Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-838/2024 21.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia və tələbin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15000 manat məbləğində əsas kredit borcunun, 416.68 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 15416.68 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 136.25 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-ciil tarixli kredit limitinin açılmasına dair razılaşmaya əsasən cavabdeh X7 oğluna (VÖEN **********) 24 ay müddətinə illik 21% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit, cavabdeh X7 oğluna dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, cavabdeh isə krediti məqsədli təyinatına uyğun istifadə etməyi öhdəsinə götürür. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 ilə 36FİZAM161103202 saylı xx.xx.2023-cü il tarixli, Cavabdeh2 ilə 36FİZAM200391801 saylı xx.xx.2023-cu il tarixli Cavabdeh1 ilə 36FİZAM187890302 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh X7 oğlu xx.xx.2024-ci il tarixində vəfat etmiş və müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum X7 oğlu ilə bağlı hər hansı vərəsəlik işi aşkar edilməmişdir. Digər cavabdehlər onlarla bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əməl etmədiklərindən dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2024-ci il tarixə İddiaçı ASC-yə 15000 manat məbləğində əsas kredit borcu, 416.68 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 15416.68 manat məbləğində borc qalmaqdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Vərəsələr və zaminlər borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna və cərimə borcuna görə də məsuliyyət daşıyırlar. İddiaçının nümayəndəsi Nümayəndə 16 sentyabr 2024-cü il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq cavabdeh X1, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 11000 manat məbləğində əsas kredit borcu, 416.68 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 11416.68 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 136.25 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmədə tərəflərindən iddia qaldırıldıqdan sonra Cavabdeh2 tərəfindən 4000 manat ödəniş edilmişdir və həmin borc əsas borcdan silinmişdir. Buna görə də onlar iddianın həcminin azaldılması barədə ərizə ünvanlamışlar. Cərimə ümumiyyətlə hesablanmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, oğlu iddiaçıdan 15 000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı kimi onunla və digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Oğlu xx.xx.2024-ci il tarixdə qəfildən vəfat etmişdir. Hələ oğlunun qırx günlüyü keçməmiş iddiaçının əməkdaşı ona yaxınlaşaraq kredit borcunu, yəni 15 000 manat pulu tələb etmişdir. O, həmin borcu hissə-hissə ödəyə biləcəyini bildirsə də iddiaçının əməkdaşı həmin pulu bir dəfəyə qaytarılmasını tələb etmişdir. İddiaçı tərəfindən ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Ona məxsus avtomobil 4000 manat dəyərində qiymətləndirilmiş və o, həmin maşını sataraq 4000 manatı iddiaçıya ödəniş etmişdir. Hazırda iddiaçıya qalan borcu ödəməyə razıdır. Lakin həmin borcu hissə-hissə ödəyə bilər. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçıya olan borcu ödəməyə razıdır. Lakin həmin borcu birdəfəliyə ödəməyə imkanı yoxdur. O, hər ay 200 manat ödəyə bilər. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Yazılı sübutlar İddiaçı ASC və X7 oğlu arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli 36071***- *******01L saylı kredit limitinin açılmasına dair razılaşmadan görünür ki, bu müqaviləyə əsasən “Kreditverən” “Bolcalan”a 100 000 (yüz min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə kredit limiti ayırır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür. İddiaçı ASC və Cavabdeh3 arasında bağlanmış 36FİZAM161103202 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında 07 dekabr 2023-cü il tarixli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 36FİZAM200391801 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında 07 dekabr 2023-cü il tarixli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 36FİZAM187890302 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında 07 dekabr 2023-cü il tarixli kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 mart 2024-cü il tarixdə verilmiş AZ-İİ 393991 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 oğlu 11 mart 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı ASC-yə olan kredit borcunun faizlərini və penyanın hesablanması haqqında xx.xx.2024-cü il tarixinə olan arayışdan görünür ki, X7 oğlunun xx.xx.2023-cü il tarixli 36071***-*******01 saylı kredit limiti müqaviləsi üzrə İddiaçı ASC-yə 15 000 manat məbləğində əsas, 416,68 manat məbləğində faiz və 0 manat məbləğində cərimə olmaqla, cəmi 15416,68 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 136,25 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, xx.xx.2023-ci il tarixli kredit limitinin açılmasına dair razılaşmaya əsasən cavabdeh X7 oğluna (VÖEN **********) 24 ay müddətinə illik 21% dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 ilə 36FİZAM161103202 saylı xx.xx.2023-cü il tarixli, Cavabdeh2 ilə 36FİZAM200391801 saylı xx.xx.2023-cu il tarixli Cavabdeh1 ilə 36FİZAM187890302 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. X7 oğlu kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, 11 mart 2024-cü il tarixdə vəfat etmişdir. X7 oğlunun vəfatından sonra ona məxsus əmlak və ya vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Cavabdehlər xx.xx.2023-ci il tarixli kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliyini lazımınca icra etməmişlər, nəticədə onların əsas borc üzrə 11000 manat əsas, 416,68 manat faiz olmaqla, cəmi 11416,68 manat kredit borcu yaranmışdır. Yaranmış borcu ödəməsi cavabdehlərə təklif edilmişdir. İddiaçı hazırkı iddia üzrə 136,25 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, kredit limitinin açılmasına dair razılaşmaya əsasən cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi, nəticədə iddiaçıya əsas borc üzrə 11000 manat əsas, 416,68 manat faiz olmaqla, cəmi 11416,68 manat qaytarılmamış kredit borcunun yaranması tam təsdiq olunduğundan, həmin borc və ödənilmiş 136,25 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının хeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıхarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 284, 357, 358, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 000 (on bir min) manat məbləğində əsas borc, 146,68 (bir yüz qırx altı manat altmış səkkiz qəpik) manat ona hesablanmış faiz borcu, cəmi 11416,68 (on bir min dörd yüz on altı manat altmış səkkiz qəpik) manat məbləğində vəsait və ödənilmiş 136,25 (bir yüz otuz altı manat iyirmi beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-838/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-838/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver