Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-824/2022 15.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, iddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5736 manat əsas, 1192.49 manat faiz və 32.11 manat cərimə faizi olmaqla, cəmi 6960.60 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 90.01 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Müəyyən etdim ki, iddia ərizəsində iddiaçının cavabdehlərlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, tələb cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yönəlmiş, lakin Bank tərəfindən 09 iyul 2021-ci il tarixli 752micBKX/21 saylı zaminlik müqaviləsində kreditorun vəzifəsi kimi zaminlərə də pretenziya göndərmək vəzifə kimi nəzərdə tutulsa da, buna əməl edilməmiş, ancaq borcluya pretenziya göndərilməklə kifayətlənilmişdir. İşdə olan 09 iyul 2021-ci il tarixli 752micBKX/21 saylı zaminlik müqaviləsinin 3.2-ci bəndindən görünür ki, borclu, zamin kredit müqaviləsi üzrə öhdəliyinin icrasını gecikdirdikdə onların iş yerinə, qeydiyyat və ya faktiki yaşadığı ünvanına özündə borc haqqında məlumatları (borcalanın adı, soyadı, atasının adı, kredit müqaviləsinin tarixi və nömrəsi, kreditin məbləği, qalıq borcu və s.) əks etdirən bildiriş (xəbərdarlıq, pretenziya) göndərmək kreditorun vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona ələvə edilmiş sənədləri geri qaytarır. Buna görə də, iddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinə göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-824/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-824/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver