Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-192/2022 13.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2829.51 manat əsas, 2330.71 manat faiz, 4105.33 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 409.11 manat faiz borcu və iş üzrə ödənilmiş 116.75 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 6517.81 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 09 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 9674.66 manat təşkil edir. Bundan 2829.51 manat əsas, 2330.71 manat faiz, 4105.33 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 409.11 manat faiz borcu təşkil edir. Sonda məhkəmədən iddianın təmin ounması xahiş olunur. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, iş həcminin çoxluğunu nəzərə alaraq, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ona heç bir xəbərdarlıq olmamış, bankla bağlı ona bu günə kimi zəng vuran olmamışdır. Devalivasiya olan zaman pul kompensasiya düşməli idi. Başqa banka borcu ola-ola ödəniş etmiş, borcu isə 4000 manata düşmüş, qəbzdə təqdim etmişdir. Prezidentin qərarı niyə bank tərəfindən icra olunmur. Ərizə ilə banka müraciət etmiş, onun 10 min dollardan çox borcu olmamışdır. Onların qrafikində isə banka borcu olmamalıdır. İşə xitam verilməsini xahiş edir. Özü müharibə veteranıdır, 3 övladı var. Bankın dedikləri ilə üst-üstə düşmür. Onu 2015-ci ilə banka dəvət etmişlər, restrukturizasiya etmişlər, 2017-ci ildə isə bank bağlanmışdır. Krediti dollara götürmüşdür. Əslində o fərmanın təsiri altına düşmüşdür. Rabitəbankdan isə 4000 manat kredit götürmüşdür. Borcu ödəməyə imkanı yoxdur. Zaminlik müqaviləsinə qol çəkmişdir. Kredit restrukturizasiya olunmamışdır. Keçən məhkəmə iclasından sonra bank ona zəng etmiş, əsas borcu ödəməsini, qalan borcu isə siləcəklərini demişlər. Onlara 5 il müddətində niyə xəbər etməmələrini demişdir. Pulu dollara götürmüş, sonradan 1.45 qiymətlə manata keçirmişlər. Restrukturizasiya ilə bağlı müraciət etmiş, lakin etməmişlər. Sonda cavabdeh məhkəmədən iddianının təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir.xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 6517.81 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə kreditin təminatı kimi digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 330006643/ZM nömrəli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əlavə bağlanmışdır. İş materiallaırnda olan arayışdan görünür ki, cavbdeh Cavabdeh3 banka 2829.51 manat əsas, 2330.71 manat faiz, 4105.33 manat cərimə, 409.11 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 9674.66 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4381 nömrəli rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin, eləcə də əlavə sazişin şərtləri üzrə xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərə banka olan kredit borcu xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 2829.51 manat, faiz borcu 2289.58 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc 2829,51 manat, faiz borcu isə 2695.93 manat təşəkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməsələr də, ərizə ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-192/2022 saylı mülki iş üzrə onların zaminliyinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə cavabdehlərin ərizələrini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizələr əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Lakin cavabdehlərin ərizəsində göstərildiyi kimi, Azərbaycan Respublikası MM-nin 470.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Eyni zamanda, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndində birbaşa göstərilmişdir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə və ya zaminliyə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinin icra müddəti uzaldılmışdır ki, zaminlərdə həmin xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əlavə sazişi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı məhkəməyə kredit müqaviləsinin icra müddəti bitdikdən sonra 3 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin borcun zaminlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə kreditin təminatı kimi cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 330006643/ZM nömrəli zaminlik müqaviləsinə və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişlərə xitam verilməlidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, MM-nin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan (iddia müddəti) sui-istifadə edərək, başqasına ziyan vurmaqla mənfəət əldə etmək məqsədi daşımışdır. Halbuki iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün müəyyən olunmuş müddətdir, yəni iddiaçı müqavilə üzrə yaranan tələb hüququnu iddia müddəti çərçivəsində həyata keçirə bilər. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır.Məhz buna görə də iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu olan 409.11 manat cavabdehlərdən müştərək qaydada tutulması tələbi təmin edilməməlidir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 4105.33 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 50 məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh3 2829.51 manat əsas, 2289.58 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5169.09 manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 116.75 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 116.75 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin ekspertiza xərci olan 100 manat Cavabdeh3 tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 2829.51 manat əsas, 2289.58 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5169.09 manat məbləğində borc və 116.75 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh3 100 manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməməlidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 330006643/ZM nömrəli zaminlik müqaviləsinə və xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə Əlavə Sazişlərə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-192/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-192/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver