girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, cavabdeh qismən ödənişlər etməklə sonradan ödənişləri dayandırmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti 24 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 8511,83 manat, faiz borcu üzrə 7061,80 manat cəmi 15573,63 manat borcun Cavabdeh iddiaçının xeyrinə tutulmasını, tutmanın xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə girov qoyulmuş 1 ədəd boyunbağı və kulon 12,9 qram (583 əyyara çevrildikdə), 1 ədəd boyunbağı 5,7 qram (583 əyyara çevrildikdə), 4 ədəd üzük 35 qram (583 əyyara çevrildikdə), 1 ədəd üzük 3,9 qram (583 əyyara çevrildikdə), 3 ədəd boyunbağı 50,5 qram (583 əyyara çevrildikdə), 1 ədəd qolbağ 8,5 qram (583 əyyara çevrildikdə) qızıl-zinət əşyalarına yönəldilməsini, xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə faiz borcu üzrə 32.54 manat borcun Cavabdeh tutulmasını, tutmanın xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə girov qoyulmuş 1 ədəd boyunbağı 159,6 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 17.9 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 12.0 qram (583 əyyara çevrildikdə), 2 ədəd üzük 19,6 qram (583 əyara çevrildikdə) qızılzinət əşyalarına yönəldilməsini, həmin qızıl-zinət əşyalarının açıq hərraç vasitəsilə satılmasını, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X3 14 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması” barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində girov müqavilələrində qeyd edilmiş qızıl-zinət əşyaları səhv göstərilmişdir. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6220 manat kredit borcu tam bağlanmış və 07 iyun 2019-cu il tarixli girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyaları cavabdehə qaytarılmışdır. Hazırda cavabdehin xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 8511,83 manat, 6450,76 manat faiz borcu vardır. Odur ki, Cavabdeh əsas borc üzrə 8511,83 manat, 6450,76 manat faiz borcunun və ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, tutmanın xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə girov qoyulmuş 1 ədəd boyunbağı 159,6 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 17.9 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 12.0 qram (583 əyyara çevrildikdə), 2 ədəd üzük 19,6 qram (583 əyara çevrildikdə) qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərraç vasitəsilə satılması, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək Cavabdeh əsas borc üzrə 8511,83 manat, 6450,76 manat faiz borcunun və ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, tutmanın xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə girov qoyulmuş 1 ədəd boyunbağı 159,6 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 17.9 qram (583 əyyara çevrildikdə), 1 ədəd dəst 12.0 qram (583 əyyara çevrildikdə), 2 ədəd üzük 19,6 qram (583 əyara çevrildikdə) qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərraç vasitəsilə satılması, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, onunla İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 34% olmaqla, 24 ay müddətinə, 6220 (altı min iki yüz iyirmi) manat məbləğində və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 34% olmaqla, 18 ay müddətinə, 12461 (on iki min dörd yüz altmış bir) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kreditin təminatı olaraq cavabdeh onunla İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə girov müqaviləsi bağlanılmış və ona məxsus qızıl-zinət əşyası girov qoyulmuşdur. xx.xx.2019-cu il tarixli kreditin təminatı olaraq xx.xx.2019-cu il tarixdə girov müqaviləsi bağlanılmış və 1 saylı əlavədə əks olunmuş qızıl-zinət əşyası (583 əyara çevrildikdə) girov qoyulmuşdur. O, götürdüyü kredit borcundan müəyyən hissəni ödəmiş, lakin pandemiya ilə bağlı maddi vəziyyəti pisləşdiyindən ödənişləri edə bilməmişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödəmiş və hazırda onun xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə borcu vardır. Hazırda iddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları: İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 002223/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 6220 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 002388/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 37,4 faiz dərəcəsi ilə 12461 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli 002388/19/G nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 002388/19 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə əks etdirilmiş tərəflərin razılığı ilə qiyməti 17802 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2019-cu il tarixli 002223/19/G nömrəli girov müqaviləsindən görünür ki, 07 iyun 2019-cu il tarixli 002223/19 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə əks etdirilmiş tərəflərin razılığı ilə qiyməti 8886 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını İddiaçı BOKT ASC-nin xeyrinə yüklü etmişdir İş materiallarına əlavə edilmiş tərəflər arasında razılaşdırılmış 04 sentyabr 2019-cu il tarixli Qiymətləndirmə aktından görünür ki, 958 əyyar çəkisi 101 qram olan 1 ədəd boyunbağının yekun dəyəri 13588 manat, 585 əyyar çəkisi 17,9 qram olan 1 ədəd dəstin yekun dəyəri 1524 manat, 585 əyyar çəkisi 12 qram olan dəstin yekun dəyəri 1022 manat, 750 əyyar çəkisi 15,3 qram olan üzüyün yekun dəyəri 1668 manat, həmin qızıl-zinət əşyalarının cəmi dəyəri 17802 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında razılaşdırılmış 07 iyun 2019-cu il tarixli Qiymətləndirmə aktından görünür ki, 750 əyyar çəkisi 10,1 qram olan 1 ədəd boyunbağının yekun dəyəri 986 manat, 585 əyyar çəkisi 5,7 qram olan 1 ədəd boyunbağının yekun dəyəri 435 manat, 750 əyyar çəkisi 27,4 qram olan üzüyün yekun dəyəri 2669 manat, 585 əyyar çəkisi 3,9 qram olan üzüyün yekun dəyəri 297 manat, 585 əyyar çəkisi 50,5 qram olan 1 ədəd boyunbağının yekun dəyəri 3852 manat, 585 əyyar çəkisi 8,50 qram olan 1 ədəd qolbağın n yekun dəyəri 648 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış 22 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, kredit müqavilələrinə əsasən yaranmış kredit borcunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun ödənilməsi tələbi ilə bağlı barəsində məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli 9/415 nömrəli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, 002223/19 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən sualda qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borc üzrə 833,96 manat, faiz borcu üzrə 259,16 manat, son ödəniş tarixinə yəni xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188,59 manat, faiz borcu üzrə 00,00 manat. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, 002223/19 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. xx.xx.2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 002388/19 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-yə sualda qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 17.289,87 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 9.811,71 manat, faiz borcu üzrə 7.478,16 manat. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 002388/19 №-li kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli 9/415 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində göstərilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 34% olmaqla, 24 ay müddətinə, 6220 (altı min iki yüz iyirmi) manat məbləğində və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 34% olmaqla, 18 ay müddətinə, 12461 (on iki min dörd yüz altmış bir) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kreditin təminatı olaraq Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə girov müqaviləsi bağlanılmış və 12,9 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd boyunbağı və kulon, 5,7 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd boyunbağı, 35 qram (583 əyyara çevrildikdə) çəkidə 4 ədəd üzük, 3,9 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd üzük, 50,5 qram (583 əyyara çevrildikdə) çəkidə 3 ədəd boyunbağı, 8,5 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd qolbağıdan ibarət qızıl-zinət əşyası girov qoyulmuşdur. xx.xx.2019-cu il tarixli kreditin təminatı olaraq isə iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə girov müqaviləsi bağlanılmış və 159,6 qram (583 əyyara çevrildikdə) çəkisi olan 1 ədəd boyunbağı, 17.9 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd dəst, 12.0 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd dəst, 19,6 qram (583 əyara çevrildikdə) çəkidə 2 ədəd üzükdən ibarət qızılzinət əşyaları girov qoyulmuşdur. 13 dekabr 2022-ci il tarixdə məhkəmənin təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 9/415 saylı ekspert rəyindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002223/19 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188,59 manat, faiz borcu üzrə 00,00 manat, cəmi 188,59 manat, 04 sentyabr 2019-cu il tarixli, 002388/19 saylı müqaviləsi üzrə isə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 9.811,71 manat, faiz borcu üzrə 7.478,16 manat, cəmi 17.289,87 manat məbləğində borcu vardır. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin nümayəndəsi X3 14 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 07 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödədiyi və həmin müqavilə üzrə onun heç bir öhdəliyi olmadığını bildirmişdir. Bundan başqa 07 iyun 2019-cu il tarixli qirov müaviləsində qeyd olunmuş qızıl-zinət əşyalarının cavabdehə qaytarıldığını və hazırda cavabdehin iddiaçıya 8511,83 manat əsas, 6450,76 manat isə faiz borcunun olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə verildiyindən və ekspert rəyi ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun məbləği artırılsa da iddiaçı iddia tələbinin artırılması ilə məhkəməyə müraciət etmədiyindən iddiaya ekspert rəyini nəzərə alınmadan iddia tələbinin həddində baxılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə hesab edir ki, 04 sentyabr 2019-cu il tarixli, 002388/19 saylı kredit müqaviləsi üzrə 8511,83 manat əsas borc və 6450,76 manat faiz borcunun Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 002388/19 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 34 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 37,4 faizdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 002388/19/G nömrəli girov müqaviləsi eyni tərəflər arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, 002388/19 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etdiyindən və cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə öhdəliklər icra etmədiyindən iddiaçının tələblərinin ödənilməsi məqsədi ilə tələb girov qoyulmuş 159,6 qram (583 əyyara çevrildikdə) çəkisi olan 1 ədəd boyunbağı, 17.9 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd dəst, 12.0 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd dəst, 19,6 qram (583 əyara çevrildikdə) çəkidə 2 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, girov əşyalarının ilkin satış qiyməti 04 sentyabr 2019-cu il tarixli qiymətləndirmə aktına uyğun cəmi 17802 manat olması müəyyən edilməli, satışdan əldə olunan vəsait cavabdehin borcuna yönəldilməli, qalan məbləğ isə cavabdehə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, girov predmetinin satışından əldə edilmiş məbləğ girov saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği girov saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun 134,90 (bir yüz otuz dörd manat doxsan qəpik) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalıq 13,10 (on üç manat on qəpik) manatı isə iddiaçının özünə aid edilməlidir. Həmçinin 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 04 sentyabr 2019-cu il tarixli, 002388/19 nömrəli kredit müqaviləsinə əsasən, 8511,83 (səkkiz min beş yüz on bir manat səksən üç qəpik) manat məbləğində əsas borc, 6450,76 (altı min dörd yüz əlli manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, cəmi 14962,59 (on dörd min doquz yüz altmış iki manat əlli doquz qəpik) kredit borcu və 134,90 (bir yüz otuz dörd manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə tutulsun. 14962,59 (on dörd min doquz yüz altmış iki manat əlli doquz qəpik) kredit borcu və 134,90 (bir yüz otuz dörd manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun ödənilməsi üzrə tutma 04 sentyabr 2019-cu il tarixli, 002388/19/G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş 159,6 qram (583 əyyara çevrildikdə) çəkisi olan 1 ədəd boyunbağı, 17.9 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd dəst, 12.0 qram (583 əyyara çevrildikdə) çəkidə 1 ədəd dəst, 19,6 qram (583 əyara çevrildikdə) çəkidə 2 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın və onların satışından əldə edilmiş vəsait hesabına İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinə olan borc ödənilsin. Borc ödənildikdən sonra girovun satışından qalmış vəsait Cavabdeh qaytarılsın. 04 sentyabr 2019-cu il tarixli, 002388/19/G saylı girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh məxsus qızıl-zinət əşyalarının hərracda ilkin satış qiyməti 04 sentyabr 2019-cu il tarixli qiymətləndirmə aktına uyğun, yəni cəmi 17802 (on yeddi min səkkiz yüz iki) manat olması müəyyən edilsin. Cavabdeh 100 (bir yüz əlli) manat ekspertiza xərci alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun 13,10 (on üç manat on qəpik) manatı onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar