Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-979/2023 12.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, İddiaçı Zaqatala rayon İcra və Probasiya şöbəsinin Cavabdeh Buğluyev Abdurahman oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Zaqatala rayon İcra və Probasiya şöbəsi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yasamal rayon Məhkəməsinin 1(004)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 09 iyun 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq hazırkı iş üzrə Cavabdeh Abdurrahman oğluna quraşdırılaraq təhvil verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-603/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə icra yeri kimi göstərilmiş Bakı şəhəri və Abşeron rayonu ünvanı ünvan 1i aidiyyatı üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və iş xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkumla tərəflərindən ilkin fərdi söhbət aparılaraq protokol tərtib olunmuşdur. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrartəkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş və onun barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-1428/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə məhkum saxlanılan zaman onun üzərində elektron nəzarət vasitəsinin olub-olmamasını müəyyən etmək məqsədi ilə sorğu göndərilmişdir, (verilmiş sorğuya rəsmi cavab verilməmişdir) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-288/2023 saylı xx.xx.2023- ci il tarixli hökmü ilə məhkum Cavabdeh 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Apellyasiya protesti verilmiş və iş hal-hazırda məhkəmə baxışı prosesindədir. Məhkum tutulan zaman onun üzərində elektron nəzarət vasitəsi olmamış və məhkumun şəxsi işi şöbənin qeydiyyatından çıxarılan zaman məhkuma tətbiq edilmiş elektron nəzarət vasitəsi əldə oluna bilmədiyindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə təhvil verilə bilməmişdir. Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat, 40 qəpik hesablanmışdır. Belə olan halda hesab edilər ki, cavabdeh elektron nəzarət vasitəsini daşımaqdan imtina etmiş, onu özbaşına çıxarmış və itirmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Çəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh tərəfindən 16 noyabr 2023-cü il tarixdə vermiş olduğu izahatdan görünür ki, o, vurulmuş maddi zərərin ödənilməsi barədə iddia tələbi ilə razıdır. Hazırda 2277 manat, 40 qəpiyi ödəyə bilmir. Lakin azadlığa çıxdıqdan sonra həmin məbləği ödəyəcəyinə söz verir. İşin halları İş materiallarında olan Bakı şəhər Yasamal rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli 1(004)-61/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 27 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 il 10 ay 06 gün (iki il on ay altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilmişdir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. Cavabdeh üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli 7(001)-603/2022 saylı qərarından görünür ki, məhkum Cavabdeh Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-61/2022 saylı 11 mart 2022-ci il tarixli hökmündə icra yeri kimi göstərilmiş Bakı şəhəri və Abşeron rayonu ünvanı ünvan 3da olan 24 avqust 2022-ci il tarixli ilkin fərdi söhbətin aparılması barədə protokoldan görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi ona taxıldıqdan sonra onu daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərindən ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh bildirmişdir ki, o məsuliyətini başa düşür və çalışacaqdır ki cəzanın icrasına tam olaraq əməl etsin. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh mobil qurğusuna baxış keçirilmiş və işləmədiyi üçün izlənməsinin olmadığı müəyyən edilmişdir. Məhkuma təhvil verilmiş 1 ədəd “ATTENTİ” markalı 35656131 markalı mobil qurğu elektrik qolbaq (CE 03682) markalı mobil qurğu USB kabeli, kavro təhvil verilmişdir. Məhkuma təkrarən cəzanın çəkilməsi qaydaları izah edilmişdir. Məhkuma Yasama rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 dekabr 2022ci il tarixli 4(001)-1428/2022 saylı həbs qətimkan tədbirinin seçilməsi barədə qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömərli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 21 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilsin. İş materiallarında olan Evrodizayn QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96-21 saylı texniki rəyində göstərilmişdir ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri nəzarət subyektlərindən tutulmalıdır. Həmin avadanlıqlar 1 ədəd elektron qolbaq, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyasıdır və onların dəyəri 1930 manat, ƏDVsi 347,40 manat, cəmi 2277,40 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Çəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh tərəfindən 16 noyabr 2023-cü il tarixdə vermiş olduğu izahatdan görünür ki, o, vurulmuş maddi zərərin ödənilməsi barədə iddia tələbi ilə razıdır. Hazırda 2277 manat, 40 qəpiyi ödəyə bilmir. Lakin azadlığa çıxdıqdan sonra həmin məbləği ödəyəcəyinə söz verir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 aprel 2023-cü il tarixli 1(001)-288/2023 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3və177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02(iki) il 06(altı)ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-61/2022 hökmü ilə məhkum edildiyi 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02(iki) il 03(üç) ay 06(altı) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01(bir) il 01(bir) ay 18(on səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01(bir) il 01 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 02(iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək Cavabdeh qəti olaraq 02 (iki) il 09 (doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Yasamal rayon Məhkəməsinin 1(004)-61/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 09 iyun 2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq Cavabdeh Abdurrahman oğluna quraşdırılaraq təhvil verilmiş və icra məmuru ilə cavabdeh tərəfindən həmin protokol imzalanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-603/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə icra yeri kimi göstərilmiş Bakı şəhəri və Abşeron rayonu ünvanı ünvan 1i aidiyyatı üzrə Zaqatala rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və iş xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkumla tərəflərindən ilkin fərdi söhbət aparılaraq protokol tərtib olunmuşdur. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş və onun barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-1428/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-288/2023 saylı xx.xx.2023- ci il tarixli hökmü ilə məhkum Cavabdeh 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum tutulan zaman onun üzərində elektron nəzarət vasitəsi olmamış və məhkumun şəxsi işi şöbənin qeydiyyatından çıxarılan zaman məhkuma tətbiq edilmiş elektron nəzarət vasitəsi əldə oluna bilmədiyindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə təhvil verilə bilməmişdir. Zaqatala rayonu İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitələrin dəyəri 2277 manat, 40 qəpik olduğu müəyyən edilmişdir. İddiaçı həmin məbləğin cavabdehdən alınmasını xahiş edir. Göründüyü kimi, Cavabdeh təhkim edilmiş bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri və bir ədəd sadə elektron qolbaq mobil nəzarət qurğusu yararsız hala düşmüşdür. Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat Cavabdeh icra məmuru tərəfindən verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, onun səhlənkarlığı səbəbindən ona təhkim edilmiş elektron nəzarət qurğusu yararsız vəziyyətə düşmüşdür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində elektron nəzarət qurğusunun tam yararsız hala düşməsi müəyyən olunduğundan, Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən Zaqatala rayon İcra və Probasiya İdarəsi dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı Zaqatala rayon İcra və Probasiya İdarəsinin iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 42,77 (qırx iki manat yetmiş yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. (M/H AZ41NABZ********************, VÖEN:**********, Kod:210005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********2107131, VÖEN**********, Büdcə səviyyəsinin kodu 1, Büdcə təsnifatının kodu 142330). Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-979/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-979/2023
12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver