Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-86/2024 12.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X1 Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı xxxx Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 3304,11 (üç min üç yüz dörd ABŞ dolları 11 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2018-ci tarixdən xx.xx.2023-cü il tarixinə qədər isə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 4825,87 (dörd min səkkiz yüz iyirmi beş ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya, cəmi 19898.99 (on doqquz min səkkiz yüz doxsan səkkiz ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 191.49 (bir yüz doxsan bir manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 25 400 (iyirmi beş min dörd yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh (bundan sonra “Cavabdeh” adlandırılacaq) öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra “İddiaçı” və ya “Bank” adlandırılacaq) ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********77914/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə Bank Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 08 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, borclu Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14 iyun 2017-ci il tarixə olan 20164,47 ABŞ dolları əsas, kreditdən istifadəyə görə hesablanmış adi faizlərə görə 5.079,73 ABŞ dolları və peniyaya görə 500 ABŞ dolları olmaqla, cəmi 25.744,20 ABŞ dollarının "xxxx" Bank ASC-nin xeyrinə tutulması, tutmanın 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1, 0,04 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 269,3 kv.metr olan 23 saylı evə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 28.600 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı "xxxx" Bank ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 11 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, borclu Cavabdeh ödəniş vaxtı milli manata məzənnədə 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan əsas borca görə 20164,74 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış adi faizlərə 4.958,66 ABŞ dolları və hesablanmış penyaya görə 500 ABŞ dolları olmaqla, cəmi 25.623,40 ABŞ dollarının 23 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş borclu Cavabdeh mülkiyyətində olan ünvan 1, 0,04 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 269,3 kv.metr olan 23 saylı evə tutma yönəldilməklə iddiaçı "xxxx" Bank ASC-nə verilməsi, ipoteka predmeti olan həmin evin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən vəsaitin borc ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh yuxarıda göstərilən borc məbləğini xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək hesablanmış 3 304,11 (üç min üç yüz dörd ABŞ dolları 11 sent) ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə bu məbləğ 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları təşkil edir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-cimaddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (xx.xx.2018-xx.xx.2023) üçün müvafiq məbləğ 4 825.87 (dörd min səkkiz yüz iyirmi beş ABŞ dolları 87 sent) ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı məhkəməyə 27 may 2024-cü il tarixdə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq" Bankı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 (altı min əlli beş ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya, cəmi 17 824,03 (on yeddi min səkkiz yüz iyirmi dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 180,9 (bir yüz səksən manat 9 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması və bank tərəfindən artıq ödənilmiş 10,59 (on manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/376 №-li Ekspert rəyində (bundan sonra "xxxx") Cavabdeh ASC “Xalq“ Bankı qarşısında xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cmil tarixə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 ABŞ dolları məbləğində əldən çıxmış fayda (zərər) üzrə borcunun mövcud olduğu müəyyən edilmişdir. Ekspert rəyini əsaslı hesab edirlər və buna görə də həmin rəydə qeyd olunanlarla razı olduqlarını məhkəmənin nəzərinə çatdırmaq istəyirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin həmin qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, Ekspert rəyi ilə müəyyən edilmiş xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdeh R.R.lsmayılovdan tutulmasının Bank tərəfindən tələb olunması əsaslı və qanunvericiliyin tələblərinə uyğundur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə 05 dekabr 2023-cü il tarixdə iddiadan imtina barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı ilə aralarında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi olmuşdur. Müqaviləyə əsasən ona 48 ay müddətinə 25400 ABŞ Dolları kredit verilmişdir. Müqavilədən 7 ay sonra ölkədə devalvasiya baş vermiş və nəticədə ödənişlərində çətinliklər yaranmışdır. Müxtəlif zamanlarda bankdan güzəştlər istəsə də köməklik etməmişlər. Daha sonra 28 fevral 2019cu il tarixində Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti Fərman imzalamışdır. Lakin onun kredit borcu fərmanın əhatə dairəsinə düşməmişdir. Sonda krediti ilə maraqlanarkən ona məlum olmuşdur ki, bank onun xəbəri olmadan məhkəməyə müraciət etmiş və evini hərracdan su qiymətinə əldə edərək balansına daxil etmişdir. Dərhal barəsində olan xx.xx.2017-ci il tarixli qətnaməni əldə edərək apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2 (107)- 31/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Zaqatala rayon məhkəməsinin qərarı ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra tərəfindən qətnamə üzrə borc məbləği tam olaraq ödənilmiş, ipoteka predmeti yüklülükdən azad edilmişdir. İddiaçı “Xalq Bank" ASC-nin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ilədək hesablanmış 3304.11 ABŞ dolları faiz borcu tələbinə cavab olaraq bildirir ki, iddia tələbi həmin hissədə ötürülmüşdür. Belə ki, aralarında olan müqavilə münasibətləri üzrə öhdəliklərin sonu xx.xx.2018-ci ildə bitmişdir. Bu tələb üzrə iddia tələbi qanunvericilikdə 3 il nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı həmin məbləği 2021-ci ilədək tələb edə bilərdi. Bundan başqa iddiaçının kredit borcu üzrə tələbinə Şəki Apelyasiya Məhkəməsində uzun müddətə baxmışdırlar. İddiaçı həmin icraat zamanında iddia tələbinin həcmini artırmaqla bu borcu tələb etmək imkanına malik olmuşdur. Lakin o bu imkandan da istifadə etməyərək, müddəti ötürməklə yeni iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4.445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında qeyd edilir Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. İddiaçı "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli kredit müqavilənin 6.2-ci bəndinə əsasən illik 15% olmaqla xx.xx.2023-cü ilədək İ 1769.01 ABŞ dolları borc tələbinə cavab olaraq bildirir ki, iddiaçının bu tələbi əsassızdır. Belə ki, faiz məbləği yalnız kredit müqaviləsinin qüvvədə olduğu müddətə hesablanır. Müqavilə müddətinin bitməsindən sonra isə tələbkar yalnız illik 5%-dən çox olmamaqla real zərər və əldən çıxmış faydanı tələb etmək hüququ vardır. Lakin iddiaçının tələbində göründüyü kimi, onlar müqavilənin bitmə tarixindən sonra üçün də xx.xx.2023-cii ilədək 15% olmaqla faiz hesablayaraq ondan tələb etmişdir. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4.445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki, hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirdikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bannkın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi, iddiaçı bank xx.xx.2017-ci ildə müqavilə müddətinin bitmə tarixinə, xx.xx.2018-ci kimi və daha sonra müqavilə müddətinin bitmə tarixindən xx.xx.2023-cü ilədək illik 15% olmaqla faiz məbləği tələb etmişdir. Müqavilə müddətinin bitmə tarixindən xx.xx.2023-cü ilədək illik 15% olmaqla faiz məbləği tələb etməsi Konstitusiya Məhkəməsinin Plenumunun qərarına ziddir və təmin edilə bilməz. xx.xx.2017-ci ildən müqavilə müddətinin bitmə tarixinə xx.xx.2018-ci kimi 15% olmaqla faiz tələb etmək hüququ isə 3 illik müddətə tələb edilməlidir. Eyni zamanda iddiaçı həmin müddət üzrə faiz məbləğini təkrarən tələb edir. Belə ki, iddiaçının ilk tələbi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ilədək hesablanmış 3304,11 ABŞ dolları faiz borcudur. Həmin məbləğ bu tələbi əhatə edir. Yəni iddiaçı xx.xx.2017-ci ildən müqavilə müddətinin bitmə tarixinə, xx.xx.2018-ci kimi (daxil olmaqla) və ondan xx.xx.2023-cü ilədək illik 15% olmaqla faiz məbləği tələb etmişdir. Göründüyü kimi xx.xx.2017-ci ildən müqavilə müddətinin bitmə tarixinə xx.xx.2018-ci kimi olan müddət iddiaçının ilk tələbində (1-ci bənd üzrə) öz əksini tapmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin məbləği 2021-ci ilədək tələb edə bilərdi. İddiaçının kredit borcu üzrə tələbinə Şəki Apelyasiya Məhkəməsində uzun müddətə baxmışdırlar. İddiaçı həmin icraat zamanında iddia tələbinin həcmini artırmaqla bu faiz borcunu tələb etmək imkanına malik olmuşdur. Lakin o, bu imkandan da istifadə etməyərək, müddəti ötürmüşdür. İddiaçı “Xalq Bank" ASC-nin xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək ilik 5% olmaqla 4825,87 ABŞ dolları əldən çıxmış fayda tələb etməsinə cavab olaraq bildirir ki, bank həmin məbləği yalnız müqavilə müddəti bitdikdən sonra borclu öhdəliklərini qərəzli yayınmaqla icra etmədiyi təqdirdə tələb edə bilər. Belə ki, iş materiallarında olan qətnamədən göründüyü kimi, iddiaçı "xxxx" ASC tərəfindən ona qarşı iddia ərizəsi üzrə yekun məhkəmə qətnaməsini (icrada dönüş həyata keçirildikdən sonra) gecikdirmədən hərrac başa çatmamış tam olaraq ödəmişdir. Əgər qətnamənin icrasından qərəzli yayınaraq, uzun müddət borcu ödənilməməsinə çalışmış olsaydı tələbkar illik 5% tələb etməkdə haqlı olmuş olacaqdı. Lakin o, zamanında ödəniş etdiyindən, müqavilə müddətinin sonundan icrasına kimi olan müddətin keçməsi ondan asılı olmadan səbəblərdən baş verdiyindən illik 5% tələb edilməsi əsassızdır. Bundan başqa iddiaçı əldən çıxmış fayda üzrə məhkəməyə hər-hansı bir sübutda təqdim etməmişdir. Bir daha bu qeyd etdikləri bu tələbin əsassız olmasının göstəricisidir. Yuxarıda yazılanları nəzərə alaraq, iddiaçı "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ilədək hesablanmış 3304.11 ABŞ dolları faiz borcu tələbi və kredit müqavilənin 6.2-ci bəndinə əsasən illik 15% olmaqla xx.xx.2023-cü ilədək 11769.01 ABŞ dolları borc tələbi üzrə iddia müddəti tətbiq edərək iddiadan imtina barəsində qərar çıxarılmasını, iddia tələbinin kredit müqavilənin 6.2-ci bəndinə əsasən illik 15% olmaqla xx.xx.2023-cü ilədək 11769,01 ABŞ dolları borc tələbi və xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək ilik 5% olmaqla 4825.87 ABŞ dolları əldən çıxmış fayda tələbi əsassız olması səbəbindən rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən verilmiş iddiadan imtina barədə ərizə icraata qəbul edilməməlidir. Belə ki, artıq mülki iş məhkəmə baxışındadır və ərizənin qəbul edilməsi MPM-nin tələblərinə ziddir. Bundan başqa iddia müddəti ötürülməmişdir. Kredit müqaviləsi üzrə cavabdehdən borcun tutulması barədə işə baxılmış və qətnamə qəbul edilmişdir. Qətnamə icra olunduqdan sonra tərəflərindən ikinci dəfə məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddia müdddətinin ötürülməsindən söhbət gedə bilməz. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, 3 il müddətində zərər tutula bilər. Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra, yaxud kredit vaxtından əvvəl tələb olunursa iddia ərizəsi verildikdən sonra növbəti dövr üçün bank əldən çıxmış fayda şəklində zərər tələb edə bilər. Nə qədər ki, əsas borc qaytarılmamışdır, bank əldən çıxmış faydanı borcludan tələb edə bilər. Ekspert rəyi ilə razıdırlar və tələblərini ekspert rəyinə uyğun vermişlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili Vəkil 12 iyun 2024-cü il tarixdə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı əldən çıxmış fayda və dəbbə pulu tələb edir. İlk dəfə cavabdeh tərəfindən müddət tətbiqi ilə bağlı etiraz ərizəsində qeyd edilmişdir. Hal-hazırda əldən çıxmış fayda üzrə tələb rədd edilməlidir. Belə ki əldən çıxmış fayda üçün mütləq cavabdeh şəxsin qərəzli hərəkətləri olmalıdır. Bu iş üzrə sübut olunmur. Qərəzli hərəkətləri yoxdur. Bundan başqa əldən çıxmış fayda Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinə əsasən ən çoxu 3 illik müddətə tələb edilə bilər. Amma iddiaçı 6 illik əldən çıxmış fayda tələb edir. Belə olan halda əvvəlki 3 illik müddət üzrə iddia müddəti tətbiq edilməlidir. Buna görə də iddia təmin edildiyi halda əvvəlki dövr üzrə iddia müddəti tətbiq etməklə iddia tələbinin üç ildən çox olan hissəsi üzrə tələbin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, məhkəmə qətnaməsini icra etmiş və iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Onun artıq hazırkı tələb üzrə borc kimi göstərilmiş əldən çıxmış faydanı ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan sənədlər İş materiallarına əlavə edilmiş iddiaçı ASC "xxxx" Bankının «Zaqatala» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli **********77914 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 16 % (on altı) faiz ödənilməklə, dövriyyə vəsaitini artırmaq məqsədi üçün 25 400 (iyirmi beş min dörd yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə kreditdən istifadəyə görə faizlər borcalanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlayaraq, hər təqvim günü üçün (əsas kimi ayda 30 gün, ildə 360 gün götürülür) borcun tam ödənildiyi tarixə qədər hesablanır. Kredit müqaviləsinin 1.3-cü bəndinə görə borcalanın bu kredit üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində **********77914/İM nömrəli xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış edir. Kredit müqaviləsinin 5.1-ci bəndinə görə bu müqavilə tərəflərin imzası və bankın möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və tərəflərin bu müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra edilənədək qüvvədədir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli 2(033)-1268/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları qırx yeddi sent) ABŞ dolları əsas kredit borcu, 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 (beş yüz) ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, bundan başqa, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə16 (on altı) manat, ümumilikdə isə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcunun, 46 (qırx altı) manat çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə tutulması, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, 46 (qırx altı) manat çəkilmiş xərc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutma xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən 269,3 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 186.1 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlaklar ilkin satış qiyməti 28 600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla, açıq hərracda satılsın və onların satışından əldə edilmiş maliyyə vəsaiti hesabına Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına olan borcu ödənilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsi Cavabdeh qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli 2(107)-31/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20164,74 ABŞ dolları əsas borc, 4958,66 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25623.40 ABŞ dolları (iyirmi beş min altı yüz iyirmi üç ABŞ dolları qırx sent) kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30(otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə16 (on altı)manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlər xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3kv.m ümumi, 83.2kv.m yaşayış, 186.1kv.m yardımçı sahədən ibarət, 4otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməklə alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına verilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pulun borc ödənildikdən sonra artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2 (102)-5486/2022 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli 2(107)-31/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh 29 avqust 2023-cü il tarixə iddiaçıya olan borc məlumatlarından görünür ki, onun 16 iyun 2023-cü il tarixinə 11769,01 ABŞ dolları cərimə faizləri üzrə borcu və 14 iyun 2017-ci il tarixdən əsas borc tam ödənildiyi tarixədək (xx.xx.2023) illik 5 % dərəcəsi ilə faizlər şəklində 6055,02 ABŞ dolları əldən çıxmış fayda, cəmi 17824,03 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2024-cü il tarixli 9/376 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə iddiaçı ASC "xxxx" Bankı arasında bağlanmış 23 iyun 2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı ASC "xxxx" Bankı qarşısında yaranmış 14 iyun 2017-ci il tarixdən 16 iyun 2023-cü il tarixinə qədər illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) 6055,02 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 29 avqust 2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, ASC "xxxx" Bankı tərəfindən 191,49 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, 1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır; hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun; 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir; bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır; kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər; mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər; 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır; 4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli qərarında göstərilir ki,
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdеhə 48 ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərti ilə, 25 400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evi ipoteka ipotеka ilə yüklü еdilmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli 2(033)-1268/2017 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları qırx yeddi sent) ABŞ dolları əsas kredit borcu, 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 (beş yüz) ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, bundan başqa, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat, ümumilikdə isə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcunun, 46 (qırx altı) manat çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat iddiaçının xeyrinə tutulması, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, 46 (qırx altı) manat çəkilmiş xərc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutma xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən 269,3 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 186.1 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlaklar ilkin satış qiyməti 28 600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla, açıq hərracda satılsın və onların satışından əldə edilmiş maliyyə vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsi cavabdehə qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli 2(107)- 31/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)- 1268/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehdən xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20164,74 ABŞ dolları əsas borc, 4958,66 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25623.40 ABŞ dolları (iyirmi beş min altı yüz iyirmi üç ABŞ dolları qırx sent) kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30(otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə16 (on altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlər xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş cavabdehin xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməklə alınıb iddiaçıya verilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pulun borc ödənildikdən sonra artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2 (102)-5486/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli 2(107)-31/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(107)-31/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdeh 25623,40 ABŞ dolları məbləğində borcu xx.xx.2023-cü il tarixdə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 (altı min əlli beş ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya, cəmi 17 824,03 (on yeddi min səkkiz yüz iyirmi dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində pulun Cavabdeh tutulması tələb edilir. “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh еdilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqеyi ondan ibarətdir ki, iddiaçı krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərin, öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün isə hеsablanmış faiz formasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еdə bilər və cavabdehin yuxarı instansiya məhkəmələrinə şikayət verməsi iddiaçının bu hüququndan məhrum edilməsinə əsas ola bilməz. Məhkəmə Zaqatala Rayon Məhkəməsinin 08.08.17-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ilə tərəflər araсında olan 23.06.14-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə mübahiсəni 14.06.17-ci il tarixdə olan vəziyyətdə həll еtdiyini nəzərə alaraq hеsab еdir ki, iddiaçı həmin tarixdən 16.06.23-cü il tarixədək hеsablanmış faiz formasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еtməkdə haqlıdır. Mühasibatlıq sahəsində xüsusi biliyi olan ekspert 23.04.24-cü il tarixli 9/376 saylı rəyində mübahisənin məhkəmə qaydasında həll еdildiyi 14.06.17-ci il tarixdən əsas borcun ödənildiyi 16.06.23-cü il tarixinə kimi illik 5 %-lə hesablanmış zərərin (əldən çıxmış faydanın) 6055,02 ABŞ dolları təşkil etdiyini müəyyən еtmişdir. Məhkəmə rəyi vеrmiş еkspеrtin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və 14.06.17-ci il tarixdən borcun ödənildiyi 16.06.23-cü il tarixədək 6055,02 ABŞ dolları məbləğində faydanın iddiaçının əlindən çıxmasını işin hallarına uyğun сayır. Məhkəmə, əldən çıxmış fayda olaraq iddiaçını 6055,02 ABŞ dolları məbləğində zərərə uğratmış cavabdеhə hесablanmış 11769,01 ABŞ dolları məbləğində penyanı (dəbbə pulu) tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 50 ABŞ dollarınadək azaldılmasını iddiaçının bütün mənafеlərinə uyğun sayır. Məhkəmə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə ərizə üzrə onu qеyd еtməyi zəruri sayır ki, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Resipublikası Ali Məhkəməsinini xx.xx.2022-ci il tarixli qərarı çıxmışdır. İddia müddətinin axımı cavabdehin 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu məhkəmə qətnaməsinə əsasən ödədiyi xx.xx.2023-cü il tarixdən başladığından, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış fayda) əvəzi və xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 500 ABŞ dolları məbləğində penya, cəmi 6555,02 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən də təmin edildiyindən, ödənilmiş 191,49 manat dövlət rüsumunun 123,43 manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməli, 57,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməli, artıq ödənilmiş 10,59 manat dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu: 3 ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək zərər (əldən çıxmış fayda) üzrə 6055,02 (altı min əlli beş ABŞ dolları iki sent) ABŞ dolları və penya üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 6555,02 (altı min beş yüz əlli beş ABŞ dolları iki sent) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 191,49 (bir yüz doxsan bir manat qırx doqquz qəpik) manat dövlət rüsumunun 123,43 (bir yüz iyirmi üç manat qırx üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin, 57,47 (əlli yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilsin, artıq ödənilmiş 10,59 (on manat əlli doqquz qəpik) manat dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüqar Məmmədov