Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-93/2023 26.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat maddi zərərin və ödənilmiş 156 (bir yüz əlli altı) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmirov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(033)-28/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ilmüddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, Cavabdeh tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər dostluq münasibətində olduğu Zaqatala rayonu, Zilban kənd sakini iddiaçı X1 İİ Qarabağ müharibəsi zamanı keçirilmiş hərbi əməliyyatlar nəticəsində şəhid olmasına görə ailəsinə dövlət tərəfindən pul vəsaitinin ayrılmasını bilib Mütəllib Serovun qardaşı İddiaçı məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncu ilə aralarında dostluq münasibətlərindan yaranmış qarşılıqlı inam və etibardan sui-istifadə edib, həmin şəxsə yeni və işlənmiş elektronik əşyaların alqı-satqısı ilə məşğul olmaqla pul qazanmağa köməklik edəcəyi və alacağı pul vəsaitlərini həmin malların alışına xərcləyəcəyi barədə qəsdən yalan vəd və məlumatlar verib inandırmaqla aldadaraq vahid niyyətlə ilk dəfə 2021-ci ilin may ayında yaşadığı Zaqatala şəhəri, Anar Həmidov küçəsində 100 manat məbləğində pulu, daha sonra 2021-ci ilin may ayının sonlarında həmin küçədə 700 manat məbləğində pulu, 2021-ci ilin iyun ayının əvvəllərində Zaqatala şəhəri, Heydər Əliyev prospektində 1500 manat məbləğində pulu, 2021-ci ilin iyun ayının sonlarında Zaqatala rayonu, Zilban kəndində yerləşən İddiaçı yaşadığıevin qarşısında 1500 manat məbləğində pulu, 2021-ci ilin iyul ayının əvvəllərində Zaqatala şəhəri, Anar Həmidov küçəsində 3000 manat məbləğində pulu, 12 iyul 2021-ci il tarixdə Zaqatala rayonu, Zilban kəndində yerləşən İddiaçı yaşadığı evin həyətində 3500 manat məbləğində pulu, 30 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri, Anar Həmidov küçəsində 2500 manat məbləğində pulu, 2021-ci ilin avqust ayında ünvan 1 ünvanında yerləşən özünün yaşadığı evin qarşısında 3150 manat məbləğində pulu, 2021-ci ilin sentyabr ayında Zaqatala rayonu, Zilban kəndində yerləşən İddiaçı yaşadığı evin həyətində 3200 manat məbləğində pulu, 2021-ci ilin oktyabr ayında Zaqatala şəhəri, Anar Həmidov küçəsində 1500 manat məbləğində pulu, 2021-ci ilin noyabr ayında İddiaçı Zaqatala şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus 4169 7413 8199 2237 nömrəli, Kapital Bank-a aid plastik kart hesabına göndərdiyi 600 manat məbləğində pulu, sonuncu dəfə isə 09 dekabr 2021-ci il tarixdə Zaqatala şəhəri, Anar Həmidov küçəsində 500 manat məbləğində pulu, ümumilikdə isə İddiaçı məxsus 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pulu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(033)-28/2022 nömrəli hökmü ilə iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ona görə də iddiaçı cavabdehə qarşı ona dəymiş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı, hazırki iddianı qaldırmaq üçün Zaqatala Rayon Məhkəməsinə 156 manat dövlət rüsumu ödəmişdir. O ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 20 dekabr 2022-ci il tarixdə cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətin 17 saylı Cəza Çəkmə müəssisəsindən məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbini qəbul etmir. Barəsində olan hökmdən narazıdır. Məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli 1(033)-28/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin cinayət işi üzrə məhkəmə iclasında izahat verən təqsirləndirilən şəxs Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanımış, onun Rəsulun qardaşı Qarabağ müharibəsi şəhidi X3 ilə yaxşı münasibəti olmuşdur. O, Mütəlliblə bir orta məktəbdə oxumuş, Mütəllib şəhid olan vaxt yas mərasimində də iştirak etmişdir. O, yas mərasimi vaxtı Rəsulla söhbət əsnasında Rəsul ona qardaşı Mütəllibin şəhid olmasına görə dövlət tərəfindən ailəsinə 10000 (on min) manat məbləğində yardım edildiyini demişdir. Rəsul sakit və hər şeyə inanan xarakterli adam olmuş, o, yas mərasimdə həmişə iştirak etdiyi və Rəsulgilin yaşadığı evdə tikinti işləri aparılan zaman işlədiyi üçün Rəsulun etibarını qazanmışdır. O, Rəsulu aldadaraq şəhid ailəsinə dövlət tərəfindən verilmiş pulun bir hissəsini ələ keçirib öz ehtiyaclarına və kef məclislərinə xərcləmək qərarına gəlmişdir. Həmçinin Rəsul yaşadıqları evdə işləməsinə baxmayaraq onun heç bir ehtiyacını qarşılamadığı üçün Rəsuldan heyf çıxmaq istəmişdir. 2021-ci ilin may ayında o, Rəsula işlənmiş və yeni elektronik əşyalarının, noutbuk və komputerlərin alqı-satqısı ilə məşğul olaraq pul qazanmağı təklif etmişdir. Rəsulu Bakı şəhərində yaşayan Rövşən adlı tanışının vasitəsi ilə xarici ölkələrdən həmin əşyaları sifariş edəcəyi və həmin əşyaları Zaqatala rayonunda mağaza açıb satacaqlarına inandırmış, əslində isə Rövşən adlı şəxs ümumiyyətlə olmamışdır. Rəsul da həmişə Zaqatala şəhəri ərazisində mağaza açmaq istəmiş, buna görə də Rəsul onunla razılaşmışdır. Razılığa əsasən alqı-satqı ilə bağlı bütün pul məsələlərini Rəsul həll etməli olmuş, digər işləri isə o həll etməli olmuşdur. Bir neçə gün sonra o, Rəsulu inandırmaq üçün istifadəsində olan 055 565 45 19 mobil nömrəsinin “Votsap” mobil tətbiqi vasitəsi ilə noutbuk və komputer şəkilləri göndərərək Rəsula həmin əşyaları almaq üçün 700 manat pul lazım olmasını bildirmiş, Rəsul onunla razılaşmış və yaşadığı küçədə 700 manat pul vermişdir. O, həmin pulu kef məclislərində xərcləmək qərarına gəlmiş, spirtli içki qəbul etdikdən sonra Zaqatala şəhər sakini özünü ona Aygün kimi təqdim edən lakin sonradan adının Çimnaz olduğunu bildiyi qadınla cinsi əlaqədə olmağa getmişdir. O, həmin qadınla 2020-ci ilin yanvar ayından tanış olmuş, Çimnazın yanına həmişə cinsi əlaqə olmaq üçün getmişdir. O, hər dəfə Çimnazla cinsi əlaqədə olduqdan sonra 40 manat pul vermiş, Çimnaz ilə yaşadığı Zaqatala şəhəri «7 mərtəbə» deyilən binanın 3-cü mərtəbəsində yerləşən evində görüşmüşdür. O, Çimnazla cinsi əlaqədə olduqdan sonra Çimnaz ona 2021-ci ilin may ayında yaşadığı evdə cinsi əlaqədə olan vaxt videosunu çəkdiyini bildirmiş və həmin videonu sosial şəbəkələrdə yaymaqla hədələyib ondan pul istəmişdir. O, bundan sonra həmin videoya baxmış və həqiqətən videonun olmasının şahidi olmuşdur. Bundan sonra Çimnaza pul verməyə razılıq vermiş, həmin vaxt Rəsuldan aldığı cibində olan 600 manata yaxın pulu Çimnaza vermişdir. Onun pulu olmadığı üçün Rəsulu aldadaraq pulunu ələ keçirməyə davam etmək qərarına gəlmiş, Rəsula müxtəlif elektronik əşyaların şəkillərini göndərərək hər dəfə hissəhissə müxtəlif məbləğlərdə pul almışdır. Rəsul həmin pulları ona nəğd formada Zaqatala rayonu ərazisində vermiş, yalnız bir dəfə Rəsula ona məxsus bank kartının şəkilini göndərmiş, Rəsul da həmin karta 600 manat pul göndərmişdir. O, ümumilikdə Rəsuldan 8000 manat civarında pul almış, həmin məbləğdən 4500 manat məbləğində hissəsini Çimnaz onu hədələdiyi üçün vermiş, yerdə qalan hissəsinə isə gəzmiş, yeyib içmişdir. Sonuncu dəfə Rəsuldan xx.xx.2021-ci il tarixdə elektronik əşya almaq adı ilə yaşadığı Zaqatala şəhəri, Anar Həmidov küçəsində 500 manat pul almış, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin oktyabr ayında o, Rəsuldan elektronik əşyalar almaq üçün 1500 manat pul almış, bir neçə gün sonra Rəsul onun yanına gələrək təcili evə pul lazım olduğunu, həmin pulu geri qaytarmasını istəmişdir. O isə artıq həmin pulu xərcləmiş, Rəsula anasının faizlə borc pul verən tanışı olduğunu, anası ilə danışıb pul tapa biləcəyini demişdir. Rəsula anasına Rəsulun mağazasını təmir etdirməsi üçün pul lazım olmasını deyəcəyini bildirmiş, Rəsul onunla razılaşmışdır. O, anası ilə danışıb Rəsula borca 1500 manat pul tapmasını istəmiş, həmçinin Rəsul da anası ilə danışaraq mağazasını təmir etdirməsi üçün 1500 manata ehtiyacının olmasını demişdir. Anası tanışından 1500 manat faizlə borca pul götürüb Rəsula yaşadığı evdə vermiş, Rəsul da borcun əvəzi olaraq bank kartını anasına vermişdir. Razılaşmaya əsasən 1500 manat ödənilənə kimi həmin karta aylıq köçürülən 250 manat pulu borc verən şəxs götürməli olmuşdur. O, Rəsulu qoyunları və danaları satmağa məcbur etməmiş, qoyunların və danaların satılması nəticəsində əldə edilmiş pulu Rəsul ona verməmişdir. Rəsul ondan qoyunları necə çoxalda biləcəyi barədə maraqlanmış, o da bir neçə cins qoyunun şəklini taparaq Rəsula göndərmiş, ancaq sonradan Rəsul qoyunları çoxaltmaq fikrindən daşınmışdır. Rəsul anasının adına kreditə götürdüyü pulu ona verməmişdir. O, Rəsuldan ümumilikdə 21750 manat pul almamış, onun hesablamalarına görə Rəsulu aldadaraq ümumilikdə 5000 manat civarında pul almışdır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək imkanı yoxdur, gələcəkdə işləyib ödəmək niyyətindədir. Törətdiyi əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İ-25472, İ-18667, İ-9088, İ-4946 və İ-3958 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, X3 “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-301 saylı Azərbaycan Respublikası Ordeninin Vəsiqəsinin surətindən görünür ki, X3 “3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş 806 saylı vəsiqənin surətindən görünür ki, X3 “Sücaətə görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 20 dekabr 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia tələbini qəbul etmir. Barəsində olan hökmdən narazıdır. Məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 28 sentyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 156 (bir yüz əlli altı) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4.-cü maddəsinə asasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və komersiya mübahisələrinə baxılarkən məhkəmə ümün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə adiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh barəsində qəbul edilərək qanuni qüvvəyə minmiş Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün hazırki işə baxan məhkəmə üçün Cavabdeh İddiaçı qarşı 21750 manat miqdarında dələduzluq hadisəsinin törətməsi və cavabdehin həmin hadisəyə adiyyətinin olması hissəsində məcburiliyini və müki işə baxarkən işin müəyyən edilmiş hallarından müəyyən olunmuşdur ki, Cavabdeh tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər dostluq münasibətində olduğu Zaqatala rayonu, Zilban kənd sakini iddiaçı X1 İİ Qarabağ müharibəsi zamanı keçirilmiş hərbi əməliyyatlar nəticəsində şəhid olmasına görə ailəsinə dövlət tərəfindən pul vəsaitinin ayrılmasını bilib Mütəllib Serovun qardaşı İddiaçı məxsus əmlakı aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə sonuncu ilə aralarında dostluq münasibətlərindan yaranmış qarşılıqlı inam və etibardan sui-istifadə edib, həmin şəxsə yeni və işlənmiş elektronik əşyaların alqı-satqısı ilə məşğul olmaqla pul qazanmağa köməklik edəcəyi və alacağı pul vəsaitlərini həmin malların alışına xərcləyəcəyi barədə qəsdən yalan vəd və məlumatlar verib inandırmaqla aldadaraq vahid niyyətlə 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pulu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zaqatala rayon məhkəməsinin 12 aprel 2022-ci il tarixli 1(033)- 28/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Göründüyü kimi Cavabdeh iddiaçıya 21 750 manat ziyan vurması, ziyanın ödənilməsindən qəsdən boyun qaçırması işin mübahisəsiz hallarıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh 21 750 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat borc və ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-93/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-93/2023
26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver