Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-116/2023 20.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 24 oktyabr 2019-cu il tarixli, BPM**********550 və BPM**********78 nömrəli kredit müqavilələri üzrə ödənilməmiş qalan kart krediti üzrə (kreditin referens kodu: ********************) 629,19 manat əsas, 11,17 manat faiz olmaqla, cəmi 640,36 manat, nəğd kredit üzrə (kreditin referens kodu: 251CTL**********) 1511,39 manat əsas, 54,36 manat faiz olmaqla, cəmi 1565,76 manat, ümumilikdə 2206,12 manat məbləğində kredit borcunun, ödənilmiş 46,07 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Şirvan” filialı ilə cavabdeh X4 arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, BPM**********550 və BPM**********78 nömrəli Tam kart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə hesablanmaqla, 3400 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. "xxxx" ASC-nin “Şirvan” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, cavabdeh X2 Banka 30 noyabr 2022-ci il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 629,19 manat əsas, 11,17 manat faiz olmaqla, cəmi 640,36 manat, 01 dekabr 2022-ci il tarixə nəğd kredit üzrə (kreditin referens kodu: 251CTL**********) 1511,39 manat əsas, 54,36 manat faiz olmaqla, cəmi 1565,76 manat, ümumilikdə 2206,12 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Şirvan” filialı iəl cavabdeh X4 arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, BPM**********550 və BPM**********78 nömrəli Tam kart çərçivə və Kredit müqavilələrinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə hesablanmaqla, 3400 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kart krediti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1511.39 manat əsas, 54.36 manat faiz, xx.xx.2019-cu il tarxli kredit müqaviləsi üzrə 629.19 manat əsas, 11.17 manat faiz borcu olmaqla, cəmi 2206.11 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesabb edir ki, iddia təmin edilməli, cavabdeh X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1511.39 manat əsas, 54.36 manat faiz, xx.xx.2019-cu il tarxli kredit müqaviləsi üzrə 629.19 manat əsas, 11.17 manat faiz borcu olmaqla, cəmi 2206.11 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" ASC xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 46.07 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 46.07 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh X1 X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1511.39 manat əsas, 54.36 manat faiz, xx.xx.2019-cu il tarxli kreditmüqaviləsi üzrə 629.19 manat əsas, 11.17 manat faiz borcu olmaqla, cəmi 2206.11 manat məbləğində borc, ödənilmiş 46.07 manat dövlət rüsumu, 0.40 qəpik bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-116/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-116/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver