Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-216/2023 08.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 332869-1- 27525 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2023cü il tarixinə Banka borclu olduğu 2978.79 manat məbləğində əsas borc, 401.93 manat məbləğində faiz borcu, 411.35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3792.07 manat pul məbləğinin; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 332869-1-31251 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 3600.23 manat məbləğində əsas borc, 637.18 manat məbləğində faiz borcu, 497.20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4734.61 manat pul məbləğinin həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 332869-OVR-19640 nömrəli “Kredit Xətti Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 419.98 manat məbləğində əsas borc, 69.92 manat məbləğində faiz borcu, 34.25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 524.15 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 110.51 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 23.90 faiz müqavilə bağlandığı zaman müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% endirilir (endirilmiş faiz dərəcəsi) hesablanması şərti ilə 60 ay müddətinə 3215 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Həmçinin Cavabdeh arasında xx.xx.2022ci il tarixli 332869-1-31251 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 25.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3278 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli 332869-OVR-19640 saylı “Kredit Xətti Müqaviləsi” bağlanılmış və illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1057 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.26.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” ümumilikdə 3792.07 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli 332869-1-31251 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” ümumilikdə 4734.61 manat məbləğində borcu, eləcəxx.xx.2022-ci il tarixli 332869-OVR- 19640 saylı “Kredit Xətti Müqaviləsi” ümumilikdə 524.15 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "xxxx"ın vəzifəsidir. İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, xx.xx.2021-ci ildə və xx.xx.2022-ci ildə 3600.23 manat bankdan kredit götürmüşdür. 8000 manata yaxın pul götürmüşdür. Borcları ilə razıdır, amma cərimə borcu ilə razı deyildir. Özü məcburi köçkün deyildir. Sonuncu ödənişi 2022-ci ilin may ayında olumuşdur. 450 manat kart üzrə olan kreditə görə 200 manat ödəniş etmişdir. 2023-cü ilin yanvar ayından işsizdir. Kartı ikinci kreditlə eyni vaxtda vermişlər, ola bilsin ki, səhv yazmışlar. 2022-ci ilin iyun ayına kimi ödəniş etmiş, müqaviləyə özü qol çəkmişdir. Cərimələr çoxdur. İşsiz olduğu üçün borclarını ödəyə bilmir. Hal-hazırda günəmuzd işləyir. Bankdan pulu götürüb krediti kreditlə bağlamış, referans krediti etmişdir. Sonda cavabdeh məhkəmədən cərimə borcunun silinməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 23.90 faiz müqavilə bağlandığı zaman müqavilənin 5.1.8 bəndi icra olunmadıqda illik faiz dərəcəsi əlavə olaraq 5% endirilir (endirilmiş faiz dərəcəsi) hesablanması şərti ilə 60 ay müddətinə 3215 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Həmçinin Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 332869-1-31251 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 25.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3278 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2022-ci il tarixli 332869-OVR-19640 saylı“Kredit Xətti Müqaviləsi” bağlanılmış v ə illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1057 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.26.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı kredit müqaviləsi üzrə 2978.79 manat əsas, 401.93 manat faiz, 411.35 manat cərimə borcu olmaqla, 3792.07 manat borcu var. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 332869-1-31251 saylı kredit müqaviləsi üzrə 3600.23 manat əsas, 637.18 manat faiz, 497.20 manat cərimə borcu olmaqla, cəmi 4734.61 manat borcu var. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 332869-OVR-19640 saylı kredit müqaviləsi üzrə 419.98 manat əsas, 69.92 manat faiz, 34.25 manat cərimə borcu olmaqla, cəmi 524.15 manat borcu var. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 741-ci maddəsinə əsasən «Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçının tələb etdiyi 411.35 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb etdiyi 497.20 manat məbləğinə cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb etdiyi 34.25 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizlərinin tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı kredit müqaviləsi üzrə cəriməni azaldıb 50 manat məbləğində, xx.xx.2022-ci il tarixli 332869-1-31251 saylı kredit müqaviləsi üzrə cəriməni azaldıb 50 manat məbləğində, xx.xx.2022-ci il tarixli 332869-OVR-19640 saylı kredit müqaviləsi üzrə cəriməni azaldıb 10 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Cöstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı kredit müqaviləsi üzrə 2978.79 manat əsas, 401.93 manat faiz, 50 manat cərimə borcu,xx.xx.2022-ci il tarixli 332869-1-31251 saylı kredit müqaviləsi üzrə 3600.23 manat əsas, 637.18 manat faiz, 50 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli 332869-OVR-19640 saylı kredit müqaviləsi üzrə 419.98 manat əsas, 69.92 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 8218.03 manat məbləğində borc iddiaçı Bank VTB (Azərbaycan) X2 xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 110.51 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 110.51 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 332869-1-27525 saylı kredit müqaviləsi üzrə 2978.79 manat əsas, 401.93 manat faiz, 50 manat cərimə borcu,xx.xx.2022-ci il tarixli 332869-1- 31251 saylı kredit müqaviləsi üzrə 3600.23 manat əsas, 637.18 manat faiz, 50 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli 332869-OVR-19640 saylı kredit müqaviləsi üzrə 419.98 manat əsas, 69.92 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 8218.03 manat məbləğində borc və 110.51 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Bank VTB (Azərbaycan) X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-216/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-216/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver