Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-257/2025 11.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X7 (qanuni nümayəndəsi Cavabdeh2) və X12 (qanuni nümayəndəsi Cavabdeh2) qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X7 (qanuni nümayəndəsi Cavabdeh2) və X12 (qanuni nümayəndəsi Cavabdeh2) qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X4 (qanuni nümayəndəsi Cavabdeh2) və X8 (qanuni nümayəndəsi Cavabdeh2) müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2675.82 manat məbləğində kredit borcu, 1852.84 manat məbləğində faiz borcu və 1697.16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6225,82 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 82.26 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi onunla əsaslandırmışdır ki, X10 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsiəsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1324.18 manat ödəniş etmiş və onun iddiaçıya 2675.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1426 gün üçün hesablanmış faiz borcu 1852.84 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1426 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1697.16 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X9 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarına əsasən X9 adına xx.xx.2021-ci il tarixində Bakı şəhəri 26 saylı Notariat ofisində vərəsəlik işinin açıldığı, lakin miras əmlaka dair hazıradək vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Buna görə də Cavabdeh2, Cavabdeh1, X13, X16 mərhum X9 vərəsələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi “ borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Həmçinin Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Göründüyü kimi, X9 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, əsas borclu vəfat etmiş, Cavabdeh1 və Nəcəfli Uğur yetkinlik yaşına çatmamışlar. X10 İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsiəsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1324.18 manat ödəniş etmiş və onun iddiaçıya 2675.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1426 gün üçün hesablanmış faiz borcu 1852.84 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1426 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1697.16 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X9 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarına əsasən X9 adına xx.xx.2021-ci il tarixində Bakı şəhəri 26 saylı Notariat ofisində vərəsəlik işinin açıldığı, lakin miras əmlaka dair hazıradək vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Buna görə də Cavabdeh2, Cavabdeh1, X13, X16 mərhum X9 vərəsələri kimi müəyyən edilmişdir. Müqavilənin icra müddəti bitmiş, borclu 20 dekabr 2020-ci il tarixdə rəhmətə getmişdir. Borclu ilə bank arasında müqavilə 2020-ci ilin yanvar ayında bağlanış, 1324 manat 18 qəpik ödəniş olmuş, 14 dekabrda sonuncu ödəniş olmuş, 2025-ci ilin yanvar ayında isə 190 manat mədaxil olunmuş, silinmələr hesabdan çıxarışda göstərilmişdir. Borclu ayda 187 manat ödəniş etməli idi. Birgə nikah dövründə bankdan götürülən pul tərəflər arasında bölünür. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddiamın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, yoldaşı vaxtı-vaxtında ödəniş etmişdir. Bank işçiləri ona zəng vurana qədər o, yoldaşının bankdan pul götürməsindən xəbərsiz olmuşdur. O, bank işçilərinə yoldaşının ölüm haqqında şəhadətnaməsini atmışdır. Yoldaşının bankdan nə qədər kredit götürdüyünü bilmir. X17 xx.xx.2020-ci ildə corona deyilən xəstəlikdən rəhmətə getmişdir. Yoldaşı maşın almış, lakin maşın yoldaşının olmamış, maşını etibarnamə ilə sürmüş, rəhmətə gedəndən sonra maşını maşının sahibi əllərindən almış və yoldaşının verdiyi 2000-3000 manatı qaytarmışlar. Maşının yoldaşının aldığı kreditə heç bir aidiyyəti olmamışdır. Yoldaşı rəhmətə 4-5 ay idiki getmişdi bankın işçiləri onunla əlaqə saxlayan zaman onun borcunun olduğunu bilmişdir. Yoldaşı bankdan götürdüyü puldan evə, uşaqlarına nəsə etməmişdir. Onun vərəsəliyi qəbul etməkdə səbəbi qızı Cavabdeh1 əlil oduğundan və onun bütün sənədləri yoldaşının adına olduğuna görə onun adına sənədləri rəsmiləşdirmək olmuşdur. Yoldaşı pensiya alırdı. Yoldaşı rəhmətə gedəndən sonra ona 1500 manat dəfn pulu vermişlər. Sonda cavabdeh məhkəmədən iddiamın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onlar atasının götürdüyü məbləğdən xəbərsiz olmuşlar. Atası bankdan götürdüyü puldan nə onlara, nədə evə heç nə etməmişdir. Maşın atasının adına olmamış, etibarnamə ilə idarə etmişdir. Maşının ödənişini edə bilmədikləri üçün gəlib aparmışlar. O, atası rəhmətə gedəndə az yaşlı olduğu üçün bankdan pul götürməsindən xəbərsiz olmuşdur. Atası rəhmətə gedəndə vərəsəliyin açılmasından məlumatsız olmuşdur. Atası rəhmətə gedəndən sonra vərəsəlik açılsa da, atasının adına nə ev, nədə maşın olmamışdır. O, hər ay 366 manat pensiya alır, bacısı 2-ci qrup əlildir. O, universitetdə oxuyur, tələbədir. Atası rəhmətə gedəndən sonra maşını aparıblar və 3000 manat pul veriblər. 3000 manatda atasının yas mərasiminə xərclənmişdir. Sonda cavabdeh məhkəmədən iddiamın təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan “Acessbank» Qapalı Səhmdar Cəmiyyəti ilə X15 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 030A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 2675.82 manat məbləğində əsas borc, 1852.84 manat məbləğində faiz borcu və 1697.16 manat məbləğində cərimə olmaqla, cəmi 6225,82 manat məbləğində borcu vardır. -İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2024-cü il tarixli. 3-13-16-2-174748/202 nömrəli məktubundan görünür ki, DİN Baş DövlətYol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən xx.xx.1974-cü il təvəllüdlü X9 adında qeydiyyatda olan və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur -İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-46-277/2024 nömrəli məktubundan aydın olur ki, X9 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X15 xx.xx.2021-ci ildə kəskin tənəffus çatmamazlığından Bakı şəhərində vəfat etmişdir. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininxx.xx.2024-cü il tarixli, 3-16-5/2-14-8655/2024 nömrəli məktubundan görünür ki, «Elektron notariat» informasiya sistemində olan məlumatlara əsasən M.Nəcəfovun adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 26 saylı notariat ofisində vərəsəlik işi açılmış, lakin miras əmlaka dair hazıradək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi məyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X15 arasında xx.xx.2020-ci il tarixli, 030A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X10 aylıq faiz dərəcəsi 1.9167% olmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. X15 götürdüyü kredit borcundan 1324.18 manat ödəniş etmiş, sonradan ödənişlərini dayandırmış və nəticədə onun banka 2675.82 manat məbləğində əsas, 2675.82 manat məbləğində əsas borc, 1852.84 manat məbləğində faiz borcu və 1697.16 manat məbləğində cərimə olmaqla, cəmi 6225,82 manat məbləğində borcu yaranmışdır. Bank öz üzərinə düşən öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir. Sonradan bankın sorğusu əsasında məlum olmuşdur ki, X15 vəfat etmiş, Bakı şəhəri 26 saylı Notariat ofisində vərəsəlik işi açılmış, lakin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi müəyyən edilmişdir. Bu səbəbdən də banka vəfat etmiş şəxsin banka olan bocunun onun vərəsələri olan Cavabdeh2, Cavabdeh1, X4 (qanuni nümayəndəsi Cavabdeh2), X8 (qanuni nümayəndəsi Cavabdeh2) müştərək qaydada tutulmasını tələb edir. Lakin, məhkəmə araşdırması zamanı cavabdehlər bildirmişlər ki, onlar mərhum X9 bankdan kredit götürməsindən xəbərsiz olmuş, kreditdən onların bank əməkdaşlarının zəngindən sonra məlumatları olmuş, belə ki, mərhum X15 bankdan kredit götürmüş, kreditdən ödəniş etmiş, lakin rəhmətə gedəndən sonra ödənişi edə bilməmişdir. X1 onun vərəsələrinə nə daşınar, nə də daşınmaz əmlak qalmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş notariat işində olmuş sənədlərin sürətindən göründüyü kimi, 20 dekabr 2020-ci il tarixdə vəfat etmiş X9 əmlakına dair xx.xx.2021-ci il tarıxdə Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış, lakin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən olunmamışdır. Həmin vərəsəlik işində olan sənədlərdən, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş Baş Dövlət Polis İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğulara cavablardan da görünür ki, məhrumun adına nə daşınar, nə də ki, daşınmaz əmlakları və ya hər hansı pul vəsaitlərin olması mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, məhrum X15 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş pul vəsaitinin ailə ehtiyacları üçün xərclənmədiyi müəyyən olunduğundan və məhrum X9 ölümündən sonra onun vərəsələrinə heç bir miras əmlakı qalmadığından iddiaçının iddia tələbinin qanuni əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X7 (qanuni nümayəndəsi Cavabdeh2) və X12 (qanuni nümayəndəsi Cavabdeh2) qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X7 (qanuni nümayəndəsi Cavabdeh2) və X12 (qanuni nümayəndəsi Cavabdeh2) qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-257/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-257/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver