Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-831/2022 06.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1978-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 686 manat məbləğində əsas borc, müqavilələr üzrə hesablanmış 250 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 966 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 08 oktyabr 2019-cu il tarixli, 8MRK5797303 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 439 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 130 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin müddəti bitdiyi 08 oktyabr 2020-ci il tarixdən sonra qaytarılmayan 130 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 702 manat faiz borcu yaranmışdır (130 manat x 540 gün x 1%=702 manat). Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 09 yanvar 2020-ci il tarixli, 8MRK5810317 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 624 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 426 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin müddəti bitdiyi 09 sentyabr 2021-ci il tarixdən sonra qaytarılmayan 426 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 766 manat faiz borcu yaranmışdır (426 manat x 180 gün x 1%=766 manat). Bundan başqa iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 02 fevral 2020-ci il tarixli, 8MRK5810500 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 216 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 130 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin müddəti bitdiyi 02 fevral 2021-ci il tarixdən sonra qaytarılmayan 130 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 546 manat faiz borcu yaranmışdır (130 manat x 420 gün x 1%=546 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 250 manat məbləğində tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı borc tələbinə dair iddia ərizəsi üzrə faiz məbləğinə qarşı etirazını bildirmiş və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir . Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək heç bir əlavə sübut və vəsatətinin olmadığını bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qismən, yəni əsas borcun qaytarılması hissəsində qəbul etdiyi bildirdi. Maddi imkanı çox aşağı olduğundan iddia tələbinin faiz borcunun qaytarılması hissəsində rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(033)-831/2022 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 8MRK5797303 nömrəli 08 oktyabr 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissəhissə ödəniş şərti ilə 439 (dörd yüz otuz doqquz) manat məbləğində məişət avadanlığı əldə etmiş və 31 (otuz bir) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 408 manat məbləği 12 ay müddətinə, aylıq 34 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa 8MRK5810317 nömrəli 09 yanvar 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 624 (alti yüz iyirmi dörd) manat məbləğində məişət avadanlığı əldə etmiş və 64 (altmış dörd) manat ilkin ödəniş etdikdən sonra qalıq qalan 560 manat məbləği 20 ay müddətinə, aylıq 28 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa 8MRK5810500 nömrəli 02 fevral 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 216 (iki yüz on altı) manat məbləğində məişət avadanlığı əldə etmiş və ilkin ödəniş etmədən 216 manat məbləği 18 ay müddətinə, aylıq 12 manat olmaqla İddiaçı MMCyə ödəməyi öz öhdəsinə götürmüşdür. 2830 nömrəli xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 08 oktyabr 2019-cu il tarixli, 8MRK5797303 saylı müqavilə üzrə ödənilməmiş 130 manat, 09 yanvar 2020-ci il tarixli, 8MRK5810317 saylı müqavilə üzrə ödənilməmiş 426 manat və 02 fevral 2020-ci il tarixli, 8MRK5810500 saylı müqavilə üzrə ödənilməmiş 130 manat olmaqla ümumilikdə 686 manat əsas qalıq borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 8MRK5797303 nömrəli 08 oktyabr 2019-cu il tarixli və 8MRK5810317 nömrəli 09 yanvar 2020-ci il tarixli borc müqavilələrinə əsasən İddiaçı məişət avadanlıqlarını alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etdikdən sonra qalıq qalan avadanlıqların dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, 8MRK5810500 nömrəli 02 fevral 2020-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı məişət avadanlığını alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etmədən avadanlığın dəyərini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət avadanlıqları verilərək müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 8MRK5797303 nömrəli 08 oktyabr 2019-cu il tarixli, 8MRK5810317 nömrəli 09 yanvar 2020-ci il tarixli və 8MRK5810500 nömrəli 02 fevral 2020-ci il tarixli borc müqavilələrinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış əsas kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 250 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Mülki qanunvericiliyin də yuxarıda qeyd edilən normalarından görünür ki, faizlərin ödənilməsi yalnız borcun faizlər ilə verilməsi müqavilənin iştirakçıları tərəfindən şərtləndirildiyi halda mümkündür. İddiaçı və cavabdeh arasında bağlanmış 8MRK5797303 nömrəli 08 oktyabr 2019-cu il tarixli, 8MRK5810317 nömrəli 09 yanvar 2020-ci il tarixli və 8MRK5810500 nömrəli 02 fevral 2020-ci il tarixli borc müqavilələrindən də görünür ki, borcun faizlər ilə verilməsinə dair hər hansı müddəa əks olmamışdır. İşdə olan İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 8MRK5797303 nömrəli 08 oktyabr 2019-cu il tarixli, 8MRK5810317 nömrəli 09 yanvar 2020-ci il tarixli və 8MRK5810500 nömrəli 02 fevral 2020-ci il tarixli borc müqavilələrində ancaq qeyd kimi “borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir.” göstərilmişdir. Buna baxmayaraq iddiaçı tərəf iddiasında cərimənin cavabdehdən tutulmasını deyil, əsas borca hesablanmış faizin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar, eyni zamanda işdə olan sübutlar əsas borca faiz adı altında hesablanmış pul məbləğinin cavabdehdən tutulması üçün əsas deyil. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 686 manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. xx xxxxx 1978-ci il təvəllüdlü Cavabdeh 08 oktyabr 2019-cu il tarixli, 8MRK5797303 saylı kredit müqaviləsinə əsasən 130 (bir yüz otuz) manat məbləğində əsas borc, 09 yanvar 2020-ci il tarixli, 8MRK5810317 saylı kredit müqaviləsinə əsasən 426 (dörd yüz iyirmi altı) manat məbləğində əsas borc, 02 fevral 2020-ci il tarixli, 8MRK5810500 saylı kredit müqaviləsinə əsasən 130 (bir yüz otuz) manat məbləğində əsas borc olmaqla cəmi 686 (altı yüz səksən altı) manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-831/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-831/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver