Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-254/2022 01.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh Mamed qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mamed qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mamed qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mamed qızı ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 3498.31 manat məbləğində əsas borcun, 2838.48 manat məbləğində faiz borcunun, 57.99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6394.78 manat borcun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Mamed qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə, illik 25.34% olmaqla 3893.97 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Müqavilənin icra müddəti bitməmiş, sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə olmuş, borcdan isə 400 manat azalmışdır. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mamed qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı "Bank of Baku” ASC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bankdan 84 ay müddətinə, illik 25.34% olmaqla 3893.97 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kreditdən müəyyən məbləğlərdə öədnişlər etmişdir. Ödəniş qəbzləri bunu sübut edir. Banka olan borcunu yarıyarı ödəmiş, işdən çıxdıqdan sonra banka getmiş və ona gəl az miqdarda ödəniş et demişlər. Bankın iddiasına görə onun banka borcu çoxdur. Əslində ödənişlərdən sonra onun banka az miqdarda borcu qalmışdır. Onun banka o qədər borcu olmamış, bankdan o qədər pul götürməmişdir. Təxmini olaraq bankdan 3000 manat kredit götürmüşdür. Sonda cavabdeh məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh Mamed qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə, illik 25.34% olmaqla 3893.97 manat məbləğində kredit vermişdir. İş materiallarında olan arayışdan görünür ki, cavabdehin banka 2838.48 manat məbləğində faiz borcunun, 57.99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6394.78 manat borcu vardır. İş materiallarında olan Azəbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5097 nömrəli, 29 iyul 2022-ci il tarxli rəyindən görünür ki, rəyin tədqiqat hisəssində göstərilənərə əsasən Cavabdeh Mamed qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 25 yanvar 2016-cı il tarixli, RV/59250/55/18 N-li kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh İddiaçı ASC-nə borcu aşağıdakı kimi müəyyən olunur: 06 yanvar 2022-ci il tarixə (iddia tarixinə) 3.491.91 manat əsas, 2.827.48 manat faiz borcu olmaqla, cəmi 6.319.38 manat, 29 iyul 2022-ci il tarixə (ekspertizanın keçirildiyi ana) 3.491.91 manat əsas, 3.326.44 manat faiz borcu olmaqla, cəmi 6.818.35 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Mamed qızı arasında xx.xx.2016-cı il tarixli RV/59250/55/18 saylı kredit sazişi ləğv edilməli, Cavabdeh Mamed qızından 3491.91 manat əsas, 2827.48 manat faiz borcu, 57.99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6377.38 manat borc tutularaq İddiaçı Açq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 84 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Əbilova X1 rayonundan məcburi köşkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 84 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Mamed qızı arasında xx.xx.2016-cı il tarixli RV/59250/55/18 saylı kredit sazişi ləğv edilsin. Cavabdeh Mamed qızından 3491.91 manat əsas, 2827.48 manat faiz borcu, 57.99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6377.38 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 84 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh Mamed qızından 50 manat ekspertiza xərci tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-254/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-254/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver