Məhkəmə qərarları › İş №e-2(033)-743/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-743/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-743/2023 15.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X8 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(033)-930/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artıraraq, cavabddeh Cavabdeh ilə birgə nikahlarından 10 mart 2013-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya prosesində ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(033)-930/2019 saylı qətnaməsi ilə X17 ilə X6 arasında bağlanmış 10 fevral 2012-ci il tarixli nikah qeydi pozularaq, tərəflərin birgə nikahından 10 mart 2013-cü il tarixdə anadan olmuş X20 anası X2 himayəsində saxlanmış, tərəflərin birgə nikahından 10 mart 2013-cü il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat sabit pul məbləğində alimentin X10 X3 xeyrinə tutulması qət edilmişdir. Halhazırda təyin olunmuş aliment məbləği uşağın daim artan tələbatlarını ödəməyə kifayət etmir. Onun maddi imkanı yaxşı olmadığına görə övladının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Uşağın baxıb böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Ona görə də təyin edilmiş alimentin artırılmasını tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək İddiaçı 136 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment ödənilməsi barədə iddiasının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Məhkəməsində İddiaçı cavabdeh qismində ona qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işin hazırlıq icraatı xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. İddiaçı Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət olunmuş 136 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 136 manat aliment uşağın daimi artan tələbatını ödəməyə kifayət etmir, uşağın ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir, ona görə də, alimentin artırılmasını tələb edir. O, özü heç yerdə işləmir, vergi ödəyicisi deyil, Zaqatala şəhərində köhnə VAZ- 2109 markalı avtomobili İlə taksi fəaliyyəti ilə məşğul olur, gündəlik qazanca işləyir, gündəlik gəliri (qazancı) 10-15 manatdır. Ayda 400-450 manat gəliri olur, həmin pulu da çətinliklə qazanır, uşağının saxlanılması üçün iddiaçı Gülnara Kərimovaya hər ay 140 manat aliment ödəyir (136 manat olmasına baxmayaraq), ikinci həyat yoldaşı və onun uşağına baxır, avtomobilə təmir və baxma xərcləri də həmin məbləğə daxildir. Anası qoca xəstə qadındır, o, da özünə baxmağı tələb edir, ondan pul tələb edir, ondan aliment tələb edəcəyini ona bildirir, imkan edib 82 yaşlı anasına maddi köməklik edə bilmir. Bu obyektiv səbəblərə görə o birinci nikahdan olan uşağı X1 üçün hər ay 140 manatdan artıq pul ödəmək iqtidarında deyil, bu mümkün deyildir. O, Bakı şəhərində yaşamır, gəliri çox zəifdir, ailə vəziyyəti dəyişibdir, ailəlidir, himayəsində həyat yoldaşı və onun uşağı vardır. Maddi gəliri imkan vermir ki, o, iddiaçı Gülnara Kərimovanın tələb etdiyi 220 manat aliment məbləğini ödəsin. İddiaçı müavinət alır, anasının işlətdiyi masaj salonunda işləyir, əmək haqqı alır. O, bir ata kimi uşağının saxlanılması üçün hər ay 136 manat alimentdən artıq 140 manat aliment ödəyir, uşağı ilə görüşür, ona əlavə xərclər də çəkir, uşağın saxlanılması vəzifəsi tək atanın deyil, ananın da üzərinə düşür. 13 oktyabr 2021-ci ildə yenidən ailə qurmuşdur, X18 ilə rəsmi nikaha daxil olmuşdur, həyat yoldaşı Ramilə Mənəfovanın birinci nikahından olan xx.xx.2019-cu il təvəllüdlü uşağı Ömər Vəliyevlə birgə onunla yaşayırlar, həyat yoldaşı Ramilə Mənəfovaya və onun 4 yaşlı uşağına o baxır, onlar onun himayəsindədirlər. Ramilə Mənəfova heç yerdə işləmir. Daimi iş yeri yoxdur, taksi fəaliyyəti ilə məşğul olur, vergi ödəyicisi deyil (arayş əlavə edir), biznesi yoxdur, başqa gəlirləri yoxdur, adına əlavə ev yoxdur ki, kirayə versin, bacısına məxsus mənzildə yaşayır, hər hansı təsərrüfatı yoxdur. Buna baxmayaraq İddiaçı əsassız şəkildə ondan 220 manat aliment tələb edir. İşsiz kimi qeydiyyatda olmağı barədə X9 X5 Filialından xx.xx.2023-cü il tarixli arayış təqdim edir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (Ailə Məcəlləsinin 75.1-ci maddəsi). 2023-cü ildə uşağın minimum yaşayış minimumu 220 manat olduğu halda, həmin vəsaitin bir hissəsini o, bir hissəsini uşağı yanında saxlayan anası ödəməlidir. Tək onun üzərinə bu qədər vəsaiti yükləmək onun üçün, yeni qurduğu ailə üçün böyük maddi çətinliklər yaradır. Ailə vəziyyətində dəyişiklik olubdur, subay deyildir. Onun ailə və maddi vəziyyəti 140 manatdan artıq aliment ödəməyə imkan vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırki vəziyyətdə uşağın saxlanması üçün təyin edilmiş 136 manat aliment uşağın heç bir xərclərinə yetmir. Ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddia tələbinin qəbul etmir. Qətnamə ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Aliment artdığı halda o daha da çətin vəziyyətə düşəcəkdir. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 04 aprel 2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X20 10 mart 2013-cü il tarixdə anadan olmuşdur və bu barədə 184 nömrə ilə qeyd edilmişdir. Uşağın atası Cavabdeh, anası isə X4r. Zaqatala Rayon Məhkəməsinin 2(033)-930/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək, İsmayilov Paşa Cəlı̇ l oğlu ilə X7 arasında bağlanmış 10 fevral 2012-ci il tarixli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 10 mart 2013-cü il tarixdə anadan olmuş X12 anası X2 himayəsində saxlanılması, tərəflərin birgə nikahından 10 mart 2013-cü il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat sabit pul məbləğində alimentin İsmayilov Paşa Cəlı̇ l oğlundan X2 xeyrinə tutulması qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Balakən Asan Xidmət X19 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 450715 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə X18 ilə nikah bağlamışdır və bu barədə eyni tarixə 373 nömrəli akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi vergi uçotuna alınmayıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 X5 Filialı tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin Əmək və Məşğulluq altsistemində qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 10 mart 2013-cü il təvəllüdlü X20 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-930/2019 saylı 26 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 10 mart 2013-cü il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə ödəməsi, yüksək gəlir yerinin olmaması, işləməməsi, ancaq taksi fəaliyyəti ilə məşğul olması, ikinci dəfə ailə qurması, ailə qurduğu şəxsin uşağının da onun himayəsində olması, qoca anasının onun himayəsində olması və maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə məhkəmə iclasında və etirazında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın yaşını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 10 mart 2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 10 mart 2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(033)- 930/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat (175-136=39x12=468 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 10 mart 2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(033)- 930/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar