Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-996/2023 12.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e- 2(033)-85/2021 saylı qətnaməsinə əsasən 18 may 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan hər ay bir uşaq üçün 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 18 may 2019-cu il tarixdə Dərya adlı qız övladları doğulmuşdur. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2(033)-85/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından 18 may 2019-cu il tarixdə doğulmuş X3 onun yanında qalması və sonuncunun saxlanılması üçün cavabdehdən 140 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin dövrdə qızı - X1 üçün nəzərdə tutulmuş xərclər bir o qədər çox deyildi. Lakin, bugünki gün Dəryanın saxlanılması, yəni, təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Nəzərə alınmalıdır ki, o bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi yenə də, qızının – Dəryanın saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu olduqca çox məyus edir. Fikirləşir ki, cavabdeh də bir valideyin kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. O, mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. X6 09 avqust 2023-cü il tarixində saat 11:00-12:00-da təyin etdiyi ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyi üçün birgə nikahlarından anadan olmuş uşağa görə təyin edilmiş alimentin artırılması tələbinə dair sessiya baş tutmamışdır. Bu səbəbdən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək zərurətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı 11 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından 18 may 2019-ci il tarixdə X8 dogulmuşdur. Hazırda uşaq iddiaçının himayəsində yaşayır. Onun iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə imkanı yoxdur. O, yalnız hər ay 150 manat aliment ödəyə bilər. İddiaçının tələb etdiyi alimenti ödəyərsə dolanacağı çətin vəziyyətə düşəcəkdir. Belə ki, o, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-971/2015 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə digər övladının saxlanılması üçün 100 manat aliment ödəyir. Həmçinin Vətən müharibəsində iştirak etmişdir və xəsarətlər almışdır. Səhhəti ilə əlaqədar hər işdə işləyə bilmir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş Zaqatala RİHB-ın Çobankol kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 18 may 2019-ci il tarixdə doğulmuş X3 valideynləri X2 və Cavabdehdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2(033)-85/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Zaqatala rayon Çobankol kənd İƏD üzrə nümayəndəliyində qeyd edilmiş 01 sentyabr 2018-ci il tarixli 12 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-18 may 2019-cu il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılması, 18 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli 10 sentyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra və Probasiya tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdehdan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-971/2015 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. Borclu Cavabdeh tərəfindən tələbkar X7 xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment ödəniş edilmiş və hazırda aliment borcu yoxdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də hər ay 345 manat məbləğində əmək haqqı alır. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixli X5, X11 X9 tərəfindən verilmiş Mİ № 001303 saylı vəsiqədən görünür ki, Cavabdeh müharibə iştirakçısı olmuşdur. İş materiallarına əlavə edilmiş N İ-50134 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı” medal ilə təltif olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 18 may 2019-ci il tarixdə doğulmuş X8 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 140 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağrın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2021-ci ildə, yəni uşağın 2 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaqlar 3-ci yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən cəmi 140 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa 160 manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddianın tam həcmdə təmin olunması işin hazırki vəziyyətində cavabdehin maddi durumunu əlverişsiz vəziyyətə sala bilər, belə ki, o, müharibə iştirakçısı olduğuna görə səhəti ilə əlaqədar hər işdə işləyə bilmir. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin birinci nikahdan bir övladının olması, həmin uşağın saxlanması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-971/2015 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən hər ay 100 manat aliment ödəməsi qətnamə qəbul edilən zaman nəzərə alınmalıdır. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tutularaq 18 may 2019-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2(033)- 85/2021 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 160 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (160-140=20x12=240 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli, e-2(033)-85/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 18 may 2019-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 140 (bir yüz qırx) manat miqdarda alimentin məbləği artırılsın. 18 may 2019-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tələb etmədiyindən həmin xərc onun özünə aid edilsin. Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-996/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-996/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver