Məhkəmə qərarları › İş №e-2(033)-808/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-808/2025

05.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-808/2025 05.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 Əli qızının katibliyi, İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ünvan 2ində yerləşən, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli, 32 saylı qərarı ilə JN352Q KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 1,7858 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli, 32 saylı qərarı ilə JN-017G KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,09 ha həyətyanı və Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli, 32 saylı qərarı ilə JN-017F KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahələrinə ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2ində Cavabdeh3 ilə ümumi birgə mülkiyyətlərində Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli, 32 saylı qərarı ilə JN-352Q KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 1,7858 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli, 32 saylı qərarı ilə JN-017G KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,09 ha həyətyani və Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli, 32 saylı qərarı ilə JN-017F KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,25 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahəsinin hüquq müəyyənedici sənədlərini hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri onun müraciəti əsasında ölçmə işləri aparmaq üçün gəlmiş, lakin cavabdehlər onlara ölçmə işlərinin aparılmasına icazə verməmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh ölçmə işlərini aparmağa icazə vermədiyi üçün, həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Qeyd olunan səbəbdən də bu tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək yalnız 0,09 ha həyətyanı torpaq sahəsinin ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 onun əmisidir. Digər cavabdehlər əmi və bibisidir. O, ona və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə Çıxarış almaq istəyir. Lakin Cavabdeh1 tərəfindən üçüncü şəxsin nümayəndələrinin mübahisəli torpaq sahələrinin ölçmə işlərinə maneələr yaradılmışdır. Onlara məxsus pay torpaq sahələrindən 0,089 ha olan torpaq sahəsində fərdi yaşayış evi vardır. Cavabdeh tərəf həmin evin yerləşdiyi torpaq sahəsinin də onlara məxsus olduğunu bildirir. O, əmisi Cavabdeh3 ilə əlaqə saxlayarkən sonuncu ona torpaq sahələrini onlara verməyəcəyini bildirmişdir. Hazırkı mülki işə mahiyyəti üzrə baxılarkən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən mübahisələndirilən torpaq sahələrindən 1,7858 və 0,25 ha torpaq sahələrinin ölçmə işlərini aparmışlar. Bu səbəbdən də hazırda yalnız 0,09 ha həyətyanı torpaq sahəsinin ölçmə işlərinin aparılmasını istəyir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, Rusiya Federasiyasında yaşayan qardaşı Cavabdeh3 mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılmasına icazə vermədiyindən o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına narazılığını bildirmişdir. Torpaq sahəsində yerləşən fərdi yaşayış evində əvvəllər anası yaşamış və qardaşı ona baxdığı üçün evi ona bağışlamışdır. İddiaçı tərəf bütöv fındıq bağını istəyir. Lakin onun üçün açıq çöl sahəsi vardır. Fındıq bağını atası ona və qardaşı üçün yetişdirmişdir. Qardaşı Cavabdeh3 rayonda olmadığı üçün o 0,09 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına razılığını verə bilmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İclasın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq işə idarənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar JN - 352 KOD 40200048 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” - nin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə ünvan 2ində X4, X12, Cavabdeh3, İddiaçı və X1 adına 2,16 ha torpaq sahəsi verilmişdir. JN - 017F KOD 40200048 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” - nin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə ünvan 2ində X4, X12, Cavabdeh3, İddiaçı və X1 adına 0,25 ha torpaq sahəsi verilmişdir. JN – 017G KOD 40200048 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” - nin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə ünvan 2ində X4, X12, Cavabdeh3, İddiaçı və X1 adına 0,09 ha torpaq sahəsi verilmişdir. Zaqatala RİHB-ın Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 23 may 1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X9 qeyd olunmuşdur. Odur ki, AZ-İİ 466815 nömrəli ölüm şəhadətnaməsində qeyd olunan X10 ilə adlı siyahıda qeyd olunan X9 eyni şəxsdir. Zaqatala RİHB-ın Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 466816 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 yanvar 2017-ci ildə ölmüşdür. Zaqatala RİHB-ın Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 466815 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 iyul 2021-ci ildə ölmüşdür. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 arasında nikah 11 yanvar 2008-ci ildə Zaqatala RİHB-ın Mosul kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 28 dekabr 2024-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən 1,7858 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin, aparılmasına tərəfindən şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 və 07 mart 2025-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlərindən görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (********** və **********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin, aparılmasına tərəfindən şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 04 iyun 2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən 0,0895 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin, aparılmasına tərəfindən şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 aprel 2025-ci il tarixli ********** saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərinə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 32 saylı qərarına əsasən ünvan 2ində yerləşən 0,09 ha torpaq sahəsi X4, X14, Cavabdeh3 Mövlud oğlu, İddiaçı və X1 ümumi birgə mülkiyyətinə ayrılmış və tоrpaq sahəsi оnların mülkiyyətinə qeydə alınaraq, JN-017G KOD 40200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vеrilmişdir. Cavabdеhlərin 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün zəruri оlan inventarlaşdırma işlərinin aparılmasına manеəçilik törətmələri səbəbindən, iddiaçının həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi, bununla da iddiaçının torpaq sahəsinin mülkiyyətçisi оlaraq torpaq sahəsinə dair əldə еtdiyi mülkiyyət hüququnu qеydə aldırması mümkün оlmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsinin mülkiyyətçisi оlaraq daşınmaz əmlaka dair əldə еtdiyi mülkiyyət hüququnun qеydə alınması, cavabdеhlərin inventarlaşdırma işlərinin aparılmasına törətdikləri manеəçilik səbəbindən baş tutmadığı üçün iddia təmin edilməli, cavabdehlər tərəfindən ünvan 2ində yerləşən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə JN-017G KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0,09 ha torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə qarşı yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2ində yerləşən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996cı il tarixli 32 saylı qərarı ilə JN-017G KOD 40200048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0,09 ha torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar