Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-193/2025 07.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 3344.34 ABŞ dolları əsas borc, 1701.98 ABŞ dolları faiz borcu, 4152.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9551.01 ABŞ dolları borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 351.9 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 138.71 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmşdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaiti” məqsədi ilə 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaiti” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana 12.700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11.456,99 ABŞ dolları təşkil etmişdir. Kreditin ödənilmə müddəti 11 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10.381,83 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9.551,01 ABŞ dolları təşkil edir. Bundan 3.344,34 ABŞ dolları əsas, 1.701,98 ABŞ dolları faiz, 4.152,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 351,90 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi Aynur Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s.bu kimi halları nəzərə alaraq, məhkəmə iclasını iştirakları olmadan keçirib, iddia tələblərinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilsməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına olan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasən borcluya “dövriyyə vəsaiti” məqsədi üçün illik 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana 12.700 ABŞ dolları məbləğdə kredit verdiyi, kreditin qalıq məbləği 11.456,99 ABŞ dolları təşkil etmiş, kreditin ödənilmə müddəti 11 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək təyin olunmuş, kredit müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 10.381,83 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmiş, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% müəyyən edilmişdir. -İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 3344.34 ABŞ dolları əsas borc, 1701.98 ABŞ dolları faiz borcu, 4152.79 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9551.01 ABŞ dolları borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 351.9 ABŞ dolları faiz borcu var. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/2231 nömrəli, 15 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi, 18 mart 2015-ci il tarixli 01 №-li, 03 noyabr 2017-ci il tarixli 02 №-li əlavə sazişlərinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-ci il tarixli qəraraına əsasən Cavabdeh Dəmirbank ASC-yə xx.xx.2024-cü il tarixə (iddia tələbinə borc məbləğinin hesablandığı tarixə) 3.344,34 ABŞ dolları əsas, 1.649,98 ABŞ dolları faiz, illik 5% 350,23 ABŞ dolları olmaqla, cəmi 5.344,55 ABŞ dolları təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1-ci və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 465. Əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı «Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsieə əsasən cavabdehə 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmiş, Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana 12.700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 11.456,99 ABŞ dolları təşkil etmişdir, kreditin ödənilmə müddəti 11 ay uzadılaraq, xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit Müqaviləsi üzrə bağlanmış 2 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 10381,83 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, kestrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməyi üzərinə götürmüş, lakin öhdəliyi vaxtında yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə yazılı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin banka 3344,34 ABŞ dolları əsas, 1701,98 ABŞ dolları faiz, 4152,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 351,90ABŞ dolları faiz borcu yaranmışdır.Hazırda iddiaçı cavabdehdən borcun ödənilməsini tələb edir. Məhkəmə tərəfindən borcun düzgün hesablanması ilə bağlı mülki iş üzrə məhkəmə-mübasibatlın ekspertizası təyin edilmiş və mülki iş üzrə verilmiş ekspert rəyində cavabdehin banka olan borcu xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi, 18 mart 2015-ci il tarixli 01 №-li, 03 noyabr 2017-ci il tarixli 02 №-li əlavə sazişlərinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014ci il tarixli qəraraına əsasən xx.xx.2024-cü il tarixə, yəni (iddia tələbinə borc məbləğinin hesablandığı tarixə) 3344,34 ABŞ dolları əsas, 1649,98 ABŞ dolları faiz, illik 5% 350,23 ABŞ dolları olmaqla, cəmi 5344,55 ABŞ dolları təşkil etmişdir. Məhkəmə iddiaçının tələb etdiyi faiz məbləğlərin ekspert rəyində göstərilən məbləğlərdən əsaslı dərəcədə fərqli olduğunu nəzərə alıb hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi, 18 mart 2015-ci il tarixli 01 №-li, 03 noyabr 2017-ci il tarixli 02 №-li əlavə sazişlər üzrə borcun təmin edilməsi ekspert tərəfindən rəy verilən tarixə olan borc nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının tələb etdiyi 4152.79 ABŞ məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 350 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3344.34 ABŞ dolları əsas, 1649.98 ABŞ dolları faiz, illik 5% hesablanmaqla 350.23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5344.55 ABŞ dolları (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 138.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia tələbi qismən təmin olunduğuna görə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 138,71 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3344.34 ABŞ dolları əsas, 1649.98 ABŞ dolları faiz, illik 5% olmaqla 350.23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5344.55 ABŞ dolları (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində borc, 138.71 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xeyrinə ödənilsin. Cavabdeh ekspertiza xərci olan 50 manat tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-193/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-193/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver