Məhkəmə qərarları › İş №e-2(033)-991/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-991/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-991/2025 23.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23000 manat məbləğində pulun, 320 manat vəkilə ödənilmiş xidmət haqqının və 159 manat dövlət rüsumunun, cəmi 23479 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və həmdə onunla qohumluq münasibəti vardır. Nuriyeva X5 şəhərində qadın geyimləri mağazasını işlədir. Mağazasına qadın geyimləri gətirməsi üçün pul lazım olduğunu və ticarətini genişləndirəcəyini, özü işlətdiyi mağazadan əlavə yeni bir mağaza açacağını bildirərək ondan iş qurmaq adı ilə borca pul istəmişdir. O da ona inanaraq 2 dəfəyə ümumilikdə 25500 manat pul vermişdir. İlkin olaraq 15500 manat və daha sonra isə 10000 manat pul vermişdir. 25500 manat puldan cəmi 2500 manat pul ödəmişdir. Cavabdehin hal-hazırda ona 23000 manat borcu qalmışdır. Dəfələrlə pulun qaytarmasını xahiş etsə də borcunu ödəyəcəyinə söz vermişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh təkcə ondan deyil, Səmra Davudova, Məryəm Əlizadə, Naira Musayeva və bir neçə şəxsdən külli miqdarda pullar alaraq həmin pulları mənimsəmişdir. Zaqatala rayon Polis şöbəsinə Cavabdeh şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh şikayət ərizəsi əsasında Zaqatala rayon Polis şöbəsində araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayət ərizəsi üzrə izahatı alınmış Cavabdeh İddiaçı borca pul götürdüyünü etiraf etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlər və cavabdeh ilə aramızda olan watsap yazışmaları ilə müəyyən olunur ki, cavabdehin ona 23000 manat borcu vardır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə çıxış edərək bildirdi ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23000 manat məbləğində pulun, 320 manat vəkilə ödənilmiş xidmət haqqının və 159 manat dövlət rüsumunun, cəmi 23479 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borca pul almış, lakin sonuncu dəfə almış olduğu 15500 manat və daha sonra almış olduğu 10000 manat puldan cəmi 2500 manat pul ödəniş etmişdir. Cavabdehin hal-hazırda iddiaçıya 23000 manat borcu qalmışdır. Dəfələrlə pulun qaytarmasını xahiş etsə də borcunu ödəyəcəyinə söz vermiş, lakin ödəməmişdir. Cavabdeh borcunu ödəməkdən yayınmaq məqsədi ilə Zaqatala rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək guya iddiaçıya qızıllar verdiyini, qızılların əvəzində iddiaçı özünə pul vermədiyini bildirmişdir. Bundan əlavə, cavabdeh eyni əsaslarla Səmra Davudova və Məryəm Əlizadə barəsində də polis şöbəsinə şikayətlər etmişdir. Cavabdeh Səmra Davudova, Məryəm Əlizadə, Vəfa Həsənova və Naira Musayeva və bir neçə şəxsdən külli miqdarda pullar alaraq həmin pulları mənimsəmişdir. Cavabdehin İddiaçı barəsində şər və böhtan xarakterli ərizə yazaraq polis şöbəsinə şikayət etməyinin yeganə məqsədi Günaya olan borcunu ödəməməsi, Günay ondan pul istəməsin deyə Günaya hüquq mühafizə orqanlarına şikayət edərək, guya Günaya qızıllar verdiyini, Günay isə ona pul vermədiyini, qızıllarını geri qaytarmadığını və nəticədə Günayın puldan imtina etməsi məqsədi daşımışdır. Cavabdeh bu hərəkətlərini planlı şəkildə həyata keçirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçıya göndərmiş olduğu pulların qəbzlərini təqdim etmişdir. Həmin pulların göndərilmə tarixlərinə fikir versək pulların İddiaçı göndərilməsi 2024-cü il mart-aprel ayları arasında həyata keçirilmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında mübahisələndirilən 23000 manat pul tələbi 14 iyun 2024-cü il (haziran) ayında olmuşdur. Məhkəmə iclasında cavabdehdən iyun ayına olan ödəniş qəbzlərinin təqdim edilməsini tələb etsəmdə cavabdeh israrla borcu olmadığını, pulu artıq ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilən 14 iyun 2024-cü il tarixli vatsap yazışmasında 7500 və 15500 manat məbləğdən bəhs olunur. Daha sonra cavabdeh 15500 manat məbləğin gəldiyini bildirir. Daha sonrakı yazışmalarda cavabdeh 18 iyun 2024-cü il tarixdə pulu düzəldəcəyini bildirmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda Cavabdeh guya Gunay Butdayevaya 35000 AZN-lik qızıl-zinət əşyaları verdiyini, Gunay isə əvəzində ona pul vermədiyini bildirmişdir. Qızıl zinət əşyalarına dair hissəyə münasibət olaraq bildirir ki, həmin hissəyə xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunmasına dair qərarla münasibət bildirilmiş, cavabdehin şikayət ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından rədd edilmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixli qərarda cavabdeh pulları Günaya Nadir və Tural adlı şəxslə göndərdiyini, 2024-ci il iyun ayının ortalarında tanışı Həsənova Vəfa adlı şəxsdən 12000 manat pulu Günaya dayısı arvadının evində verdiyini, bu bəs etmədikdə 2024-cü ilin iyun ayının ortalarında tanışı Elşaddan 15000 manat borc pul alıb aparıb X17 kəndində bibisinin evində verib borcunu bağladığını bildirmişdir. Daha sonra Günay ona pul verməyi təklif etmiş, oda iyun ayının ortalarında 35000 manatlıq qızılları Günaya vermiş, Günay isə 3-4 günə pul verəcəyini demiş, lakin Günay ona pul vermədiyini bildirmişdir. Cavabdeh iddiaçıya olan borcunu iyun ayında tam bağladığını bildirsə də, aralarında keçirilmiş, üzləşdirmə istintaqı zamanı Cavabdeh Günayın ondan qızılları götürüb pul vermədiyini, qızıllardan əvvəl onun Günaya 15000 manat borcu olduğunu bildirmişdir. Günay ona demişdir ki, Elşaddan pul götürüb onun borcunu bağlasın. O Elşaddan 15000 manat borc götürüb, Günaya verib, Günaya olan borcunu bağlamış, sonra qızılları girov qoymuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda Cavabdeh İddiaçı qızıllar verməklə 9400 manat pulun İddiaçı tərəfindən özünə verildiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla o da müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıdan pul alması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, həqiqətən iddiaçıdan pul almışdır. İddiaçı isə cavabdehin 2024-cü il iyun ayında olan borcundan hər hansı məbləğdə pul ödəmədiyini bildirmişdir. Cavabdehdə iddiaçıya borcun olmadığını, borcu ödədiyi bildirmişdir. Mülki Prosessual qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borcunun ödəməsini, borcu olmamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Əgər cavabdeh həqiqətən borcunu ödəmişdirsə qeyd olunan yazışmaların yəni 14 iyun 2024-cü il tarixdən sonra iddiaçıya borcunun ödənilməsini əks etdirən sənədlər təqdim etsin. Cavabdeh isə məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa iddiaçı ilə arasında olan 2024 mart-aprel aylarına olan ödəniş qəbzlərinə istinad etmişdir. Halbuki iddiaçı cavabdehlə arasında olan 2024-cü il iyun ayına olan borcunu tələb edir. Bundan əlavə cinayət işi üzrə şahid qismində dindirilmiş və Zaqatala rayon Məhkəməsinin icraatında olan X4 cinayət işi üzrə zərərçəkmiş şəxs X1 ifadəsində göstərmişdir ki, hər iki şəxsi tanıyır. Sabina onu aldatmış, şərikli mağaza açmaq adı ilə 17000 manat pulunu mənimsəmişdir. Sabina ona demişdir ki, “Günaya qızılları verdiyini gözünlə gördüyünü de, qızılları Günaydan alandan sonra sənin pulundan 6000 (altı min) manat pul verəcəyəm. Əgər qızılları Günaydan almasam sənin pulundan verməyəcəyəm. O əvvəlcə Sabina ilə razılaşmış, daha sonra yalandan şahidlik etmək istəmədiyini bildirmişdir. Qeyd etdiklərini Sabina və Naira arasında olan yazışmalar ilə təsdqini tapır. Həmin yazışmalarda “Naira Sabinaya mənə dedin gəl şahidlik elə 6000 verəcəyəm sənin pulundan, Mən gedib yalandan şahidlik elədim. Yalandan şahidlik elədiyim üçün Günay məndən yapışıb. Sabina onun pulundan 6000 manatı verəcəyini bildirdiyi üçün yalandan şahidlik etdiyini” bildirmişdir. Bundan əlavə. Cavabdeh Günaya olan borcunu Tural və Nadir adlı şəxslə göndərdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə cinayət işində şahid qismində adı keçən X7 ümumiyyətlə Cavabdeh tanımadığını, Cavabdeh ona ümumiyyətlə pul vermədiyini, eyni zamanda İddiaçı çatdırılması üçün pul vermədiyi bildirmişdir. Məhkəmə iclasında araşdırılan sübutlar və qeyd etdiklərimdən aydın olur ki, iddia tələbimiz əsaslıdır və təmin olunmalıdır. Bunun üçün məhkəmədən iddia ərizəmdə göstərilən və məhkəmə çıxışında qeyd olunların nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil çıxış edərək bildirdi ki, Cavabdeh səksən minədək borcun qaytarılmasına dair qəbzlər təqdim edə bilir, lakin iddiaçı tərəf borcun iyun ayında Sabinəyə verilməsini təsdiq edən sübut təqdim edə bilmir. İddiaçının təqdim etdiyi Votsap yazışmalarında pulların nə vaxt hansı məqsədlə verilməsi aydın deyil və mötəbər sübut hesab edilə bilməz. Üstəlik həmin yazışmaların məhz Sabinə Nuriyeva ilə aparılmasına dair sübut yoxdur. O iddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respubliksının CM- nin 178.2.4-cü maddəsi ilə olan hissəsinə hissəvi xitam verilmiş, İddiaçı cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/637 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Zaqatala şəhəri Fizuli küçəsi ev 12-də yaşayan X6 2023-cü və 2024-cü ildə iş görmək adı ilə Zaqatala sakinləri X8, X10 və İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul götürmüşdür. X12 həmin şəxslərdən götürdüyü pulları xərcləyərək hazırda onlara borclu qalmışdır. Vət. X2 xx.xx.2024-cü il tarixdə Zaqatala RPŞ-nə etdiyi müraciətdə Zaqatala şəhər sakinləri Səmra Davudovanın, Məryəm Əlizadənin və İddiaçı onu hədələyərək ondan yüksək faizlə pul tələb etməsi, eyni zamanda hazırda işlədiyi mağazanı təhvil verərək rayonu tərk etməsini tələb etməsi barədə qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Ondan əlavə Cavabdeh Səmradan, Məryəmdən və Günaydan ayrı-ayrı vaxtlarda hissə-hissə götürdüyü pulların bir hissəsini qaytarsa da, qalan hissəsini bu günədək verməmişdir. Yuxarıda adları qeyd olunan Səmra, Məryəm və Günay adlı şəxslər dəfələrlə Sabina ilə telefon əlaqəsi saxlayıb borca verdiyi pulları tələb etdikdə, Sabina müxtəlif bəhanələrlə yayınaraq əlaqəni kəsmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Whatsapp sosial şəbəkəsi vasitəsi ilə +**********43 nömrəsi ilə aparılmış yazışmalardan görünür ki, yazışma tərəflərinin kim olması müəyyən deyil, “10000 min həftəliyə 1-ci ödəniş 6-sı, 2-ci ödəniş 13, 3-cü ödəniş 20-si, 4-cü ödəniş 27-si 2500 dən, 7500 həftəlikdən qalıb, 15500 aylığa verilib, hər ayın 28 nə, atmışamda 15500 aylıq” ifadələri yer almışdır. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****5885 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 4000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****5885 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 5850 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan 04.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 200 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 3000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 2500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 2500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 2500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****6386 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 5000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 2500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 4000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 6500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1250 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 750 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1250 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 3390 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1250 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 2500 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 400 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1240 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1240 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 10 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1250 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1250 manat karta mədaxil edilmişdir. (19:21) Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1300 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1250 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1000 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan xx.xx.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 20 manat karta mədaxil edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə yer alan 6.03.2024-cü il tarixli 416973****8504 nömrəli kart hesabına mədaxil qəbzindən görünür ki, 1000 manat karta mədaxil edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında pul dövriyyəsi mövcud olmuş və bunu cavabdeh özü də etiraf edir. İddiaçı 2 dəfəyə ümumilikdə 25500 manat pul borc verdiyini, bir dəfə 15500 manat digərində isə 10000 manat verməsini və cavabdehin həmin borcdan 23000 manatı qaytarmamasını bildirərək hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, əvvəllər İddiaçı ilə aralarında borc münasibətlərinin olduğunu və onun iddiaçıya hazırda borcunun olmadığını bildirmiş və 71000 manatın iddiaçı Günay Butdayevanın bank hesabına ödənilməsinə dair bank qəbzləri təqdim etmişdir. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, tərəflər tələb olunan formada razılığa gəldiyi halda müqavilə bağlanmış sayılır. Mülki qanunvericiliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə 25500 manat borc verdiyini iddia edir və bunu iki dəfəyə etdiyini və hər dəfəsində verilən məbləğin üç min manatdan yuxarı olduğunu qeyd edir. Lakin İddiaçı tərəfindən mülki qanunvericilikdə üç min manatdan yuxarı məbləğlərin borc verilməsi zamanı mütləq şərt kimi nəzərdə tutulmuş yazılı formada tərtib edilmiş müqavilə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlə aralarında borc müqaviləsinin mövcudluğu iddia edilsə də, tərəflər arasında etibarlı borc müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğu sübuta yetirilmir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalara münasibətdə qeyd edir ki, cavabdeh tərəf bu yazışmaların tərəfi olmasını qəbul etmir və yazışmaların cavabdeh tərəfindən aparılmasının eyniləşdirilməsini mümkün edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Yazışmaların məzmununa münasibətdə isə məhkəmə qeyd edir ki, həmin yazışmalarda müəyyən məbləğlər barədə məlumatlar yer alsa da, həmin məbləğin hansı şərtlərdə, kim tərəfindən, hansı məqsədlə vərilməsi və ya alınmasını müəyyən etmək mümkün deyil. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf sübutetmə yükünü həyata keçirə bilmədiyindən İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu, 320 (üç yüz iyirmi) manat vəkil xərci də iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumu, 320 (üç yüz iyirmi) manat vəkil xərci İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar