Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-157/2023 07.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Kapital Bank» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbinə dair» tələbinə dair iddia ərizəsi Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6499.86 manat əsas, 633.55 manat faiz borcu olmaqla, cəmi 7133.41 manat məbləğində borcun və 91.33 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 7075.51 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6499.86 manat əsas, 633.55 manat faiz borcu olmaqla, cəmi 7133.41 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ƏlNümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizələri tam əsaslı və qanunidir, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hər ay kartdan 60 manat pul çıxırlar. 3 ilə yaxın banka ödəniş etmişdir. Bankdan ona bildirmişlər ki, indiyə qədər ödədikləri faiz borcuna getmişdir. İddiaçı-dan krediti götürdüyü müddət yadında deyil, 8000 manat kredit götürmüşdür. Hər ay vaxtı-vaxtında ödənişi etmiş, öz səhvlərinin ucbatından ödəmələrdə bu qədər gecikmə olmuşdur. Hər ay ödəniş etmiş, çörək pulu kartından hər ay pul tuturlar. Problemli şöbənin işçisi ilə danışmış, 300 neçə manat borcu qalmasını demişlər. Aparatda ödəniş etmişdir. Ona ödədiklərinin faizə getməsini demişlər. Ödənişin vaxtı uzadılmışdır. Aylıq 158 manat ödənilməli olduğu halda, qeyd olunan müqavilə üzrə 60 manat, 100 manat, 300 manatda ödənişlər etmişdir. Qardaşı Elşən şahid kimi qol çəkmiş, zamin kimi qol çəkməmişdir. Sonda cavabdeh məhkəmədən ona köməklik olunaraq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 7075.51 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 6499.86 manat əsas, 633.55 manat faiz borcu olmaqla, cəmi 7133.41 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3628 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli RGTK3544489A207 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 31.01,2023-cü il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 6998,44 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2023-cü il tarixə 6517.38 manat əsas, 481.05 manat faiz borcu, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli RGTK3544489A207 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2023-cü il tarixədək (ekspertizaının keçirildiyi tarix) banka olan borcu 7370,86 manat məbləğində müəyyən olunur, cümlədən xx.xx.2023-cü il tarixə əsas borcu 6517.38 manat, faiz borcu isə 853.48 manat təşkil etmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK3544489A207 №-li Kredit Müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesasbdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 7075.51 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı kimi isə İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, o, 3 ilə yaxın banka ödənişlər etmiş, ödənişləri vaxtlı vaxtında həyata keçirmiş olsa da, müqavilə üzrə ödənilməli olan 158 manatı aölıq ödənişləri tam ödəməmişdir. Mülki iş üzrə verilmiş ekspert rəyində cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 6517.38 manat, faiz borcu isə 481.05 manat, xx.xx.2023-cü il tarixə isə əsas borcu 6517.38 manat, faiz borcu isə 853.48 manat təşkil etmişdir. Məhkəmə iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixinə olan faiz borcunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3628 nömrəli rəyi ilə müəyyən edilmiş 481.05 manat məbləğdə təmin edilməsi gənaətinə gəlir. Əsas borcu isə iddiaçının tələb etdiyi 6499.86 manat məbləğdə təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6499.86 manat əsas, 481.05 manat faiz borcu olmaqla, cəmi 6980,91 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 91.33 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 91.33 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6499.86 manat əsas, 481.05 manat faiz borcu olmaqla, cəmi 6980,91 manat məbləğində borc və 91.33 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-157/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-157/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver