Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-853/2024 03.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Kreditor Borclu qarşı aliment məbləğinin həcminin artırılmasına dair məhkəmə əmri verilməsinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor Borclu qarşı “aliment məbləğinin həcminin artırılması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Borclu birgə nikahından anadan olmuş 22 sentyabr 2010-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməklə və 60 manat mediasiya rüsum xərclərinin cavabdeh Borclu tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Kreditor Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq onun və ya borclunun ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Kreditor Borclu qarşı “aliment məbləğinin həcminin artırılması” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, kreditora onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 279, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Kreditor Borclu qarşı “aliment məbləğinin həcminin artırılması” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilsin. Kreditora izah olunsun ki, onun hazırki tələbi ilə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-853/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-853/2024
03.07.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver