Məhkəmə qərarları › İş №e-2(033)-802/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-802/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-802/2025 29.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1342 (bir min üç yüz qırx iki) manat 44 (qırx dörd) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixliəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Digah 1” mağazasında çalışdığızaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 2019 (iki min on doqquz) manat 12 (on iki) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1342 (bir min üç yüz qırx iki) manat 44 (qırx dörd) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1342 (bir min üç yüz qırx iki) manat 44 (qırx dörd) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə xx.xx.2025-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları xx.xx.2023-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında xx.xx.2023-cu il tarixdən -ci il tarixədək 1 ay müddətinə müddətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır Əmək müqaviləsinin bağlanılması ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, bildiriş xx.xx.2023-cu il tarixli əmək müqaviləsi ilə bağlı tərtib edilmiş və Cavabdeh əsas iş yeri üzrə İddiaçı MMC-yə satıcı nəzarətçi kassir vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi Bildirişinin surətindən görünür ki, Cavabdeh əsas iş yeri kimi İddiaçı MMC-də Administrator vəzifəsinə keçirilmişdir xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək sonuncu xx.xx.2023-cü il tarixdən cəmiyyətin satış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 231 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. X2 haqqında xx.xx.2025-cü il tarixli müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı ilə administrator vəzifəsində işləyən işçi Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X3 Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ilə xx.xx.2023-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixində Oba-Digah 1 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlama nəticəsində 2019.12 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş İltizamnamədən görünür ki, o, sayında tam olaraq iştirak etmiş, sayındakı əksik mallardan xəbərdar olmuş və sayını qrupuna etirazı olmamışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 1342.44 manat əskik gəlmə aşkar edilmişdir. Hazırda faktiki olaraq 1342.44 manat təşkil edir və maddi ziyan məbləğini 3 gün müddətdə ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair xəbərdar edilmişdir. İddiaçı tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 2019.12 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh 18 oktyabr 2024-cü il tarixinə 1342.44 manat borcunun qaldığı müəyyən edilmişdir. xx.xx.2025-cü il tarixdə verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh “Oba Market" MMC müraciəti əsasında təşkil edilən əmək mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak etməmiş, İMS üçün 50 manat və 30 manat poçt-kargüzarlıq xərci Oba Market MMC tərəfindən birtərəfli qaydada ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-ci maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ƏM-in 3-cü maddəsinin 1ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tariхli Qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mюvqeyi ondan ibarət olmuşdur ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində ƏM-in 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyətinin olmadığına dair bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar Həmin qərarında qeyd edilənlərdən эюrünür ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 –cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, cavabdeh xx.xx.2023-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin Oba Digah 1 filialına “Satıcıkassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-ci il tarixli X1 əsasən isə “administrator” vəzifəsinə keçirilmişdir. Tərəflər arasında cavabdehin X2i haqqında müqavilə bağlanmışdır. Cavabdehin X2 daşıdığı Oba Digah 1 filialında aparılmış inventarizasiya zamanı xx.xx.2024-cü il tarixdə 1342,44 manat dəyərində çatışmazlıq, bununla da iddiaçının əmlakından məhrum olması ilə bağlı həmin dəyərdə maddi zərərə uğraması aşkar edilmişdir. Tərəflər arasındakı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı çatışmazlıq müəyyən edildiyi yoxlamalardan keçən dövrdə cavabdehə güzəşt edildiyi əsası ilə hazırda zərərin əvəzi üzrə 1342.44 manat pulun tutulmasını tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qarşısında X2 daşıyan cavabdehin ona verilmiş əmlakın salamatlığını təmin etməməsi nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunduğundan, iddia təmin olunmalı, maddi zərərin əvəzi üzrə tələb olunan 1342.44 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı hesabına ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 60 (altmış) manat və mediasiya xərci olaraq cavabdehdən onun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1342.44 (bir min üç yüz qırx iki manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar