Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-909/2025 07.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən 7360,67 AZN əsas; 744,38 AZN faiz;cəmi 8105,05 AZN məbləğində borcun, xx.xx.2023-cü il tarixli BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən 288,60 AZN əsas; 55,37AZN faiz borcu olmaqla, cəmi 343,97 AZN borcun və ödənilmiş 104,49 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay, illik 19,2 faiz dərəcəsi ilə 8200 AZN kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi ilə 300 AZN onun kartına mədaxil edilmişdir. Yəni, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixli GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən 7360,67 AZN əsas; 744,38 AZN faiz; cəmi 8105,05 AZN borcu, xx.xx.2023-cü il tarixli BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən 288,60 AZN əsas; 55,37 AZN faiz; cəmi 343,97 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi X1 verdiyi izahatında bildirmişdir ki, cavabdehin borcu vardır. Dəfələrlə borc götürüb ödəmişlər. Lakin sonuncu dəfə oğlu müharibə veteranı olduğuna görə və sağlamlığı ilə bağlı problemləri olduğuna görə işləyə bilmədiyindən borcu ödəyə bilməmişdir. Əsas və faiz borcunun təxminən o qədər olacağını, əlavə ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə tərəfindən bu halların nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 19.2 faiz ödəmək şərti ilə 8200 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, BBUM4926642B299 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 27 faiz ödəmək şərti ilə 300 manat kredit xətti ayrılmışdır. İddiaçı ASC-in 15.05.25-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 19.2 faiz dərəcəsi ilə 8200 manat kredit verilmişdir. xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən isə ona illik 27 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən 7360.67 AZN əsas, 744.38 faiz, cəmi 8105.05 AZN borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 288.60 AZN əsas; 55.37 AZN, cəmi 343.97 AZN faiz borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh gecikdirilmiş öhdəliyi tam icra etməsi tələb edilmiş, əks təqdirdə İddiaçı ASC tərəfindən borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iclasında bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh illik 19.2 faiz olmaqla 48 ay müddətinə 8200 manat kredit verilmişdir. xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən isə cavabdehə illik 27 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmış, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən 7360.67 manat əsas borc məbləği, xx.xx.2023-ci il tarixli BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən 300 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 saylı kredit müqaviləsinin 1.1.4cü bəndinə əsasən kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19.2 faizdir. (FİFD 15,02 faiz). İşdə olan xx.xx.2023-ci il tarixli, BBUM4926642B299 saylı kredit müqaviləsinin 4.5.1ci bəndinə əsasən kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 27 faizdir. (FİFD 26,29 faiz). Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən 744.38 manat, xx.xx.2023-ci il tarixli, BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən 55.37 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 104.49 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən 7360.67 manat məbləğində əsas borc, 744.38 manat faiz borcu olmaqla, cəmi 8105.05 manat, xx.xx.2023-ci il tarixli, BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən 288.60 manat məbləğində əsas borc, 55.37 manat faiz borcu olmaqla, cəmi 343.97 manat məbləğində vəsait tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli, GTKR7139595B299 saylı kredit müqaviləsinə əsasən 7360.67 (yeddi min üç yüz altmış manat 67 qəpik) manat məbləğində əsas borc, 744.38 (yeddi yüz qırx dörd manat 38 qəpik) manat faiz borcu olmaqla, cəmi 8105.05 (səkkiz min yüz beş manat beş qəpik) manat, xx.xx.2023-ci il tarixli BBUM4926642B299 saylı kredit müqaviləsinə əsasən 288.60 (iki yüz səksən səkkiz manat 60 qəpik) manat məbləğində əsas borc, 55.37 (əlli beş manat otuz yeddi qəpik) faiz borcu olmaqla, cəmi 343.97 (üç yüz qırx üç manat 97 qəpik) manat, ümumilikdə 8449.02 (səkkiz min dörd yüz qırx doqquz manat 2 qəpik) məbləğində pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 104.49 (yüz dörd manat 49 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-909/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-909/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver