Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-981/2023 24.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X1 Cavabdeh iştirakı ilə, İddiaçı Zaqatala rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsaitin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Xəlilov X4 rayon Məhkəməsinin 1(033)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Məhkəmənin hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 17 aprel 2021-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. 23 aprel 2021-ci tarixdə bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq hazır kı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh izlənmə məlumatları gəlmədiyindən xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmiş, elektron nəzarət vasitəsinə baxış keçirilmiş və onun sındırılaraq tamamilə yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Məhkumdan mobil qurğunun dəyərinin ödənilməsi tələb edilmiş lakin o, izahatında imkansız olduğunu bildirmişdir. Mobil qurğuya tərəflərindən baxış keçirilmiş eyni zamanda Ədliyyə Nazirliyindən təqdim olunmuş, müvafiq rəyə əsasən və nəzarət vasitəsinin yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat, 40 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin probatoru tərəfindən cəzanın icrası məqsədi ilə o qeydiyyata alınmış və ayağına elektron nəzarət cihazı bağlanmaqla həmin cihaza nəzarət edilməsi üçün mobil qurğu ona verilmişdir. Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat ona Probasiya üzrə böyük icra məmuru tərəfindən verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, ehtiyatsızlıqdan o, “Kamaz” markalı yük avtomaşınından daş boşaldarkən həmin elektron nəzarət qurğusunun üzərinə daş düşərək yararsız vəziyyətə düşmüşdür. Dəymiş ziyanı hissə-hissə ödəyəcəkdir. İddia tələbinin təmin edilməsinə etiraz etmir. İşin halları İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-20/2021 saylı,xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177.2.2, 177.2.3-cü və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 01 (bir) il 06 (altı) ay gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Cavabdeh ona təyin 01 (bir) il 06 (altı) ay gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə onun üzərinə yaşadığı Zaqatala rayonu ərazisini, eləcə də axşam saat 23:00- dan növbəti gün səhər saat 07:00-dək yaşayış yeri olan Zaqatala rayonu Fındıqlı kəndində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Təqsirləndirilən şəxs Cavabdeh cəzasının icrası Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Zaqatala Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli azadlığı məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, ”İdrak” şirkətinin istehsalı olan (nömrəsi ********) 1 ədəd nəzarət qurğusu, 1 ədəd elektron qolbaq məhkum Cavabdeh təhvil verilərək, elektron qolbaq onun ayağına taxılmış, məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, eyni zamanda üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah olunmuş və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-cü il tarixli izahatından görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, o Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(033)-4/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri il təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Zaqatala rayon ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerini dəyişməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Zaqatala RİPŞ-nin əməkdaş N.Kərimov tərəfindən onunla profilaktik söhbət aparılmış cəzanın çəkilməsi qaydası və şərtləri izah olunmuşdur. Bildirilmişdir ki, cəzanın icrası qaydalarını pozsam və məhkəmə qaydasında üzərimə qoyulmuş vəzifələri yerinə yetirməsəm cəzamın daha ağır cəza növü ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat veriləcəkdir. xx.xx.2021-ci il tarixində evlərinin qarşısında Kamaz markalı yük maşınından daş boşaldan zaman cibində saxladığı elektron nəzarət vasitəsinin üzərinə daş tökülmüş və mobil qurğu yararsız hala düşmüşdür. Baş vermiş pozuntunu dərk edir, bununla bağlı onunla söhbət aparılmışdır. Mobil qurğunun dəyərini ödəməyəcək. İş materiallarına əlavə edilmiş məhkumun xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ona qolbaq tətbiq olunan gün müvafiq sənədə imza atmışdır, həmin sənəddə qolbağın nömrəsi, onu itirməməli olduğu, hər hansı zərər dəyərsə qolbağın dəyərinin ondan tutulacağı izah olunmuşdur. 2 il əvvəl kamazdan daş boşaldarkən qolbağın telefonu cibindən düşmüş və üzərinə daş tökülmüşdür. Bununla da qurğu zədə almışdır, qurğunun üzərində qolbaq tapılmır yazısı yazılsa da işlək vəziyyətəymiş, bir ay belə olduqdan sonra qurğu sönmüşdür, və icra məmuru onu şöbəyə dəvət etmişdir. Həmin qurğunu dəyərini ödəyə biləcək imkana malik olmadığını, hadisənin ehtiyatsızlıqdan olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3. və 2C 177.2.3-cii maddələri ilə təqsirli bilinərək Zaqatala rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, ona 17,04.2021-ci il tarixdə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzlivi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş və imzanızla təsdiq olumuş, lakin buna baxmayaraq ona təhvil verilmiş mobil qurğunu zədələyərək yararsız vəziyyətə salmış, tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmış, odur ki, ona təhvil verilmiş mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsi ondan tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Evrodizayn QSC-nin xx.xx.2022-ci il tarixli, ED 000116 saylı texniki rəyində göstərilmişdir ki, ana plata qırıq vəziyyətdədir, təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Aslan Muradov tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış 18.06.21-ci il tarixli, 21/3-1149 nömrəli məktubundan görünür ki, Sadə elektron qolbaq mobil nəzarət qurğusunun(stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xəlilov X4 Rayon Məhkəməsinin 1(003)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin hökmə əsasən məhkumun üzərinə bir sıra vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, “İdrak" şirkətinin istehsalı olan (nömrəsi ********) 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq xx.xx.2021-ci il tarixdə məhkum Cavabdeh təhvil verilərək, elektron qolbaq onun ayağına taxılmışdır və bu barədə cəzanın icrasına nəzarət edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Natiq Kərimov tərəfindən müvafiq protokol tərtib edilmiş, o və məhkum olan cavabdeh tərəfindən həmin protokol imzalanmışdır. Həmin protokoldan görünür ki, elektron nəzarət vasitəsi tətbiq edilərkən cavabdehə həmin vasitəni hər hansı üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2021 - ci il tarixində evlərinin qarşısında Kamaz markalı yük maşınından daş boşaldan zaman cibindən saldığı elektron nəzarət vasitəsinin üzərinə daş tökülmüş və mobil qurğu yararsız hala düşmüşdür. Belə ki, baş vermiş pozuntunu dərk edir bununla bağlı onunla söhbət aparılmışdır. Mobil qurğunun dəyərini ödəməyəcəkdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, nəzarət subyekti Cavabdeh təhvil verilmiş “Mobil qurğu”-nun ana platası qırıq vəziyyətdədir, təmiri mümükün deyildir, istifadəyə tam yararsızdır, ekranı sındırılmışdır. 18.06.21-ci il tarixli, 21/3-1149 nömrəli məktubundan görünür ki, sadə elektron qolbaq mobil nəzarət qurğusunun(stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manatdır. İddiaçı həmin məbləğin cavabdehdən alınmasını xahiş edir. Göründüyü kimi, Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusu yararsız hala düşmüş, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən müəyyən edilmişdir ki, “Mobil qurğu”-nun ana platası qırıq vəziyyətdədir, təmiri mümükün deyildir, istifadəyə tam yararsızdır, ekranı sındırılmışdır. Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat Cavabdeh icra məmuru tərəfindən verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, onun səhlənkarlığı səbəbindən ona təhkim edilmiş elektron nəzarət qurğusunun üzərinə daş tökülərək yararsız vəziyyətə düşmüşdür. Bu halları cavabdeh də təsdiq edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində elektron nəzarət qurğusunun tam yararsız hala düşməsi müəyyən olunduğundan, Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən Zaqatala rayon İcra və Probasiya İdarəsi dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı Zaqatala rayon İcra və Probasiya İdarəsinin iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 42,77 (qırx iki manat yetmiş yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. (M/H AZ41NABZ********************, VÖEN:**********, Kod:210005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********2107131, VÖEN**********, Büdcə səviyyəsinin kodu 1, Büdcə təsnifatının kodu 142330). Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-981/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-981/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver