Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-83/2023 16.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ X5 Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 019R**********S saylı sazişin, xx.xx.2020-ci il tarixli 019R**********SA saylı sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 14345.03 manat məbləğində krеdit bоrcu, 6321.46 manat məbləğində faiz bоrcu və 7807.05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28473 (iyirmi səkkiz min dörd yüz yetmiş üç) manat 54 (əlli dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 175.42 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət xüsusi mülkiyyətdə olan 42 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 28473 (iyirmi səkkiz min dörd yüz yetmiş üç) manat 54 (əlli dörd) qəpik məbləğində bоrcun, ödənilmiş 175.42 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ümumi müştərək qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət 42 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 019L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşması əsasında 40 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 019R**********S saylı, xx.xx.2020-ci il tarixli 019R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 2654.97 manat ödəmiş, onun 14345.03 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 538 gün üçün hesablanmış faiz borcu 6321.46 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan və zamin Cavabdeh3 və Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 019M**********01 saylı ipoteka müqaviləsi (Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında ona məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət xüsusi mülkiyyətdə olan 42 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışla Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət xüsusi mülkiyyətdə olan 42 nömrəli mənzil Cavabdeh4 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın özü, oğlu Cavabdeh4, qızı Cavabdeh1 və gəlini Cavabdeh2 Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət xüsusi mülkiyyətdə olan 42 nömrəlimənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşlər. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Adilə Osmanlı məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 019R**********S saylı sazişin, xx.xx.2020-ci il tarixli 019R**********SA saylı sazişin ləğv edilməsi, cavabdеhlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 14345.03 manat məbləğində krеdit bоrcu, 6321.46 manat məbləğində faiz bоrcu və 7807.05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28473 (iyirmi səkkiz min dörd yüz yetmiş üç) manat 54 (əlli dörd) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 175.42 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət xüsusi mülkiyyətdə olan 42 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 28473 (iyirmi səkkiz min dörd yüz yetmiş üç) manat 54 (əlli dörd) qəpik məbləğində bоrcun, ödənilmiş 175.42 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət 42 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alıb mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 019L**********70 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşması əsasında 40 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində krеdit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh3 və Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 019M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.m-dən ibarət xüsusi mülkiyyətdə olan 42 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. İddiaçı ilə aralarında bağlanmış 23 may 2019-cu il tarixli ipoteka müqaviləsində onun tam mülkiyyətində olmuş evin dəyəri 28 000 manat kimi göstərilmişdir. Evin real olaraq 70-80 min manat dəyəri var. Evin bank tərəfindən hansı üsulla qymətləndirilməsindən onların xəbərləri olmamışdır. Evə ekspertiza rəyinə əsasən 42700 manat qoyulmuş qiymətlə qismən razıdır. Bundan başqa cərimə məbləğinin azaldılmasını xahiş etdi. 30 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. O, banka borcu olduğunu qəbul etsə də, ipoteka predmetinin qiyməti ilə razı deyildir. Belə ki, iddiaçı ilə cavabdeh Əntiqə İsmayıloa arasında bağlanmış 23 may 2019-cu il tarixli ipoteka müqaviləsində onun tam mülkiyyətində olmuş evin dəyəri 28 000 manat kimi göstərilmişdir. Evin real olaraq 70-80 min manat dəyəri var. O, izahatında daha sonra göstərmişdir ki, evinin qiymətləndirməsi haqda sənədə imza atarkan həmin sənədlə tanış olmamışlar, sənədi oxumadan imzalamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 019L**********70 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh4 iddiaçı tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşmasındsan görünür ki, Cavabdeh4 iddiaçıdan 40 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində krеdit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 019R**********S saylı, xx.xx.2020-ci il tarixli 019R**********SA saylı sazişlərdən görünür ki, xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019olan çıxarışın surətindən görünür ki, Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 019M**********01 saylı ipoteka müqaviləsinə əsasən Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 019M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzili kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 28.000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 019S**********01 və 019S**********02 saylı 23 may 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarına əlavə edilmiş 23 may 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh4 17.000 manat məbləğində pulu İddiaçı QSC-dən almışdır. İş materiallarına əlavə edilmiş 28 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşması üzrə 14345,03 manat əsas kredit borcu, 6321,46 manat faiz, 7807,05 manat cərimə olmaqla, cəmi 28473,54 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş 23 may 2019-cu il tarixli razılıq ərizələrindən görünür ki, tam mülkiyyət hüququ üzrə müllkiyətdə olan Cavabdeh3 məxsus olan Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzilinin İddiaçı QSC və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar, ipotekaya qoyulmuş əmlaka tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərinə söz vermişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 14 aprel 2023-cü il tarixli 10/8665 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan 42 nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri təqribən 42700 manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə zamin kimi bankla bağladıqları zaminlik müqavilələrinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşlər, kredit razılaşmasına əlavə edilmiş ödəniş planına imza etməklə onunla tanış olduqlarını təsdiq etmişlər. Bankın təqdim etdiyi maliyyə arayışına görə, borclunun 28 mart 2022-ci il tarixə 14345,03 manat əsas kredit borcu, 6321,46 manat faiz, 7807,05 manat cərimə olmaqla, cəmi 28473,54 manat məbləğində borcunun yarandığı göstərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, kredit razılaşması üzrə cavabdehlərdən əsas borca görə 14345,03 manat, faizə görə isə 6321,46 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinə gəldikdə isə məhkəmənin qənaətinə görə, cərimənin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh4 tərəfindən xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 019R**********S saylı sazişin, xx.xx.2020-ci il tarixli 019R**********SA saylı sazişin şərtlərini əhəmiyyətli dərəcədə pozulduğundan İddiaçı QSC kredit razılaşmasının və sazişlərin ləğv edilməsini tələb etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə iddianın “pulun tutulması” tələbinin Cavabdeh3 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və borcun satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutma ipoteka predmeti olan əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması, əmlakın boşaldılması hissəsini də əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh4 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan, Cavabdeh3 mülkiyyətində olan Zaqatala şəhəri,V.Qurbanov küçəsində yerləşən 1 nömrəli evin ümumi sahəsi 53.30 kv.mdən ibarət 42 nömrəli mənzilinin alıcıya təhvil verilməsi və cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının itirilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, həmin əmlaka tutma yönəldikdən və həmin əmlak hərrac yolu ilə satıldıqdan sonra yeni yaranmış mülkiyyətçinin belə bir hüququnun olacağını, hazırki vəziyyətdə ipoteka predmeti olan əmlakın hərrac yolu ilə kimin alacağını məlum olmasının mümkün olmamasını və nəticə etibarı ilə iddiaçının iddia tələbinin həmin hissəsində hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğunu nəzərə alaraq hesab edir ki, evin likvid qiyməti ekspertiza rəyinə əsasən 42700 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehlərdən tələb etdiyi pul məbləğinin qismən tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehlərdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 175,42 manat dövlət rüsumunun 152,30 manat hissəsi, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə ödənilmiş 175,42 manat dövlət rüsumunun 23,12 manat hissəsi iddiaçıya aid edilməldir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlərdən iş üzrə keçirilmiş qiymətləndirmə ilə bağlı 50 manat xərc alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019R********** saylı krеdit razılaşması və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 019R**********S saylı saziş, xx.xx.2020-ci il tarixli 019R**********SA saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 14345.03 (on dörd min üç yüz qırx beş manat üç qəpik) manat məbləğində krеdit bоrcu, 6321.46 (altı min üç yüz iyirmi bir manat qırx altı qəpik) manat məbləğində faiz bоrcu və 100 (bir yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 20766,49 (iyirmi min yeddi yüz altmış altı manat qırx doqquz qəpik) manat məbləğində bоrc, o cümlədən 152,30 (bir yüz əlli iki manat otuz qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsum və 30 (otuz) manat xidmət haqqı alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutulacaq məbləğ likvid qiyməti 42700 (qırx iki min yeddi yüz) manat müəyyən edilən və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala şəhəri, V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzilinə yönəldilsin. Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzili likvid qiyməti 42700 (qırx iki min yeddi yüz) manat olmaqla açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Zaqatala şəhəri,V.Qurbanov küçəsi, 1 nömrəli evin 42 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılsınlar və həmin əmlak boşaldılsın. İş üzrə ödənilmiş 175,42 (bir yüz yetmiş beş manat qırx iki qəpik) manat dövlət rüsumunun qalıq qalmış 23,12 (iyirmi üç manat on iki qəpik) manatı iddiaçıya aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-83/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-83/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver