Məhkəmə qərarları › İş №e-2(033)-908/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-908/2025

19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-908/2025 19.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı2 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı “əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-dən birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə ümumilikdə 80000 (səksən min) manat mənəvi zərərin və 60000 (altmış min) manat əldən çıxan faydanın, cəmi 140000 (bir yüz qırx min) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 486/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh MMC-dən 68000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq birgə İddiaçı2, 61200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu isə tutularaq digər birgə İddiaçı1 ödənilməlidir. Həmin icra sənədi icra olunmaq üçün icraya yönəldilmiş, Yasamal rayon İcra Şöbəsi tərəfindən həmin icra sənədinin icra olunması üçün 2020-ci ildən başlayaraq bir sıra tədbirlər görülmüş, lakin icra sənədi üzrsüz səbəblərdən icra edilməmişdir. Həmin icra işi üzrə iddiaçıların nümayəndəsi X3 olmuşdur. Birgə iddiaçılar Cavabdeh MMC-nin icra sənədini qəsdən icra etməməsi ilə bağlı dəfələrlə müxtəlif instansiyalara şikayətlər etmiş, tələbin onun əmlakına yönəldilməsi barədə icra tədbirlərinin görülməsini tələb etmiş və nəticəsiz də olsa, bu tədbirlər görülmüşdür. Lakin cavabdeh təşkilat olan Cavabdeh MMC-dən həmin borc məbləğinin alınması uzun müddət mümkün olmamışdır. Cavabdeh MMC hər dəfə məhkəmə qətnamənin icrasına süni əngəllər yaratmış, maneçilik hərəkətləri etmiş, hətta iddiaçıların nümayəndəsini öz təsiri altına almağa çalışaraq saxta sənəd hazırlatdırmaq yolu ilə icra sənədinin icrasından yayınmağa cəhdlər etmişdir. Belə ki, 2021-ci ilin təxminən may-iyun aylarında cavabdeh tərəf iş icrada olduğu halda birdən-birə birgə iddiaçıların adından və onların imzası görüntüsü ilə üzərində xx.xx.2021 tarixi qeyd olunan və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramova ünvanlanan ərizə təqdim edərək iddia etmişdir ki, guya birgə iddiaçılara olan borcunu tam olaraq ödəmişdir və bununla da tələb etmişdir ki, icra üzrə icraata xitam verilsin. Birgə iddiaçılar həmin ərizədən məlumatsız olduqlarını, cavabdeh təşkilatdan heç bir pul vəsaiti almadıqlarını, cavabdeh təşkilatın və onun rəhbərliyinin, eləcə də cavabdeh tərəfdən hər hansı digər şəxsin və ya şəxslərin onlara pul vermədiklərini israrla və tam əminliklə bildirmiş, həmin ərizənin saxtalaşdırıldığını qeyd etmiş və bu əsasla da Yasamal rayon prokurorluğuna şikayət etmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, həmin məktubun saxtakarlıq yolu ilə tərtib edilməsini, heç bir hüquqi əhəmiyyət kəsb etməməsini məhkəmə yolu ilə sübut etmək üçün birgə iddiaçılar təkrar məhkəmə mübahisələri açmış, buna uzun müddət zəhmət sərf etmiş, vəkilə xidmət haqları ödəmiş, məhkəmə rüsumları ödəmiş, bununla yanaşı stress və həyəcan keçirmişlər. Həmin sənədin iddiaçıların iradəsini ifadə etmədiyini müəyyən edən çoxsaylı məhkəmə aktları məhkəməyə təqdim ediləcəkdir. Bildirilir ki, həmin saxta və əhəmiyyətsiz ərizəyə məhkəmə yolu ilə hüquqi qiymət verilənədək icra sənədi üzrə icraat Yasamal rayon İcra Şöbəsində dayandırılmış, nəticədə birgə iddiaçılar uzun və iztirablı gözləmə mövqeyində qalmağa məcbur olmuş, çoxsaylı məhkəmə iclaslarında iştirak etməyə cəlb edilmiş, ev almaq üçün çətinliklə topladıqları vəsaitin geri qaytarılmasında təkrar ləngitmələrin təsirindən doğan mənfi emosional gərginlik keçirmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, birgə İddiaçı2 icra sənədinin icrası ilə tanış olmaq, gedişatı nəzarətdə saxlamaq üçün müntəzəm olaraq icra şöbəsi ilə əlaqə saxlamış, işin gedişi ilə maraqlanmış, lakin icra hərəkətlərinin çox vaxt səbəbsiz yerə dayandırılması və ya ləngidilməsinin şahidi olmuş, buna qarşı narazılığını bildirmiş, haqlı olaraq əsəbləşmiş, nəticədə gərginlik keçirmiş, haqlı olduğu halda ona qarşı cavabdeh tərəfindən törədilən qanunsuzluqlara cavab olaraq icra şöbəsində yüksək səslə etiraz etmişdir. Bu zaman icra məmuru tərəfindən ona qarşı inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmə tərəfindən inzibati qaydada həbs edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının gərginlik keçirməsinin və bu zaman yüksək səslə danışıdığı üçün həbs edilməsinin iddiaçıya nə qədər mənəvi iztirab verdiyini təsəvvür etmək çətin deyil. Cavabdeh təşkilatdan müqavilə yolu ilə mənzil alırsan, mənzili təhvil vermədiyinə görə ödənilmiş pulu geri tələb edirsən, lakin cavabdeh təşkilat qəsdən pulu ödəmir, uzun məhkəmə çəkişmələrindən sonra icra yolu ilə pulu tələb edirsən, amma yenə də qəsdən icra sənədi icra edilmir və son nəticədə inzibati qaydada həbs edilirsən – bütün bunlar mənəvi iztirabdır, mənəvi sıxıntıdır, insanın normal həyat tərzinə, düşüncəsinə, hüququn aliliyi və demokratik dəyərlərin hökm sürdüyü cəmiyyətdə bərabərhüquqlu subyekt kimi insan fərdinin şərəf və ləyaqətinə qarşı qəsddir. Nə üçün İddiaçı2 həbs edilməli idi? Nə üçün illərlə icra şöbəsinə gedib-gəlməli idi? Nə üçün birgə İddiaçı1 Enyulla qızı aldığı mənzilə köçə bilməməli idi?! Nə üçün mənzilə görə ödədiyi pulu vaxtında geri almamalı idi?! Nə üçün həmin pulu uzun və yorucu məhkəmə mübahisələrindən sonra almalı idi?! Məhkəmənin nəzərinə onu da çatdırırlar ki, cavabdeh təşkilatın həmin icra sənədini heç bir maddi çətinlik çəkmədən dərhal ödəmək imkanı olmuşdur və bu gün də var. Lakin cavabdeh təşkilatın rəhbərliyi birgə iddiaçılara qarşı qərəzli münasibət bəsləmiş, onları incitməyi, gərgin və sıxıntılı bir psixoloji durumda saxlamağı qarşısına məqsəd qoymuşdur. Bunu başqa cür izah etmək mümkün deyil. Çünki cavabdeh təşkilat öz vəsaitlərini icra məmurundan gizlətdiyi halda, eyni vaxtda milyonlarla manat vəsait xərcləyərək tikinti işləri aparmış, vergi və əmək haqqı ödəmiş, digər öhdəlikləri yerinə yetirmiş, birgə iddiaçıların pulunu ödəməyə gəlincə isə, qəsdən müxtəlif bəhanələr gətirərək icra sənədini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh təşkilatın icra sənədini qəsdən icra etməməsi hər dəfə təşkilatın rəhbər vəzifəli şəxsinin inzibati məsuliyyəti ilə nəticələnmiş, cavabdeh təşkilat da hər dəfə yeni rəhbər təyin edərək icra sənədi üzrə cinayət işinin başlanmasına əngəl yaratmağa çalışmışdır. Lakin birgə iddiaçıların Azərbaycan Respublikasının Prezidentinə, ədliyyə nazirinə, müxtəlif dövlət orqanlarına, hüquq mühafizə orqanlarının başçılarına etdikləri çoxsaylı (yüzlərlə müraciət!) müraciət və şikayətlərdən sonra cavabdeh təşkilatın rəhbəri X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində CM-nin 306.2-ci maddəsi ilə cinayət işi qaldırılmış, cinayət işinin istintaqı tamamlanaraq iş məhkəməyə verilmişdir. Cavabdeh təşkilat son ana qədər icra sənədini icra etməkdən yayınmağa çalışmış, birgə iddiaçılara son ana qədər mənəvi zərər vurmağı, onları gərginlik və sıxıntıda saxlamağı qarşısına məqsəd qoymuşdur. Birgə iddiaçılara qarşı bu cür qərəzli və kinli münasibət nəticəsində birgə iddiaçılar mənəvi sarsıntı keçirmiş, onlara həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Ödənilmiş vəsaitin məhkəmə yolu ilə və sonra icra qaydasında tələb edildiyi 7 il ərzində birgə iddiaçılar demək olar ki, hər gün əsəb, stress, yorğunluq və mənəvi sarsıntının yaratdığı gərginlik içində olmuş, mənəvi əzaba düçar olmuşlar. Bu mənada hesab edirlər ki, həmin mənəvi zərər cavabdeh tərəfindən birgə iddiaçılara tam olaraq ödənilməlidir. Birgə iddiaçılara vurulan mənəvi zərər, hər birinə 40000 (qırx min) manat olmaqla cəmi 80000 (səksən min) manat mənəvi zərər vurulmuşdur. Hesab edirlər ki, həmin məbləğ cavabdeh təşkilatdan alınıb birgə iddiaçılara ödənilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, icra sənədində göstərilən məbləğlər yalnız 5 il keçdikdən sonra, 31 yanvar 2025-ci ildə tam olaraq birgə iddiaçılara ödənilmişdir. Bundan əlavə, cavabdeh təşkilat həmin pulu iddiaçılardan 2017-ci ildə almış və həmin vaxtdan qaytarmamışdır. Bu mənada cavabdeh 2017-ci ildən 2025-ci ilə kimi birgə iddiaçıları əsassız olaraq həm mənzil hüquqlarından, həm də ödədikləri vəsaitdən məhrum etmişdir. Nəticədə birgə iddiaçılara böyük məbləğdə ziyan dəymişdir. Belə ki, birgə İddiaçı1 cavabdeh təşkilatdan mənzil almış və mənzilin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Mənzil vaxtında birgə İddiaçı1 təhvil verilsəydi, onun mülkiyyətində olardı. Hal-hazırda həmin göstəriciləri olan mənzilin real bazar dəyəri 120000 (bir yüz iyirmi min) manat təşkil edir. Cavabdeh həmin mənzili vaxtında İddiaçı1 təhvil vermədiyinə görə birgə iddiaçılara birlikdə ən azı 60000 (altmış min) manat real zərər vurulmuşdur. Hesab edilir ki, həmin zərər cavabdeh təşkilatdan tutulub birgə iddiaçılara ödənilməlidir. Belə ki, cavabdeh təşkilatla birgə iddiaçılar arasında yaranan mülki hüquqi münasibətlər zəminində (mənzil alqı-satqısı və borc münasibəti) cavabdeh təşkilat öz üzərinə düşən öhdəliklərini (mənzili təhvil vermək və borcu qaytarmaq) icra etməmiş, onların icrasına vicdanlı münasibət göstərməmiş, öhdəliklərinin icrasından və sonrakı mərhələdə isə məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Bu isə cavabdeh təşkilat tərəfindən yol verilən mülki hüquq pozuntusudur. İddia tələbinə qarşı etirazın dəlilləri “QLOBAL-SF" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi Vəkil2 etirazla müraciət edərək birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi əsassız və qanunsuz olması əsası ilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birgə iddaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MMC-nə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Zaqatala rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. İddia ərizəsində Bakı Apellyasiya məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə istinad edilərək göstərilir ki, borclu cəmiyyət tərəfindən 68.000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq birgə İddiaçı2, 61.200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsümu tutularaq birgə iddiaçılar İddiaçı1 ödənilməli olduğu məbləğlərin yalnız 5 il keçdikdən sonra, 31 yanvar 2025-ci ildə tam olaraq birgə iddiaçılara ödənildiyini, cavabdeh təşkilat həmin pulu iddiaçılardan 2017-ci ildə aldığını və qaytarmadığını, 2017-ci ildən 2025-ci ilə kimi birgə iddiaçıları əsassız olaraq həm mənzil hüquqlarından, həm də ödədikləri vəsaitdən məhrum etdiklərini, nəticədə birgə iddiaçılara böyük məbləğdə ziyan dəydiyini, birgə İddiaçı1 cavabdeh təşkilatdan mənzil alaraq mənzilin dəyərini tam olaraq cavabdehə ödədiyini, mənzilin vaxtında birgə İddiaçı1 təhvil verilsəydi, onun mülkiyyətində olacağını bildirmişdir. Hal-hazırda həmin göstəriciləri olan mənzilin real bazar dəyəri 120000 (bir yüz iyirmi min) manat təşkil etdiyini, cavabdehin həmin mənzili vaxtında İddiaçı1 təhvil vermədiyinə görə birgə iddiaçılara birlikdə ən azı 60000 (altmış min) manat real zərər vurulduğunu, bu səbəbdən də həmin zərərin cavabdeh təşkilatdan tutulub birgə iddiaçılara ödənilməli olduğunu, öhdəliklərinin icrasından və sonrakı mərhələdə isə məhkəmə qətnaməsinin icrasından yayındığını, bununla cavabdeh təşkilat tərəfindən mülki hüquq pozuntusuna yol verildiyini və hazırkı iddia tələbini də qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icra olunmaması səbəbindən irəli sürdüyünü göstərmişdir. İddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. İlk növbədə iddiaçı tərəfindən məhkəmə elektron sistemində yerləşdirilmiş teleqramların məzmunu ilə tanış olduqda belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı əsassız və qanunsuz iddia tələbinin təmin olunmasına nail olmaq üçün məqsədli olaraq teleqramlardan məhkəməyə təsir göstərmək üçün təzyiq vasitəsi kimi istifadə etmişdir. Çünki məhkəmə iclasının hələ başlamadığı və iddiaçının bundan əvvəl pul tələbinə dair iddia ərizələrinin məhkəmə aktları ilə təmin olunduğu halda həmin məzmunlu teleqramların vurulmasına və elektron sistemdə yerləşdirilməsinə heç bir zərurət yox idi. İşin faktiki halları isə ondan ibarətdir ki, iddiaçıların mənzillə bağlı problemləri "Qlobal SF” MMC-nin əvvəlki rəhbərliyinin vaxtında yaranmışdır. Yəni, cəmiyyətin əvvəlki rəhbərliyi kimdir?! Cəmiyyətin əvvəlki rəhbərliyi Tağı adlı şəxs olmuşdur. Belə ki, iddiaçı cəmiyyətin əvvəlki rəhbərliyi Tağı adlı şəxslə yaxın qohumdurlar. İddiaçı bir müddət respublikadan kənar yaşamış, əlində müəyyən qədər vəsait olmuş, qohumu Tağıya pul lazım olmuş, o, da ona hazırda onlara məlum olmayan hansısa şərtlərlə borc pul vermişdir. Müəyyən vaxtdan sonra İddiaçı qohumu Tağıdan pulu tələb etmiş, onun da həmin vaxt borcu qaytarmaq üçün imkanı olmadığından və (Tağının özünün deməsinə görə) ondan əl çəkmədiyindən iki mənzili iddaiaçıların adına rəsmiləşdirmişdir. Beləliklə borc pulun qaytarılıb-qaytarılmaması ilə bağlı qohumlar arasında problemlər olmuşdur. İddia ərizəsinin və elektron sistemdə iddiaçı tərəfindən yerləşdirilmiş məhkəmə aktlarının məzmunundan da görünür ki, cəmiyyətlə iddiaçılar arasında mənzilin alqı-satqı müqaviləsi 2017-ci ildə bağlanmışdır. İddia ərizəsində göstərilən bütün hallar cəmiyyətin əvvəlki rəhbərliyinin vaxtında olmuşdur. Lakin 2022-ci ildə alqı-satqı müqaviləsi əsasında cəmiyyətin rəhbərliyi dəyişmişdir. Yəni təsisçi və direktor dəyişmişdir. Cəmiyyətin alqı-satqı müqaviləsi bağlanarkən əvvəlki rəhbərlik müqavilədə qeyd etmişdir ki, onun vaxtında satılan mənzillərin məsuliyyətini öz üzərinə götürür. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cəmiyyətin əvvəlki rəhbərliyi onun dövründə satılmış mənzillərlə bağlı yeni cavabdehə sənədləri və siyahını təqdim etməyi öhdəsinə götürsə də, müxtəlif bəhanələrlə vaxtı uzatmaqla həmin siyahını və sənədləri təqdim etməmişdir. Cəmiyyətə qarşı iddialı olan şəxslərin qarşısının alınması üçün cəmiyyətin yeni rəhbərliyi Ədliyyə Nazirliyinin Baş Notariat İdarəsinə yazılı ərizə ilə müraciət edərək cəmiyyətin adından hər hansı bir notariat əməliyyatının aparılmamasını və bu barədə yeni rəhbərliyin məlumatlandırılmasını xahiş edilmişdir. Ərizə Ədliyyə Nazirliyini Baş Notariat İdarəsində icraata götürülmüşdür. Beləliklə bu kimi halların mövcud olması 2022-ci ildə yəni, cəmiyyətin aıqı-satqı müqaviləsi bağlandıqdan sonra asan imza ilə elektron sistemə daxil olduqdan sonra məlum olmuşdur. Bu barədə cəmiyyətin əvvəlki rəhbərliyi ilə danışıqlar aparılmış o, da öz növbəsində qohumu İddiaçı2 ödəməli olduqları pulu onlara ödəyəcəyini vəd etmişdir. Belə ki, Tağı hazırda həbsdədir. Həmin vaxt iddiaçı ilə görüşdük onlara vaxt verilməsini eyni zamanda onun probleminin cəmiyyətin əvvəlki rəhbərliyinin vaxtında yaranmasını ona xatırlatmış, lakin maddi imkanlarının olmaması, eyni zamanda da cəmiyyətin əvvəlki rəhbərliyinin dövründə 15 il müddətində 200-dən çox ailə ilə mənzilin alqı-satqı müqaviləsi bağlandığını nəzərinə çatdırılmışdır. Və həmin binanın payçıları gözləməkdən yorularaq uzun müddət mətbuatda sosial şəbəkələrdə cəmiyyətin əvvəlki rəhbərliyin ünvanına binaların hansı vaxt inşa olunacağı haqda narazılıqlarını bildirmişlər. Bu binaların tikilməməsi haqqında bütün dövlət orqanlarının da xəbəri olmuşdur. Bu səbəbdən də cavabdeh cəmiyyət yeni rəhbərliyi İddiaçı2 xahiş etdi ki, binanın inşasını tezliklə başa çatdırmaq və qohumu Tağının vaxtında vətəndaşlarla, payçılarıla bağlı yaranmış problemlərini həll etmək, dövlətə olan borcu ödəmək ən əsası 1000 yaxın vətəndaşın mənzil problemini həll etmək üçün cəmiyyətə müəyyən vaxt versin. Buna rəğmən binanın inşasına başlamağı və başlayandan 2 ay sonra qohumunun vurduğu ziyanı ödəyəcəklərini vəd etmişdirlər. Lakin iddiaçı digər payçılardan fərqli olaraq real vəziyyəti nəzərə almadan məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Lakin bütün bunlara baxmayaraq əvvəlki rəhbərliyinin vaxtında yaranmış mənzilin haqqını hissə-hissə hazırkı iş üzrə iddiaçılara qaytardılar. Bu azmış kimi yenidən 44.000 manat indentifikasiya ilə bağlı İddia qaldırdı bunu da hissə-hissə ödəyirik. İndi də birgə iddiaçılar hazırkı tələblə bağlı iddia tələbini irəli sürmüşdür. Hesab edirik ki, əsas ödənişin qaytarılması real zərərin əvəzini ödənilməsi kimi qəbul edilməlidir. Bundan başqa, əgər müqavilə icra edilməyib, pul geri qaytarılırsa, artıq ödənilən vəsait qaytarılmaqla öhdəliyə xitam verilir. Hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin heç bir qanuni və hüquqi əsası yoxdur. Birgə iddiaçılar iddia tələbinin əsası kimi "Qlobal SF” MMC-dən öhdəliyi vaxtında icra etməməyə görə 120 000 manat məbləğində əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki 40 min ABŞ dolları nağd pul verib mənzil almaq məqsədi ilə.Mənzillər tikilməmişdir. Pulun qaytarılması barədə məhkəmə qərarı var. 2020-ci il tarixdə qəbul olunub və 2025-ci il tarixdə icra edilib. Həmin pula hal hazırda ev ala bilmir. Hazırda ev alıb və 129 minə alıb. 2020-ci ildən çıxan qərar gec icra olunub və o əldən çıxmış faydanı tələb edir. Şirkətin rəhbərliyi 2022-ci ildə dəyişmişdir. Həmin vaxtı niyə ödəniş etməyiblər? İcranın gecikdirilməsi nəticəsində də ona zərər dəymişdir. O stress keçirmiş eləcə də digər iddiaçı 2017-ci ildən yoldaşı xəstə yatır. Bu məsələlərə görə yoldaşı xəstədir. “QLOBAL-SF" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin nümayəndəsi Vəkil2 çıxış edərək bildirdi ki, məhkəməyə yazılı izahat təqdim etmişdir. cavabdehin mövqeyi ətraflı olaraq iddia tələbinə etirazda qeyd edilmiş və həmin izahatda göstərmişdir ki, İddiaçı2 reallıqdan uzaq olan iddia ərizəsinə, dövlət başçısına və dövlət orqanlarına ünvanlanmış şantaj xarakterli teleqramlara münasibət bildirmək məqsədilə eyni zamanda, işin bəzi hallarını məhkəmənin nəzərinə çatdırılmasına zərurət yarandığından hazırkı izahatı məhkəməyə ünvanlamaq qərarına gəlmişdir. Hesab edir ki, iddiaçı tərəfindən heç bir əsası olmayan bu tipli teleqramların məqsədi məhkəməyə təzyiq vasitəsi kimi qiymətləndirilməlidir. Bu kimi əsası olmayan teleqram və məktublar dövlət adından qərarlar qəbul edən məhkəməyə həm hörmətsizlikdir, həm də dövlətə və məhkəməyə inam hissini azaltmaqdır. İş üzrə birgə iddaçı olan İddiaçı2 və İddiaçı1 (ər-arvad), Zaqatala rayon məhkəməsinə cavabdeh cəmiyyətə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişlər. İddia ərizəsində Bakı Apellyasiya məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə istinad edərək göstərilir ki, borclu cəmiyyət tərəfindən 68.000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq birgə İddiaçı2, 61.200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsümu tutularaq birgə iddiaçılar İddiaçı1 ödənilməli olduğunu göstərirlər. Qeyd olunan icra sənədinin üzrsüz səbəbdən icra olunmaması səbəbindən hazırkı iddia tələbini irəli sürdüklərini qeyd edirlər. İlk növbədə xüsusi ilə vurğulamaq istəyir ki, iddiaçı tərəfindən məhkəmə elektron sistemində yerləşdirilmiş teleqramların məzmunu ilə tanış olduqda belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı əsassız və qanunsuz iddia ərizəsinin təmin olunması naminə həmin teleqramlardan məhkəməyə işin obyektiv həllinə mane olmaq, bu kimi vasitələrdən istifadə etməklə öz xeyrinə həll etmək üçün məhkəməyə təzyiq vasitəsi kimi istifadə etmişdir. Çünki məhkəmə iclasının hələ başlamadığı və iddiaçının bundan əvvəl pul tələbinə dair iddia ərizəsinin məhkəmə aktları ilə təmin olunduğu halda vurulmuş teleqramların elektron sistemdə yerləşdirilməsi bunu deməyə əsas verir. Daha sonra məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən "xxxx" MMC-nin rəhbərliyi 2022-ci ildə cəmiyyətin alqısatqı müqaviləsi əsasında dəyişilmişdir. İddiaçının mənzillə bağlı problemləri cəmiyyətin əvvəlki rəhbərliyinin vaxtında yaranmışdır. Bakı Apellyasiya məhkəməsinin 2(103)- 486/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən müəyyən olunmuş pul vəsaiti cəmiyyətin yeni rəhbərliyi tərəfindən 2025-ci ilədək tam ödənilmişdir. Daha sonra qeyd olunan icra sənədinə əsasən ödənilməli olan pul vəsaitinin indeksasiyası nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında İddiaçı2 23897 manat və İddiaçı1 20823 manat məbləğində pul vəsaitinin onların xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin pul vəsaiti də cəmiyyət tərəfindən hissə- hissə ödənilir. Yuxarıda qeyd etdiyim kimi iddiaçının mənzillə bağlı problemləri cəmiyyətin əvvəlki rəhbərliyinin vaxtında yaranmışdır. Cəmiyyətin əvvəlki rəhbərliyi Tağı İbrahimov adlı şəxs iddiaçınn yaxın qohumudur. Belə ki, iddiaçı bir müddət respublikadan kənar yaşamış, əlində müəyyən qədər vəsait olmuş, qohumu Tağıya pul lazım olmuş, o, da ona hazırda onlara məlum olmayan hansısa şərtlərlə borc pul vermişdir. Müəyyən vaxtdan sonra İddiaçı qohumu Tağıdan pulu tələb etmiş, onun da həmin vaxt borcu qaytarmaq üçün imkanı olmamışdır. İddiaçı (Tağının özünün deməsinə görə) ondan əl şəkmədiyini görüb iki mənzili iddaiaçıların adına rəsmiləşdirmişdir. Beləliklə borc pulun qaytarılb-qaytarılmaması ilə bağlı qohumların öz arasında problemləri olmuşdur. İddia ərizəsinin və elektron sistemdə iddiaçı tərəfindən yeləşdirilmiş məhkəmə aktlarının məzmunundan da görünür ki, cəmiyyətlə iddiaçılar arasında mənzilin alqı-satqı müqaviləsi 2017-ci ildə bağlanmışdır. İddia ərizəsində də göstərilən bütün hallar cəmiyyətin əvvəlki rəhbərliyinin vaxtında olmuşdur. Lakin 2022-ci ildə cəmiyyətin alqı-satqı müqaviləsi əsasında rəhbərliyi yəni, təsissçi və direktor dəyişmişdir. Cəmiyyətin alqı-satqı müqaviləsi bağalanarkən əvvəlki rəhbərlik müqqavilədə qeyd emişdir ki, onun vaxtında satılan mənzillərin məsuliyyətini öz üzrəinə götürür. Cəmiyyətin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cəmiyyətin əvvəlki rəhbərliyi onun dövründə satılmış mənzillərlə bağlı yeni rəhbərliyə sənədləri və siyahını təqdim etməyi öhdəsinə götürsə də, müxtəlif bəhanələrlə vaxtı uzatmaqla həmin siyahını və sənədləri təqdim etməmişdir. Cəmiyyətin yeni rəhbərliyinə qarşı iddalı olan şəxslərin qarşısının alınması üçün cəmiyyətin yeni rəhbərliyi Ədliyyə Nazirliyinin Baş Notariat İdarəsinə yazılı ərizə ilə müraciət edərək cəmiyyətin adından hər hansı bir notariat əməliyyatının aparılmamasını və bu barədə yeni rəhbərliyin məlumatlandırılmasını xahiş edilmişdir. Ərizə Ədliyyə Nazirliyini Baş Notariat İdarəsində icraata götürülmüşdür. Beləliklə bu kimi yəni cəmiyyətin əvvəlki rəhbərliyinin vaxtında payçılarla yaranmış problemlərin mövcud olması 2022-ci ildə cəmiyyətin aıqısatqı müqaviləsi bağlandıqdan sonra asan imza ilə elektron sistemə daxil olduqda onlara məlum olmuşdur. Bu barədə cəmiyyətin əvvəlki rəhbərliyi ilə danışıqlar aparılmış o, da öz növbəsində qohumu İddiaçı2 ödəməli olduğumuz pulu onlara ödəyəcəyini vəd etmişdir. Belə ki, Tağı hazırda həbsdədir. Həmin vaxt iddiaçı ilə görüşdük onlara vaxt verilməsini eyni zamanda onun probleminin əvvəlki rəhbərliyinin vaxtında yarandığını, maddi imkanımızın olmadığını, cəmiyyətin əvvəlki rəhbərliyinin dövründə 15 il müddətində 200dən çox ailə ilə mənzilin alqı-satqı müqaviləsi bağlandığını, həmin ailələrin imkanı olmadığına görə cana yığılaraq gözləməkdən yorulduqlarını, iİlərdir mətbuatda sosial şəbəkələrdə cəmiyyətin əvvəlki rəhbərliyin ünvanına binaların hansı vaxt inşa olunacağı haqda narazılıqlarını bildirdiklərini və bu binaların tikilməməsi haqqında bütün dövlət orqanlarının da xəbəri olduğunu iddiaçılara bildirdilər. Eyni zamanda da onun qohumunun vaxtında binada payçılarla yaranmış problemləri həll etmək, 1000 yaxın vətəndaşın mənzil problemin həll etmək üçün binanın inşasını tezliklə başa çatdırmaq üçün onlara vaxt verilməsini xahiş etdilər. Ona rəğmən binanın inşası başlayandan 2 ay sonra qohumunun onavuran ziyanı ödəyəcəyini söz verdilər. Lakin iddiaçılar binanın digər payçılarından fərqli olaraq məhkəmələrə üz tutdular. Nəticədə məhkəmə aktları ilə müəyyən olunan pul vəsaitini cəmiyyətdən aldılar. Hazırda da əsassız və qanunsuz olan sözün əsl mənasında çeynənmiş sözlərdən istifadə edərək hazırkı iddia tələbini irəli sürmüşdürlər. İşin halları Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2019-cu il tarixli qətnamədən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsinin (İş № 2(004)-3382/2019) ləğv edilməsi, iddiaçı X7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun qaytarılması tələbi barədə” iddiasının təmin edilməsi, 68.000 (altmış səkkiz min) manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X8 ödənilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2019-cu il tarixli qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsinin (İş № 2(004)-3383/2019) ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması tələbi barədə” ilk iddiasının təmin edilməsi, 61.200 (altmış bir min iki yüz) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasının təmin edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 45 (qırx beş) manat məbləğində pulun X7 xeyrinə və 45 (qırx beş) manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyaının hazırki iş üzrə olan 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun qaytarılması tələbi barədə” iddiası təmin edilmiş, 68.000 (altmış səkkiz min) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X8 ödənilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2019-cu il tarixli qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi (İş № 2(004)-3383/2019) ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması tələbi barədə” ilk iddiası təmin edilmiş, 61.200 (altmış bir min iki yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilmiş, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 45 (qırx beş) manat məbləğində pul X7 xeyrinə və 45 (qırx beş) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulmalıdır. İddiaçı2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o X2 30 000 manat pulu almış və qətnamə üzrə müəyyən edilmiş qalan borcun xx.xx.2024-cü il tarixədək qaytarılmasını tələb edir. İddiaçı2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, Qlobal SF tərəfindən ona verilməli olan 68045 manat puldan X415 000 manat pulu almış və qətnamə üzrə 23045 manat borc qalmışdır. İddiaçı2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, o Qlobal SF tərəfindən ona verilməli olan 68045 manat puldan X4 23045 manat pulu almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-2/2025 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-486/2020 saylı icra vərəqəsi üzrə İddiaçı2 xeyrinə 23897 manat və İddiaçı1 xeyrinə 20823 manat məbləğində pul Cavabdeh MMC-dən tutulması qərara alınmışdır. Həmin qərardaddan görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 “pul məbləğlərinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə tutulmalı olan 68000 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumunun və X1 xeyrinə tutulmalı olan 61200 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumunun indeksasiyasının həyata keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır Mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və X5 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı2nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2019-cu il tarixli qətnamədən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsinin (İş № 2(004)-3382/2019) ləğv edilməsi, iddiaçı X7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun qaytarılması tələbi barədə” iddiasının təmin edilməsi, 68.000 (altmış səkkiz min) manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X8 ödənilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2019-cu il tarixli qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsinin (İş № 2(004)-3383/2019) ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması tələbi barədə” ilk iddiasının təmin edilməsi, 61.200 (altmış bir min iki yüz) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasının təmin edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi, bu məqsədlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 45 (qırx beş) manat məbləğində pulun X7 xeyrinə və 45 (qırx beş) manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Həmin qərar əsasında verilmiş icra sənədi xx.xx.2025-ci tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam icra edilmişdir.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-2/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-486/2020 saylı icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğ indeksasiya edilməklə İddiaçı2 xeyrinə 23897 manat və İddiaçı1 xeyrinə 20823 manat məbləğində pul Cavabdeh MMC-dən tutulması qərara alınmışdır. İddiaçılar hazırda iddia ərizəsi ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı əsasında verilmiş icra sənədinin icrasının cavabdeh tərəfindən gecikdirilməsi nəticəsində ona zərər dəydiyini bildirmiş və 60000 (altmış min) manat əldən çıxan fayda tələb etmişdirlər. İddiaçılar eyni zamanda 80000 (səksən min) manat mənəvi zərərin də cavabdehdən alınaraq onlara ödənilməsini tələb etmişdirlər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia tələbini qəbul etməyətək ona etiraz etmiş və tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “60000 (altmış min) manat əldən çıxan faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İddiaçılar cavabdehin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasını gecikdirməsi nəticəsində onlara zərər dəyməsini iddia etsələr də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)- 2/2025 nömrəli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-486/2020 saylı icra vərəqəsi üzrə İddiaçı2 xeyrinə 23897 manat və İddiaçı1 xeyrinə 20823 manat məbləğində pul Cavabdeh MMC-dən tutulması qərara alınmış və həmin qərardad icra edilmişdir. qətnamənin icrasının gecikməsi nəticəsində indeksasiya olunmalı məbləğ iddiaçılara verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının icrasının gecikməsi nəticəsində iddiaçılara digər hər hansı maddi zərər dəyməsini, eləcə də onlara dəymiş zərərin məbləğini təsdiq edən sübutları iddiaçılar məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi “əldən çıxmış fayda qismində dəymiş maddi zərərin əvəzi olan 60.000 manat pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin “80000 (səksən min) manat mənəvi zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə mənəvi ziyanın məbləğinin iddiaçıların hər biri üçün 1000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edir. Bu zaman iddiaçıların (zərərçəkənin) hüquq və mənafelərinə toxunan halları və cavabdehin vəziyyətini nəzərə alır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti İddiaçı1 və 1000 manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissəsi təmin edilməməlidir. İddiaçılar tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdehndən tutularaq iddiaçılara ödənilsin. İddiaçılar tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 350 (üç yüz əlli) manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeḣ mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı1 və 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı2 xeyrinə ödənilsin. İddia ərizəsinin qalan hissəsi təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 40 (qırx) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətindən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 350 (üç yüz əlli) manat iddiaçılara aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar