Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-862/2022 22.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18747.4 (on səkkiz min yeddi yüz qırx yeddi manat qırx qəpik) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumunun cavabdehlər X6 və Cavabdeh2 alınaraq ona verilməsinə (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şikayəti Zaqatala rayon Yuxarı Tala kənd sakinləri X6 və onun oğlu Cavabdeh2dır. Bu iki insan onun mərhəmətindən istifadə edərək 2018-ci ildən ona həm maddi həm də mənəvi zərər vurmuşlar. O, Yolayrıc və Höytala kənd məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. 2018-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailəvi maddi problemlərinin olduğunu deyərək pul lazım olduğunu deyib Kapitalbankdan kredit götürüb onlara verərərsə 412 manatlıq maaş kartını verəcəklərini deyiblər. Oda onlara inanıb xx.xx.2018-ci ildə Kapitalbank ASC-in Zaqatala filialından 48 ay müddətinə qaytarılmaqla illik 25.84 faiz ödəmək şərti ilə 139CLM********** saylı kredit müqaviləsi ilə 5400 manat kredit və xx.xx.2018-ci il **********01944139 saylı kredit müqaviləsi ilə 3000 manatlıq birkartı 1813 manatını götürüb onlara vermişdir. Ona 412 manatlıq bank kartı verdmişlər. Bu kartdan bir dəfə ödəniş olunandan sonra kartı bağlatdırdılar və indiyə qədər bu kreditə heç bir ödəniş etmədilər. Krediti ödəmədikləri üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həm kredit həm də birkart pulu ondan tutuldu. Ödəniş məbləği çox olduğuna görə ödəyə bilmədiklərini dedilər. xx.xx.2020ci ildə kredit və birkart məbləğinin o günə olan borcu 5570 manat olmuşdur. Kapitalbank ASC-in Zaqatala filialında xx.xx.2020-ci il tarixli RGTK2568689A139 saylı kredit müqaviləsi ilə restrukturuzasiya olundu. Aylıq ödənişi 167 manat oldu. Bu insanlar yenə də ödəniş etmədilər Yenə də hər ay maaşından tutulmuşdur. 2019-cu ildə o zaman bu iki insan yenə plan qurdular. Cavabdeh1 zamin durararsa adında olan krediti bağlayacaqlarını deyiblər. Oda ailəsində problem yaranmasın deyə yenə onlara inanmışdır. Lakin yenə də kredit pulunu bağlamadılar. 2019-cu ilin iyun ayında Əliyeva X1 7450 manat götürdü, o da zamin durmuşdur ki, adında olan krediti bağlayacaqlar. Lakin borcu ödəmədilər. Bu kreditin müqaviləsini ona vermədilər. 2020-ci ilin 25 sentyabrında 8032.16 manat borc yığıldığına görə yenidən RGTK2582137A139 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 25.27 faiz dərəcəsi ilə Cavabdeh1 krediti restrukturuzasiya olundu. Restrukturuzasiya olunduqdan sonra da ödəniş etməyiblər. Ödəniş etmədikləri üçün xx.xx.2020 cil tarixdə 28.74 Azn, xx.xx.2020-ci il tarixdə 8.42 Azn, xx.xx.2021-ci tarixdə 412.94 AZN, xx.xx.2020-ci tarixdə 407.74 AZN, xx.xx.2022-ci il tarixdə 949.60 AZN, xx.xx.2022-ci il tarixdə 676. 96 Azn, cəmi 2484.4 manat pulu 5103 0714 6090 6692 hesab nömrəli bank kartından təkcə zaminlik üçün tutulub. Ana və oğul qaçıb Bakı şəhərində gizləniblər. Cavabdeh1 təqaüddə olan müəllimdir. Zaqatala polisinə ilk şikayətində bu ana və oğul yalvarıb şikayətini geri götüzdürdülər ki, kredit borclarını tamam bağlayacaqlar. Lakin yenə bu sözünə əməl etmədilər. İkinci şikayətində isə Zaqatala polis şöbəsi mülki iş olduğuna görə Zaqatala Məhkəməsinə müraciət etməli olduğunu deyib. Ona 2018-ci ildən halhazıradək külli miqdarda maddi zərər dəyib. Bank çıxarışlarında bütün tutulan məbləğ görünür. Yığılan faiz borclarını ödəmək üçün anası X5 və bacısı X3 15 mart 2022-ci il tarixdə Turanbank Zaqatala filialından 5500 manat kredit götürüb ona borc verdilər və adında olan (xx.xx.2020-ci il tarixli RGTK2568689A139 saylı kredit müqaviləsi) kreditə keçirmişdir ki, maaşından tutulmasın. Anası və bacısı indi o krediti ödəyir. Üstəlik də anası hər ay ona pul verir ki, ailəsində problem yaşanmasın. Bu insanlar onlara bu qədər maddi ziyan verib. O bütün maaşını bu iki insanın kreditinə ödəyib necə dolanmalıdır? İki azyaşlı övladı var. Mərhəmətindən sui istifadə edərək bütün kredit borclarını üstünə yıxıb qaçıblar. Uzaq kənddə min əziyyətlə işləyib halal qazandığı maaşı cavabdehlərin kreditinə tutulur. Ümumiyyətlə xx.xx.2018-ci ildə ASC-in Zaqatala filialından 48 ay müddətinə qaytarılmaqla illik 25.84 faiz ödəmək şərti ilə 139CLM********** saylı kredit müqaviləsi ilə götürülən 5400 manat kredit və xx.xx.2018-ci il **********01944139 saylı kredit müqaviləsi ilə 3000 manatlıq birkarta 15395.3 AZN, Cavabdeh1 2020-ci ilin 25 sentyabrında RGTK2582137A139 saylı kredit müqaviləsi ilə götürülmüş kreditinə isə 3352,4 manat pul, cəmi ona vurulan maddi zərər 18747.4 manatdır. Bunu Bank çıxarışları da təsdiq edir. Ümumilikdə o cavabdehlərin kreditinə və zaminliyə hər ay 778 manat pul ödəməlidir. Aylıq maaşı belə bu məbləğə çatmır. Onun günahı nədir bu insanlar onu bu günə qoyub. Nə polis, nə də məhkəmə ona kömək etmir. Hazırki tələblə məhkəməyə müraciət etməyinin səbəbi də iş üzrə cavabdehlər X6 və Cavabdeh2 18747.4 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 22 noyabr 2022-ci il tarixli 60 nömrəli arayışından görünür ki, X6 və Cavabdeh2 ailəsi ilə birlikdə hal-hazırda Yuxarı Tala kəndində yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Kapital Bank ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış RGTK2568689A139 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı illik 25,72 faiz dərəcəsi ilə 5570,34 manat kredit verilmişdir. Kapital Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı xx.xx.2020-ci il tarixli RGTK2582137A139 nömrəli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və zamin kreditor qarşısında borclanla birgə məsuliyyət daşıyır. Kapital Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı xx.xx.2019-cu il tarixli GTKR0178976A139 nömrəli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və zamin kreditor qarşısında borclanla birgə məsuliyyət daşıyır. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "Kapital Bank” ASC ilə Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən kredit borcu üzrə xx.xx.2022-ci il tarixə qədər 4271,36 manat ödəniş edilmişdir. "Kapital Bank” ASC ilə Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli. GTKR0178976A139 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən kredit borcu üzrə xx.xx.2020-ci il tarixə qədər 28,74 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, RGTK2582137A139 saylı kredit müqaviləsi üzrə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-471/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Məhkəmə qətnaməsi üzrə borclunun hazırda banka cəmi 4157,02 manat borcu qalmışdır. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-471/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və Cavabdeh1 müştərək qaydada 6993,58 (altı min doqquz yüz doxsan üç manat əlli səkkiz qəpik) manat əsas, 518,45 (beş yüz on səkkiz manat qırx beş qəpik) manat faiz, cəmi 7512,03 (yeddi min beş yüz on iki manat üç qəpik) manat borcun və ödənilmiş 95,12 (doxsan beş manat on iki qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Kapital Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən və Kapital Bank ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 GTKR0178976A139 nömrəli və RGTK2582137A139 saylı kredit müqavilələrinə əsasən bank qarşısında yaranmış öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı Cavabdeh1 Kapital Bank ASC qarşısında yaranmış RGTK2582137A139 saylı kredit müqaviləsi üzrə borcundan 4271,36 manat ödəniş, GTKR0178976A139 saylı kredit müqaviləsi üzrə borcundan 28,74 manat ödəniş həyata keçirmişdir. İddiaçı da hazırki tələblə məhkəməyə müraciət etmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18747,4 manat pulun alınaraq ona verilməsini tələb edir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etmədiyindən onların iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı İddiaçı RGTK2582137A139 saylı kredit müqaviləsi və GTKR0178976A139 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar Kapital Bank ASC-yə ödədiyi 4300,1 manat məbləğdə pulu tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdeh İddiaçı alınaraq İddiaçı verilməlidir. Məhkəmə İddiaçı iddia tələbi üzrə qalan 14447,3 manat pulun tutulması hissəsinə və borcun ümumilikdə Cavabdeh1 ilə yanaşı Cavabdeh2 tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Kapital Bank ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən yalnız Cavabdeh1 öhdəliklərinin icrası ilə əlaqədar 25 noyabr 2022-ci il tarixədək Kapital Bank ASC-yə 4300,1 manat ödəniş həyata keçirilmişdir və iddiaçı tərəfindən cavabdehlərin öhdəlikləri üzrə qalan 14447,3 manat pulun ödənilməsini və eyni zamanda Cavabdeh2 öhdəliklərinin icrası ilə əlaqədar hər hansı ödənişin həyata keçirilməsinə dair sübut təqdim edilməmiş və bu məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Kapital Bank ASC-nin xx.xx.2022ci il tarixli məktubundan da görünür ki, hazırda borcluların banka ödənilməli olan 4157,02 manat borcları qalmışdır. Qalıq qalmış borc da İddiaçı tərəfindən gələcəkdə ödənildiyi təqdirdə həmin pul vəsaitinin də iddiaçı tərəfindən cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasının rədd olunması qənaətinə gəlinən hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin işdə iddianın da tam rədd edilməsi qənaətinə gəlinməsi üçün hər hansı sübutlar mövcud deyil. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4300,1 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödədiyi 63 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödədiyi 85 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 4300,1 (dörd min üç yüz manat on qəpik) manat pul vəsaiti və 63 (altmış üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-862/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-862/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver